Alatoran-15-an-son-2010-1: Layout qxd



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə27/81
tarix23.09.2017
ölçüsü5,01 Kb.
#1300
1   ...   23   24   25   26   27   28   29   30   ...   81

АЛАТОРАН № 15, YANVAR 2010
49
Yevgenidis (transseksual haqqında romanına görə) var.  Son 20
ildə Puliser mükafatı tanınmış yazarlarla yanaşı, birgünlük
kitablara da verilirdi. Məncə, ədəbi mükafatlar arasında ən cid-
disi  qeyri-siyasi Milli kitab mükafatı və tənqidçilər cəmiyyə-
tinin milli kitab mükafatıdır.  
Lakin ədəbi əsərin keyfiyyəti, oxucu marağı, əsərin es-
tetik dəyəri ilə mükafatın verilməsi arasında əlaqəni axtarmaq
düzgün deyil, çünki Amerikada həqiqətən yaxşı əsərlər illərlə
rəflərdə tozlanır, gec tanınır, bəzən də digər ölkələrdə tanınan-
dan sonra Amerikaya məlum olur. Şedevrlər bazarın, dəbin,
naşirlərin tələblərinə zidd olaraq yaradılır. Buna parlaq nümunə
- Vilyam Folknerdir. O, ən yaxşı əsərlərini sandıq üçün
yazmışdı, oxucu və naşirlərdən əlini tamam üzmüşdü. ABŞ-da
xeyli ədəbi mükafat var və onlar dəqiq şəkildə “təbəqələşib” –
elitar, populyar, eksperimental, kütləvi-patriotik mükafatlar var.
Odur ki, ABŞ-da ədəbi proseslər çoxdur, onlar xaotik şəkildə
birgə mövcuddur.
Mükafatlardan başqa, daha nələr ABŞ ədəbi pros-
esini strukturlaşdırır? Jurnalların, məsələn, “Nyu Yorker”
jurnalının, nüfuzlu nəşrlərin, universitetlərin reytinqlərdə
rolu varmı?
Bunların hamısı XX əsrin ortalarında özünü doğrul-
durdu. “Nyu Yorker” jurnalı ən yaxşı müəlliflərin hamısını ol-
masa da, əksəriyyətini çap edirdi. İndi bu jurnalın hekayə
bölümü çox kiçilib, hərçənd vaxtilə jurnalın hər sayında bir
neçə hekayə dərc olunardı. İndi ədəbi dəbin və ədəbi fikrin
yaradıcısı kimi jurnalların rolu sıfıra enib. Kitab reytinqləri bu
gün də tərtib edilir, lakin qəzet və internet reytinqləri oxuculara
daha böyük təsir göstərməkdədir. Məsələn, DeLillo populyar
yazar olsa da, mükafat siyahılarına düşə bilmir. Universitetlər
ədəbiyyata real təsir göstərmir, akademik tədqiqatlar isə adi ox-
ucular üçün maraqsızdır.
Bəs “əritmə peçi” nəzəriyyəsi və afro-amerikan,
asiya-amerikan, latın-amerikan ədəbiyyatları təcrübəsin -
dən  nə deyə bilərsiz?
Əritmə peçi nəzəriyyəsi – XX əsrin əvvəllərinə aid
panavropa anlayışıdır. Bu anlayış ag olmayan irqlərə və etnik
qruplara heç vaxt aid olmurdu.  60-cı illərdə etnik dirçəlişlərlə
əlaqədar olaraq, “əritmə peçi” digər model ilə əvəz edildi - mul-
timədəniyyətli Amerika peyda oldu. Etno-yazarlar öz xalqının
ekzotik fərqini təsvir etməklə yanaşı, amerikan ədəbiyyatının
estetik tələblərinə riayət etməli olurdular. Lakin 1980-ci illərdə
anqlosaks olmayan istedadlı və müstəqil yazarlar bu roldan
imtina etdilər. Onlar əvvəllər icazə verilməyən problemlərdən
yazmağa başladılar. Məsələn, indi əsərlərdə xoşbəxt assim-
ilyasiya deyil, ksenofob cəmiyyət tərəfindən “yadları” inkar
etmək, təcrid etmək halları təsvir edilir. İmmiqrant ənənəvi
mədəni xüsusiyyətlərindən təmizlənərək amerikalıya çevrilmir,
əksinə, dilini, dinini, mənəvi dəyərlərini qorumağa çalışır və
bəzən bu problemlər gəlmələrin şəxsiyyətini parçalayır. Etnik
yazarlar ultramüasir Amerika dünyası ilə, məsələn, Çin mi-
fologiyasını birləşdirir. XX əsrin sonunda multimədəni
yazarlara diqqət və maraq artdı. Onların əsərlərində qərb-şərq
hibrid poetikası, ənənəvi janrlardan (memuar, avtobioqrafik po-
manlar) orijinal istifadə əsərlərə marağı artırırdı. Bu səbəbdən
ABŞ-da multimədəni ədəbiyyat beynəlxal kitab bazarında əla
satılan ədəbi mala çevrildi. İndi bu proses bir az səngiyib, daha
doğrusu, transmədəni müəlliflər ABŞ sərhədlərini aşıblar.
ABŞ-da ciddi kitab oxucuları çoxdurmu?
Mən elmi dərəcəyə malik intellektual insanlarla ün-
siyyətdəyəm. Onlar çox oxuyurlar, amma bədii ədəbiyyatdan
daha çox yazarların bioqrafiyasını, tarixi, siyasi kitabları ox-
uyurlar. Ümumiyyətlə, Amerikada oxucuların sayı azalmaq
üzrədir, bu, kitabların keyfiyyətindən asılı deyil. 50 yaşlı
amerikalı daha gənc adama nisbətən daha çox oxuyur, hər
dördüncü amerikalı isə heç kitab oxumur. Qadınlar ildə orta
hesabla 9, kişilər 5 kitab oxuyur.
XX əsrin birinci yarısı ilə müqayisədə müasir ABŞ
ədəbiyyatının vəziyyəti haqqında nə deyə bilərsiz?
ABŞ ədəbiyyatının nüfuzu dünyada həmişə yüksək ol-
mayıb. Hələ XX əsrin əvvəllərində  hətta ABŞ-ın özündə  milli
ədəbiyyatı ayrıca öyrənmirdilər, yalnız ingilis ədəbiyyatı ilə
birgə öyrənirdilər. O zaman (elə indi də) müasir yazarları fiction
adlandırırdılar, yəni  onları ciddi ədəbiyyata deyil, belletris-
tikaya aid edirdilər.  XX əsri amerika əsri hesab edirlər, lakin
onun ədəbiyyat salnaməsi yüz ildən qısadır. Bu mərhələ 1920-
1960-cı illəri əhatə edir. Sonralar Amerikanın mədəni məhsul
kimi geniş ixrac etdiyi kino ədəbiyyatın yerini tutur.  Ayrı-ayrı
maraqlı müəlifləri nəzərə almasaq, son 20 ildə amerikan
ədəbiyyatını təsir gücünə görə onun qızıl əsri ilə müqayisə
etmək olmaz. Səbəblər çoxdur – bir sənət forması kimi ədəbiyy-
atın tənəzzülü, ümumən, milli incəsənətin tənəzzülü... Odur ki,
son 20 ildə ədəbiyyata gəlmiş yazarların möhkəm milli bağlılığı
yoxdur və məğzinə görə, onlar transmədənidirlər. Bu hissi
V.Nabokov nə vaxtsa belə ifadə edib: “Yazıçını pasportuna görə
deyil, kitablarına görə mühakimə etmək lazımdır”. 
ABŞ ədəbiyyatı bizdə (Rusiyada – tərc.) necə təqdim
edilir?
SSRİ-də xarici ədəbiyyatın sovet qanunları yaradılmışdı.
Son 20 ildə vəziyyət dəyişib – ideoloji senzura yoxdur, amma
onun yerini bazar senzurası tutub. İndi zəif əsərlər daha tez tər-
cümə edilir və böyük tirajlarla satılır. Məsələn, pulgətirən
amerika yazarı Con Qrişem ədəbi cəhətdən orijinal yazar
sayılmır, lakin onun bütün “hüquqi romanları” rus dilinə tər-
cümə edilib. Təəssüf ki, müasir oxucu amerika yazıçıları
deyəndə, ilk növbədə Qrişemi və Tom Vulfu xatırlayır. Nəzərə
almalıyıq ki, Amerikada bir yox, xeyli ədəbiyyat var və hər
ədəbiyyatın öz oxucusu, əsas fiqurları (yazarları) var. Vampir-
lərin həyatına aid kitabları sevənlərin ciddi ədəbiyyatdan xəbəri
yoxdur. Bu gün amerika ədəbiyyatı haqqında vahid fikir sürmək
mümkün deyil, çünki o, onu törədən cəmiyyət və mədəniyyət
kimi çoxşaxəli, mürəkkəbdir. 
İlk növbədə, hansı kitabları məsləhət görərdiniz?
İlk növbədə Pol Osterin “Leviafan” kitabını, Conatan
Franzenin  2001-ci ildə Milli kitab mükafatını almış “Dəyişilik-
lər” ailə saqasını. Amerikalı olsa da, daim başqa ölkələrdə
yaşayan,  postkolonial ədəbi ənənəyə sadiq olan Pol Terunun
da adını çəkməliyəm. Maykl Kanningemin “Seçilmiş günlər”
pomanını, ABŞ-da ədəbi mükafatlar almış Hunot Dias və Alek-
sandr Hemonun romanlarını da qeyd etməliyəm.
Çevirdi: Sima Ənnağı


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   81




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə