AGBank Açıq Səhmdar Cəmiyyəti
31 dekabr 2014-
cü il tarixində tamamlanmış il üzrə maliyyə hesabatlarının tərkib hissəsini təşkil edən Qeydlər
3 Əsas uçot siyasətləri, davamı
(e)
Maliyyə alətləri, davamı
(i)
Təsnifat, davamı
Xalis debitor borcu mövqeyindəki (müsbət ədalətli dəyər) bütün ticari derivativlər, habelə alınmış
opsionlar, aktivlərdə əks olunur. Xalis kredit borcu mövqeyindəki (mənfi ədalətli dəyər) bütün ticari
derivativlər, habelə silinmiş opsionlar, öhdəliklərdə əks olunur.
Təşkilatın rəhbərliyi maliyyə alətlərinin həmin kateqoriyada təsnifləşdirilməsinin müvafiqliyini
onlar uçota alındığı zamanı müəyyən edir. Derivativ maliyyə alətlərinin və uçota alındığı zaman
ədalətli dəyər əsasında mənfəətə və ya zərərlərə aid edilmiş maliyyə alətlərinin "ədalətli dəyər
əsasında mənfəət və ya zərərlər kateqoriyası" təsnifatı dəyişdirilə bilməz. Kredit və debitor borcu
meyarlarına cavab verən maliyyə aktivlərinin "ədalətli dəyər əsasında mənfəət və ya zərərlər" yaxud
"satıla bilən" təsnifatı o zaman dəyişdirilə bilər ki, Bankın onları gələcəkdə və ya ödəniş tarixinədək
özündə saxlamaq üçün həm niyyəti, həm də imkanları olsun. Digər maliyyə alətlərinin "ədalətli
dəyər əsasında mənfəət və ya zərər" təsnifatı yalnız çox nadir hallarda dəyişdirilə bilər. Bu cür hallar
qeyri-
adi xarakteri olan və yaxın gələcəkdə təkrarlanması ehtimal olunmayan tək bir hadisə
nəticəsində yarana bilər.
Kreditlər və debitor borcları, aşağıdakı hallar istisna olmaqla, fəal bazarda qiymətləri
göstərilməyən, ödənişləri sabit və ya müəyyənləşdirilə bilən xarakter daşıyan qeyri-derivativ
maliyyə aktivləridir:
-
Bank onları dərhal və ya yaxın müddətdə satmaq niyyətindədir;
-
Bank onları uçota aldığı zaman ədalətli dəyər əsasında mənfəətə və ya zərərlərə aid edir;
-
Bank onları uçota aldığı zaman satıla bilən kateqoriyasına aid edir, və ya,
-
Bank ilkin qoyuluşunun böyük bir hissəsini itirə bilər (kreditlərin keyfiyyətinin dəyərsizləşməsi
halları istisna olmaqla).
Ödəniş tarixinədək saxlanılan investisiyalar, aşağıdakı hallar istisna olmaqla, ödənişləri sabit və ya
müəyyənləşdirilə bilən xarakter daşıyan sabit bitmə tarixinə malik və Bankın bitmə tarixinə qədər
saxlamağa niyyəti və qabiliyyəti olan qeyri-derivativ maliyyə aktivləridir:
-
Bankın ilkin tanınma zamanı mənfəət və ya zərər vasitəsilə ədalətli dəyər kimi təyin etməsi;
-
Bankın satıla bilən aktiv kimi təyin etməsi və ya,
-
kreditlər və debtor borcları anlayışına uyğun olması.
Satıla bilən maliyyə aktivləri satıla bilən kateqoriyasına aid edilmiş yaxud kreditlər və debitor
borcları, ödəniş tarixinədək saxlanılan investisiyalar və ədalətli dəyər əsasında mənfəətə və ya
zərərlərə aid edilmiş maliyyə alətləri kimi təsnifləşdirilməyən qeyri-derivativ maliyyə aktivləridir.
(ii)
Maliyyə alətlərinin tanınması
Bank hər hansı alət üzrə müqavilə bağladığı zaman maliyyə vəziyyəti haqqında hesabatda müvafiq
maliyyə aktivləri və öhdəlikləri uçota alınır. Adi qaydada alınmış bütün maliyyə aktivləri
hesablaşma tarixində tanınır.
12
AGBank Açıq Səhmdar Cəmiyyəti
31 dekabr 2014-
cü il tarixində tamamlanmış il üzrə maliyyə hesabatlarının tərkib hissəsini təşkil edən Qeydlər
3 Əsas uçot siyasətləri, davamı
(e)
Maliyyə alətləri, davamı
(iii)
Maliyyə aktivlərinin qiymətləndirilməsi
Maliyyə aktivi və ya öhdəliyi ilkin olaraq ədalətli dəyəri və mənfəət və ya zərərlərə ədalətli dəyər
əsasında aid edilməmiş maliyyə aktivi və ya öhdəliyi olduqda, həmin maliyyə aktivinin və ya
öhdəliyinin alınmasına və ya buraxılmasına birbaşa aid edilə bilən əməliyyat xərcləri əsasında
tanınır.
İlkin tanınmadan sonra isə maliyyə aktivləri, o cümlədən, aktivlərə aid olan derivativlər satış və ya
sair yo
lla özgəninkiləşdirmə ilə əlaqədar çəkilə bilən əməliyyat xərcləri çıxılmamaqla ədalətli
dəyərlər əsasında qiymətləndirilir. İstisna halları aşağıdakılar təşkil edir:
-
effektiv faiz üsulu ilə amortizasiya edilmiş dəyər əsasında qiymətləndirilən kreditlər və debitor
borcları
-
effektiv faiz üsulu ilə amortizasiya edilmiş dəyər əsasında qiymətləndirilən ödəniş tarixinədək
saxlanılan investisiyalar
-
fəal bazarda göstərilən bazar qiyməti olmayan, ədalətli dəyəri etibarlı qaydada dəqiqliklə
qiymətləndirilə bilməyən və qiymət əsasında əks edilən kapital (səhm) alətlərinə qoyuluşlar.
Ədalətli dəyər əsasında mənfəətə və ya zərərlərə aid edilmiş maliyyə öhdəliklərindən, və uçotu
ədalətli dəyər əsasında aparılan maliyyə aktivinin köçürməsi təsnifatının dəyişdirilməsi üçün əsas
vermədiyi hallarda yaranan maliyyə öhdəliklərindən başqa, bütün maliyyə öhdəlikləri amortizasiya
edilmiş dəyər əsasında qiymətləndirilir.
(iv)
Amortizasiya edilmiş dəyər
Əsas məbləğin ödənilməsi çıxılmaqla, lakin hesablanmış faizləri daxil etməklə, maliyyə aktivləri
üçün isə dəyərsizləşmə zərərləri üzrə hər hansı silinməni çıxmaqla aktivlərin ilkin dəyərini əks
etdirir. Hesablanmış faizlərə ilkin uçot zamanı təxirə salınmış əməliyyat xərclərinin və effektiv faiz
metodundan istifadə etməklə ödəniş məbləği üzrə hər hansı mükafat və ya diskontun amortizasiyası
daxildir. Hesablanmış faiz gəlirləri və faiz xərcləri, o cümlədən hesablanmış kupon gəlirləri və
amortizasiya edilmiş diskont və ya mükafat (verilmə zamanı təxirə salınmış komissiyalar daxil
olmaqla, əgər varsa) ayrıca göstərilmir və maliyyə vəziyyəti haqqında hesabatda müvafiq
maddələrin balans dəyərinə daxil edilir.
(v)
Ədalətli dəyərin müəyyənləşdirilməsi prinsipləri
Ədalətli dəyər əməliyyat tarixində bazar iştirakçıları tərəfindən nizamlı əməliyyat nəticəsində və
ya, həmin tarixdə Banka ən əlverişli bazarda aktivin satışından və ya öhdəliyin ötürülməsindən
yaranan məbləğdir. Öhdəliyin ədalətli dəyəri fəaliyyətsizlik riskini əks etdirir.
Bazar qiyməti mövcud olduqda, Bank maliyyə alətlərini həmin maliyyə alətləri üçün ədalətli dəyəri
cari bazar qiyməti ilə müəyyən edir. Aktiv və ya öhdəlik üçün əməliyyatlar kifayət qədər müntəzəm
və kifayət həcmdə aparıldıqda bazar fəal hesab edilir.
Maliyyə aləti üçün fəal bazarı yoxdursa, Bank ədalətli dəyəri qiymətləndirmə üsulundan istifadə
etməklə təyin edir. Seçilmiş qiymətləndirmə üsulu bazar məlumatlarında maksimum istifadə edir,
Banka məxsus olan ehtimallara mümkün qədər az əsaslanır, bazar iştirakçılarının qiymət qoyarkən
nəzərə aldıqları bütün faktorları özündə birləşdirir və maliyyə alətlərinin qiymətləndirilməsi üçün
qəbul edilmiş iqtisadi metodlarla uyğun olur.
13