Al-lulu vəl-mərcan



Yüklə 5,61 Mb.
Pdf görüntüsü
səhifə221/228
tarix05.02.2018
ölçüsü5,61 Mb.
#24492
1   ...   217   218   219   220   221   222   223   224   ...   228

 

 

825 



yetmiş  arşın  genişlənir.  Münafiq  ilə  kafirə  gəlincə  ona  da:  «Sən  Muhəmməd 

deyə  bilinən  adam  haqqında  nə  bilirsən?»  O,  da:  «Bilmirəm,  mən  insanların 

dediklərini təkrarlayırdım». Ona dəmirdən olan dəyənəklə o qədər vurarlar ki, 

fəryadını  (qışqırığını)  insanlar  və  cinlərdən  başqa  hamı  eşidər.  (Buxari  1374, 

Muslim 7395, 2870/70) 

 

 



 

1826. Bəra İbn Azib  rəvayət edir ki, Peyğəmbər  buyurdu: “Mömin qəbirdə 

otuzdurulduqdan  sonra  (onun  yanına  iki  mələk)  gəlir.  Bundan  sonra  (mömin) 

Allahdan  başqa  ibadət  haqqı  olan  ilahın  olmadığına  və  Muhəmmədin  Onun 

elçisi  olduğuna  şahidlik  edir.  Bu,  Allahın  (bu)  kəlamıdır:  “Allah  iman 

gətirənləri  dünya  həyatında  da,  axirətdə  də  möhkəm  sözlə  sabit  saxlayar. 

Allah  zalımları  sapdırar.  Allah  istədiyini  edər”.  (İbrahim  27).  (Buxari  1369, 

4699, Muslim 7398, 7399, 2871/74) 

 

 

 



1827.  Əbu  Təlhə    rəvayət  edir  ki,  Bədr  günü  Peyğəmbərin    əmri  ilə 

qureyşlilərin  başçılarından  iyirmi  dörd  nəfərini  Bədrdəki  suyu  çəkilmiş,  zir-

zibil dolu çirkli bir quyuya atdılar. (Peyğəmbər ) düşməni məğlub etdikdən 

sonra  üç  gecə  meydanda  (düzənlikdə)  qalardı.  Bədrdə  qaldığı  üçüncü  gün 

dəvəsini (yola hazırlamağı) əmr etdi. Dəvə (lazımi şeylərlə) yükləndikdən sonra 

(Peyğəmbər  ) yola düşdü, əshabələri də onun arxasınca yola çıxdılar  və bir-

birilərinə dedilər: “Deyəsən, o, yerinə yetirmək istədiyi bir işin dalınca gedir.” 

Nəhayət  o,  (gedib)  quyunun  kənarında  dayandı  və  onları  (quyuya  atılmış 

müşrikləri)  həm  öz  adlarıyla,  həm  də  atalarının  adları  ilə  çağırıb  dedi:  “Ey 

filankəsin  oğlu  filankəs,  filankəsin  oğlu  filankəs!  (Vaxtında)  Allaha  və  Onun 

rəsuluna itaət etsəydiniz, (indi) bu sizi sevindirməzdimi?! Biz Rəbbimizin bizə 

vəd  etdiyinin  doğru  olduğunu  gördük.  Siz  də  Rəbbinizin  sizə  vəd  etdiyinin 

doğru olduğunu gördünüzmü?” (Bunu eşidəndə) Ömər: “Ey Allahın elçisi, sən 

cansız cəsədlərləmi danışırsan?!”. Peyğəmbər: “Canım Əlində olan Allaha and 




 

 

826 



olsun  ki,  siz  mənim  dediklərimi  onlardan  yaxşı  eşitmirsiniz.”  (Buxari  3976, 

Muslim 7402, 2873/76) 

 

 

 

Haqq-Hesabın İsbatı 

 

 

 



1828.  Aişə    rəvayət  edir  ki,  Peyğəmbər    buyurdu:  “Kim  haqq-hesaba 

çəkilərsə,  əzaba  düçar  olar”  deyə  buyurdu.  Mən:  “Məgər  Uca  Allah:  “Onunla 



yüngül haqq-hesab çəkiləcək”. (əl-İnşiqaq 8). deyə buyurmayırmı?”. Peyğəmbər: 

“Sən  dediyin  ard  (əməllərin  bəyan  edilməsi)  etməkdir.  (Əməlləri)  müzakirə 

olunacaq kimsə isə həlak olacaq.” (Buxari 103, Muslim 7406, 2876/79) 

 

 



 

1829. İbn Ömər  rəvayət edir ki, Peyğəmbər  buyurdu: “Allah bir xalqa əzab 

göndərəndə  bu  əzab  onların  arasında  olan  kimsələri  də  bürüyür,  sonra  isə 

həmin  adamlar  əməllərinə  görə  həşr  olunurlar.”  (Buxari  7108,  Muslim  7415, 

2879/84) 

 

 



 

 

 



 

 

 



 

 

 




 

 

827 



 



 

 

 

 



 

Fitnələr Və Qiyamətin 

Əlamətləri Kitabı 

 

 



 

 

 

 



 

 

828 



 

 

Fitnələrin Yaxınlaşması Və Yəcuc Məcuc Səddinin Açılması 

 

 

 



1830.  Zeynəb  Bint  Cəhş    rəvayət  etmişdir  ki, (bir  dəfə) Peyğəmbər   qəfil 

onun  (otağına)  daxil  olub:  “Allahdan  başqa  məbud  yoxdur!  Yaxınlaşmış 

şərdən  dolayı  vay  ərəblərin  halına!  Bu  gün  Yəcuc  və  Məcuc  səddindən  bu 

boyda  dəlik  açıldı”  dedi  və  baş  barmağı  ilə  şəhadət  barmağını  birləşdirərək 

(onları)  halqa  şəklinə  saldı.  Zeynəb  bint  Cəhş:  “Mən  soruşdum:  “Ya 

Rəsulullah,  aramızda  əməlisaleh  insanlar  ola-ola  biz  həlakmı  olacağıq?”. 

Peyğəmbər: “Əgər günah işlər artarsa, bəli!” (Buxari 3346, 3598, 7059, Muslim 

7416, 7418, 2880/2)  

 

 

 



1831. Əbu Hureyrə  rəvayət edir ki, Peyğəmbər  buyurdu: “(Bu gün) Yəcuc 

və Məcuc Səddindən bu boyda dəlik açılmışdır və əli ilə doxsan göstərərək bu 

dəlyə işarə etdi”. (Buxari 3347, Muslim 7420, 2881/3) 

 

 

 

Kəbəyə Gələn Ordunun Yerə Batırılması 

 

 



 

1832.  Aişə    rəvayət  edir  ki,  Peyğəmbər    buyurdu:  “Bir  ordu  Kəbənin 

üzərinə  hücum  edəcək.  (Nəhayət,)  Beyda  deyilən  yerə  gəlib  çatdıqları  zaman 

onların əvvəlincisindən axırıncısınadək (hamısı) yerə batırılacaq” Mən dedim: 

“Ya  Rəsulullah,  axı  onların  arasında  sadə  və  heç  kəsə  qarışmayan  adamlar 

olduğu  halda,  onların  əvvəlincisindən  axırıncısınadək  (hamısı)  necə  yerə 

batırıla  bilər?”.  Peyğəmbər:  “Onların  əvvəlincisindən  axırıncısınadək  (hamısı) 



 

 

829 



yerə  batırılacaq,  sonra  isə  öz  niyyətlərinə  uyğun  olaraq  həşr  olunacaqlar.” 

(Buxari 2118, Muslim 7421, 7423, 7424, 2882/4) 

 

 

 

Fitnələrin Yağış Yerləri Kimi Baş Verməsi 

 

 

 



1833.  Usamə    demişdir:  “Peyğəmbər    Mədinə  qalalarından  birinin  üstünə 

çıxıb  dedi:  “Mənim  gördüklərimi  görürsünüzmü?  Həqiqətən,  mən  yağış 

dənələrinin  (düşdüyü)  yerlər  qədər,  evlərinizin  arasına  düşən  fütnələrin 

yerlərini görürəm.” (Buxari 1878, Muslim 7427, 2885/9) 

 

 

 



1834.  Əbu  Hureyrə    rəvayət  edir  ki,  Peyğəmbər    buyurdu:  “Yaxın 

zamanlada  bir çox fitnələr olacaqdır.  Fitnələr  zamanı oturan  kimsə  ayaq  üstə 

durandan, ayaq üstə duan da (bu fitnəyə hazırlıq) görərək gedəndən, yürüyən 

isə  qaçandan  daha  xeyirlidir.  Hər  kim  fitnə  vaxtına  yetişərsə  sığınsın  və  ya 

gizlənmək üçün yer taparsa gizlənsin (Buxari 3601, Muslim 7429, 2886/10) 

 

 

 

İki Müsəlman Qılınclarını Üz-Üzə Gəlməsi 

 

 



 

1835. Əbu Bəkrə  demişdir ki, mən Peyğəmbərin  belə dediyini eşitdim: “İki 

müsəlman  qılınclarını  çəkib  üz-üzə  gələrsə,  öldürən  də,  öldürülən  də 

Cəhənnəmə  girər.”  Dedim:  “Ya  Rəsulullah!  Öldürən  aydındır.  Bəs  öldürülən 

niyə?”  Dedi:  “Çünki  o,  qardaşını  öldürməyə  həris  idi.”  (Buxari  31,  6875, 

Muslim 7434, 7437, 2888/16) 




Yüklə 5,61 Mb.

Dostları ilə paylaş:
1   ...   217   218   219   220   221   222   223   224   ...   228




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə