AGBank Açıq Səhmdar Cəmiyyəti
31 dekabr 2014-
cü il tarixində tamamlanmış il üzrə maliyyə hesabatlarının tərkib hissəsini təşkil edən Qeydlər
3
Əsas uçot siyasətləri, davamı
(i)
Dəyərsizləşmə, davamı
(i)
Amortizasiya edilmiş dəyərlə uçota alınan maliyyə aktivləri, davamı
İlk olaraq, Bank hər biri ayrılıqda əhəmiyyətli olan kreditlərin və debitor borclarının
dəyərsizləşdiyinin obyektiv sübutlarının mövcud olub-olmadığını ayrı-ayrı, sonra isə hər biri
ayrılıqda əhəmiyyət kəsb etməyən kredit və debitor borcların dəyərsizləşdiyinin obyektiv
sübutlarının mövcud olub-olmadığını ayrıca və ya kollektiv surətdə müəyyən edir. Bank əhəmiyyət
kəsb edən və ya etməyən ayrıca qiymətləndirilmiş kreditin dəyərsizləşdiyini təsdiqləyən obyektiv
dəlillərin olmadığını müəyyən edirsə, həmin krediti oxşar risk xüsusiyyətləri ilə kreditlər və debitor
borcları qrupuna daxil edib, onların dəyərsizləşib-dəyərsizləşmədiyini birgə müəyyən edir.
Dəyərsizləşib-dəyərsizləşmədiyi ayrıca qiymətləndirilmiş və dəyərsizləşmə ilə əlaqədar zərər üzrə
tanınan və ya uçotu davam etdirilən kreditləri və debitor borclarını dəyərsizləşmənin kollektiv
surətdə qiymətləndirməsinə daxil edilmir.
Verilmiş kredit və ya debitor borcu üzrə dəyərsizləşmə nəticəsində itkilərin yarandığına obyektiv
əsaslar mövcuddursa, zərərin məbləği kredit və ya debitor borcun balans dəyəri ilə kreditin və ya
debitor borcun ilkin effektiv faiz dərəcəsi həcmində diskontlaşdırılmış zəmanətlər və girov hesabına
qaytarıla bilən məbləğlər də daxil olmaqla, təxmin edilən gələcək pul vəsaitləri hərəkətinin cari
dəyəri arasındakı fərq kimi əks edilir. Cari maliyyə vəziyyətini əks edən müvafiq müşahidə oluna
bilən məlumat əsasında korrektə edilmiş müqavilə üzrə pul vəsaitlərinin hərəkəti və tarixi itki
göstəriciləri gözlənilən pul vəsaitlərinin hərəkətinin hesablanmasının əsasını təşkil edir.
Bəzi hallarda kredit və ya debitor borcu üzrə dəyərsizləşmə ilə əlaqədar yaranmış zərərin təxmin
edilməsi üçün tələb olunan müşahidə edilə bilən məlumatlar məhdud xarakter daşıya yaxud artıq
cari vəziyyətə tam aidiyyatsız ola bilər. Misal üçün, borcalan ciddi maliyyə çətinlikləri ilə üzləşir
və analoji borcalanlar üzrə çox az miqdarda tarixi məlumat vardır. Bu cür hallarda dəyərsizləşmə
nəticəsində yaranacaq zərərləri hesablamaq üçün Bank öz təcrübəsindən və mühakiməsindən
istifadə edir.
Kreditlərin və debitor borclarının dəyərsizləşməsi nəticəsində yaranan bütün zərərlər mənfəətdə və
zərərlərdə əks edilir və onların təsnifatı yalnız o zaman geri qaytarıla bilər ki, bərpa dəyərində
sonradan baş vermiş artımın dəyərsizləşmə nəticəsində yaranmış zərər uçota alındıqdan sonra baş
vermiş hadisə ilə bağlılığı obyektiv surətdə təsdiqlənə bilsin.
Kredit qaytarıla bilmədikdə, o, kreditlər üzrə mümkün itkilərin ödənilməsi üçün yaradılmış müvafiq
ehtiyat hesabına balansdan silinə bilər. Bankın rəhbərliyi kreditləri ümidsiz borc kimi
müəyyənləşdirdikdə və kreditin qaytarılması üçün bütün mümkün tədbirlər görüldükdən sonra,
Bank kreditin qalığını (və mümkün kredit itkiləri üzrə müvafiq ehtiyatları) balansdan silir.
(ii)
İlkin dəyər əsasında uçotu aparılan maliyyə aktivləri
İlkin dəyər əsasında uçotu aparılan maliyyə aktivlərinə ədalətli dəyərləri etibarlı qaydada ölçülə
bilmədiklərinə görə uçotu ədalətli dəyər əsasında aparılmayan satıla bilən maliyyə aktivlərinə daxil
edilmiş, bazar qiyməti mövcud olmayan kapital alətləri daxildir. Bu investisiyaların
dəyərsizləşdiyini təsdiqləyən obyektiv sübutlar mövcuddursa, dəyərsizləşmə nəticəsində yaranmış
zərər investisiya qoyuluşunun balans dəyəri ilə analoji maliyyə aktivi üzrə cari bazar gəlirlilik
dərəcəsi əsasında diskontla təxmin edilən gələcək pul vəsaitlərinin hərəkətinin cari dəyəri
arasındakı fərq kimi müəyyən edilir.
18
AGBank Açıq Səhmdar Cəmiyyəti
31 dekabr 2014-
cü il tarixində tamamlanmış il üzrə maliyyə hesabatlarının tərkib hissəsini təşkil edən Qeydlər
3
Əsas uçot siyasətləri, davamı
(i)
Dəyərsizləşmə, davamı
(ii)
İlkin dəyər əsasında uçotu aparılan maliyyə aktivləri, davamı
Həmin investisiyaların dəyərsizləşməsi nəticəsində yaranan bütün itkilər mənfəətə və ya zərərlərə
aid edilir və bu təsnifat artıq dəyişdirilə bilməz.
(iii)
Satıla bilən maliyyə aktivləri
Satıla bilən maliyyə aktivlərinin dəyərsizləşməsi nəticəsində yaranan zərərlər sair məcmu gəlirlərdə
əks edilmiş kumulyativ itkilərin yenidən təsnifləşdirmə düzəlişi kimi mənfəətə və ya zərərlərə
köçürülür. Sair məcmu gəlirlər maddəsindən mənfəət və ya zərərlərə köçürülmüş kumulyativ itkilər
əsas məbləğ üzrə ödənişlər və amortizasiya çıxılmaqla alış qiyməti ilə, əvvəl mənfəət və ya
zərərlərdə əks edilmiş dəyərsizləşmə nəticəsində yaranmış hər hansı itkilər çıxılmaqla, cari ədalətli
dəyər arasındakı fərqi təşkil edir. Müvafiq zərər ehtiyatlarında vaxt dəyərinə aid edilə bilən
dəyişikliklər faiz gəlirlərinin komponenti kimi əks olunur.
Sonrakı dövrlərdə dəyərsizləşmiş satıla bilən borc qiymətli kağızının ədalətli dəyəri artarsa və
həmin artımın dəyərsizləşməsi nəticəsində yaranmış itkilər mənfəətə və ya zərərlərə aid edildikdən
sonra baş vermiş hər hansı hadisə ilə bağlılığı obyektiv surətdə nümayiş oluna bilərsə,
dəyərsizləşmə nəticəsində yaranmış itkilər bərpa olunur və bərpa olunan məbləğ mənfəət və ya
zərərlərdə əks edilir. Lakin, dəyərsizləşmiş satıla bilən qiymətli kağızların ədalətli dəyərində
sonradan baş vermiş hər hansı artım sair məcmu gəlirlərdə əks olunur.
(iv)
Qeyri-
maliyyə aktivləri
Dəyərsizləşmənin əlamətlərini aşkarlamaq məqsədi ilə hər hesabat tarixində, təxirə salınmış
vergilərdən başqa sair qeyri-maliyyə aktivlərinin qiymətləndirməsi aparılır. Qudvilin bərpa edilə
bilən məbləği hər hesabat tarixində qiymətləndirilir. Qeyri-maliyyə aktivlərinin bərpa dəyərini
aşağıdakı iki göstəricidən daha böyüyü təşkil edir – satış xərcləri çıxılmaqla ədalətli dəyər və
istifadə dəyəri. İstifadə dəyəri qiymətləndirilərkən, təxmin edilən gələcək pul vəsaitlərinin hərəkəti
pul vəsaitlərinin vaxt baxımından dəyərinin və aktivlə bağlı xüsusi risklərin cari bazar
qiymətləndirmələrini əks etdirən vergiqoymadan əvvəl diskont dərəcəsi əsasında cari
d
əyərlərinədək azaldılır. Sair aktivlərdən asılı olmadan gəlir gətirməyən aktiv üzrə bərpa dəyəri
həmin aktivin aid olduğu gəlir gətirən qrup üzrə müəyyənləşdirilir. Aktivin və ya gəlir gətirən
qrupun balans dəyəri bərpa dəyərindən artıq olduğu zaman, aktiv üzrə dəyərsizləşmə nəticəsində
y
aranmış zərərlər qeydə alınır.
Qeyri-
maliyyə aktivləri üzrə dəyərsizləşmə nəticəsində yaranan bütün itkilər mənfəət və ya
zərərlərdə əks edilir və yalnız bərpa dəyərinin müəyyənləşdirilməsi zamanı istifadə edilmiş
ehtimall
arda dəyişiklik baş verdiyi hallarda geriyə qaytarıla bilər. Dəyərsizləşmə nəticəsində
yaranmış itkilərin uçota alınması aktivin balans dəyəri həmin itkilər uçota alınmadığı halda
müəyyənləşdiriləcək balans dəyərindən (köhnəlmə və ya amortizasiya çıxılmaqla) artıq olması şərti
ilə geri qaytarıla bilər.
19