Akademikin Son eseri



Yüklə 0,89 Mb.
Pdf görüntüsü
səhifə28/75
tarix01.07.2018
ölçüsü0,89 Mb.
#52682
1   ...   24   25   26   27   28   29   30   31   ...   75

vaxtlar narahat edəcəyimizə izn verəsiniz.
– Siz gəlməyinizdə olun. Xoşdur, – dedi Mahirə xanım.
Komendant iş yerindəki ağır söhbəti yumşaltmaq niyyətin​dəydi. Çiynindən aşırdığı
çantasından araq, kolbasa çıxartdı:
– Mahirə xanım. Bir axşamlığa atamın içməsinə icazə verin, – dedi.
Mahirə xanım mətbəxə tələsdi:
– O, heç məndən soruşur ki!
Akademik narazılıqla başını yelləyirdi. Yəni “içmək istəyirsən iç, daha bu icazə
dəsgahı nədir?”
Bir azdan yüngül bir axşam süfrəsi açıldı.
Gecə yarıdan keçmişdi. Ancaq komendant getmək istəmirdi. Söhbəti balkonda
davam etdirirdilər. İçki atasının orduya və onun komendantlığına mövqeyini
dəyişməsə də, gecənin bu vaxtında bir yerdə olmalarından duyduğu sevinci
gizlətmirdi. Bir ara sahilin sozalmış işıqlarına baxa-baxa susdu. Bundan sonra
gözünü gecədən çəkib diqqətlə ona baxdı. Dedikləri oğlu üçün gözlənilməzdi:
– Bilirsən, səni qınayıram, ancaq başa düşürəm ki, səninlə yanaşı mən də
günahkaram.
– Sənin heç bir günahın yoxdur, ata!
– Günahkaram! Günahkaram! Mübahisə eləmə! Sənin komendantlıq sürprizini
özüm hazırlamışam özümə...
Vladimir heç nə başa düşmürdü...
Atası dənizin qaranlığına baxa-baxa sanki öz-özüylə danışırdı:
– 20 Yanvar ərəfəsində Azərbaycan rəhbərliyi, Moskvadan gələnlər guya xalqın
rəyini öyrənirlər deyə, bir neçə dəfə hərəkatın liderləriylə, yerli ziyalılarla
görüşmüşdülər. Gözdən pərdə asmaq cəhdiydi. Əsas təşəbbüskar da Moskvanın
burdakı canişini, ikinci katib Polyaniçko idi. Sanki dünya müharibəsinə
hazırlaşırdılar və ya Ali Baş Komandanın fövqəladə yığıncağıydı. Mənim
çağırıldığım gö​rüşdə Yazovdan əlavə Bakatin, Kryuçkov, Şatalin də iştirak edirdi.
Yazovdan “Yeni müharibə təhlükəsimi var, bu istiqamətdən hansı dövlət hücum
edəcək SSRİ-yə?” – deyə soruşdum. Artıq-əskik bir şey deməsini gözləyirdim ki,
ürəyimi boşaldım. Ancaq o, söhbəti yayındırdı. Guya Bakıda hərbi sənaye ilə
bağlı hansısa müşavirə keçirməyə gəliblərmiş... Sonra Dağlıq Qarabağ
münaqişəsinin həlli yolları ilə bağlı fikirlərimlə maraqlandı. Nə isə. Çox uzun
mübahisələr getdi. Dağılışmaq istəyirdik ki, birdən sənin son görüşümüzdə
dediklərini xatırladım. Üzümü Şatalinə tutub, “Məni bir şey maraqlandırır, –
dedim. – Sizdə rütbə çox bahadır?” Hamı çaşqınlıqla mənə doğru çevrildi. “Sizi
başa düşmədim!” – deyə Şatalin mızıldandı. Əlimə fürsət düşmüşdü. “Mənim


oğlum on ildir podpolkovnik rütbəsində qalır, böyür-başında hamıya rütbə
verirsiniz, ona nə olub? Familiyası xoşunuza gəlmir?”– deyə səsimi qaldırdım.
Onun əvəzinə Yazov dilləndi; sənin harda qulluq elədiyinlə maraqlandı,
“İstəyirsən onu bizim nazirliyə gətirim və tezliklə general olsun!” – dedi. Razılıq
vermədim. Deməsinlər fürsətdən istifadə edir. Daxili işlər nazirinin səsi çıxmırdı.
Ancaq sonra hiss elədim ki, zəng vurub bəzi tapşırıqlar verdi.
Vladimir təəccüblə atasına baxırdı:
– Sən doğrudan da qəhrəmansan, ata! O ulduzdan bir-ikisi də müharibədən sonrakı
fəaliyyətinə düşür... Mən də elə bilmişdim öz şikayətimə baxıblar. Demə sənin
işinmiş. Birdən-birə bütün hissə ayağa qalxdı və mənim məsələm bir gündə həll
olundu. Dəqiq! 20 yanvar ərəfəsiydi...
Ziyad bəy peşmançılıqla pıçıldadı:
– O əhvalat olmasa, bu gün bizi üz-üzə qoya bilməzdilər.
Bundan sonra hər iki-üç gündən bir axşamlar bu balkonda baş-başa verib
dərdləşirdilər. Bir yerdə olmaq çox​dankı arzularıydı, ancaq Bakının ağır
günlərində ələ düşdüyündən bir yerdə olmaq xoşbəxtliyini tam ürəklə ya​şaya
bilmirdilər... Ata da, oğul da fövqəladə vəziyyətin tezliklə ləğv edilməsini
istəyirdi.
***
Komendanta bir qəzet redaktorunun gəldiyini dedilər. “Buraxın!” əmr elədi, onsuz
da ölkədə bütün qəzetlər bağlanıb, mətbəələrdə hərbi senzor qoyulub, gəlsin,
görək istəyi nədir?
Altayın rəngi qaralmışdı. O günlərdə bütün bakılılar beləydi. Bıçaq vursan qanları
çıxmazdı.
– Mən müxalifətyönlü qəzetin baş redaktoruyam.
– Eşidirəm. Buyurun, yoldaş redaktor.
– Əsgərlər redaksiyamızı dağıdıblar. Buna bir şey de​mirəm, çünki hesab
sorulacaq birisi yoxdur. Heç olmasa, qəzetimizi buraxmağa icazə verin. Bütöv bir
respublikanı xəbərsiz qoymaq olmaz.
– Bütün qəzetlər bağlanıb, sizinki də o sırada.
– Bütün qəzetlər dövlətindir, biz müstəqilik. Qonşu respublikalarda, Pribaltikada
onlarla müstəqil qəzet çıxır. Köhnə nömrələrimizdən bir-ikisini gətirmişəm,
istəsəniz, baxa bilərsiniz.
Komendant qəzeti aldı. Altay əlavə etdi:
– İki dildədir. Rusca materiallara baxa bilərsiniz. Qarabağ boyda vilayətdə
Azərbaycan dilində bir dənə qəzet buraxılmır, buna görə də daha çox Qarabağla


bağlı yazılar veririk.
Komendant qəzetə gözucu nəzər salıb:
– Amma burada ordu əleyhinə yazılar da var.
Baş redaktor bu sözü gözləyirdi:
– Onlar istintaqla sübut olunmuş məsələlərdir. Qarabağda bir generalın qeyri-
qanuni şəkildə ermənilərə yardım etməsi barədədir. Konkret bir faktdan söhbət
gedir, bütöv ordudan yox.
Onun nə demək istədiyinə redaktorun dəqiq cavabı Vladimirin xoşuna gəldi.
– Qəzeti buraxmağa icazə versək, ordunun Bakıya gir​məsi haqqında bir şey
yazmayacaqsınız ki?
– Bu barədə sizə məlumat verərlər.
– Kim?
Altayın üzündən solğun bir təbəssüm keçdi. Bayaqdan bu anı gözləyirdi. Bilirdi ki,
qəzetin çıxmasına icazənin verilməsi komendantın öz atasına münasibətindən çox
asılıdır. Dedi:
– Biri sizin atanız! Akademik Ziyad Şıxlı.
Komendant əlindəki qəzeti yerə qoyub kreslonu ona doğru fırladı:
– Atamın qəzetə nə dəxli var?
– Sonuncu səhifəyə baxın. Redaksiya Heyətinin üzv​lə​rindən biri atanızdır.
Azərbaycanın məşhur insanları – alimləri, yazıçıları, ictimai-siyasi xadimləri ilə
bir yerdə təsis etmişik bu qəzeti. Onlar olan yerdə nə savaşa çağırış, nə ordu
əleyhinə təbliğat ola bilər. Atanızın orduya münasibətini bilirsiniz, yəqin. Bir
işimiz də siyasi və mədəni maarifçilikdir. Əlinizdəki nömrədə atanızın 1937-ci il
repressiya qurbanları haqqında yazısı da var.
Komendantın nə düşündüyünü bilmirdi. Amma söhbə​tin gedişindən anlamışdı ki,
mətbuat üçün çox önəmli olan bir icazəni ala biləcək, tilsim qırılacaq və yolu
intizarla gözlənilən qəzet yenidən xalqın dərdlərini dilə gətirəcək.
Qəzeti o yan-bu yana çevirən komendant dedi:
– Mən bu işləri dərindən bilməsəm də, anladığıma görə, qəzetin məsuliyyəti
onların yox, baş redaktorun boynundadır. Ara qarışdıran və ordu əleyhinə bir şey
yazılmayacaq. Mətbəədə hərbi senzor oturur. Çapa o icazə verəcək. Gedin,
buraxın qəzeti.
Telefonla mətbəədəki nümayəndəsinə tapşırıq verdi: “Sənə müraciət edəcəklər.
Qəzetin buraxılmasına icazə vermişəm. Yazılara özünüz nəzarət edərsiniz”.
İcazə aldığının sevinci içərisində ayağa qalxdı. Qapıdan çıxmazdan öncə geri
çevrildi; komendantın bir atmacasını cavabsız qoymağı özünə sığışdırmadı:
– Atanız minlərlə, bəlkə yüz minlərlə gəncin mənəvi atasıdır. Mənim böyük


Yüklə 0,89 Mb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   ...   75




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə