Al-lulu vəl-mərcan



Yüklə 5,61 Mb.
Pdf görüntüsü
səhifə218/228
tarix05.02.2018
ölçüsü5,61 Mb.
#24492
1   ...   214   215   216   217   218   219   220   221   ...   228

 

 

814 



 



 

 

 

 



 

Cənnətin Vəsfi, Nemətləri 

Və Əhli Kitabı 

 

 



 

 

 



 

 

815 



 

 

Cənnətin Vəsfi, Nemətləri Və Əhli Kitabı 

 

 

 



1798. Əbu Hureyra   rəvayət edir ki, Peyğəmbər  buyurdu: “Cəhənnəm odu 

şəhvətlər  arxasında,  Cənnət  isə  xoşagəlməz  şeylər  arxasındadır.”  (Buxari  6487, 

Muslim 7308, 7309, 2822/1) 

 

 



 

1799.  Əbu  Hureyra    rəvayət  edir  ki,  Peyğəmbər    buyurdu:  “Uca  Allah 

buyurur:  “Mən  əməlisaleh  qullarım  üçün  heç  bir  gözün  görmədiyi,  heç  bir 

qulağın  eşitmədiyi  və  heç  bir  (insanın)  qəlbindən  keçirmədiyi  nemətlər 

hazırlamışam.”Sonra Əbu Hureyra  dedi: “İstəyirsinizsə, (bu ayəni) oxuyun: 

“Etdikləri əməllərin mükafatı kimi, onlar üçün gözlərinə sevinc gətirəcək nələr 

saxlandığını heç kəs bilmir” (Buxari 4780, Muslim 7310, 7312, 2824/4) 

 

 

 

Cənnətdə Bir Ağac Vardır Ki, Miniklə Gedən Onun 

Kölgəsində Yüz İl Gedər, (Amma) Kölgəsini Bitirə Bilməz 

 

 



 

1800.  Əbu  Hureyra    rəvayət  edir  ki,  Peyğəmbər    buyurdu:  “Cənnətdə  bir 

ağac  vardır.  Bir  süvari  onun  kölgəsində  yüz  il  yerisə  onun  kölgəsini  əsla 

bitirməz.  İstəyirsinizsə,  bu  ayəni  oxuyun:  “Uzanmış  kölgəliklərdə...”.  (əl-Vaqiə 



30). (Buxari 4881, Muslim 7314, 7315, 2826/6)  

 

 



 

1801. Səhl İbn Sad  rəvayət edir ki, Peyğəmbər  buyurdu: “Cənnətdə elə bir 

ağac  vardır  ki,  atlı  onun  kölgəsində  yüz  il  yol  gedəcək,  (amma  onu  qət  edə 



 

 

816 



bilməyəcək)”.  İstəyirsinizsə,  bu  ayəni  oxuyun:  “Uzanmış  kölgəliklərdə...”.  (əl-

Vaqiə 30). (Buxari 3252, 6552, Muslim 7316, 2827/8) 

 

 



 

1802.  Əbu  Səid    rəvayət  edir  ki,  Peyğəmbər    buyurdu:  “Cənnətdə  elə  bir 

ağac vardır ki,  sürətli  atlı onun  kölgəsində yüz il yol gedəcək,  amma onu qət 

edə bilməyəcək”. (Buxari 6553, Muslim 7317, 2828/8) 

 

 

 

Cənnət Əhlinə Allahın Rızasını Halal Etməsi Və Bundan 



Sonra Əbədiyyən Onlara Qəzəb Etməməsi 

 

 



 

1803. Əbu Səid əl-Xudri  rəvayət edir ki, Peyğəmbər  buyurdu: “Ulu və uca 

Allah  Cənnət  əhlini  çağırıb  buyuracaq:  “Ey  Cənnət  əhli!”  Onlar:  “Buyur,  ey 

Rəbbimiz, əmrinə müntəzirik!” deyə cavab verəcəklər. (Allah) soruşacaq: “Razı 

qaldınızmı?” Onlar deyəcəklər: “Bizə nə olub ki, razı qalmayaq?! Axı Sən bizə, 

yaratdıqlarından  heç  kəsə  vermədiyin  nemətləri  bəxş  etmisən!”  Allah 

buyuracaq: “Mən sizə bundan da yaxşısını verəcəyəm!” Onlar deyəcəklər: “Ey 

Rəbbimiz!  Bundan  yaxşı  nə  ola  bilər  ki?”  Allah  buyuracaq:  “Mən  Öz  rizamı 

sizə halal edirəm və bundan sonra Mənim sizə heç vaxt qəzəbim tutmayacaq.” 

(Buxari 6549, 7518, Muslim 7318, 2829/9) 

 

 

 

Cənnət Əhli Cənnətdə Olan Köşkləri Sizin Səmada 



Ulduzları Gördüyünüz Kimi Görəcəklər 

 

 



 


 

 

817 



1804.  Səhl  İbn  Sad    rəvayət  edir  ki,  Peyğəmbər    buyurdu:  “Cənnət  əhli 

Cənnətdə  olan  köşkləri  sizin  səmada  ulduzları  gördüyünüz  kimi  görəcəklər. 

Numan İbn Əbi əyyaş deyir ki, Səiddən eşitdim dedi: “Necə ki, Şərq və Qərb 

parlaq ulduzu gördüyünüz kimi”. (Buxari 6555, 6556, Muslim 7319, 2830/10) 

 

 

 



1805.  Əbu  Səid  əl-Xudri    rəvayət  edir  ki,  Peyğəmbər    buyurdu:  “Cənnət 

sakinləri, bir-birilərindən üstün olduqları üçün (onların alt mərtəbədə olanları) 

üst mərtəbədəki otaqlarda yerləşmiş möminləri, şərq və ya qərb istiqamətində 

axıb  gedən  parlaq  ulduzu  seyr  etdikləri  kimi  seyr  edəcəklər.”  (Əshabələr) 

dedilər:  “Ya  Rəsulullah,  yəqin  ki,  bu  peyğəmbərlərə  ayrılmış  yerdir  və 

onlardan başqa heç kəs orada sakin ola bilməyəcək”. Peyğəmbər: “Xeyr, canım 

Əlində  olan  Allaha  and  olsun  ki,  (bu  otaqlar)  Allaha  iman  gətirmiş  və 

peyğəmbərləri  təsdiq  edən  kimsələr  üçündür.”  (Buxari  3256,  Muslim  7322, 

2831/11) 

 

 

 

Cənnətə Daxil Olan İlk Zümrənin Bədirlənmiş Ayın 

Surətində Olması, Vəsfləri Və Zövcələri 

 

 



 

1806.  Əbu  Hureyrə    rəvayət  edir  ki,  Rəsulullah    buyurdu:  “Cənnətə  ilk 

girəcək  zümrənin  üzləri  ayın  on  dördüncü  gecədəki  kimi  parlaq  olacaqdır. 

Bunlardan  sonra  gələnlərin  üzləri  isə  göydə  olan  ən  parlaq  ulduzlar  kimi 

olacaqdır.  Onlar  nə  böyük,  nə  də  kiçik  ayaq  yoluna  gedər,  nə  tüpürər,  nə  də 

fınxırarlar.  Daraqları  (qabları)  qızıldandır  (gümüşdən),  Tərləri  misk, 

buxurdanlıqları  aloy  ağacı,  zövcələri  ceyran  gözlü  hurilər  (xasiyyətləri  eyni), 

ataları  Adəmin  surəti  boyda  altımış  arşındır”.  (Buxari  3327,  Muslim  7328, 

2834/15)  



 

 

818 



 

 

Cənnət Çadırlarının Vəsfi Və Möminlərin Orada Olan 



Ailələri haqqında 

 

 



 

1807.  Əbu  Musa  əl-Əşari    rəvayət  edir  ki,  Peyğəmbər    buyurdu: 

“(Cənnətdəki)  çadırlar  içi  boş  olan  inci  kimdir.  Səmaya  doğu  uzunluğu  otuz 

mildir. Bu çadırın hər bir (otağnda) mömin bir ailə olar ki, onları da başqaları 

görməzlər”. (Buxari 3243, Muslim 7337, 7339, 2838/24) 

 

 

 

Cənnətə Qəlbləri Quş Qəlbi Kimi Olan Bir Dəstə 

Girəcəkdir 

 

 



 

1808.  Əbu  Hureyra    rəvayət  edir  ki,  Peyğəmbər    buyurdu:  “Allah  Adəmi 

boyu altmış ərəş (dirsəkdən barmağın ucuna qədər olan məsafə) uzunluğunda 

yaratdı.  Sonra  buyurdu:  “Get  oradakı  mələklərə  salam  ver  və  dinlə  gör  sənin 

salamını  necə  alacaqlar.  Çünki  bu  həm  sənin,  həm  də  sənin  zürriyyətinin 

salamıdır.”  (Adəm)  onlara:  “Əssəlamu  aleykum!”  dedi.  Onlar  da:  “Əssəlamu 



Aleykə  Və  Rahmətullah!”  deyib,  buna  “Və  Rahmətullah”  kəlməsini  əlavə 

etdilər.  Cənnətə  girəcək  hər  kəs  (ora)  Adəmin  surətində  girəcəkdir. 

(Məlumunuz  olsun  ki,)  indiyə  qədər  insanların  xilqəti  naqisləşməkdədir” 

(Buxari 3326, Muslim 7342, 2841/28) 

 

 

 

Cəhənnəmin İstiliyinin Şiddəti Və Atəş Əzab Görənlərdən 



Nəyi Yandıracaq 


Yüklə 5,61 Mb.

Dostları ilə paylaş:
1   ...   214   215   216   217   218   219   220   221   ...   228




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə