Akademikin Son eseri



Yüklə 0,89 Mb.
Pdf görüntüsü
səhifə36/75
tarix01.07.2018
ölçüsü0,89 Mb.
#52682
1   ...   32   33   34   35   36   37   38   39   ...   75

sağlıqlar deyildi. Dağ kimi yeməklər yeyildi, çay kimi içkilər içildi. Zarafat deyil,
ölkənin bərkgedən nazirlərindən birinin oğlu evlənirdi. Dövlətin gündəlik
qayğıları, qəza, yanğın, cürbəcür təbii fəlakətlər yaddan çıxmışdı. Hətta adamlar
əzizlərinin öldüyünü gizlətdilər ki, möhtərəm Aslan nazirin və onun hörmətli
gələcək varisinin qaşları çatılmasın, üzərinə tel boyda kölgə düşməsin. Günah
öləndədir. Ölkənin belə bir xoşbəxt çağında ağıllı adam da şənliklərə qarışmadan,
bu gözəl dünyanı qoyub başqa bir dünyaya köçər? Ölmək istəyirsən, get
Mazandarana, day Avropada nə işin var!
Axır ki, şənliklər bitdi. Bəylə gəlini xüsusi olaraq onların şərəfinə bu gün üçün
tikilmiş imarətə gətirdilər. Toy hədiyyəsi olan möhtəşəm evin tikintisinə və onun
qiymətli əşyalarına sərf edilmiş vəsait bütün ağla gələn rəqəmləri vurub
keçmişdi... Bir baxan bir də baxım deyərdi. Yay-qış otaqlarının ləzzətini
çıxarmağa, yemək, ziyafət və qonaq salonlarında, hovuz və hamamlarında
dincəlməyə, bağ-bağatının hər tərəfini gəzib-görməyə günlərlə vaxt lazım olardı.
Ancaq təzə evlənənləri belə şeylər ilgiləndirməz. Onlara bir pərdə arxası da yetər
ki, kam alıb, kam versinlər. Kamranın seçimi də elə-belə seçimlərdən deyildi.
Ata-anasının, bacılarının bəh-bəhlə təriflədikləri qızlar bunun əlinə su tökməyə
yaramazdı. Aya deyir: sən çıxma, mən çıxım, Günə deyir: sən çıxma, mən çıxım.
Doğrudan da, bir-birinə yaraşırdılar. Çünki Kamran da qızların ağlını başından
alan yaraşıqlı, boy-buxunlu bir gəncdi. Və hər nə qədər qapalı qapılar arxasında
danışsalar da, onun öz çevrəsi ilə barışmadığı barədə qırıq-qırıq söz-söhbət
yayılmışdı, ona ümid yeri kimi baxanlar vardı.
Bəylə gəlin uşaqlıqdan bir-birini tanıyırdılar; söz alıb söz verməsələr də, gizli
istəklərini sezməmiş deyildilər.
Pul pulu gətirər deyərlər. Gəlinin cehizini bir karvan çəkməzdi. Baş tacir
utanmasa, özü də bu karvana qoşulub gələrdi. Gözünün ağı-qarası qızını Aslan
nazirin oğluna verdiyinə nə qədər sevinirdisə, onu yola salmaq, evini həmişəlik
tərk etdiyini düşünmək o qədər çətin idi. Ancaq qızı könülsüz getmirdi. Əsas onun
Kamranı bəyənməsi və atasının təklifinə tərəddüdsüz cavab verməsiydi. Aslan
nazirlə qohum olması elə bir hadisə idi ki, qısa bir müddətdə qızına verdiyi
cehizin on mislini qazandıracaqdı ona. Ölkədə belə vərdiş eləmişdilər, belə
düşünürdülər. Bu qədər nüfuz sahibi olan bir nazirlə qohumdursa, sözünün üstünə
söz deyilməz. Onsuz da mal-dövlətdən gözü doyub, qazanc dalınca getmir. Allaha
şükür, dünyanın varını da, yoxunu da görüb. Lazım olsa, bir neçə belə karvan
verərdi. Təki övladı xoşbəxt olsun.
Dünya dəyişilib. Kürsüdə yox, puldadır hakimiy​yət. Ordunun, xəfiyyənin,
siyasətin, təbliğatın əli çatmayan yerlərə pulun əli çatır.


Adı rüşvət olmasa da, mahiyyəti rüşvət olan hədiyyələr paylayır, ölkələrin
ürəyinəcən, ailələrin dərinliyinəcən işləyən gizli təşkilatlar, yalançı yardım
mərkəzləri, ala-bəzək inqilablar, terror dəstələri göbələk kimi artır, ölkələr
param-parça edilir, din və mədəniyyətlər qarışır, kürəsəl bəlalar və xəstəliklər
gündə bir ölkəni vurur...
İldə beş dəfə qapısını döyən vergi və əldəgöz polis olmasa, heç bu ölkədə
hakimiyyətin varlığı, yoxluğu bilinməz. Lakin vergi və nəyə qulluq elədiyi bəlli
olmayan müfəttiş sürüləri zəhlə tökür. Baş tacirin hörümçək toru kimi ölkəni
bürümüş ticarət şəbəkəsi, maşın karvanları bu yoxlamalardan kənardır; o, dövlət
içində dövlətdir, buna görə də qızını Aslan nazirin oğluna verməsi, sadəcə, iki
ailənin yaxınlaşması deyildi, iki “dövlətin” izdivacı idi. Hər iki tərəfin qanını
təzələyir, gücünü artırırdı.
Ancaq bu qohumluğun bir tərəfi də vardı. Baş tacirin evi birdən-birə boşalmışdı.
Salonlarda yel vurur yen​​gələr oynayırdı. Sən demə, bu mülklərin hamısına can
verən sevimli qızı Sunay imiş. Toy bitən kimi səs kə​sildi və dünənədək işıqları
göz qamaşdıran, səs-küyü pəncərələrdən daşıb dünyaya yayılan imarətin üstünə
ölü sükutu çökdü. Ərinin nə çəkdiyini görən xanım “darıxma, tezliklə nəvələrin
bəzəyər buraları” deyə təskinlik verirdi.
Su axıb başqa qaba dolmuşdu. Baş tacir səssizliyə qərq olub, təkliyini işdə-gücdə
unutmağa çalışanda Aslan nazir ipə-sapa yatmayan oğlunu nəhayət evə bağladığına
sevinirdi.
***
Gecə yarısı yengələr bəyi zorla öz otağına itələdilər: “Gəlinin gözünü yolda
qoymaq günahdır!” Dinclik gəti​rən, ehtiras saçan gecə işığında səma rənginə
bənzər bir rəngə boyanmış və ayrı bir dünyaya sərhəd çəkən tül pərdələrin önündə
gəlin heykəl kimi dikilib qalmışdı, yəni gözləyirdi. Bir sərv ağacı kimi burda
bitib, burda boy atmışdı sanki. Üzünün işığı tül duvaqdan süzülürdü. Bir-birini çox
görmüşdülər. Ailə qonaqlıqlarında dəfə​lərlə söhbətləşmişdilər. Diqqətlə baxsan,
aralarında bir bənzəyiş də görərdin və gəlinin anası bunu qürurla dilə gətirir və
qudasına “sən Allah, gör balalarımız bir-birinə necə oxşayır” deyərdi. Buna görə
də gəlinliyə namizədləri bir-bir lağa qoyub, rədd edən Kamran baş tacirin qızının
adı çəkiləndə dayanmışdı. Bu ani nəfəsdərmə onun razılığı kimi qəbul edilmişdi
və anası: “dünyanı gəzib dolansan, ondan gözəlini tapa bilməzsən, oğul” demişdi.
İndi həmin dünya gözəli halalıydı və onu göz​ləyirdi. Bu gecə iki gəncin illər uzunu
xəyal etdikləri o sirli olay baş verəcəkdi; nağıllarda deyilən kimi, inci deşiləcək,
alınmaz bir qala alınacaq, sevgililər öz kamına çatacaq, üç gün-üç gecə ailə


arasına çıxmadan, elə burda, bir-birinə qovuşmağın xoşbəxtliyini yaşayacaqlar. El
arasında deyilən kimi, ay bacaya gəlmiş, vaxt çatmışdı. Gəlinin duvağını açıb əli
ilə başını yuxarı qaldırdı. Belindən qucaqlayıb, divarlardan da gizlənirmiş kimi,
Sunayı pərdənin arxasına çəkdi və başladı soyundurmağa. İki atəş üz-üzəydi və
sanki tez soyunmasalar paltarları Əslinin donu kimi od tutub yanacaqdı. Arada
pıçıltılar gəzirdi: “Xoş gəldin”. “Çox gözlədin məni?” “İstəmədin, gəlmədin”.
“Yox, elə demə...”
Bu qədər düymə olar paltarda? Açılmır, don sıyrılıb başdan çıxır və Allahın iki
şah əsəri sarmaşaraq enli yatağa yıxılır. Bəyin toxunmasıyla qızılgül kimi
pardaxlanan dodaqlar, döşlər ilahi çeşməsidir. İndi artıq arada heç bir maneə
yoxdur. Gəlinin bədəni titrəyərək sevgilisini çağırır, əlləri onu özünə çəkir,
ayaqları ona sarılır... Bu bəyin də həsrətlə gözlədiyi andır. Qıza sarılır, öpür,
əzizləyir, yanır ona sa​hiblənmək arzusu ilə, onda əriyib itmək həsrəti ilə qıvrılır
və birdən hiss edir ki, bədəni onun istəyinə uymur, yəni gəlini qadın etmək iqtidarı
yoxdur. Onu tər basır, ehtirası başına vurur, daha bərk sarılır qıza, ancaq
sonucsuz...
Yorulub yan-yana uzanırlar. Sunay onun sıxıntısını an​layır. Qarşıda uzun bir gecə
var... Di gəl, sabaha kimi davam edən sarışmalar, bəyin yatmış bədənini oyatmaq
cəhdi boşa çıxır. Gəlin oğlanların “bağlanması” haqqında çox eşidib, “keçib
gedəcək” deyərək başını sevgilisinin sinəsinə qoyub uyuyur.
Məsələ ikisinə aid olsa, kimsə duyuq düşmədən bu minvalla günlərcə gözləyə
bilərlər. Lakin bu gecəyə neçə göz baxır. Bağlı qapılara neçə qulaq dirənib. Qız
evi şübhə doğurmayan bakirəliyin, oğlan evi dünənə kimi uşaq saydığı övladının
ərlik-ərənliyinin sevincini bölüşmək istəyir. Bu yengələr də bir yandan, sanki
içlərinə civə doldurubsan. Bir yerdə dayana bilmirlər, qulaqları gəlin otağındadır.
Elə bil özlərini yıxacaqlar döşəyin üstünə. Başqalarına gülməli görünər, qoy
gülsünlər, ancaq bu məmləkətin adamları bəy evinə bakirə gəlməyən qızı eşşəyə
tərsinə mindirib geri göndərir. Araya narazılıq, bəzən qan düşür, bu dava on
illərlə davam edir. Bəy heç razı olmasın bu ənənəylə. Desin ki, başınız xarabdır,
bu mənim sevgilimdir. Toyu gözləməyə səbrim çatmayıb, fəth etmişəm qalanı...
Yox, siz özbaşınasınız? Bu işi öz başına yapan gəlinə necə etibar eləmək olar,
necə inandıra bilərsən ki, bu işi səninlə, sənin təkidinlə görüb. Bəs sən özün!
Deyiklini evinə gətirənə qədər, izdivac bağlamamış, bu addımı necə ata bilərsən?
Bir sözlə, çuvalda gizlədiləsi cida deyil. Ancaq bura Aslan nazirin mülküdür,
sirri-səsi hələm-hələm dışarıya çıxmaz. Birinci dəfə deyil ki! Bir də, maşallah,
Kamrana nə olub! Yumruğuyla divarı deşər. Toyda çox yoruldu. İstirahət eləsin,
hər şey yoluna düşər.


Yüklə 0,89 Mb.

Dostları ilə paylaş:
1   ...   32   33   34   35   36   37   38   39   ...   75




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə