Al-lulu vəl-mərcan



Yüklə 5,61 Mb.
Pdf görüntüsü
səhifə222/228
tarix05.02.2018
ölçüsü5,61 Mb.
#24492
1   ...   218   219   220   221   222   223   224   225   ...   228

 

 

830 



 

 

 



1836.  Əbu  Hureyrə    rəvayət  edir  ki,  Peyğəmbər    buyurdu:  “İki  ordu  bir-

birilə  hərb  etmədikcə  Qiyamət  qopmaz.  Bu  iki  cəmaat  bi  iddiada  olduqları 

zaman aralarında böyük bir hərb olacaqdır. Yenə otuza yaxın yalançı dəccəllər 

çıxmadıqca  Qiyamət  qopmaz.  Bu  dəccəllərin  hamısı  da  özlərini  Rəsul 

olduqlarını iddia edəcəklər”. (Buxari 3609, Muslim 7438, 2888/17) 

 

 

 

Peyğəmbər  Qiyamət Qopana Qədər Olanlardan Xəbər 

Verməsi 

 

 



 

1837.  Huzeyfə    demişdir:  “(Bir  dəfə)  Peyğəmbər    bizə  xütbə  verdi  və 

xütbədə  Qiyamət gününədək  baş  verəcək  hər şeydən  danışdı.  Bəziləri  (bunu) 

yadında saxladı, bəziləri isə unutdu. Necə ki, insan uzun müddət görmədiyini 

görən  kimi  tanıya  bilir,  mən  də  deyilənlərdən  unutduğum  bəzi şeyləri görüb 

xatırlayıram.” (Buxari 6604, Muslim 7444, 7445, 2891/23) 

 

 

 

Dəniz Dalğaları Kimi Dalğalanacaq Fitnələr 

 

 

 



 

1838.  Huzeyfə    rəvayət  edir  ki,  (bir  dəfə)  biz  Ömərin    yanında  ikən  o 

soruşdu:  “Peyğəmbərin    fitnə  barədə  dediyi  sözlər  hansınızın  yadındadır?" 

Mən  dedim:  “Mənim  (yadımdadır),  həm  də  o  dediyi  kimi.”  Ömər  dedi: 




 

 

831 



“Həqiqətən  də,  sən  bu  işdə  çox  cəsarətlisən.”  Mən  dedim:  “İnsanın  arvadı, 

mal-dövləti, övladı və qonşusu üzündən düşdüyü fitnəni namaz, oruc, sədəqə, 

(habelə  insanlara  yaxşı  işlər  görməyi)  əmr  etmək  və  (onları  pis  işlərdən) 

çəkindirmək  (kimi  ibadətlər)  silib  aparır.”  Ömər:  “Mən  bunu  deyil,  elə  bir 

fitnəni  qəsd  edirəm  ki,  o,  təlatümə  gəlmiş  dəniz  kimi  (araya)  çaxnaşma 

salacaqdır”.  Huzeyfə:  “Ey  möminlərin  əmiri!  O  fitnənin  sənə  heç  bir  zərəri 

yoxdur.  Çünki  səninlə  onun  arasında  bağlı  bir  qapı  vardır.”  Ömər  soruşdu: 

“(O  qapı)  sındırılacaq,  yoxsa  açılacaq?”  Huzeyfə:  “Sındırılacaq”  deyə  cavab 

verdi.  Ömər:  “Deməli,  (bundan  sonra)  o  heç  vaxt  bağlanmayacaqdır”. 

(Huzeyfədən) soruşdular: “Ömər  bu qapının (kim olduğunu) bilirdimi?”. O 

dedi:  “Bəli,  (o,  bu  həqiqəti)  gecədən  sonra  səhərin  açılacağını  bildiyi  kimi 

(bilirdi). Mən ona (içində) yalan olmayan bir hədis danışdım.”Yenə soruşdular: 

“Bu  qapı  kim  idi?”  O  dedi:  “Bu  qapı  Ömər  (özü  idi).”  (Buxari  525,  Muslim 

7450, 2892/26) 

 

 

 

Furat Çayının (Suyu Çəkiləcək Və) Qızıldan Olan Xəzinə 



Üzə Çıxmadıqca Qiyamət Qopmaz 

 

 



 

1839.  Əbu  Hureyra    rəvayət  edir  ki,  Peyğəmbər    buyurdu:  “Tezliklə  Furat 

çayının (suyu çəkiləcək və) qızıldan olan xəzinə üzə çıxacaqdır. Kim o zaman 

yaşayacaqsa, ondan heç bir şey götürməsin.” (Buxari 7119, Muslim 7456, 7457, 

2894/31) 

 

 

 

Hicaz Torpağından Od Çıxmadıqca Qiyamət Qopmaz 

 

 



 


 

 

832 



1840.  Əbu  Hureyra    rəvayət  edir  ki,  Peyğəmbər    buyurdu:  “Hicaz 

torpağından  od  çıxıb  Busradakı  (Suriyada  şəhər)  dəvələrin  boyunlarını 

işıqlandırmayınca, Qiyamət qopmayacaq.” (Buxari 7118, Muslim 7473, 2902/42) 

 

 

 

Fitnə Bu Tərəfdəndir, Şeytanın Buynuzunun Doğduğu 

Yerdən Çıxacaqdır 

 

 



 

1841. İbn Ömər  rəvayət edir ki, Peyğəmbər  məşriq tərəfə yönəldiyi halda 

buyurdu: “Diqqətli olun! Fitnə bu tərəfdəndir, şeytanın buynuzunun doğduğu 

yerdədir”. (Buxari 7093, Muslim 7476, 7478, 2905/47)  

 

 

 

Devs Qəbiləsinin Zul Xalasa (Bütünə) İbadət Olunmadıqca 



Qoyamət Qopmaz 

 

 



 

1842.  Əbu  Hureyrə    rəvayət  edir  ki,  Peyğəmbər    buyurdu:  “Devs 

qəbiləsinin  qoca  qadınları  Zul  Xalasa  (bütü)  ətrafında  tavaf  edə-edə 

quyruqlarını  titrətmədikcə  Qiyamət  qopmayacaqdır.  Zul  Xulasa  Devs 

qəbiləsinin cahiliyyə dövründə ibadət etdikləri bütdür”.  (Buxari 7116, Muslim 

7482, 2906/51) 

 

 

 

Sağ Olan Bir Kimsə Qəbir Sahibin Yanından Keçdiyi 



Zaman: “Kaşki Bu Ölünün Yerində Mən Olardım – 

Demədikcə Qiyamət Qopmaz 

 



 

 

833 



 

 

1843.  Əbu  Hureyrə    rəvayət  edir  ki,  Peyğəmbər    buyurdu:  “Sağ  olan  bir 



kimsə  qəbir  sahibin  yanından  keçdiyi  zaman:  “Kaşki  bu ölünün yerində  mən 

olardım  –  deyə  ölümü  təmənna  etmədikcə  Qiyamət  qopmaz”.  (Buxari  7115, 

Muslim 7485, 2908/53)  

 

 



 

1844.  Əbu  Hureyra    rəvayət  edir  ki,  Peyğəmbər    buyurdu:  “(Qiyamətə 

yaxın)  Kəbəni  həbəşistanlı,  nazik  ayaqlı  bir  nəfər  dağıdacaq”.  (Buxari  1591, 

1596, Muslim 7489, 7490, 2909/58) 

 

 

 



1845.  Əbu  Hureyra    rəvayət  edir  ki,  Peyğəmbər    buyurdu:  “Qəhtan 

qəbiləsindən  bir  nəfər  çıxıb  (əlindəki)  əsası  ilə  insanları  qovub  aparmayınca 

Qiyamət qopmaz.” (Buxari 3517, 7117, Muslim 7492, 2910/60) 

 

 



 

1846.  Əbu  Hureyrə    rəvayət  edir  ki,  Peyğəmbər    buyurdu:  “Sizlər 

ayaqqabıları  tüklü  olan  bir  qövmlə  müharibə  etmədikcə  Qiyamət  qopmaz. 

Yenə  sizlər  üzləri  dəri  ilə  örtülmüş  qalxanlar  kimi  qalın  ətli  bir  qövmlə 

müharibə  etmədikcə  Qiyamət  qopmaz”.

 

(Buxari  2929,  3587,  Muslim  7494, 



2912/62) 

 

 



 

 

1847.  Əbu  Hureyra    rəvayət  edir  ki,  Peyğəmbər    buyurdu:  “İnsanlar 



Qureyşdən  olan  bir  nəsilin  əlində  məhv  olacaq

152


.  (Əshabələr):  “Bizə  nə 

                                                

152

 Hədisdə  qureyşdən olub hakimiyyət  davası edən bəzi  çılğın  adamların atdığı  səhv  addımlar nəticəsində 



müsəlman  ümmətinin başına  gələcək  müsibətlər  nəzərdə tutulur.  Həqiqətən  də, Peyğəmbər    dediyi kimi 

olmuşdur. (Fəthul-Bari) 




Yüklə 5,61 Mb.

Dostları ilə paylaş:
1   ...   218   219   220   221   222   223   224   225   ...   228




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə