822
1817. Əbu Hureyra rəvayət edir ki, Peyğəmbər buyurdu: “Mən Amr İbn
Amir İbn Luhey əl-Xuzaini Cəhənnəm odunda bağırsaqlarını (yerlə)
sürüyərkən gördüm. (Çünki) saibələri
151
ilk dəfə o sərbəst buraxmışdır.” (Buxari
3521, Muslim 7371, 2856/50)
Dünyanın Sonu Və Qiyamət Günü Həşr Olmağın Bəyanı
1818. Aişə demişdir: “(Bir dəfə) Peyğəmbər buyurdu: “(Qiyamət günü)
siz ayaqyalın, lütüryan və sünnət olunmamış halda məhşərə toplanacaqsınız.”
Mən soruşdum: “Ya Rəsulullah, kişilər və qadınlar bir-birilərinə baxacaqlar-
mı?”. (Peyğəmbər): “(Onların) işi elə çətin olacaq ki, bu onları heç maraqlan-
dırmayacaq.” (Buxari 6527, Muslim 7377, 2859/56)
1819. İbn Abbas rəvayət edir ki, Peyğəmbər bizim içimizdə ayağa qalxaraq
xütbə verdi və buyurdu: “Sizlər lütüryan və sünnət olunmamış halda məhşərə
toplanacaqsınız”. “O gün göyü yazılı səhifələrin büküldüyü kimi bükəcəyik.
Məxluqatı ilk dəfə yaratdığımız kimi yenə əvvəlki halına qaytaracağıq. Biz
vəd vermişik. Sözsüz ki, Biz onu yerinə yetirəcəyik”. (əl-Ənbiya 104).
Məxluqlar içərisində Qiyamət günü ilk geyindirilən İbrahimdir. Ümmətimdən
bir dəstə adamlar gətiriləcəkdir və onlar saxlanılaraq (atəş) tərəfə
aparılacaqlar. Mən: “Ya Rəbbim! Onlar mənim səhabələrimdir!” deyəcəm.
Allah: “Sən onların səndən sonra dində nə bidətlər çıxardıqlarını bilmirsən”
deyə buyurar. Mən Saleh qulun söylədiyi kimi: “Mən onlara ancaq Sənin mənə
əmr etdiyini: "Mənim də Rəbbim, sizin də Rəbbiniz olan Allaha ibadət edin!"
151
Ardıcıl olaraq on dişi dəvə balalayan və buna görə ərəb bütpərəstləri tərəfindən sitayiş edilən dişi
dəvədir. Bütpərəstlər onu sərbəst buraxır, onu minmir, onunla yük daşımır, yununu qırxmır və südünü də
ancaq qonağa verərdilər. Bu batil əqidənin əsasını isə Amr ibn Luhey əl-Xuzai qoymuşdur.
823
demişəm. Nə qədər ki, onların arasında idim, mən onlara şahid idim. Sən məni
onların arasından götürdükdən sonra isə onlara nəzarət edən Özün oldun. Sən
hər şeyə Şahidsən, Əgər onlara əzab versən, sözsüz ki, onlar Sənin qullarındır.
Əgər onları bağışlasan, şübhəsiz ki, Sən Qüdrətlisən, Müdriksən”. (Məryəm
117, 118). Mənə: “Bunlar geri dönərək mürtəd olmaqda davam edənlərdir”
deyilər. (Buxari 6526, Muslim 7380, 2861/58)
1820. Əbu Hureyra rəvayət edir ki, Peyğəmbər buyurdu: “Qiyamət günü
insanlar üç zümrəyə (bölünüb) məhşərə toplanılacaqlar: (birinci zümrə Allahın
rəhmətinə) ümid bəsləyib (əzabından) qorxan kimsələr olacaq; (ikinci zümrə)
iki-iki, üç-üç, dörd-dörd, on-on dəvələrə minib (həşr) olunacaqlar. Qalanlarını
isə od məhşərə toplayacaq. Onlar dincəldikdə də, gecələdikdə də, səhərə
çıxdıqda da, axşama çıxdıqda da od onların bərabərində olacaqdır.” (Buxari
6522, Muslim 7381, 2861/59)
Qiyamət Gününün Vəsfi, Onun Dəhşətinə Qarşı Allah
Köməyimiz Olsun
1821. İbn Ömər rəvayət edir ki, Peyğəmbər (Allahın): “O gündə ki,
insanlar aləmlərin Rəbbinin qarşısında dayanacaqlar” (ayəsini oxuduqdan
sonra) dedi: “Onların bəzisi öz tərinin içində qulağının yarısına qədər bata-
caqdır.” (Buxari 4938, Muslim 7382, 2862/60)
1822. Əbu Hureyra rəvayət edir ki, Peyğəmbər buyurdu: “Qiyamət günü
insanlar o qədər tərləyəcəklər ki, onların təri yerin yetmiş ərəş dərinliyinə
824
keçəcək, (üstəlik bəzilərinin) ağzına dirənəcək, hətta qulaqlarına çatacaqdır.”
(Buxari 6532, Muslim 7384, 2863/61)
Ölən Kimsəyə Cənnət Və Cəhənnəmdəki Yerinin
Göstərilməsi, Qəbir Əzzabının İsbatı Və Ondan Allaha
Sığınmaq
1823. Abdullah İbn Ömər rəvayət edir ki, Peyğəmbər buyurdu: “Biriniz
öldükdən sonra səhər-axşam ona yeri göstərilir. Cənnət əhlindəndirsə,
Cənnətlik, Cəhənnəm əhlindəndirsə, Cəhənnəmlik olacaq. Sonra (ona) deyilir:
“Qiyamət günü Allah səni dirildənədək bu sənin qalacağın yer olacaq.”
(Buxari 1379, Muslim 7390, 7391, 2866/65)
1824. Əbu Əyyub demişdir: “(Bir dəfə) günəş batdıqdan sonra Peyğəmbər
(evdən) çıxdı və bir səs eşidib dedi: “(Bunlar) qəbirlərində əzab çəkən
yəhudilərdir.” (Buxari 1375, Muslim 7394, 2869/69)
1825. Ənəs İbn Məlik rəvayət edir ki, Peyğəmbər buyurdu: «Qul qəbirə
qoyulub və yaxınları dönüb geri getdikləri zaman, ölü onların gedərkən ayaq
səslərini eşidir. Onun yanına iki mələk gəlir. Onlar ölünü oturdub ona: «Sən
Muhəmməd deyə bilinən adam haqqında nə bilirsən?» Möminə gəlincə:
«Onun Allahın qulu və Rəsulu olduğuna şəhadət edirəm». Bundan sonra ona:
«Cəhənnəmdəki yerinə bax! Allah onun yerinə Cənnətdən sənə bir yer verdi
və mömin hər iki yeri birdən görür». Qatadə deyir ki: Möminin qəbiri