Al-lulu vəl-mərcan



Yüklə 5,61 Mb.
Pdf görüntüsü
səhifə219/228
tarix05.02.2018
ölçüsü5,61 Mb.
#24492
1   ...   215   216   217   218   219   220   221   222   ...   228

 

 

819 



 

 

 



1809.  Əbu  Hureyra    rəvayət  edir  ki,  Peyğəmbər    buyurdu:  “Sizin  istifadə 

etdiyiniz  od  Cəhənnəm  odunun  yetmiş  hissəsindən  biridir.”  (Bir  nəfər)  dedi: 

“Ya Rəsulullah, elə bu da bəs edər!”. Peyğəmbər: “Cəhənnəm odu dünyadakı 

oddan altmış doqquz dəfə üstündür. Həm də bunların hər biri (gördüyünüz) 

od qədər yandırıb-yaxandır.” (Buxari 3265, Muslim 7344, 2843/30) 

 

 

 

Cəhənnəmə İnadkarlar (Təkəbbürlülər), Cənnətə İsə Zəiflər 

Daxil Olacaq 

 

 



 

1810.  Əbu  Hureyra    rəvayət  edir  ki,  Peyğəmbər    buyurdu:  “(Bir  dəfə) 

Cənnətlə  Cəhənnəm  höcətləşdi.  Cəhənnəm  dedi:  “Mən  (məxsusi  olaraq) 

inadkarlardan  və  təkəbbürlülərdən  ötrü  yaradılmışam.”  Cənnət  dedi:  “Mənə 

nə  olub  ki,  içimə  ancaq  zəif  və  aciz  (görünən)  adamlar  girsin?”  Onda  ulu  və 

uca  Allah  Cənnətə  buyurdu:  “Sən  Mənim  rəhmətimsən,  Mən  sənin  vasitənlə 

qullarımdan  dilədiyim  kimsəyə  rəhm  edərəm.”  Sonra  Cəhənnəmə  buyurdu: 

“Sən  də  Mənim  əzabımsan,  Mən  sənin  vasitənlə  qullarımdan  dilədiyim 

kimsəyə  əzab  verərəm.”  Onların  hər  biri  (kifayət  qədər  insan  və  cinlə) 

doldurulacaq.  Cəhənnəm  ancaq  o  zaman  dolacaq  ki,  Allah  Öz  Ayağını  onun 

üstünə  qoyacaq  və  o:  “Yetər,  yetər!”  deyəcək.  Onda  o,  artıq  dolacaq  və 

(içindəkiləri) qaplayacaq. Qüdrətli və əzəmətli Allah qullarında heç kəsə zülm 

etməz. Cənnətə gəlincə, qüdrətli və əzəmətli Allah onun (dolması) üçün başqa 

varlıqlar yaradacaq.” (Buxari 4850, Muslim 7354, 2846/36) 

 

 



 

 

820 



 

1811.  Ənəs  İbn  Məlik    rəvayət  edir  ki,  Peyğəmbər    buyurdu:  “Cəhənnəm 

deyəcəkdir:  “Yenədə  varmı?”.  İzzət  sahibi  Allah  ona  ayağını  qoyacaqdır. 

Cəhənnəm: “İzzətinə and olsun ki, bəsdi, bəsdi!” deyər və hər iki tərəfdən də 

yığılar. (Buxari 6661, Muslim 7356, 2848/37)  

 

 



 

1802. Əbu Səid əl-Xudri  rəvayət edir ki, Peyğəmbər   buyurdu: “(Qiyamət 

günü)  ölüm  ağlı-qaralı,  buynuzlu  qoç  şəklində  gətiriləcək.  Sonra  carçı:  “Ey 

Cənnət əhli!” deyə çağıracaq. Cənnət əhli başlarını qaldırıb ona tərəf baxacaq-

lar. Carçı: “Bunu tanıyırsınızmı?” deyə soruşacaq. Onlar: “Bəli, bu ölümdür!” 

deyə cavab verəcəklər. Çünki onların hamısı ölümü görmüşdülər. Sonra carçı: 

“Ey  Cəhənnəm  əhli!”  deyə  səsləyəcək.  Cəhənnəm  əhli  başlarını  qaldırıb  ona 

tərəf  baxacaqlar.  Carçı:  “Bunu  tanıyırsınızmı?”  deyə  soruşacaq.  Onlar:  “Bəli, 

bu  ölümdür!”  deyə  cavab  verəcəklər.  Çünki  onların  hamısı  ölümü 

görmüşdülər.  Bundan  sonra  ölümün  (başını)  kəsəcəklər.  Sonra  (onlara) 

deyiləcək: “Ey Cənnət əhli, siz əbədi yaşayacaq və heç vaxt ölməyəcəksiniz! Ey 

Cəhənnəm  əhli,  siz  də  əbədi  yaşayacaq  və  heç  vaxt  ölməyəcəksiniz!”.  Sonra 

Peyğəmbər:  “Onları  işin  bitmiş  olacağı  peşmançılıq  günü  ilə  qorxut!  Çünki 

onlar  qəflətdədirlər...”  ayəsini  oxudu  və:  “Bu  dünyanın  sakinləri 

xəbərsizdirlər” dedi, sonra da davam etdi və:  “və iman gətirmirlər” deyərək 

ayəni tamamladı.” (Buxari 4730, Muslim 7360, 2849/40) 

 

 



 

1813.  İbn  Ömər    rəvayət  edir  ki,  Peyğəmbər    buyurdu:  “Cənnət  əhli 

Cənnətə,  Cəhənnəm  əhli  də  Cəhənnəmə  yerləşdikdən  sonra  ölüm  (qoç 

şəklində)  Cənnətlə  Cəhənnəmin  arasına  gətirilib  boğazlanacaq.  Sonra  carçı: 

“Ey  Cənnət  əhli,  artıq  ölüm  yoxdur!  Ey  Cəhənnəm  əhli,  artıq  ölüm  yoxdur!” 

deyəcək.  (Bu  xəbər)  Cənnət  əhlinin  fərəhinin  üstünə  fərəh  artırar,  Cəhənnəm 

əhlinin isə qəminin üstünə qəm gətirər.” (Buxari 6548, Muslim 7363, 2850/43) 

 

 




 

 

821 



 

1814.  Əbu  Hureyra    rəvayət  edir  ki,  Peyğəmbər    buyurdu:  “(Cəhənnəmə 

düşən  hər  bir)  kafirin  çiyinləri  arasındakı  məsafə  atlının  (öz  atını)  dörd  nala 

çapıb  üç  günə  qət  etdiyi  məsafəyə  bərabər  olacaqdır.”  (Buxari  6551,  Muslim 

7365, 2852/45) 

 

 



 

1815. Harisə İbn Vəhb əl-Xuzai  demişdir: “Mən Peyğəmbərin  belə dediyini 

eşitmişəm:  “Sizə  Cənnət  əhli  barədə  xəbər  verimmi?!  (Bu,)  hər  bir  fağır, 

təvazökar  (mömindir).  Əgər  o  and  içərsə,  Allah  onun  andını  mütləq  gerçəyə 

çevirər.  Sizə  Cəhənnəm  sakinləri  barədə  xəbər  verimmi?!”  (Bu,)  hər  bir 

daşürəkli, tamahkar və yekəxana (adamdır).” (Buxari 4918, 6071, Muslim 7366, 

2853/46) 

 

 



 

1816.  Abdullah  İbn  Zəma    Peyğəmbərin    xütbə  verərkən  dişi  dəvə

150

 və 


onun  diz  vətərini  kəsən  (səmudlu)  barəsində  (Allahın):  “Onların  ən  bədbəxti 

dəvəni  kəsməyə  qalxdı”  (ayəsini  oxuyub)  belə  dediyini  eşitmişdir:  “Əbu 

Zəmaya  oxşar,  çox  qüvvətli,  (gözləri)  qızmış  və  havadarlarının  himayəsində 

olan  birisi  qalxıb  dişi  dəvəni  kəsməyə  tələsdi.”Sonra  Peyğəmbər    qadınlar 

haqqında (camaata nəsihət edib) dedi: “Bəziləriniz öz həyat yoldaşlarını kənizi 

döydüyü  kimi  döyür,  sonra  da  olur  ki,  günün  axırında  onunla  bir  yatağa 

girir.” Sonra Peyğəmbər  birisinin yel buraxmasına gülən əshabələrini tənbeh 

edib  dedi:  “Siz  nə  üçün  kiminsə  (yel  buraxmağına)  gülürsünüz?!”.  Digər 

rəvayətdə  Peyğəmbər    demişdir:  “Zubeyr  İbn  Əvvamın  əmisi  Əbu  Zəmaya 

oxşar...” (Buxari 4942, Muslim 7370, 2855/49) 

 

 



                                                

150


 “Səmud  qövmü  öz  azğınlığı  üzündən  Allahın  elçisini  təkzib  etdi.  Onların  ən  bədbəxti  dəvəni  kəsməyə 

qalxdıqda  Allahın  elçisi  onlara  dedi:  “Allahın  bu  dişi  dəvəsinə  toxunmayın  və  onun  su  içməsinə  mane 

olmayın!”  Onlar  isə  peyğəmbəri  yalançı  sayıb,  dəvənin  diz  vətərini  kəsdilər.  Onların  Rəbbi  də  bu 

günahlarına görə onların hamısını qırıb yerlə-yeksan etdi.” (əş-Şəms 11-14).  


Yüklə 5,61 Mb.

Dostları ilə paylaş:
1   ...   215   216   217   218   219   220   221   222   ...   228




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə