Alatoran-15-an-son-2010-1: Layout qxd


Bədbinlik, yoxsa bədbinçilik?



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə4/81
tarix23.09.2017
ölçüsü5,01 Kb.
#1300
1   2   3   4   5   6   7   8   9   ...   81

Bədbinlik, yoxsa bədbinçilik?
Azərbaycan dilində pessimizmə bədbinlik, optimizmə
nikbinlik deyirlər. Hər iki söz farscadır, birincisi bəd, yaman
görən, ikincisi xoş, yaxşı görən deməkdir. Məncə “pessi mizm”in
terminoloji tərcüməsi bədbinlik yox, “bədbinçilik” olmalıdır, op-
timizm də “nikbinçilik”. Optimizm “optimum” (ən yaxşı, əla)
sözündəndir, pessimizm “pessimum” (ən pis, ən bəd) sözündən.
Məndən olsa, bu terminlərin farscalarını işlətmək əvəzinə, hələ-
lik orijinallarını saxlamaq, “optimum” variant olardı.
Yaşamağa dəyər, yoxsa yox?
Sorğu budur: Həyatda ağrı-acı, dərd-kədər çoxdur, yoxsa
həzz, sevinc, şadyanalıq? Xoşbəxtlik və bədbəxtliyin əsası şəxsidi,
yoxsa dünyəvi? Ümumiyyətlə, dünya necədir? Optimist
dünyabaxışa görə, dünya mümkün olan dünyaların ən yaxşısıdır,
əlasıdır, belə ki, bundan yaxşısı ola bilməzdi (Leybnits). Pessimist
baxışa görə isə dünya mümkün olan dünyaların ən pisidir, hətta
dünya o dərəcədə pisdir ki, bir az da pis olsaydı, yəni məsələn,
yarım millimetr, yarım qram, yarım dərəcə o yan-bu yan olsaydı,
heç ümumiyyətlə, var ola bilməyəcəkdi (Şopenhauer).
Pessimist xarakter və depressiya
Pessimizm ilə pessimist xarakter qarışıq salınmamalıdır.
Pessimist xarakter təxminən belə olur: O, daim şikayət edir və
pisləyir. Risk etmir. Nəinki əzmli deyil, mübarizə də aparmır, o,
hər cür yeni təklifi rədd edir, onu qeyri-mümkün sayır. Özünü
bəyənmədiyi üçün heç kimi sevə bilmir. Nə özü üçün, nə də
başqaları üçün tərifli bir dənə kəlmə tapıb deyə bilmir. Təsəlliyə
inanmır və s. Bu adam xaraktercə pessimistdir. Amma o, pes-
simizm terminini bəlkə heç eşitməyib də, nəinki nəzəriyyəsini
bilməyi.
Depressiyanı da pessimizmlə dəyişik salmaq olmaz. De-
pressiya psixoterapevtik problemdir və tibbi üsulla müalicə
edilir. Yaşının müəyyən bir dövründə və yaxud hansısa uğursu-
zluq qarşısında depressiyaya düşən adam pessimist görünə
bilər, amma sonra keçib gedər bu. Belə demək olarsa, depres-
siya keçici pessimizmdir.
Bir sözlə, narazı xasiyyət kimi, keçici duyğu kimi, hal
kimi pessimistlik ayrı şeydi, fəlsəfi konsepsiya kimi,
dünyagörüşü kimi pessimizm ayrı. Amma təbii ki, pessimist
xarakter və xroniki depressiya mütəfəkkir bir adamı pessimist
fəlsəfəyə sürükləyə bilər.
Digər tərəfdən, optimist adam depressiyadan pessimist-
dən daha asanlıqla və tezliklə çıxır. Pessimist adam isə depres-
siv halını öz dünyagörüşünün sübutu kimi görür,
nor mallaşmağa psixi müqavimət göstərir.
Pessimizmin qısa ifadəsi
Pessimizm dünyagörüşüdür. O, müxtəlif formalarda ta
qədimdən bəri həmişə olub. Qısa ifadəsi belə olar: Bu dünya pisdir,
daha doğrusu, ən pisdir və bundan da pis olan odur ki, bu pis dünya
heç vaxt düzələ, yaxşılaşa bilməyəcək. Dünyanın pis olmasının
insan üçün tərcüməsi ondan ibarətdir ki, həyatda əzab həzzdən,
kədər sevincdən fundamental olaraq çoxdur. Dünya ümumiyyətlə,
insanın xoşbəxtliyinə uyğun deyil (“Absurd” fəlsəfəsi! - Kamyu). 
Dünyada şərin və əzabın varlığını etiraf edən
dünyagörüşü hələ pessimizm demək deyil. Çünki pessimist
həzzin varlığını inkar etmədiyi kimi, optimist də dünyada şərin
və əzabın varlığını inkar etmir. Pessimist ola bilmək üçün həz-
zsizliyin (iztirabın) həzzi üstələdiyinə inanmalısan. Şəri funda-
mental olaraq həyatdansilinməz saymalısan və deməlisən ki,
əzab insanın əbədi qismətidir.
Optimist belə deyir: “Vəziyyət göründüyü qədər də pis
deyil”Pessimist isə belə: “Vəziyyət göründüyündən də pisdir”.
АЛАТОРАН № 15, YANVAR 2010
8
Ağalar Məmmədov
Pessimist rolunda
Sizin baxışlarınızda kədər nə üçün belə azdı?
Nitsşe
f ə l s ə f ə


АЛАТОРАН № 15, YANVAR 2010
9
Lənət sənə, kor şeytan!
Dünyanın arxasında insanı xoşbəxt etmək üçün hansısa
xeyirxah məqsədləri olan şüurlu bir varlıq zad dayanmayıb.
Əksinə, həyatımızın və əbədi taleyimizin cilovları hara
sürdüyünü bilməyən kor şeytanın əlindədir. Sən demə, allah
şeytan imiş. Pessimizmə görə, biz həmişə nə istədiyini və hara
getdiyini bilməyən kor şeytanın qullarıyıq. Pessimizm bu
nöqtədə ənənəvi dini dünyagörüşlə vidalaşır.
Bişüur insanın eqoizmi
İnsan ağıllı yox, iradəli varlıqdır. Onu ağıl yox, kor
istəklər(i) idarə edir. Ağıl arzuların xidmətçisidir (İr-rasionalizm
fəlsəfəsi!). Nəticədə ədalətsizlik ədaləti üstələyir, kədər
sevincdən kəmiyyətcə də çoxdur, keyfiyyətcə də şiddətlidir.
“Maralı diri-diri yeyən pələngin aldığı həzz ilə, maralın duy-
duğu ağrını müqayisə edin”.
İnsan şüursuzcasına, qarnı partlayanacan qan içməkdən
həzz almağa hazır olan ağcaqanad kimidir. İnsan sadəcə olaraq
həzzdən doya bilmir (hedonizm fəlsəfəsi).
Hər bir fərd eqoist olmağa sadəcə olaraq məhkumdur.
Çünki hamıya ancaq özü birbaşa verilib. “Başqası” isə bizə
ancaq başımız vasitəsilə verilib. “Mən dərimdə qurtarıram.
Mənim sərhəddim dərimdir”.
Yeri gəlmişkən, əxlaq qaydalarını öyrənməklə nə əxlaqlı
olmaq, nə də ibadət eləməklə cənnəti qazanmaq olar. Gərək
başqasını hiss edəsən! Mənəviliyin düsturu budur.
Əzablı həzz
Həyat tamamilə həzzlərdən ibarət olsaydı, onda biz
güclü həzzlərlə zəif həzzləri fərqləndirəcək və zəif həzzlərə
əzab adı verəcəkdik. Əslində xristianlıq elə bunu deyir: Əslində
əzab yoxdur, həzzin yoxluğu, yaxud azlığı var. Görünür, buna
görədir ki, qədim dini-etik sistemlər şükr eləməyi, geriyə,
aşağıya baxmağı, yəni dayanmağı tapşırırlar. Dinlər deyirlər ki,
sən özünü doymuş hiss eləməsən, bu dünya səni doydura
bilməz. Özünə məhdudiyyətlər qoymaq möminlikdir. Amma
möminlik də əzablıdır axı, həzzli deyil.
Üstəlik insan həzz aldıqca onun həzz alma qabiliyyəti
korşalır, o öz həzz mənbəyindən daha əvvəlki dərəcədə həzz
ala bilmir, daha çoxunu, daha şiddətlisini istəyir. İnsan həzzə
öyrəşir! Amma əzabda belə deyil. Əzab çəkən adamın əzaba
qarşı vərdişi yaranmır, o, əzaba əsla öyrəşmir! (Mazoxizm həzzli
əzaba öyrəşməkdir).
Ömrümüzün qalan hissəsini nə qədər firavan yaşasaq da,
əvvəl yaşadığımız kədərləri unuda bilmirik. Görünür, başq -
asının yaxşılığını tezliklə unudub, pisliyini unuda bilməməy-
imizin səbəbi bu pisliyin ucbatından çəkmiş olduğumuz
əzabımızı unuda bilməməkdəndi.
Əzabdan qaçış?!
Əzabdan biryolluq qaçış mümkün deyil. Əzab ya da
iztirab xəstəlik kimi həm cismani ağrıdır, həm də arzuları puça
çıxmaq kimi mənəvi ağrı. Ağılca az böyümüş adamların həs-
saslığı da az olduğuna görə onların diş və qarın ağrısından başqa
ağrıları olmur və buna görə də bütün sağlam ömürləri boyu
onlar optimist olurlar. İdrakı az cilalanmış bu adi adamlar ancaq
xəstələnəndə və qocalanda bir az pessimistləşirlər. Hər halda
pessimist - ağrıyan həssas adamdır.
Daimi əzabdan qaçmaq mümkün olmadığı kimi, daimi
həzzə də çatmaq mümkün deyil. Arzular yerinə yetmir. Ömürdə
yarımçıq qalmayan heç nə olmur. Bir türk şairi demişkən: “Hər
ölüm vaxtsız ölümdür”. Həzz daimi əzabın müvəqqəti olaraq
dayanması, bir anlıq da olsa unudulmasıdır. Var olan, permanent
olan - əzabdır. Buna görə də insan daim həzzə qaçır ki, işgəncə
maşınının məngənəsi bir az boşalsın. Bir sözlə, xoşbəxtlik
dadımlıqdı, doyumluq deyil.
Bilik meyvəsindən dadan cənnəti itirir
Sinir sisteminin inkişafı ağrını çoxaldır. Öldürülən öküz
öldürülən ağcaqanaddan daha şiddətli ağrı duyur. İnsan
idrakının inkişafı da optimizmə aparıb çıxarmır. Xoşbəxt mü-
drik olmayıb. Dahilər əksər hallarda əzab çəkiblər. Bəlkə də əz-
abları onların dühasını qamçılayıb (yaradıcı pessimizm).
Bilikləndikcə yəqin ki, iki səbəbdən pessimistləşirik:
Həzz də, iztirab da subyektivdir, hiss edildiyi şiddətdə olurlar.
Ağlın itilənməsinə paralel olaraq, həssaslıq da artır, duyğular
da şiddətlənir. Təfəkkürünüz nə qədər dərinlərə işləyibsə, adi
adamdan bir o qədər dərindən hiss edəcəksiniz eyni bir hadis-
əni. Əzabın həzzdən çox olduğu dünyada həssaslaşmaq isə heç
də bəxtəvərlik deyil. Biganə, qalın adamı heç nə ağrıtmır. Bu,
bir.
İkinci: Bilikləndikcə, mənalandırma üfüqünüz genişlənir
və beləliklə, mənanı gözdən itirirsiniz. Yaşadıqlarınıza məna
verə bilməyiniz çətinləşir, mənalandırmaqda gücsüzləşirsiniz.
Dünyada tək-tək nələrinsə, kim(lər)insə sizin üçün mənasını,
əhəmiyyətini, rolunu, varlıq səbəbini tapmaq, əvəzedilməzliy-
inə inanmaq elə də çətin olmaya bilər, amma bütövlükdə
dünyanın özünə, həyata məna vermək bilikləndikcə çətinləşir.
Predmetiniz böyüdükcə görəcəkləriniz kiçiləcəkdir.
Fundamental mənasızlığı anlamamısansa, deməli, ən
dərin mətləbi hələ anlamamısan. Ən çarəsiz tənhalıq: sənin an-
ladıqlarını heç kim anlamır. Pessimizm metafiziki xəstələn-
mədir.
Yazıq psixoterapevt, o indi pessimisti hansı
arqumentlərlə sağaltsın, onu xoşbəxtliyə necə inandırsın?!.
Hamımız ölümə lənətlənmişik
Optimistlər özlərini müdafiə edirlər: Dünyanın
gələcəkdə düzələ biləcəyinə və yaxşılaşa biləcəyinə ümid çox-
dur, tarix insanın əzablarını söndürməyə doğru yoldadır,
gələcəkdə daha ədalətli bir cəmiyyətin qurulacağına dair imkan-
lar getdikcə artır, məgər görmürsünüz ki, texnikanın və tibbin


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   81




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə