Al-lulu vəl-mərcan



Yüklə 5,61 Mb.
Pdf görüntüsü
səhifə217/228
tarix05.02.2018
ölçüsü5,61 Mb.
#24492
1   ...   213   214   215   216   217   218   219   220   ...   228

 

 

810 



 

1787.  İbn  Abbas    rəvayət  edir  ki,  Peyğəmbərin    zamanında  ay  iki  yerə 

bölündü”. (Buxari 3638, 3870, Muslim 7257, 2803/48) 

 

 

 

Allahdan Daha Çox Əziyyətə Səbirli Yoxdur 

 

 



 

1788.  Əbu  Musa    rəvayət  edir  ki,  Peyğəmbər    buyurdu:  “(Özü  haqda) 

eşitdiyi  nalayiq  sözlərə  Allahdan  daha  çox  səbir  edən  bir  kimsə,  yaxud  bir 

məxluq  yoxdur.  Belə  ki,  (qulları)  Ona  övlad  isnad  edirlər,  O  isə  onlara  can 

sağlığı və (çoxlu) ruzi bəxş edir.” (Buxari 6099, Muslim 7258, 2804/49) 

 

 

 

Kafirin (Qurtulmaq) Üçün Yer Dolu Qızıl Fəda Etmək 

Tələbi 

 

 



 

1789. Ənəs   Peyğəmbərdən  belə rəvayət etmişdir: “(Qiyamət günü) Allah 

Cəhənnəmdə  ən  yüngül  əzaba  məruz  qalan  bir  kimsəyə  deyəcək:  “Əgər 

dünyada  olan  hər  şey  sənin  olsaydı,  onu  (əzabdan  xilas  olmağın  üçün) fidyə 

verərdinmi?” O: “Bəli!” deyə cavab verəcək. Onda Allah buyuracaq: “Sən hələ 

Adəmin  belində  ikən  Mən  səndən  bundan  daha  yüngül  olanı  –  Mənə  şərik 



qoşmamağı – tələb etmişdim. Sən isə məhz şərik qoşmağı tərcih etdin.” (Buxari 

3334, 6557, Muslim 7261, 2805/51) 

 

 

 

Kafirin Üzü Üstə Həşr Olunması 

 



 

 

811 



 

 

1790. Ənəs  İbn  Malik    rəvayət  etmişdir  ki,  (bir dəfə)  bir  nəfər  soruşdu:  “Ey 



Allahın  peyğəmbəri!  Qiyamət  günü  kafirlər  üzüstə  sürüklənib  məhşərə  necə 

toplanacaqlar?”.  Peyğəmbər:  “Onu  bu  dünyada  iki  ayağı  üstə  yeritməyə  qadir 

olan Allah, Qiyamət günü üzüstə yeridə bilməzmi?!” (Buxari 4760, 6523, Muslim 

7265, 206/54)  

 

 

 

Möminin Misalı Pöhrəyə



149

, Kafirin Misalı İsə Sidr Ağacına 

Bənzəyir 

 

 



 

1791. Əbu Hureyra  rəvayət edir ki, Peyğəmbər  buyurdu: “Mömin pöhrəyə 

bənzəyir.  Külək  hansı  tərəfdən  əssə,  pöhrəni  əyər,  külək  sakitləşdiyi  zaman 

pöhrə dikələr. (Mömin də həmçinin,) müsibətlərə məruz qalsa da (əqidəsindən 

dönmür).  Günahkar  adam  isə  sərt  və  dümdüz  qalan  sidr  ağacına  bənzəyir. 

Yalnız  Allah  istəsə,  onu  sındıra  bilər.”  (Buxari  5644,  7466,  Muslim  7270, 

2809/58) 

 

 



 

1792.  Kəb  İbn  Məlik    rəvayət  edir  ki.  Peyğəmbər    buyurdu:  “Mömin 

pöhrəyə  bənzəyir.  Külək  əsdiyi  zaman  onu  meyl  etdirər,  gah  da  durdurar. 

Münafiqin  misalı  sərt  və  dümdüz  qalan  sidr  ağacına  bənzəyir,  kökündən 

sınmasa və ya qırılmasa düz durar”. (Buxari 5643, Muslim 7272, 7273, 2810/60)  

 

 

 

Möminin Misalı Xurma Ağacının Misalı Kimidir 

                                                

149

 Ağacda və başqa bitkilərdə yenicə cücərən göy qabıqlı incə budaqların hər biri; zoğ. 




 

 

812 



 

 

 



1793.  İbn  Ömər    rəvayət  edir  ki,  bir  gün  Peyğəmbər    buyurdu:  “Ağaclar 

içərisində  elə  bir  ağac  vardır  ki,  onun  yarpağı  tökülmür  və  o,  müsəlmana 

bənzəyir. Deyin görüm, o nədir?” Camaat vadilərdə bitən ağacları sadalamağa 

başladı. İbn Ömər: “Mən onun xurma ağacı olduğunu düşündüm, lakin (bunu 

deməyə)  utandım.  Sonra  camaat:  “Söylə  görək,  o  nədir,  ya  Rəsulullah?”  deyə 

soruşdular. Peyğəmbər: “Bu, xurma ağacıdır” dedi.” (Buxari 61, Muslim 7276, 

2811/63) 

 

 

 

Heç Kəs Cənnətə Əməlinə Görə Daxil Olmaz, Yalnız 

Allahın Rəhmətilə 

 

 



 

 

1794.  Əbu  Hureyra    rəvayət  edir  ki,  Peyğəmbər    buyurdu:  “Sizlərdən  heç 



kəsin əməli onu (əzabdan) xilas etməyəcək.” (Əshabələr) soruşdular: “Səni də, 

ya  Rəsulullah?”  Dedi:  “Hətta  məni  də.  Yalnız  Allahın  mənə  mərhəmət 

göstərməsi  istisnadır.  Elə  isə  doğru  yol  tutun,  (ən  kamil  olanı  yerinə  yetirə 

bilməsəniz,  heç  olmasa,  ona)  yaxınlaşın,  səhər  və  axşam,  habelə  gecənin  bir 

vaxtı  (yaxşı  işlər  görməyə)  çalışın.  Beləcə,  yavaş-yavaş  (muradınıza) 

çatacaqsınız.” (Buxari 6463, Muslim 7289, 2816/71) 

 

 

 



1795.  Aişə    rəvayət  edir  ki,  Peyğəmbər    buyurdu:  “Doğru  yolu  tutun, 

əməllərinizdə ifrata varmayın, müjdələyib sevindirin. Heç şübhəsiz ki, heç kəs 

əməlinə  görə  Cənnətə  girməz”.  Səhabələr:  “Səndəmi  Ya  Rəsulullah!  Dedilər. 

Peyğəmbər:  “Bəli,  əgər  Allah  məni  mərhəməti  və  rəhmətilə  bürüyüb 

qorumasa” deyə buyurdu. (Buxari 6467, Muslim 7300, 2818/78) 



 

 

813 



 

 

Əməlləri Çoxaltmaq Və İbadətdə Çalışmaq 

 

 

 



1796.  Muğira  İbn  Şobə    rəvayət  edir  ki,  Peyğəmbər    gecə  namazlarını 

qılarkən o  qədər  ayaq  üstə  durardı  ki,  hətta,  ayaqları  və ya  baldırları şişərdi. 

Ona (nə üçün özünə bu qədər əziyyət verirsən) deyildikdə, o deyərdi: “Şükür 

edən  bir  qul  olmayımmı?!”  (Buxari  1130,  4836,  6471,  Muslim  7302,  7303, 

2820/81)  

 

 

 

Moizəni (Xütbəni) Qısa Etmək 

 

 



 

1797. Abdullah İbn Məsud  hər həftənin cümə axşamı insanlara dərs keçərdi. 

Bir  nəfər  ona:  “Ey  AbdurRahman!  Vallahi  sənin  bizlərə  hər  gün  dərs 

keçməyini  çox  arzu  edərdik”  dedi.  İbn  Məsud:  “Məni  sizlərə  hər  gün  dərs 

verməkdən  çəkindirən  sizləri  bezdirmək  istəməməyimdir.  Mən  sizə  dərs 

vermək  istədikdə  sizin halınıza uyğun vaxt seçirəm.  Peyğəmbər    də  bizlərə 

bezmiyək  deyə  halımıza  uyğun  müəyyən  vaxtlar  seçərdi“  dedi.  (Buxari  70, 

Muslim 7306, 2821/82) 

 

 

 



 

 

 



 

 

 



 

 



Yüklə 5,61 Mb.

Dostları ilə paylaş:
1   ...   213   214   215   216   217   218   219   220   ...   228




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə