Akademikin Son eseri



Yüklə 0,89 Mb.
Pdf görüntüsü
səhifə20/75
tarix01.07.2018
ölçüsü0,89 Mb.
#52682
1   ...   16   17   18   19   20   21   22   23   ...   75

– Ziyad İsayeviç, bu, əsl sənin malındır. Hadrutdan əmim göndərib.
Ziyad bəy özünəməxsus təbəssümlə:
Səndə pis araq olmaz, bilirəm. Süz! – dedi.
Qədəhlər doldu və akademikin sağlığına içdilər. İkinci badədən sonra Abramın
dili açıldı. Daha doğrusu, gəldi məqsəd üstünə:
– Yəqin səni nə niyyətlə çağırdığımı özün başa düşürsən. Mənim canımı dərd alıb;
bu işlərin axırı nə olacaq?
Ziyad bəy atmacasından qalmadı.
– Nə olacaq, ordu gəlir sizi qorumağa. Moskva kimi arxanız var.
– Sataşırsan mənə? Ziyad İsayeviç, ordu bizi müdafiə eləmək istəsəydi qoymazdı
azərbaycanlılar Ermənistandan çıxsın. Ordakı quldur dəstələrinin qabağını
kəsərdi. Guya bilmirlər ki, bizim faciəmiz ordan başlamışdır; tikan üstə
oturmuşuq. Nə olsun vəzifəm var, evim var, pulum var... Nə olsun? Bəyəm
küçədəki qaçqınları görmürəm. Onlar nə vaxta kimi dözəcəklər. Belə vəziyyətdə
sakit yaşamaq olar?
Ziyad bəy onu sakitləşdirməyə çalışır:
– Şükür, hələ yaşayırsınız.
– Belə baxanda sən düz deyərsən e, bizə dəyib-dolaşan yoxdur, ancax axı bizim də
vicdanımız var. Bilmirəm ni​yə qoymurlar bizimkilər evlərini dəyişib rahatca çıxıb
getsinlər. Narazılıq düşsə bizi kim qoruya bilər? Nə qədər erməni–müsəlman
davası olub? Sən bilirsən... O mü​ha​ribələrdə ordu yox idi, bəs niyə araya
girmədilər? Göz​lədilər iki qonşu bir-birini qırsın, sonra onların da əl-qolu
açılsın.
– Bilirsən nə var, Abram, biz uşaq deyilik. Yoxsa elə bilirsən mən Qorbaçovun
erməni sevgisinə inanıram? Yox, qardaş, o adam oyunbazdır. Onun gizli bir planı
və ya öhdəliyi var. Bizim savaşmağımız onu məqsədinə yaxınlaşdırır.
– Yaxşı onda neyləyək? Sən daşnaqları söyürsən, elə mən də tez-tez söyürəm
onları, ancaq indi daşnaq öz ke​findədir. Haqq qalıb ortada.
Biz də sizin kimi, Abram. Fəlakətin yaxınlaşdığını hiss edirik. Ordu dayanıb
şəhərin ağzında bəhanə gözləyir.
– Hara? Sən də uşaq kimi danışırsan. Gözləmir! Özü salacaq qarışıqlığı. Söz
yaydılar ki, 14-cü mər​təbədən bir erməni qadınını atıblar küçəyə. Maraqlandım,
bizim rayonun ərazisi idi. Üstündə sənədi yox, erməniliyini göstərən bir əlamət
yox, qonşular “dəlixanadan yeni buraxılmışdı”, dedilər. İndi də iki-üç gündür bir
dəstə uşağı salıblar erməni məhəllələrinə. Bir-birini qovalayan pişiklər kimi bir
həyətdən girib o birindən çıxırlar.
Ziyad bəy üçün gözlənilməz xəbər idi.


– Öyrənmədiniz kimlərdir?
– Qaçqın uşaqlarıdır, deyirlər, ancaq milisin saxladığı bir, ikisi ilə söhbət elədik.
Biri İrəvandan gələn ailədəndir. O biri ikisinin hardan gəldiyi bəlli deyil.
Sənədləri də yoxdur üstlərində. Rusca danışırdılar.
Ziyad generallarla söhbətlərini xatırladı:
– Təxribat başlanıb artıq, – qədəhi qaldırdı.–Allah xalq​larımızı qorusun!
İçdilər.
Söhbətə İrəvandan gəlmiş Armais qatışdı.
– Mən sizi qiyabən yaxşı tanıyıram, akademik. Xalq arasında nüfuzunuz böyükdür.
Mən də hörmətli Ağa​can​yan kimi pikir​ləşirəm. İşlər başdan əyilib. Gərək Ermə​-
nis​tandan azərbaycanlılar qovulmayaydı. Biz də gec ayıldıq. Bunu bacarmadıq.
Çünki belə bir sözü dilinə alanı meydanda daşqalaq edərdilər. Biz iki yazıx
millətıx. Niyə qırmalıyıx bir-birimizi? İndi ox yaydan çıxıb. Bakıda erməniləri
zorla tutub saxlasanız da qalmazlar. Ordu gələndən sonra nə olacaq bilmirik. Sizin
hörmətiniz böyükdür. Cavanları sakitləşdirin ki, bizimkilər axtarıb müştəri tapıb
evlərini satsın, ya ordan gələnlərlə dəyişib getsinlər.
Ziyad bəy çevrilib öncə Abrama, sonra Levona baxdı:
– Bu sizin ciddi sözünüzdür. Ev-eşiyinizi qoyub hara gedəcək​siniz?
– Sizinkilər Ermənistandan çıxandan sonra hara get​dilərsə, biz də ora gedəcəyik:
çadır şəhərcikləri, Rusiya bazarları... evlərimizi hara dəyişə bildiyimiz yerə...
Levon təəssüflə:
– Mən yazıçıların evində yaşayırdım. Yeni tə​mir elət​dir​miş​dim mənzilimi. Düz bir
il əziyyət çəkmişdim. Elə gö​zəl təmir elətdirmişdim, elə işıqlı aynabənd tikmişdim
ki!..
Ziyad fikirli-fikirli:
– Bu sözü Ermənistandan gələnlərdən də dəfələrlə eşitmişəm. Yanırlar ev-eşikləri
üçün.
Armais mövzunu dəyişdi:
– Mən universitetin dekanıyam. Tələbələrimə baxıram ürəyim ağrıyır. Hamısının
beynini zəhərlə​yiblər, elə bilirlər müharibə meydanda şüar deməkdir. Gərək Azər​-
baycanın, Ermənistanın ziyalıları tez-tez görüşsünlər, bəl​kə müharibənin qarşısını
almaq oldu. Cavanlarımızı qoru​malıyıq. Orda da, burda da.
Abramın qayğısı ayrıydı:
– Sənin gücün çatar, Ziyad İsayeviç. Xalq Сəb​həsinə də təsir göstərə bilərsən. Bu
uşaq-muşağın qarşısını alaк, ermənilərin sakitcə çıxıb getməsinə kömək edərlər.
Levon əlavə etdi:
– Onsuz da çox adam qalmayıb. Xalqın çoxu dəyişib evlərini. Qalan qocalar,


əlsiz-ayaqsızlardı. Kömək edin, onlar da qatarnan, təyyarəynən çıxıb getsin.
Ziyad bəy üçün gözlənilməz xəbərdi.
– Nə vaxt köçüb ermənilər?
– İl boyu. Karabaxda hərəkat başlanandan.
Ziyad bəy söhbətdən razı qalmışdı. Ertəsi gün xalq cəbhəsinin fəalları ilə
danışacaqdı. Bakıdan gedən er​məni​lərə qarşı heç bir zorakılıq olmamalıdır.
Ordunun bəhanə​lərindən biri əlindən alınmalıdır.
Yemək yeyilmiş, söhbət yekunlaşmışdı. Ancaq heç biri yün​gülləşməmişdi. Bu
görüşün sonuncu olduğu gizli deyildi. Qaçınılmaz bir tale dörd adamı üz-üzə
qoymuşdu; dörd məhkum kimi. Birdən-birə bütün yazışmalar, qarşılıqlı ittihamlar,
erməni-türk nifaqının başlanması və tarixi… hamısı mənasızlaşmışdı. Çarəsizliklə
bir-birinin üzünə baxırdılar. Onları qarşısına alıb aparan bir selin əsiri idilər.
Türk, erməni... havada uçan sözlərdir. Təkrar-təkrar deyib, söymək asandır. Ancaq
bu dörd nəfərin hər birinin öz dünyası, ləyaqəti, taleyi, ailəsi, arzuları var. Bu
axşam eyni dərdi bölüşürlər. Hətta bir-birlərini ürəkdən sevdiklərini hiss edirlər.
Daşnakın, Asalanın nə dəxli Azərbaycanda doğulmuş və ömrü boyu Azərbaycana
xidmət etmiş bu Abram Ağacanyana? Yaxud Ermənistanın inkişafı üçün ömür sərf
etmiş İsrafillərin, Hidayətlərin nə günahı var ki, doğma şəhərindən, torpağından
didərgin düşsünlər? Tarix boyu çalın-çarpaz xətlərlə bir-birinə bağlanmış bu
xalqlar niyə düşmənə çevrilməlidir? Göyçə – Aşıq Ələsgərin yurdu, yaxud
Zəngəzur indi Ermənistanda qalıb, Mardakert, Martuni də Azərbaycanın payına
düşüb. Orda azəri yaşayır, burda erməni. Nə olsun? Bunun nəyi pisdir? Əksinə,
bir-birinə dayaq olsunlar, bir-birini zənginləşdirsinlər. Bu sərhədləri kim qoyub
axı? Kim üstündə yaşadığı torpağı qəbrinə aparır. Qoy İran da, Türkiyə də,
Gürcüstan da, İraq da götürsün sərhədləri. Adamlar – könülləri haranı seçirsə,
haranı bəyənirsə – orda yaşasın. Öz dillərində arxayın yazıb oxusunlar, öz
nəğmələrini səsləndirsinlər. Erməni erməniliyindən, türk türklüyündən çıxmayacaq
bununla, ancaq o ermənilər və o türklər indikilərdən daha xoşbəxt olacaq.
Bu düşüncəylə susub oturmuşdu.
Bu vaxt əlində çay padnosu Abramın yoldaşı Qreta xanım içəri girdi.
– Aaa, sizə nə olub, ağzınıza su alıb oturubsunuz? – Padnosu masanın üstünə
qoyub əlini Ziyad bəyə uzatdı.
Xoş gəlmisən, Ziyad müəllim. Bizi tamam unut​musan. Mahirə xanım necədir?
Akademik yerindən qalxdı.
– Sağ ol, Qreta xanım. Mahirə də yaxşıdır. Üzümü görəndə sevinir.
– Səni başa düşürəm, – dedi Qreta. – Ağır zamandır. Allax hamımıza cansağlığı
versin.


Yüklə 0,89 Mb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   75




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə