846
1875. Aişə demişdir: “Biz artıq xurma və sudan doyunca yeyib içməyə
(imkanımız olduğu) zaman Peyğəmbər vəfat etdi.” (Buxari 5383, Muslim 7645,
2975/30)
1876. Əbu Hureyrə rəvayət edir ki, Peyğəmbər vəfat edincəyə qədər ailəsi
üç gün dalbadal doyunca yemək yeməmişdir”. (Buxari 5374, Muslim 7648,
2976/32)
Ağlayanlar Müstəsna Olmaqla Nə Badə Özlərinə Zülm
Edənlərin Diyarlarına Girəsiniz
1877. Abdullah İbn Ömər rəvayət edir ki, Peyğəmbər buyurdu:
“Ağlayanlar müstəsna olmaqla nə badə onların diyarlarına girəsiniz. Əgər
ağlamasanız onlara isabət edən bəla sizlərə də isabət etməsin deyə diyarlarına
girməyin”. (Buxari 433, Muslim 7655, 2980/38)
1878. Abdullah İbn Ömər rəvayət edir ki, Peyğəmbər insanlarla birlikdə
Səmud qövmünün ərazisi olan Hicr ərazisinə gəldik. Oranın quyularından su
aldıq və xəmir yoğurduq. Peyğəmbər aldığımız suları boşaltmağımızı və
yoğurduğumuz xəmirləri isə dəvələrə yedirtməyimizi əmr etdi. Peyğəmbər:
«Ağlayanlar müstəsna olmaqla (ağlamayanlar) nəbadə əzaba uğramış olan bu
qövmün yurduna girsin. Əgər ağlamasanız onlara toxunan əzabın bir
bənzərinin sizlərə də toxunmasından qorunmaq üçün onların yurdlarına
girməyin. Sonra Peyğəmbər vaxtı ilə Salehin dişi dəvəsinin su içdiyi
quyudan su almalarını onlara əmr etdi”. (Buxari 3379, Muslim 7657, 2981/40)
847
Dul Qadına, Yoxsula Və Miskinə Yaxşılıq
1879. Əbu Hureyra rəvayət edir ki, Peyğəmbər buyurdu: “Dul qadınlara
və kasıblara əl tutan kimsə Allah yolunda olan mücahid kimi, habelə, gündüz
oruc tutub, gecə namaz qılanlar kimidir.” (Buxari 5353, Muslim 7659, 2982/41)
Məscid Tikməyin Fəziləti
1880. Osman İbn Əffan Peyğəmbərin məscidini yenidən tikdiyi zaman
insanların onun haqqında söylədiklərinə (etiraz edib) demişdir: “Siz (mənim
işimə) çox müdaxilə edirsiniz. Halbuki mən Peyğəmbərin belə dediyini
eşitmişəm: “Kim Allahın Üzünü diləyərək bir məscid tiksə, Allah onun üçün
Cənnətdə buna bənzər (bir ev) tikər”. (Buxari 450, Muslim 7661, 533/44)
Riyanın Haram Olması
1881. Cundəb rəvayət edir ki, Peyğəmbər buyurdu: “Kim (etdiyi əməli
insanlara) eşitdirmək məqsədilə edərsə, Allah onu eşitdirər, kim də (etdiyi
əməli insanlara) göstərmək məqsədilə edərsə, Allah onu (insanlara) göstərər.”
(Buxari 6499, Muslim 7667, 7668, 2986/47)
848
Dilin Qorunması
1882. Əbu Hureyrə rəvayət edir ki, Peyğəmbər buyurdu: “Qula bəzən
fərqinə də varmadan elə bir söz söyləyər ki, o sözü səbəbilə atəşin dibinə
məşriq və məğrib arası bir məsafədə dərinliyə düşər”. (Buxari 6477, Muslim
7673, 2988/50)
Yxşılığı Əmr Edib Özü Etməyən Və Pislikdən Çəkindirib
Lakin Özü Edənin Əzabı
1883. Usamə İbn Zeyd demişdir: “Mən Peyğəmbərin belə dediyini
eşitmişəm: “Qiyamət günü bir nəfər gətirilib Cəhənnəm oduna atılacaq. Onun
bağırsaqları atəşin içinə töküləcək və o, dəyirmanın ətrafında fırlanan
uzunqulaq kimi fırlanacaq. Cəhənnəm sakinləri onun başına yığışıb
deyəcəklər: “Ay filankəs! Niyə bu kökə düşmüsən? Məgər sən bizə yaxşı işlər
görməyi buyurub pis əməlləri qadağan etmirdinmi?” O deyəcək: “Mən sizə
yaxşı işlər görməyi buyururdum, lakin özüm buna əməl etmirdim, pis əməlləri
qadağan edirdim, amma özüm o işləri görürdüm.” (Buxari 3267, Muslim 7674,
2898/51)
İnsanın Öz Pərdəsini (Günahını) Açmaqdan Nəhy Edilməsi
849
1884. Əbu Hureyra demişdir: “Mən Peyğəmbərin belə dediyini eşitmişəm:
“Ümmətimin hamısı əfv ediləcək. Yalnız açıq-aşkar (günah) işlədənlərdən
başqa. (Məsələn) birisi gecə bir qələt edir və səhəri gün Allah onun bu qələtini
ört-basdır etdiyi halda (dost-aşnasına): “Ey filankəs, mən bu gecə filan, filan
işləri görmüşəm”deyir. Gecə Rəbbi onun (günahının) üstünə örtük çəkir, səhər
isə o, Allahın bu örtüyünü açır.” (Buxari 6069, Muslim 7676, 2990/52)
Asqırana Təşmit Və Əsnəməyin Pislənməsi
1885. Ənəs İbn Malik demişdir: “(Bir dəfə) iki kişi Peyğəmbərin yanında
asqırdı və Peyğəmbər onlardan birinə: “Yərhəmukəllah” dedi, o birinə isə (heç
nə) demədi. (Peyğəmbərdən bunun səbəbini) soruşduqda o dedi: “Bu adam:
“Əlhəmdulillah” dedi, bu isə demədi.” (Buxari 6221, Muslim 7677, 2991/53)
1886. Əbu Hureyra rəvayət edir ki, Peyğəmbər buyurdu: “Əsnəmək
şeytandandır. Birinizi əsnəmək tutsa, qoy bacardığı qədər onun qarşısını alsın.
Çünki o (əsnəyib): “Haah” etdikdə şeytan ona gülür.” (Buxari 3289, Muslim
7682, 2494/56)
Siçan Və Onun Şəkil Dəyişdirmiş Olması
Dostları ilə paylaş: |