Alatoran-15-an-son-2010-1: Layout qxd


Mövzuları necə seçirsən?



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə30/81
tarix23.09.2017
ölçüsü5,01 Kb.
#1300
1   ...   26   27   28   29   30   31   32   33   ...   81

АЛАТОРАН № 15, YANVAR 2010
54
Mövzuları necə seçirsən?
- Mövzularım belə yaranır: Gün ərzində diqqətimizi çəkən
məsələləri 2-3 sözlə telefonumun sms-qaralama bölümünə
yazıram. Bəzən ora dostlarımın, oxucuların təklif etdiyi
mövzular da düşür. Sonra qalır problemi araşdırmaq və yazmaq.
Mövzuların altında itib-batdığım günlər az olmur, amma o
qədər olub ki, nə yazım, nədən yazım deyə başımı sındırmışam.
Bu halda adamın dadına rəsmi qəzetlər çatır. Azca istedadı olan
yaradıcı adam üçün rəsmi qəzetlər, şairlərin diliylə desək,
tükənməz ilham mənbəyidir.
Günün necə başlayır, necə keçir?
- Günüm qızlarımla yaxşı başlayır, tez və sürətli də keçir. Bəlkə
də mənim pintiliyimdən, yaxud, vaxtı düz bölüşdürə
bilmədiyimdəndi ki, həmişə vaxt qıtlığından əziyyət çəkirəm. İş
mənim vaxtımı çox alır. İşdən saat onun yarısından tez dönəndə
evdəkilər tam əsaslı olaraq toy bayram edirlər. 
Neçə qızın var?
- İki...Onların biri mən 2003-də həbsdə olanda, o biri isə 2005-
də mitinqdə olanda doğulub. İstəməsəm də siyasət bizim ən
mühum ailə hadisələrindən üstün olub.
2003, 2005... Hər seçkidə bir uşaq. Bu da siyasətdir?
- Bundan özüm bir lətifə düzəltmişəm: Bir dəfə Seymur Bay-
cana dedim ki, 2003, 2005 seçkisinin hər birində bir uşaqımız
olub. 2008-ci il seçkisini isə boykot etdiyimizdən uşaq olmadı.
Seymur da qayıtdı ki, bəs bələdiyyə seçkilərində neynəyibsiniz?
Neçə saat işləyirsən?
- 10, bəzən 12 saat işdə oluram. Düzdür, bu müddətin neçə
saatını faydalı işlə məşğul olduğunu hesablamamışam. 12
saatlıq iş rejimi böyük bir bəladır... Adam fikirləşəndə ki, 100
il əvvəl insanlar 8 saatlıq iş rejimi tələbi ilə üsyan ediblər, öz
miskinliyindən utanır.
Necə oldu ki, kənddəki sakit biologiya müə llimliyindən
Bakıdakı təhlükəli jurnalistikaya gəldin?
- Uzun söhbətdir. İş ondadır ki, mən elə jurnalistikadan
müəllimliyə getmişdim. Sizə deyim ki, babat da müəllim
oldum. Xidmətlərimi əsas tutub məni “zavuç”da qoymuşdular.
Bələdiyyəyə üzv seçmişdilər. 2005-ci ildə narıncı inqilabın
məğlubiyyətə düçar olması məni bərk təsirləndirdi. Hər şeyə
tüpürüb Azərbaycandan getmək istədim. Amma sonra
dostlarımla söhbət məni Bakıda qalmağa vadar etdi. Buna görə
peşman deyiləm.
Röyaya görə BDU-nu məhkəməyə vermək hardan ağlına gəldi?
- Allah interneti çıxaranın atasına rəhm etsin. Soyuq bir gün idi,
reportaja çıxmağa nə həvəs var idi, nə də mövzu. Oturub
internetdə avaralanırdım. Birdən qabağıma Röyanın saytı çıxdı.
Bioqrafiyasını oxudum. Sən demə, xanım BDU-nin hüququnda
oxuyurmuş. Haray saldım ki, uşaqlar bəs belə-belə. Dedilər ki,
ey qafil hələ indi bilirsən bunu? Dedim hə. Dərhal düşündüm ki,
bu fakt jurnalist üçün çox unikal hadisədir. İnformativ balaca
bir yazı yazdım ki, Röya BDU-də oxuyur. Elə həmin gün də
BDU-nə və TQDK-na sorğu yolladım ki, dostlar, bu xanım necə
olub BDU-nə daxil olub? Qanunun müəyyən etdiyi vaxt
müddətində onlardan cavab gəlmədiyindən mən hər iki dövlət
qurumunu məhkəməyə verdim. 
Natiq Güləhmədoğlu
“10-un yarısında evə qayıdanda 
evdə toy-bayram olur”
m ü s a h i b ə


АЛАТОРАН № 15, YANVAR 2010
55
Məhkəmə çəkişmələrinin nəticəsi səni qane etdi?
- Qismən hə. Birincisi, xalqımız mərdimazarlıq kimi
qiymətləndirsə də mən nail oldum ki, Röya BDU-dan qovulsun
və daha bir saxta hüquqşünas diplomu azalsın. İkincisi, proses
zamanı mən özüm də gözləmədən böyük bir korrupsiya
mexanizminin üstünü açdım. Məlum oldu ki, köçürülmə adı
altında ali məktəblər qaz vurub plan doldururlar. Ən nəhayət
nümayiş etdirdim ki, azərbaycanın dünyada tanınan yeganə
kimyaçı alimi Yusif Məmmədəliyevin xələfi Abel Məhərrəmov
orta səviyyəli bir müğənninin zümzüməsi qarşısında tab
eləməyəcək qədər romantikdir. Qısa desək, təhsil sistemimizin
röyalaşdığını faktlarla sübut etdim.
Reportaj yazmağı sevirsən, yoxsa köşə yazmağı?
- Reportaj yazmaq mənə misilsiz zövq verir. Düzdür, sırf
maddiyyat baxımından bu janr hələ Azərbaycan mediasında öz
hörmətini qazana bilməyib. Məsələn, siz həyatınızı Aqil Xəlil
kimi təhlükəyə qoyub Zeytunluqdan reportaj hazırlasanız da,
Fəxrəddin Salim kimi qısır köşə yazsanız da redaktordan eyni
məbləqdə qonarar alacaqsınız. Reportajlar müxbirə yaradıcılıq
üçün əvəzsiz detallar verir. Həyatı Elşad Paşasoyun
köşələrindən yox, canlı insanlardan öyrənirsən. Lakin, elə
mövzular var ki, mütləq köşədə səslənməlidir. 
Qısaca köşə yazmağı necə tərif edərsən? 
- Tərif mənim yaralı yerimdir. Baxmayaraq ki, Cəbr və
Həndəsədən həmişə əla qiymət almışam, amma hətta hazır
yazılmış tərif deyəndə dilim topuq vurub, sizsə məndən indi
özümün tərif icad eləməyimi istəyirsiz... Çox çətin oldu... Köşə
məncə müəllifin ictimai siyasi proseslərə münasibətidir. Müəllif
çalışmalıdır ki, onun köşəsi çayxana qeybətlərindən heç olmasa
bir pillə yuxarı olsun. Oxucular pul və enerji sərf edib köşə
yazısını oxuyursa, orda müsbət və mənfi olmasından asılı
olmayaraq enerji alsın.
Ən çox sevdiyin köşə yazarı kimdir?
- Sevgi məsələsini qoyaq bir qırağa. Sevə- sevə izlədiyim bir
çox köşə yazarı var. Onların əksəri mənim həmyaşıdlarımdır:
Seymur Baycan, Qan Turalı, Elnur Astanbəyli, Zamin Hacı,
Şahvələd Çobanoğlu, Murad Köhnəqala və s. Mütləq ən azı
həftədə 3 dəfə oxuduğum türk köşə yazarları da var. Onların
adı oxucular üçün bir şey ifadə edəcəksə sadalaya bilərəm.
Ahmed Hakan, Ayşe Arman, Sərdar Tuqut, Bekir Coşqun, Elif
Aktuğ.
Sadaladığın köşə yazarlarından Seymur, Murad, Zamin
köşələrini qələmlə yazır, sən necə?
- Mənimki kompüterdi. Mənim kompüterdə yazı sürətim çox
zəifdir, buna baxmayaraq mən texnologiyanın bu yeni for-
masından qəti imtina etmək fikirində deyiləm. Çox maraqlıdır
ki, adını çəkdiyiniz hər üç müəllif yenilikçidir, inqilabı
təfəkkürləri var, mən anlamağa çətinlik çəkirəm ki, onlar
qələmdə nə görüblər? Köşə yazısı rəsm əsəri deyil ki, onu
fırçayla yox, kompüterlə yaradanda fərqli effekt alınsın. 
Köşə yazarı olmaq istəyən gənclərə nə məsləhət verərdin?
- Heç kimə məsləhət vermək istəmirəm, çünki onsuz da məs-
ləhətlərə qulaq asan yoxdur. Özüm üçün müəyyən etdiyim prin-
sipləri sadalaya bilərəm. Köşə yazarı hər gün mütaliyə etməlidir
- istisnasız hər gün. O, bilməlidir nəyə görə yazır, onu narahat
edən nədir. Yazar həqiqətə xidmət etdiyini qətiləşdirməlidir.
Belə olanda köşə yazarının etdiyi səhvlərə oxucu da rəhm edir.
Çernişevskidən öyrənmişəm. O, “həqiqətə xidmət etmək
yazçının səhvlərini ört basdır edə bilir” deyir. Köşə yazarkən
ən qorxduğum şey insanlara ağıl öytərməkdir. Bunu yekəx-
analıq və yekəbaşlıq kimi qiymətləndirirəm. Çalışıram
yazılarımda belə səhvlərə yol verməyim. Qorxaq, cəsarətsiz,
“yolagedən” olmayım. 
İndi mühacirət etmək fikrin yoxdur?
- Qətiyyən. Bir zamanlar mühacirət beynimə yaman girmişdi.
Sonra mühacirətdəki jurnalistlərimizi, özəlliklə Elbəyi Həsən-
linin qürbət eldən prezidentə yaltaqlanmağını görüb bu istəyin
üstündən xətt çəkdim. Mühacirətə gedib bizim hökumətə yal-
taqlanacağamsa və bunun müqabilində tumar qazanacamsa,
bundan ötəri qürbətə getməyə ehtiyac yoxdur. Azərbaycan
hökuməti kimə qarşı olsa da yaltaq və məddahlara qarşı səx-
avətlidir. Bu ölkədə hələ heç bir yaltaq və simasızın günü qara
keçməyib.
Ailən yazılarına görə narahatlıq yaradır? Ya da əksinə,
sənin yazıların ailənin yaşayışına narahatlıq yaradır?
- Mənim öz aləmimdə irtica ilə apardığım mübarizədə hələ ki,
qalib gəldiyim yer öz ailəmizdir. Bütün azərbaycanlı ailələr
kimi valideyinlərim, qohumlarım, sonra yoldaşım ictimai-siyasi
fəallığımı qəbul etməyiblər. Yaxşıdır ki, bizim qohum-əqraba
çox qəzet oxumur, yoxsa günümüz qara olardı. Bir dəfə əmim
pomidor yeşiyinə yapışmış qəzetdən mənim yazımı oxuyub
bərk qəzəblənmişdi. Nədi-nədi yazıda “oğul Əliyev” ifadəsi
işlətmişdim. İlk vaxtlar belə söz-söhbətlər çox olurdu. Məni
“tərbiyələndimək” istəyirdilər. İsrarlı oldum və şükür ki, nəticə
mənim xeyrimə oldu. İndi ətrafımdakılardan çoxu mənim
mövqeyimlə razılaşıb, ən pisi isə “düzələn zibil deyil, baş qoş-
mayaq” deyib məni narahat etmirlər.
Özünü AYO-çu hesab edirsən? 
- AYO-da mənim çox əziz dostlarım var. Onlarla bir sırada dur-
maqdan utanmıram, əksinə qürur duyuram. Amma struktur
baxımından mənim AYO-ya heç bir dəxlim yoxdur. Baxma-
yaraq ki, çoxları məni israrla AYO-çu sanır. AYO-da olan
yazarlar mənim dünyaya baxışımın yenilənməsində böyük rol
oynayıblar. Bunu ömrü boyu yadımdan çıxartmaram.


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   ...   81




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə