AGBank Açıq Səhmdar Cəmiyyəti
31 dekabr 2014-
cü il tarixində tamamlanmış il üzrə maliyyə hesabatlarının tərkib hissəsini təşkil edən Qeydlər
3
Əsas uçot siyasətləri, davamı
(f)
Əmlak və avadanlıqlar
(i)
Mülkiyyətdə olan aktivlər
Əmlak və avadanlıqlar hər hansı yığılmış amortizasiya və ehtiyac yaranarsa, dəyərsizləşmə üzrə
zərərlər çıxılmaqla, ilkin dəyərdə və ya aşağıda göstərildiyi kimi yenidən qiymətləndirilmiş dəyərdə
uçota alınır.
Əmlak və ya avadanlıqlar müxtəlif yararlı xidmət müddətləri olan böyük komponentlərdən ibarət
olduğu təqdirdə, onların uçotu ayrı-ayrı əmlak və avadanlıq əşyaları kimi aparılır.
(ii)
İcarəyə götürülmüş aktivlər
Mülkiyyət hüququ ilə əlaqədar bütün risk və faydaları əsas etibarilə Bankda olan icarələr maliyyə
lizinqləri kimi təsnif edilir. Maliyyə lizinqi ilə əldə olunan avadanlıqlar yığılmış amortizasiya üzrə
zərərlər çıxılmaqla ədalətli dəyərlə lizinqin götürülən zaman minimal icarə ödənişlərinin cari
dəyərindən daha az olan dəyərdən əks olunur.
(iii)
Yenidən qiymətləndirmə
Binaların yenidən qiymətləndirilməsi mütəmadi əsasda aparılır. Yenidən qiymətləndirmənin
müddəti yenidən qiymətləndirilən binalar üzrə ədalətli dəyərin dəyişməsindən asılıdır. Binaların
yenidən qiymətləndirilməsi üzrə yenidən qiymətləndirmə artımı sair məcmu gəlir haqqında
hesabatda tanınır, hərçənd ki, belə artımın bundan əvvəl mənfəət və zərər uçotunda tanınmış eyni
aktivin yenidən qiymətləndirməsinin azalmasını əvəz etdiyi və, nəticə etibarı ilə, öncədən
xərclənmiş azalma həcmində mənfəət və zərər hesabının kreditinə yazıldığı hal istisna edilir.
Binaların yenidən qiymətləndirilməsindən yaranan balans dəyərinin azalması, bu məbləğ həmin
aktivin əvvəlki yenidən qiymətləndirilməsi ilə bağlı binaların yenidən qiymətləndirmə ehtiyatındakı
qalıqdan, əgər varsa, artıq olduğu halda mənfəət və zərər uçotunda tanınır.
(iv)
Amortizasiya
Am
ortizasiya ayrı-ayrı aktivlərin hesablanmış faydalı istifadə müddətləri üzrə düz xətt prinsipi
əsasında mənfəətə və ya zərərlərə aid edilir. Amortizasiya aktiv
əldə edildiyi tarixdən yaxud, daxili
qaydada inşa edilən aktivlər halında, aktiv tam inşa edilib istifadə üçün hazır olduğu tarixdən
etibarən başlanır. Torpaq üzrə amortizasiya hesablanmır. Təxmin edilən faydalı istifadə müddətləri
aşağıdakı illik amortizasiya dərəcələri ilə müəyyən olunur:
-
binalar
33-34 il
-
icarəyə götürülmüş aktivlərin
yaxşılaşdırılması
14 il
-
ofis və komputer avadanlıqları
4-7 il
-
mebel və ləvazimatlar
4-7 il
16
AGBank Açıq Səhmdar Cəmiyyəti
31 dekabr 2014-
cü il tarixində tamamlanmış il üzrə maliyyə hesabatlarının tərkib hissəsini təşkil edən Qeydlər
3
Əsas uçot siyasətləri, davamı
(g)
Qeyri-
maddi aktivlər
Alınmış qeyri-maddi aktivlərin uçotu yığılmış amortizasiyanın və keyfiyyətin dəyərsizləşməsi ilə
bağlı itkilərin məbləğini çıxmaqla qiymət əsasında aparılır.
Proqram t
əminatı üzrə əldə edilmiş lisenziyalar həmin proqram təminatının alınması və tətbiq
edilm
əsi üçün çəkilmiş xərclər əsasında kapitallaşdırılır.
Amortizasiya qeyri-
maddi aktivlərin hesablanmış faydalı istifadə müddətləri üzrə düz xətt prinsipi
əsasında mənfəət və ya zərərlərə aid edilir. Onların təxmin edilən faydalı istifadə müddəti 5 – 10 il
təşkil edir.
(h)
Satış məqsədləri üçün saxlanılan aktivlər
Uzunmüddətli aktivlər, və ya öhdəliklərdən və aktivlərdən ibarət olan silinmə qrupları, hansılar ki,
əvəzinin ödənilməsi davamlı istifadə ilə yox, satış yolu ilə daha məqsədə uyğun olanlar satış
məqsədləri üçün saxlanılan aktivlər kimi təsnifləşdirilir. Satış məqsədləri üçün saxlanılan aktivləri
və ya silinmə qrupuna aid olan komponentləri təsnifləşdirmədən öncə Bankın uçot siyasətinə uyğun
olaraq
yenidən qiymətləndirilməsi vacibdir. Ümumiyyətlə, aktivlər və ya silinmə qrupları ən aşağı
olan ya qalıq dəyəri kimi və ya ədalətli dəyər çıxılsın satış üçün çəkilmiş xərclər kimi
qiymətləndirilir.
(i)
Dəyərsizləşmə
Bank hər bir hesabat dövrünün sonunda maliyyə aktivi və ya maliyyə aktivləri qrupunun qiymətdən
düşməsi barədə obyektiv dəlilin olub olmamasını qiymətləndirir. Bu cür dəlil mövcud olduğu
təqdirdə, Bank qiymətdən düşmə zərərlərinin məbləğini müəyyənləşdirir.
Maliyyə aktivi və ya maliyyə aktivləri qrupu yalnız o halda qiymətdən düşür və qiymətdən düşmə
zərərləri ödənilir ki, maliyyə aktivinin ilkin tanınmasından sonra baş vermiş bir və ya bir neçə
hadisə (zərər hadisəsi) nəticəsində qiymətdən düşmə barədə obyektiv dəlil meydana çıxsın və həmin
hadisə (və ya hadisələr) etibarlı şəkildə ölçülə bilən maliyyə aktivi və ya maliyyə aktivləri qrupunun
gözlənilən gələcək pul vəsaitlərinin hərəkətinə təsir etmiş olsun.
Maliyyə aktivlərinin qiymətdən düşməsi barədə obyektiv dəlil borcalanın ödənişi yerinə
yeti
rməməsi və ya gecikdirməsi, kredit müqaviləsi və ya şərtlərinin pozulması, Qrupun əks halda
nəzərə almayacağı maliyyə aktivi və ya maliyyə aktivləri qrupunun restrukturizasiyası, borcalanın
və ya borc verənin müflis olacağı barədə göstəricilər, qiymətli kağız üzrə fəal bazarın aradan
qalxması, aktivlər qrupu ilə bağlı girov və ya digər müşahidə oluna bilən məlumatların dəyərinin
pisləşməsi, məsələn Qrupda borcalanların ödəniş statusunda mənfi dəyişikliklər, yaxud Qrupda
ödənişlərin həyata keçirilməməsi ilə əlaqədar olan iqtisadi şəraitlərdən ibarət ola bilər.
Satıla bilən qiymətli kağızlara qoyulan investisiyalar üzrə dəyərsizləşmənin obyektiv sübutu
qiymətli kağızın ədalətli dəyərinin əhəmiyyətli dərəcədə və ya uzun müddət ərzində azalmasıdır.
(i)
Amortizasiya
edilmiş dəyərlə uçota alınan maliyyə aktivləri
Amortizasiya edilmiş dəyərlə uçota alınmış maliyyə aktivlərinə əsasən kreditlər və sair debitor
borcları (kreditlər və debitor borcları) daxildir. Dəyərsizləşməni mütəmadi qaydada
qiymətləndirmək məqsədi ilə Bank kredit və debitor borclarını nəzərdən keçirir.
17