Ağayar Şükürov



Yüklə 0,72 Mb.
Pdf görüntüsü
səhifə22/43
tarix14.07.2018
ölçüsü0,72 Mb.
#55587
1   ...   18   19   20   21   22   23   24   25   ...   43

www.kitabxana.net
 – Milli Virtual Kitabxana 
 75 
 
Həqiqətdə Qazaxıstan 16 dekabr 1986-cı ildə müstəqil oldu, 
ancaq müstəqilliyin rəsmi elanını  5 il gözləmək lazım oldu. Qəhrəman 
Qazax  xalqı 16 dekabr 1991-ci ildə Qazaxıstan Respublikasının 
müstəqilliyini elan etdi. 
Əgər 1986-cı ildə 16 dekabr hadisələri olmasaydı, bugünkü 
müstəqil Qazaxıstan da olmaya bilərdi. Başında Moskvadan  təyin 
edilmiş rus idarəçiləri ilə sovetlərin dağılmaq müddətinə girəcək olan 
Qazaxıstanı kim bilir,  hansı sıxıntılar gözləyəcəkdi. Bu gün də 
torpaqlarında bəzi rus şovinistlərinin gözü olan  Qazaxıstan, hansı 
macəralara sürüklənəcəkdi? 
Sovetlər dağılarkən Qazaxıstan idarəçiləri daha erkən bir tarixdə 
müstəqillik elan edə bilərdilər. 1991-ci ilin avqustu, oktyabrı, noyabrı 
müstəqillik üçün uyğun günlərdi,  amma onlar böyük bir şüurla 16 
dekabrın gəlməsini gözlədilər və o gün müstəqilliklərini böyük 
siyasətçi Nursultan Nazarbayevin səsindən bütün dünyaya eşitdirdilər. 
Bu gün Qazaxıstan müstəqilliyinin yeddinci ilini bayram edir. 
Qutlu olsun Bavurum! 
Qutlu olsun Qardaşım! 
Ruhlarınız şad olsun Jeltoksan Şəhidləri! 
 
*
Bavur: Qardaş, qohum    
  
    


www.kitabxana.net
 – Milli Virtual Kitabxana 
 76 
 
MİLLƏTİN ULU GÜNÜ: NOVRUZ 
 
 
Bütün Orta Asiya kimi Türkistan şəhərinin də  böyük təntənə ilə 
qeyd etdiyi bayram, “Millətin ulu günü: Novruzdur”.  Qazaxıstanda elə 
bir şəhər yoxdur ki, bu sözü böyük plakatlara yazdırıb, xalqın ən sıx 
olduğu meydanlara asdırmamış olsun. “Millətin Ulu Günü Novruz 
bayramı qutlu olsun”. Mart ayının 22-ci günü bayram səbəbi ilə rəsmi 
tətildir. 
Novruz farscadır,  Qazaxcası “yeni gün”dür. Qazaxların yeni ili 
bu gün başlayır. Qışın gedişi, baharın gəlişi bayram edilir. Yeni bir il, 
yeni bir dönəm artıq başlayır. 1930-cu illərin sonundan etibarən novruz 
bayramları 1988-ci ilə kimi qadağan olunmuşdur. Bu ildə Qazaxıstan 
təkrar Novruzu bayram etməyə başlamışdır. Yeni novruz şənlikləri də 
sanki yeni bir dönəmin başlanmasının ilk işarətlərindən olmuşdur. Bu 
gün bütün Qazaxıstanda böyük təntənə ilə qeyd edilən millətin ulu 
günü, Qazaxların təbiətlə iç-içə, onun qanunları ilə birlikdə yaşadıqları 
köçərilik dövründən  gələn adətlərin davamı olduğu qədər, yetmiş il 
sürən qadağalar dönəmindən sonra milli qazancların da qeyd olunduğu 
gün kimi yaşanır. Uzun illərdir böyük şəhərlərdə yaşayan Qazaxlar 
daxil, bu bayrama böyük həyəcan ilə qatılmalarının arxasında bu halı da 
görmək lazımdır. Çünki Novruzun yenidən qeyd olunmağa 
başlanmasından sonra, bütün Türkistan Cümhuriyyətləri üçün çox 
böyük yeniliklər və dəyişikliklərin yaşandığı illər gəldi: sovetlər 
dağıldı, müstəqillik gəldi. Novruzda oxunan: 
“Millət sağ olsun, 
Ruzisi bol olsun, 
Haraya getsə yolu açıq olsun, 
Bəxti aydınlıq olsun, 
Millətin ulu günü qutlu olsun” 
duaları qəbul edildi  və  millətin bəxti də, yolu da açıldı və 
müstəqillik əldə olundu. Bu dua hər novruzda demək olar ki, hər yerdə, 
bəzən Xızırın novruz duası deyilərək, bəzən yaşlıların öz arzuları olaraq 
novruz tədbirlərində söylənilir. 
Qazax dilini yaxşı bilən heç kim “yaz gəldi”, ”payız gəldi” demir. 
Hər fəslin özünün xüsusiyyətlərinə görə ayrı bir gəlişi vardır və Qazax 


www.kitabxana.net
 – Milli Virtual Kitabxana 
 77 
 
bunu mütləq o qəlbiylə söylər: “Yay çıxdı, payız düşdü, qış gəldi və 
bahar doğuldu”. Həm təbiətdə, həm də bütün Qazaxıstanda novruzla 
birlikdə bahar doğulur. 1988-ci ildə  təkrar qeyd olunmağa başlanan 
novruzlarla Qazaxıstan üçün istiqlalın baharı da doğulmuş olur. 
Novruz  şənlikləri bütün Ulu Türkistanda olduğu kimi, Türkistan 
şəhərində də xalq və dövlətin əl-ələ verib keçirdikləri  ən böyük 
tədbirdir.  Türkistan  şəhərində tədbirlərin keçirilmə yeri İcra 
Hakimiyyəti qarşısındakı Esim Xan Meydanı və yanındakı parkdır. 
Bayramdan xeyli əvvəl bu yer şənliklər üçün hazırlanmağa başlanılır. 
Meydandakı hazırlıqların ən maraqlıları Türkistanın ətraf kəndləri üçün 
təsis edilən çadırların qurulacağı hissələrdir. Novruz meydanında çadır 
qurmaq  o kənd üçün şərəfdir və o il hansı kəndlərin çadır qura 
biləcəkləri İcra Hakimiyyətində bir neçə ay əvvəl keçirilən iclaslarda 
müəyyənləşdirilir. Qazaxların “kiiz üy” yəni “keçə ev” dedikləri 
otaqların qurulması zamanı kəndlər arasında adətən bir yarışma gedir. 
“Kimin kiiz üyü daha gözəl və bəzəkli olacaqdır?! . Bu şirin rəqabət 
bayram şənliklərini daha da maraqlı edir. 
“Kiiz üy qurmaq”  və ya “şangrak qaldırmaq” Qazax ənənəsində 
öz-özlüyündə böyük bir hadisədir. Kiiz  üy yüz illər boyu davam 
etdirilən köçəri həyatın və onun içində yaranan mədəniyyətin bir 
simvoludur. Kiiz üyün daşıdığı bu mənaları Türkiyə türkcəsində “otaq 
qurmaq” deyimiylə bəlkə bir az əvəz etmək mümkündür. Köçəri Qazax 
üçün “Otaq qurmaq” həyatda mövcud olmanın rəmzidir. 
Sırdəryanın boyundakı Qazaxlar və dolayısıyla Türkistan  şəhəri 
Qazaxıstanda köçəriliyi buraxıb “palçıq evlərə” ilk keçən oturaq 
yerlərdir. Bölgənin sosial tarixində suyu bol və əkinçiliyə əlverişli Sır 
boyunun oturaq həyata erkən keçmək kimi bir xüsusiyyəti vardır. 
Oturaq həyatla birlikdə keçə çadırlar əvəzinə Qazaxların palçıq evlərdə 
həyatı da başlamışdır. Yəni oturaq həyata ilk keçən və otaqda yaşamağı 
tərk edən Qazaxlar bu ətrafda yaşayırlar. Odur ki, otaq qurmanın və ona 
verilən mənaların bu bölgədə çox böyük əhəmiyyəti vardır. 
Otaqların  keçmişdən sahibinin etibarına görə “ağ otaq”, “qara 
otaq”, “”qırmızı otaq”    kimi adları varmış. Böyüklüyünə görə isə 4 
qanaddan 18 qanada kimi müxtəlif böyüklükdəki otaqlar hələ də 
qurulur. Qanad dedikləri otağın yerə oturan və yan divarlarını əmələ 
gətirən ağacdan hazırlanan bölmələrdir. Qanadlar bir-birinə əlavə 


Yüklə 0,72 Mb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   43




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə