Akademikin Son eseri



Yüklə 0,89 Mb.
Pdf görüntüsü
səhifə24/75
tarix01.07.2018
ölçüsü0,89 Mb.
#52682
1   ...   20   21   22   23   24   25   26   27   ...   75

ki, hər döyüşün həyatına nöqtə qoya biləcəyi belə bir igidin sevgi ləzzətini
duymadan, qəfil gülləyə tuş gəlməsi dünyanın ən böyük ədalətsizliyi olar, Allaha
xoş getməz; bəlkə müharibənin ilk günündən döyüşə-döyüşə sağ-salamat
gəlməsinin Haqqa bəlli olan bir sirri, səbəbi də elə budur. Onun nəsli kəsilsə,
dünyanın nizamı pozular. Zatən düşmənin istəyi də elə bu deyilmi?
Kapitan nə qədər dəli-dolu olsa da, qızlara mü​nasibətdə çəkingən və utancaqdı,
daha doğrusu, savaşda onları qorumaqdan başqa bir hissi özünə yaxın buraxmırdı.
Son döyüşlərdən hansının sağ çıxacağı bəlli deyildi. Kim bilir, olsun ki,
məhəbbətin gözə görünməz zirehi qoruyacaq onları son savaşlarda! Bu gəncin
döyüş yolları və ömrü harda qırılacaq, bilinməz, amma bu cür çılğın, emosional,
ehtiyat nədir bilməyən, ilan kimi gülləyə uçan adamlar qanlı savaşdan çətin çıxar,
günün birində düşmən gülləsinə gələcək və hardasa torpağa qarışıb gedəcəkdi.
Ancaq təsadüfən, ikisi də sağ qalmışdı. Tezliklə qız tər​xis olunub Şimali Qafqaza
– yurduna qayıtmışdı. Ayrı​larkən, “Mən arzuma çatacağam, sənin yadigarınla
gedi​rəm” – demişdi. Oğullarının olması haqqında məktubu da Berlinə
göndərmişdi. Övladını tək böyüdəcəyi fikriylə əv​vəldən barışmışdı.
Sonra bir-iki dəfə yazışsalar da, Bakıya, valideyn​lə​ri​nin yanına qayıtmasıyla
əlaqə üzülmüşdü. Ye​nidən Berlinə dönəndən sonra isə görüşəcəklərinə ümidi tam
kəsilmişdi... Dağıstanda yaşayan qız müharibədən sonra aradan illər keçsə və
bakılı kapitandan heç bir xəbər çıx​masa da, gözünü yoldan yığışdırmamışdı,
ürəyindəki sevgini qoruyurdu. Bilmirdi ki, onun kapitanı indi də Berlinin böyük
rayonlarından birində komendant müavinidir, orda qayda-qanun yaradır. Bunu
bilmirdi. Ancaq bakılı kapitan da onu unutmamışdı və günlərin birində qayıtdı.
Müharibə qurtarandan sonra, qayıdıb Moskvada yerləşəndən, universitetə qəbul
olunandan sonra gəlmişdi. Oğlunu gördü, ancaq qalmadı, ömrünü elmə
bağlayacaqdı və Moskvadan qopa bilməzdi...
Uzun illər sonra doktorluq müdafiə edib Quzey Qafqaza istirahətə gedəndə,
Yesentukidə, öncədən qərarlaşdırdığı kimi, “iki ailə”ni görüşdürmüş və onun
Mahirədən olan iki oğlu Yesentukidə Vladimir adlı, 15 yaşlı böyük qardaşlarının
olduğunu da öyrənmişdilər. Bundan sonra əlaqələri üzülməmişdi. Daha doğrusu,
Rusiyada yaşayan oğlu Bakıya qonaq gəlmiş və bu şəhəri, burdakı qohumlarını
sevmişdi. Hərbi məktəbə də atasının istəyiylə getmişdi; onun yarımçıq qalmış
hərbçilik yolunu davam etdirməyi özünə borc sayırdı. Bir ara biryolluq Bakıya
köçmək istəmişdi, ancaq anasının taleyi fikrini dəyişmişdi. Məsələ burasındadır
ki, anası ikinci dəfə ərə getsə də, bakılı kapitandan sonra xoşbəxt ola bilməmişdi.
İkinci əri də hərbçiydi, istefaya çıxandan sonra içkiyə qurşanmış və günlərin
birində intihar etmişdi. Bundan sonra anasını tək qoyub Bakıya gələ bilməzdi.


Yalnız yay aylarında görüşmək imkanını heç vaxt qaçırmamışdılar. Ya atası öz
ailəsiylə Şimali Qafqaza gəlib onu da tapar, ya da o, məzuniyyət aylarında anasını
da götürüb Bakıya gələrdi. Evlənməsi, toyu... Atasının iştirakı həyatının bütün
mühüm hadisələrinə əlavə gözəllik və sevinc qatmışdı.
İndi budur, yenidən Bakıdadır, atası onu polkovnik rütbəsində ilk dəfə görür,
başqa vaxt olsa, buna görə onu təbrik edər, sevincini bölüşərdi. Ancaq indi bütün
şəhər hələ də 20 Yanvarın alçaldıcı, əzici xatirələri içindədir, bu ağrını atasının
üzündə görmək görüş sevincini üstələyirdi.
...Yarım saat sonra kiçik oğlu Həsən də gəldi. Böyük qardaşının Bakıya
göndərilməsinə sevinirdi. Ancaq komendant sözünü eşidəndə ikisinin də rəngi
qaraldı. Akademik bu sözü eşidən kimi masanın üstündəki qutudan bir siqaret
götürüb balkona atıldı, dişi bağırsağını kəsirdi: “İt uşağı, bircə bu qalmışdı, atayla
oğulu üz-üzə qoyurlar. Guya başqa adam tapa bilməyiblər Bakının komendantlığı
üçün. Mənnən burdakı mübahisələrimizin hesabını çəkirlər; elə bilirlər bu yolla
məni xalqın gözündən salacaqlar”. Öz evində, yenicə gördüyü oğlunu pərt eləmək
is​təmirdi, ancaq sözü hara fırlayırsa, fərqi yoxdur, bu təyinat ona çox böyük bir
zərbədir. Mahirə xanım ərinin ovqatının dəyişdiyini anlayır və buna görə də
zarafatıyla gərginliyi götürməyə çalışırdı...
“Siz bunun boy-buxununa, qəhrəmanlıq nişanına baxmayın! – deyə Ziyad bəyə
sataşdı. – Ürəyi uşaq ürəyi kimidir. Sizin böyük qardaşınız, Allah hamınıza can
sağlığı versin, anadan olanda biz hələ Moskvada yaşayırdıq. Oğlu olduğunu
eşidəndə səfərini yarımçıq qoyub qayıtmışdı Moskvaya və qayıdan kimi də
cummuşdu doğum evinə. Qapıdakılar saxlaya bilər bunu? Elə bil düşmən
cəbhəsinə hücum edir. Birinci mərtəbəni keçir, ikinci mərtəbədən adlayır, üçdə
bütün həkimlər, tibb bacıları birləşib qarşısında barrikada quraraq axır ki, onu
içəri buraxmamağa nail olurlar. Geri çəkilməkdən başqa yolu qalmır. Bir də
gördüm pəncərəm döyülür; baxıram budur. Yağış borusu ilə dırmaşıb üçüncü
mərtəbəyə. –Yıxılıb öləcəksən! – deyə qışqırıram. O isə əmrindən qalmır: –
Göstər oğlumu!.. Mən evə dönənə kimi bütün yataqxananı içirdib kefləndirmişdi,
yataqxana keflilikdən əyri dayanırdı”.
Ziyad bəy başqası haqqında danışırmışlar kimi maraqla qulaq asırdı.
Qardaşların mehribanlığı, yoldaşının qonağı ürək​lə qarşılaması ona hirsini
unutdururdu. Ancaq nə qədər xatirə danışsalar, xoşbəxt günlərini yada salsalar da,
şəhərin üz​ləşdiyi faciə yaddan çıxmır və komendant da Sovet ordusunun zabiti
kimi, günahkarlıq xəcalətindən uzaqlaşa bilmirdi. Atası bunu anlayır və qəsdən
söhbəti öz nəsil-şəcərələrinin üstünə gətirirdi. Bakıda onun kötüyündən çox qədim
izlərin hələ də qalmaqda olduğundan danışırdı. Ancaq ən maraqlısı Mahirə


Yüklə 0,89 Mb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   75




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə