Akademikin Son eseri



Yüklə 0,89 Mb.
Pdf görüntüsü
səhifə23/75
tarix01.07.2018
ölçüsü0,89 Mb.
#52682
1   ...   19   20   21   22   23   24   25   26   ...   75

Çıxışlar kəskin və ittihamla doluydu. Ən qatı moskva​pərəst kommunistlərin də dili
açılmışdı. Sonda bu işğal faktını araşdırmaq üçün istintaq qrupu yaradıldı.
Deputatlarla yanaşı bu qrupa xalq hərəkatının liderlərindən üç nəfər, o cümlədən
Altay da daxil edildi. Bir neçə ay görüşə bilmədilər.
***
Bu il Bakı yazın gəlişini hiss eləmədi. Əlini-qolunu bağlamaqla kifayətlənməyib
həm də dilini susdurmuşdular. Ölü sükutu, məğlubiyyət xəcaləti, çarəsizlik ağrısı
çökmüşdü şəhərə. Bakı acizliyinin və aldadılmağın dərdindən ölürdü. Radio,
televiziya, qəzet... hamısı lal-dinməz... Xarici radioların dəstəyi və reportajları
olmasa, bu hirs şəhəri partladardı. Ancaq qazan gizli-gizli qaynayır, xalq öz
yaralarını sarıyıb yenidən mübarizə meydanlarına qayıtmağa hazırlaşırdı. Hələ ki,
hakimiyyətlə xalqın dialoqu və ya mübarizəsinin yerini xalq-ordu qarşıdurması
tuturdu...
May ayının çiçəkləriylə yaraları bağlamaq istə​diyi gözəl axşamlarından birində
Ziyad bəyin evinin zəngi ba​sıldı. Qapıda onun kimi uca boylu, bazburutlu və hərbi
rüt​bənin çox yaraşdığı qırx-qırx bir yaşında polkovnik dayanmışdı. Kənardan
baxan olsa, onların bir-birinə nə qədər oxşar olduqlarına heyrətlənərdi.
– Sənsən?
Qapıda duran Rusiyada yaşayan, azərbaycancaya tər​cü​mə edərək, Cahangir
adlandırsa da, rəsmi sənədlərdə Vladimir olan oğlu idi.
Qucaqlaşdılar.
– Məni bura göndərdilər, işləməyə!
Nə işə gəldiyini bilmədiyindən və qapıda sorğu-sualı yersiz saydığından onu içəri
buraxıb:
– Ağıllı iş görüblər! – dedi.
– Qovursan, qov, mən gəlmişəm!
Bu sözün nə məna daşıdığını sonra başa düşə​cəkdi.
Oğlu əlindəki qərənfil dəstəsini atasının enli çi​yinlərinin arxasından boylanan
Mahirə xanıma uzatdı. Mahirə xanım da onu qucaqladı. Ev sahibəsi masanı
düzəldə-düzəldə oğulluğunu suala tutmuşdu:
– Yaxşı, danış görək, necəsən, uşaqların necədir?
– Yaxşıdılar, sağ ol, Mahirə xala. Siz necəsiniz?
– Sarı cücən böyüyür?
– O...o... Dünya gözəli olub!
– Əlbəttə, çəkəcək babasına, – gözaltı ərinə baxdı. – Evini tikib qurtardın?
– Qurtarmışam, ancaq hələ sənədlərini ala bil​mirəm.


– Allah qoysa, alarsan. Gözəl yer seçmisən, şə​hərin mərkə​zində. Həm də kənd
kimi sakit mə​həllədir.
– Siz də daha gəlmirsiniz.
– Görmürsən ara necə qarışıb, Allah pis qonşunun evini yıxsın.
Oğlu da Ziyad bəylə yanaşı dayanıb pəncərədən dənizə baxırdı. Bakının üstünə
göndərilən hərbi gəmilərin bir neçəsi hələ də sahilə yaxın, silahları şəhərə yönəli
şəkildə qalırdı.
Atasının qoluna toxunub onu ən çox narahat elə​yən sualı verdi:
– Sağlamlığın necədir?
– Gördüyün kimi! Bu cəmiyyətdə sağlamlıq qalar?
Cəbhədə də, Moskvada oxuduğu illərdə də neçə-neçə qızla üz-üzə gəlmiş, saysız-
hesabsız sevgi etirafları eşitmiş qəhrəman indi, aradan illər keçəndən sonra da
onu Ma​hirəylə rastlaşdırdığına görə taleyinə minnətdardı. Daş​kənddə doğulub
böyümüş, əslən Qarabağdan, Şuşadan olan bu qızı gördüyü ilk gündən öz qismətini
tapdığını hiss etmiş və bir oğlu olduğunu ondan gizlətməmişdi... Mahirə bu xəbəri
faciə kimi qəbul etməmişdi. Zatən müharibəni adi həyatın qanunlarıyla
dəyərləndirmək olmaz, elə universitetdə ordudan sinəsində qəhrəmanlıq ulduzuyla
qayıtmış bu bakılı oğlanın hər gün başına qızların necə fırlandığını görürdü.
Əvvəllər əhəmiyyət verməzdi buna, sonra qısqanclıq başlansa da, əlindən bir şey
gəlmirdi. Bir deyil, iki deyil ki, qabağını kəsib, “əl çəkin!” deyəsən. Desən də
“sən kimsən?” söyləyərək cavabını verərlər... Qəhrəman bu boyda universitetdə
onu seçmişdisə, artıq qısqanclığı içində boğmaqdan başqa yolu qalmamışdı. Buna
görə də cəbhədə hər gün ölümlə üz-üzə dayandığın günlərdə qurulan münasibətlərə
qısqanmaq ağılsızlıq olardı və Ziyadın rusiyalı qadından doğulmuş oğlunun ortaya
çıxması, hətta Bakıya gəlməsi evindəki etimada, sayğıya təsir göstərə bilməzdi,
başqalarının söz-söhbətini də vecinə alan deyildi.
Ziyad bəy hərdən yoldaşına işarəylə “mənə bu dözür, kimsə dözə bilməzdi”
deyirdi. Doğrudan da, müharibədə aldığı kontuziyanın üstünə döşündəki Qızıl
Ulduzun verdiyi ötkəmlik də gələndən sonra bu adam ipə-sapa yatmayan birisi
olmuşdu. Hələ tələbəlik illərində hər kəsin köməyinə yetdiyinə, sonuncu tikəsini
də ehtiyacı olanlarla bölüşdürdüyünə görə ona universitetdə xüsusi hörmət vardı.
Bir az da çəkinirdilər ondan. Bir də gördün qəfildən düşdü ortaya, beş-altı kəlmə
ilə bütün salonda olanların əhvalını dəyişdi.
Mahirəyə ilk baxışdan vurulmuşdu. Qız hər yerdə onu izləyən bu qalife şalvarı
arıq vücudundan asılmış, arıq, nataraz oğlandan qorxmuş, hətta anasına da
yazmışdı bu uzundraz, ancaq hamının sevdiyi qəhrəman tələbə haqqında. Anasının
məsləhəti qeyri-adi olmuşdu: “O, sənin azər​baycanlı olduğunu bilmir. Yanından


keçəndə ana dilində, hörmətlə salam ver. Ondan sonra qorxun olmasın”. Doğrudan
da, nədənsə ürəyinə yatan, ancaq kimliyini bilmədiyi qız ona sakitcə “salam”
deyəndə çaşıb qalmışdı. Bundan sonra münasibəti dəyişilmiş, ona daha möhkəm
bağlanmış, ata-anasının Mərkəzi Asiyaya Şuşadan köçdüklərini öyrənəndə isə
evlənmək fikri qətiləşmişdi: “Bu, mənim qismətimdir. Moskva hara, şuşalı bir qız
hara?” Daşkənd​dən gəlmiş bu orta boylu, yumru sifətli qız institutun gözü idi.
Onun ürəyini almağa çalışanlar, ətrafında dolananlar da vardı. Hərbi geyimini
əynindən çıxarmamış gəncin gəlişi ilə vəziyyət dəyişilmişdi. Tətillərin birində
qıza demədən Daşkəndə gedib ailəsi ilə tanış olmuş və özünü Mahirənin ata-
anasına bəyəndirməyi bacarmışdı. Gözü Mahirənin üstündə idi və bayram, əyləncə
axşamlarında cəsarət edib qıza yaxınlaşmasa da, kənardan ona göz qoyur, ona
yaxınlaşan oğlanları tək-tək arxaya çəkib aşını-duzunu verib yola salırdı. Axırda
ürəyini açmış və birbaşa, “gəl evlənək” demişdi. Mahirə də neçə imkanlı namizəd
ola-ola, hamını rədd eləyib onun təklifini qəbul eləmişdi. Yüz cür çətinliklə üz-
üzə gəlsələr də, gələcəklərinə inamları itməyən ac-yalavac gənclərin xoşbəxt
günləri başlanmışdı.
Gənc kapitan hərbi intizamla yaşayan, kimsədən çəkin​mədən sözün düzünü deyən
adamdı. Elə həmin günlərdə də Mahirəyə müharibə illərində, alayda tərcüməçi
işləyən, əslən Dağıstandan olan bir qıza aşiq olduğunu danışmışdı. Tanışlıqları
Polşadan başlanmışdı. Üzündə uzun savaş meydanlarının əzabları yazılmış arıq
kapitan üçün pəzəvəng general əsirin dediyini tərcümə edən qız arada heyranlıqla
kapitana da göz qoyur və onun qəhrəmanlığından duyduğu qüruru gizləmir, “sizin
kimilər olmasa, gəlib Almaniyanın sərhədlərinə çatmazdıq” deyirdi. Berlinə
yaxınlaşdıqca savaş şiddətlənir və alayda çalışan qızdan xəbər tutmaq
çətinləşirdi. Buna baxmayaraq, aradakı ünsiyyət möhkəmlənir və görüşdən-görüşə
yaranmış məhəbbəti gizləmək olmurdu. Bu gündən sabaha çıxmağa ümidin
qalmadığı bir vaxtda, Berlin ətrafındakı savaşlar onları bir-birinin qoynuna
itələdi. Hər gün ölümün bumbuz nəfəsini hiss edəndə insanların bir-birinə
sığınmaqdan başqa yolu qalmır. Alman dilini yaxşı bildiyindən məktəb
partasından birbaşa ön cəbhəyə gətirilmiş və hələ üzündən uşaqlıq saflığı
çəkilməmiş bu qız bir gözəllik heykəliydi. Gənc kapitana elə gəlirdi ki, onu
qorumaq da elə Qafqazı, Vətəni qorumağın bir növüdür. Təsadüfən anasının adını
daşıyan tərcüməçi qız da qeyri-adi, zərif və ömrünün axırınadək
dəyişilməyəcəyinə inandığı bir eşqlə sevirdi gənc kapitanı.
Bəlkə heç eşq də demək olmazdı buna. Bu, ölümün ağzından qoparılan gənclik
istəyiydi, gənclik haqqı da demək olardı. Görünür, Avropanın yad ellərində bu
duyğunun doğulmasında hər ikisinin Qafqazlı olması da rol oynadı. Qız düşünürdü


Yüklə 0,89 Mb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   75




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə