Akademikin Son eseri



Yüklə 0,89 Mb.
Pdf görüntüsü
səhifə35/75
tarix01.07.2018
ölçüsü0,89 Mb.
#52682
1   ...   31   32   33   34   35   36   37   38   ...   75

gözlərindən və cəlladın qılıncı kimi iti qələmlərindən heç nə yayınmır; əsas budur
ki, işlərin bu şəkildə gedişatı və onun hakimiyyətinin Fatma nənənin hanası sayaq
uzandıqca uzanaraq, nəhəng bir qaya kimi ölkənin üstünə çöküb yavaş-yavaş
camaatın öz dövlətinə olan son ümidlərini də xıncımlaması daha heç kimi
maraqlandırmırdı; maraqlananların aqibətini görmüşdülər, azacıq cəsarətə gəlib
bu barədə söz açanlar susdurulmuşdu və indi daha hamı xoşbəxt bir susqunluq
içindəydi. Hakimiyyətlə xalq arasında zərrəcə uyumsuzluq, anlaşılmazlıq
qalmamışdı. Su töküldüyü qabın şəklini almışdı və nə vaxtsa hərəkətli, axar bir
şey olduğu unudulmuşdu. Dostuyla-tanışıyla, böyüklü-kiçikli çevrəsi-çətəsiylə
birgə ömür sürmüş, günlər görmüşdü. Daha doğrusu, özləri gün görmüş, xalqa gün
göstərməmişdilər.
Hərdən adama elə gəlirdi ki, Aslan nazir bu ölkədə ondan yuxarı vəzifəlilərin də
olduğunu unudub.
Özünü ölkənin sahibi kimi aparırdı və yuxarıdakıların susması da adamları
heyrətləndirirdi. İş o yerə çatmışdı ki, onun həmkarları, yəni vəzifəcə onunla eyni
səviyyədə olanlar da Allahın bu şərindən və bəlasından qorunub, başlarını
salamat saxlamaq üçün ona xərac verirdilər. Elə bir şey deyildi bu ölkə üçün:
qəpik-quruş, beş yüz min, bir milyon…
Ona idarəçilik dərsi verənlər başdan öyrətmişdilər: dünya belə gəlib, belə də
gedəcək. Sən Allah deyilsən ki, hər dərdin dərmanını biləsən. Düzünü bilmək
istəyirsənsə, buna heç Allahın da imkanı olmayıb, ya da özü qəsdən çox şeyi
buraxıb bu cahil, yaxşı nədir, pis nədir bilməyən camaatın və vaxtın öhdəsinə. Üz
versən, xalq başına çıxar. Vədənin öz yeri, hədənin öz yeri. Təbəə və ya
vətəndaşla ünsiyyətin ən yaxşı yolu ümid verməkdir. Başlanğıcda dünyanı uçurub
yenidən quracağın və kasıbların dayağı, haqqın bayrağı, yıxılanların dirəyi,
kimsəsizlərin köməyi olacağın haqda şüarları ölkə boyu yay, guya dəridən-
qabıqdan çıxıb gecə-gündüz işləyirsən desinlər, heç kimə güzəşt eləmə, avam
camaatı özünə inandır, bundan sonra necə istəyirsən yaşa!
“Xalqa qan uddurmuşdu, zülm ərşə dirənmişdi”, demək düz olmaz. Haqsızlığı çox
olsa da, hələ qapısına tikan əkdirməmişdi. Bu boyda pulu niyə yığır? Olmasın
iyirmi-otuz min. Bir reklamçılar şəbəkəsi saxlamağa nə var ki? Ölkə boyu gəzib
sənin başqa nazirlərə bənzəməməyin, xeyirxahlığın, xalqa yanmağın, əvəzsizliyin
barədə dastanlar yaysınlar!.. Ancaq özüynən yanaşı mədhiyyələr də qocalmışdı.
Gözünü açıb diqqətlə baxsa nə özünü tanıyardı, nə ölkəni. Nazirlik sarayından
çıxmadan bunu necə görə bilərdi? Onun kölgəsində boy atanlar, hökumətin qol-
budağına doluşmuş qohum-qardaşı elə bir dəmir hasar çəkmişdilər ki, nə
sirinsimiş mahnılardan üzlərə qonan istehzaları görür, nə də ölənlərini gordan


çıxaran söyüşləri eşidə bilirdi.
Böyür-başındakı müavinlər, müşavirlər bir-biri​nin ağzına tüpürübmüş kimi, eyni
şeyi təkrar edir​dilər: “Aslan nazirimiz, nazirliyimiz cənnəti itə​ləyib, dayanıb onun
qapısında, işçilərimiz sizi sevir desək, düz olmaz; sizin başınıza and içir. Sizə
tapınır, salam əvəzinə sizin adınızı zikr edir, “Onsuz bir günümüz olmasın”, deyir.
Bu avam xalq başa düşmür ki, nə qədər biz yanınızdayıq, əlinizin və ayağınızın
altındayıq, nə qədər sizdə belə bilikli, iş bilən, it döyən, boşboğaz, cəngavər
sürüsü, bağışlayın müavinlər, məmurlar, qullar, ayaqyalayanlar, dalsilənlər, daş
qoyduğunuz yerə daşş...q qoyanlar var, qızıldan qiymətli başınızdan bir tük əskik
olmaz. Biz ev-eşik üzü görmədik, ömrümüzü sizə qulluqda keçirtdik. Allahın
izniylə bundan sonra da belə olacaq”.
Nazir də bozarıb demirdi ki, ay itin qarnından çıxanlar, sizə o vəzifəni, süfrəmin
qırıntılarıyla dolanmaq sə​lahiyyətini mən vermişəm, sabah qulağınızdan tutub
vızıldadaram zibilliyə, görüm onda Allahın izniylə necə qalırsınız mənim
yanımda...
Neyləsin, hirslənməyi çoxdan unutmuşdu. Bütün işlərin yağ kimi getdiyi bir
nazirlikdə, adın Şirbəla olsun, ya Aslan nazir, fərqi yoxdur, niyə hirslənməlisən
ki? Qulağı dolmuşdu it ağzından axana bənzəyən sözlərlə; ağlına mıx kimi
batmışdı ki, nazirin üslubu elə bundan ibarətdir: başdasansa, qarşındakı sənin
kiçiyin, yəni itin, küçüyün olmalıdır; dünyanın hər yerində iqtidara bu cür ehtiram
bəslənir, hər yerdə nazirlər əsir-yesirlə belə danışırlar. Hərdən, çox nadir
hallarda, qəflətən beynində uzaq gənclik illərinin işartıları közərəndə bu sözlərdən
qusmağı gəlir və “Allah, bu qoyunları hardan düçar etmisən mənə?” deyə öz
halına yanırdı. Ancaq bu ovqatı işıldaquş kimi tez sönürdü. “Şükür, belə etibarlı
əlaltılarım, qoşunum var!” – deyə sakitləşirdi. Axır vaxtlar bütün sədaqət,
mədhiyyə nəğmələri bitib-tükənəndən, daha doğrusu, çevrəsindəkilər özləri öz
dediklərindən iyrənməyə və Aslan nazirin də onlardan iyrəndiyindən şübhəyə
düşəndə sədaqətlərini göstərmək üçün olmayan yerdən, “nazirlik uğrunda
mübarizə” komediyası, yanpörtü və ya gizli yollarla Aslanı devirəcək siçanlara,
yəni “murdar və xa​ricə satılmış” müxalifətin barmağıyla idarə edilən qəzet
tənqidlərinə qarşı müvəffəqiyyətli və Aslan nazirin uzaq​görən, dahiyanə
təfəkkürünün məhsulu olan mübarizə tamaşası uydurur və ölkədə nə qədər boy
göstərən, gözə görünən, ağıllı, əyilməz, haqqı görən, şəxsiyyətini qoru​maq və
adam kimi yaşamaq istəyən biçarə yetişirdisə, aman vermədən südün qaymağı
kimi yığıb zərərsizləşdirir və bunu böyük tarixi qələbə, millətin gələcəyinə xidmət
kimi xalqa sırıyır, mədhiyyə qazanları yenidən qaynayır, mirzələr gecə-gündüz bu
şanlı tarixlərə parlaq əbədiyyət donu biçirdilər. Ağzıgöyçəklərin ağzını yummaq


olmur. Onlar bu türlü şedevrlərə “ədəbsiz ədəbiyyat” deyirdilər. Yazdıqları
bəxşeyişsiz, yəni qızılsız və ya qızıl qiymətində ənamsız qalmayanlar elə bilirdi,
hər qızıl qələmin yazdığı söz də qızıldır... “Şükür, möhtəşəm nazirliyimizdə qurd
quzuyla otlayır” deyirdilər. Kimsə səsin çıxarıb soruşmurdu ki, bu ölkədə qurd
qalıbmı? Kimsə bağırmırdı ki, “quzu quzuyla otlayır” deyin, “xalq yavaş-yavaş
quzulaşır, qoyunlaşır” deyin.
Özünü din xadimi sayanlar çoxdandı Allahı yada sal​maq məsələsini ertələyirdilər.
Beyinlərə istirahət ver​mişdilər ki, Allahın zülmə əyilməyi günah saymasını, zül​mə
üsyan eləməkdən qorxmanın da elə kafirlik kimi bir şey olduğunu düşünəndə
cəhənnəmin qır qazanında yanacaqlarını xatırlayıb isti aşlarına soyuq su
qatmasınlar.
Ədalətsizliyə dözməyənlər, qurulan torlardan yaxa qurtara bilənlər imkan
düşdükcə ölkəni tərk edib gedirdilər.
Öz hördüyü qəfəsdə arın-arxayın yaşayan, cah-cəlalının heç vaxt dağılmayacağına
əmin olan, ölümü çoxdan unudan və özünü əbədi sayan cənab Hökmdar, Padşah,
Şeyx, Şah, Prezident, Baş bakanın (Aslan nazir xəyalında bu titulların və
vəzifələrin hamısını özünə yaraşdırır və xəyalən özünü o məqamlarda görürdü)
rahatlığını pozan tək bir adam vardısa, o da öz doğmaca oğlu Kamran idi. Düzdür,
əyan-əşrəf ata-oğul arasındakı qovğadan xəbərsizdi, ancaq kim deyə bilər ki,
günlərin birində bu sirr saraya, ordan ölkəyə yayılmayacaq? Bunu da yola vermək
olardı, dərdin böyüyü bu deyil, dərdin böyüyü oğlunun özünü dövlət işində
görməməsi, yaxın və xoşbəxt gələcəkdə bu ölkədə bütün hakimiyyət zirvələrinin
yalnız bəlli adamlara məxsus olacağını və ya irsi keçəcəyini qəbul etməməsiydi.
Aslan nazirin bütün öyüd-nəsihətləri, oğlunu yola gətirmək cəhdləri səmərəsiz
qaldı və o, axırda “ailə onu sakitləşdirər, ipə-sapa yatar” deyə xanımıyla
məsləhətləşib, tanıdıqları ailələrin qızlarını sonalamağa, seçməyə başladılar. Bir
yandan da təkcə oğlunu görmək yetərli deyildi, gözüylə oğlunun oğlunu da gör​mək
istəyirdi ki, nazirliyin uzaq gələcəkdə də başqa əllərə keçməyəcəyinə, yəni bu
əmin-amanlığın pozulmayacağına arxayın olsun...
Evlənmək nazirin əmriylə qəbul olunan yeni bir qayda deyildi; Allahın hökmüydü
və oğlu bu hökmü xoş qarşıladı; atasının öz birinci müavininin qızına işarəsini
qulaq ardına vuraraq çoxdan gözaltı elədiyi Sunayın adını verdi. Birinci
müavininin qızı olmasın, baş tacirin və ya ölkənin pul kisəsinin qızı olsun! Əsas
oğlunun əl-ayağını yığışdırmaqdır. Ölkə tarixinin ən təmtəraqlı toyu günlərlə
uzandı. Başqa necə ola bilərdi? Bəylə gəlin ölkə seçilmişlərinin, qohum-
əqrəbanın təbriklərini və qiymətli hədiyyələri qəbul etdikləri günlərdə bu şərəfə
məmləkətin bu başından o başına sayı-hesabı bilinməyən məclislər quruldu,


Yüklə 0,89 Mb.

Dostları ilə paylaş:
1   ...   31   32   33   34   35   36   37   38   ...   75




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə