Akademikin Son eseri



Yüklə 0,89 Mb.
Pdf görüntüsü
səhifə32/75
tarix01.07.2018
ölçüsü0,89 Mb.
#52682
1   ...   28   29   30   31   32   33   34   35   ...   75

Yaxşı ki, vaxtında ayıldı, Ağsaqqala güvənərək onu Ba​kıya dəvət etdi, özünü onun
tələbəsi elan edənlər tə​rə​findən yetərincə müdafiə olunmadığından, qəfildən ha​-
kimiyyəti tərk edib doğulduğu kəndə qayıtdı...
Neçə gündür düşünürəm. Qədim və ya orta əsrlər tari​xiylə bağlı yarımçıq işlərimi
tamamlamaq... Çox vacibdir. Ancaq məgər öz yaşadığımız, bu yazdıqlarım da
tarix deyil? Sabah da bu günün həqiqətlərini üzə çıxarmağa çalışacaqlar. Bunun
özü də diqqətdən kənarda qalmamalıdır. Sabah xalq çaşıb qalacaq. Əsl həqiqəti
tapmaqda çətinlik çəkəcək. Başa düşməyəcək ki, bu qısa ömürlü rəhbərlərin hərəsi
öz tarixini yazdırır. Özünü haqlı sayır. Bu da elə erməni saxtakarlığı kimi bir
şeydir...
Kaş Ağsaqqal Moskvadan qayıdan kimi köhnə yetişdir​mələri kənara çəkilib, onu
gətirəydilər hakimiyyətə. Onda başımız bu bəlaları çəkməzdi.
Sağlı, sollu, iqtidarlı, müxalifətli bütün iddialıları di​şinə vuran xalq ümidini
Ağsaqqala bağlamışdı. “O ağıllıdır, təcrübəlidir, hamının dilini bilir. Gəlsə,
düşmənə də öz yerini göstərər”. Əyalətə gedib onun Bakıya gəlməsinin vacib
olduğunu deyəndə xalqın bu rəyini və düşdüyümüz çətin vəziyyəti nəzərə
almışdım...
Gəlməsə, fəlakətlərimiz daha böyük ola bilərdi. Bu, birmənalı belədir. Kimsə
başqa bir alternativ deyə bilməz.
Ölkədə mərkəzdənqaçmanın, bölücülüyün qarşısı alınsa da, müstəqillik uğrunda
fədakarlıq etmiş gənclərin bir araya gələ bilməməsi, milli birliyin olmaması, ən
əsası Ağsaqqalı Bakıya dəvət edib prezident seçilməsinə şərait yaradanların onun
arxasından qaçmaları qəlbən sevdiyi bu yaşlı insanın böyür-başının tədricən,
cildini dəyişmiş köhnə kommunistlərlə və Moskva aşiqləri ilə sarılmasına səbəb
oldu. Bu, məni qorxudur. Ona irad tutmaq çətin məsələdir. Əyalətdəki uzun
söhbətlərdə anlamışdım ki, Moskvada olduğu illərdə dostunu düşmənindən
seçmiş, kimlərin ona xəyanət elədiyini dəqiq müşahidə etmişdir.
Hələ o xəyanətkarların, müstəqillik əleyhinə olanların yenidən dirçəlməsi heç bir
məntiqə sığmır. Bu azmış kimi, ölkədə rüşvətxor və dövlət parası hesabına adam
olanların bir çoxu deputat seçilmişdir. Ancaq əyalətdə ürək açıqlığı və cəsarətlə
dediyimiz hər şeyi burda demək olmur. Onsuz da qayğısı başından aşır. Biz də
əlavə problemlər yaratmamalıyıq.
Doğrusu, bəzən vəzifələri hansı məntiqlə böldüyünü anlamaqda çətinlik çəkirəm.
Biri elə bizim Məclisin sədri. Bəyəm tanımırıq onu? Tələbələri nə danışırlar
haqqında. Rüşvəti tualetdə alırdı, deyirlər. İndi gəlib o boyda Məclisə sədrlik
eləyir. Mən də düz eləyib səsimi qaldırdım. Partiya yoldaşlarımız narazı qalsa da,
deməliydim. Yoxsa ürəyim partlardı. İlk dəfəydi Ağsaqqal mənə elə sərt nəzərlə,


narazılıqla baxırdı. Ancaq özü də belə məsələlərdə güzəştə gedən deyil. Yəqin ki,
məni başa düşər...
Amma onu sevməyən, işini bəyənməyən, hətta Bakıya gəlməzdən öncə yaranmış
qarışıqlıqlarda barmağı olduğunu deyənlər də çoxdur. Belə danışanları başa
salmaq asandır. Ancaq cəbhəçilərin hamısının ağzını yummaq olmur. Xüsusən
köhnə əsgərlərin, öz dedikləri kimi, qazilərin. “Sizin Ağsaqqal dediyiniz gələn
kimi bizi niyə geri çağırdı? Yeni hərbi birləşmələr yaratmadan könüllüləri geri
çağırmaq xəyanət deyildimi? Bəlkə bu elə Dağlıq Qarabağ ətrafındakı yeddi
rayonu ermənilərə vermək üçündü?”
Deməyə söz də tapmıram. Məncə, bu xəyanət deyil, səhvdir. Tələsdi. Öz nüfuzuna
arxayın oldu. Ermənilərlə tezliklə dil tapacağına, hər şeyi danışıq yolu ilə
qaydaya salacağına inandı. Axı Dağlıq Qarabağın erməni separatçıları da onun
yetirmələri idi. Onun razılığıyla dırmaşmışdılar vəzifə mərtəbəsinə.
...20-ci yüzilin göz önündə baş verən, hər kəsin həya​tından keçən və sanki hamının
bildiyi yaxın tarixi araşdırdıqca, uzaq əsrlərin uzaq olayları, hökmdarları və mü​-
haribələri unudulur. Onlarca böyük savaşın tarixini yazsam və özüm o savaşlardan
birinin qəhrəmanı olsam da, indi çaşıb qalmışam, cavabsız suallar burulğanından
çıxa bilmirəm. Neçə ildir bizi məhv etmək üçün qurulmuş bu qurğulardan xilas
yollarını düşünürəm və yaxın vaxtlara qədər ölkənin müxtəlif idarələrinin
başçılarını öz inandığım yola istiqamətləndirməklə müharibənin taleyini həll
etməyə ümidliydim. Faşişt Almaniyasının əzilməsində 10 milyonlarla insanın
itkisini, gözəl şəhərlərin göz önündə daş və kül yığınına döndüyünü görən insan
oğlu bir daha bu faciələrin təkrarlanmasını istəməz. Avropada və dünyada
dövlətlərin bir araya gəlməsi, sosialist düşərgəsinin dağılması qanlı
toqquşmaların qarşısını almalıdır. Lakin SSRİ-nin başsız rəhbərliyi bu boyda
ittifaqı əsl qardaşlıq birliyinə döndərməkdənsə, yenə rus hegemonluğunun at
oynatdığı xırda savaşlar ocağına çevirdi. “Nə yardan doyur, nə əldən qoyur” buna
deyərlər. İdarə edə bilmir, əzir, dağıdır, çökdürür, özü öz əlləriylə ayrılığın
təməlini qoyur, sonra da öz torpağında sakit yaşamaq istəyən xalqları bir-birinin
üstünə qaldırır. Bu fəlakət hələ 20-ci illərdən başlanmışdı. Kirov kimdi ki,
Azərbaycan torpaqlarının bir hissəsi olan Zəngəzuru qonşulara bağışlasın, bir
hissəsində də Dağlıq Qarabağ adlı muxtariyyət yaratsın.
Ömrü boyu ədalətdən yüksək dəyər tanımadım. Ömrüm boyu nə yazdımsa, tarixi
bəlgələrə söykəndim. Ancaq birdən-birə anladım ki, böyük dövlətlərə və böyük
güclərə həqiqətlərin tarixi yox, onlara sərf edən tarix lazımdır....
Dünyanın kor-korluğu, yaşımın çoxaldığına baxma​ya​raq, hərdən içimdə köhnə
savaş eşqini oyadır. Təsəv​vürümdə bu münaqişəni bitirmənin aydın bir yolu


canlanmışdı və peşəkar hərbçi üçün bunun bir neçə günün işi olduğunu
həmsöhbətlərimə inandırmağa çalışırdım. Lakin sonra, sanki qəsdən
Azərbaycanda, siyasətdən başlamış orduya qədər, bütün məsələlər işbilməzlərin
ötür-ötür oyununa çevrildi, münaqişə daha da dərinləşdi.
Düzünü deyim ki, onsuz da Məclisdəki o mənasız mü​bahisələrin, yaxud bu
hadisələrin heç birindən elmi araşdırmalardan aldığım ləzzəti ala bilmirəm.
Ətrafımda baş verən olayların, ziddiyyətlərin, xəyanətlərin, hətta öz millətinə
qarşı çevrilmiş gizlin niyyətlərin də əsl səbəbini və mahiyyətini öyrənəndə
keçmişi daha yaxşı dərk edirik. İnsanın tarixdən ibrət almaması yüz illər boyu yer
üzündə nizam yaratmaq istəyən müdriklərin ən böyük qayğılarından və
ağrılarından biri olub. Maraqlarım dəyişilir, indi günümün çox hissəsi tarixin
fəlsəfəsi, dinlərin tarixi, ekologiya, astronomiya, yerdən kənar dünyalar və
sivilizasiyalar kimi bir-birindən uzaq sahələrdə araşdırma aparmağa sərf olunur.
Bu sahələrin hər birində az-çox iş də görmüşəm, amma vaxt axtarıram ki, onları
sahmana salım. Qədim tarixlərdən sonra Sovet dövrünün tarixiylə
maraqlanmağım, o uzaq keçmişdən gözlənilmədən bu yaxın zamanın tarixinə
qayıtmağım təsadüfi deyil, bunu özüm də anlayıram; özümdən asılı olmayan bu
keçid xalqımızın həyatında indi də davam edən bir çox faciələrin köklərini,
səbəblərini, sifarişçi və icraçılarını anlamaqda yardım edir. O qədim qırğınlarla
bugünkü oyunlar və faciələr arasındakı bağlılığı hər adam görüb dərk edə bilməz.
Şərin, hiylənin, yalanın, qan tökmələrin cildi dəyişsə də, mahiyyətini dəyişmədən
yüzilləri, minilləri aşıb gəlməsi, elmin bu qədər böyük sıçrayışıyla müqayisədə
insan fitrətinin bu qədər qorxulu mühafizəkarlığı adamı çaş-baş qoyur; bəlkə
günlərlə, aylarla susmağımın bir səbəbi də bunları yazmağın çətinliyidir. Nədən
başlayasan, qardaş, necə yazasan? Müharibə bitməmiş bu açıqlamalar nə nəticə
verə bilər, beyinlərə yeridilmiş ehkamların dağıdılmasını zehni zorlanmış və
vicdan tərəzisi unutdurulmuş toplum necə qəbul edər? Nəhayət, “bunları bilə-bilə
öz ömrünü bu yola niyə fəda eləmisən?” sualına cavab verməli olacaqsan.
Başladımsa, açıq yazmalıyam.
Söz verdiyim kimi, bu gün savaşda, vəzifə kür​süsündə, Milli Məclisdə, hətta
ədəbiyyatda düşmən dəyirmanına su tökən dönmələrin, gəvşirmə​lərin kimliyini üzə
çıxarmalıyam. Bu maskalanmış adamlar gizli yolla gen savaşını genişləndirir,
ekoloji fəlakətə yol açırlar.
Mən əsgərəm, səngərdən çıxdımsa, düşmənlə əlbəyaxa döyüşə girməliyəm. Başqa
yol bilmirəm. Bu günə elə o əl​bəyaxa döyüşlərdən keçə-keçə gəlmişəm. Payız
meşəsi, tökülən yarpaqlar, süngü döyüşü... Allah, sən məni hardan hara aparırsan?
Akademiyanın bağı hara, Avropanın qanlı səngərləri hara?


Yüklə 0,89 Mb.

Dostları ilə paylaş:
1   ...   28   29   30   31   32   33   34   35   ...   75




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə