Alatoran xancan kərimov varlıq və Yoxluq Arasında



Yüklə 2,83 Kb.
Pdf görüntüsü
səhifə10/123
tarix14.06.2018
ölçüsü2,83 Kb.
#48846
1   ...   6   7   8   9   10   11   12   13   ...   123

36
aradan sonra əlavə etdi: “Qodot, bəlkə də sadəcə bir avtobus 
şoferidir”
“Yəni  doyumsuzluq  insanı  xoşbəxt  olmağa  icazə  vermir 
deyirsən?”
“Demək olar ki, hə. Daha doğrusu belə deyək, insan doyum-
suz olduğu üçün yox, onu məmnun edəcək, doyuracaq qayna-
ğı bitdiyi anda qəmginləşməyə başlayır. Yəni məsələn düşün 
ki insanın içində bir ağac var, xoşbəxtlik ağacı deyək və insan 
doyumsuzluğunu bir dənizə bərabər etsək deyək ki, insan o də-
nizdən hər gün öz xoşbəxtlik ağacını qoruyub saxlamaq üçün 
bir fincan su götürüb tökməlidir. Sən o dənizi əlindən alsan o 
insanın,  xoşbəxtliyi  quruyub  yox  olacaq. Ya  da  özünə  susuz 
yaşamağı öyrətməlidir. Bir buddist rahib kimi. Halbuki bu da, 
asan deyil. Ən azından mənə görə deyil. Dediklərimin hamısı 
da subyektib həqiqətlərimdir bu arada,” - deyib dayandı, sonra 
fikrini bitirdi, - “bilirsən də necədi, insan doyumsuzluğu bir də-
niz qədər böyükdür, hər dəfə düşünürsən ki bu dəfə bir fincan 
yox beş fincan götürsəm çox xoşbəxt olacam, ancaq olmursan. 
Çünki heç vaxt doymursan. Daha doğrusu, düşündüyün qədər 
xoşbəxt olmursan, ancaq yenə də xoşbəxtliyin davam edir, nə 
vaxt ki o su sənə bəs etmir ya da dənizini əlindən alırlar, onda 
ölümü düşünürsən. Bilmirəm, bəlkə də yanılıram. Bəlkə də bu 
sadəcə məndə belədir. Daha az şeylərlə xoşbəxt olan insanlar 
da var. Mənim həyatım narkotik kimidir, hər dəfə daha artıq do-
zaya ehtiyac duyuram, yoxsa bezdirici gəlir” - sonra dediklərini 
öz ağlında ölçüb biçirmiş kimi düşüncəyə daldı və əli ilə üzünü 
silərək sonlandırdı: “Bilmirəm, bilmək də istəmirəm. Sadəcə, 
artıq özümü bir torf kimi hiss edirəm. Sanki sinəmdəki ümidlər 
bataqlıqda cücərməyə çalışan bitkilərin çürümüş qalıqları kimi 
torfa çevriliblər və bir kibrit vursan alışıb yanacam.”
Sualların içinə qərq olmuş vəziyyətdə ayağa durdu, pən-
cərəyə  yaxınlaşıb  çölə  boylandı.  Geri  döndü.  Soyuducuya 
yaxınlaşdı, açdı, içəridə nələr olduğuna göz gəzdirdi, bağladı. 
Laradan bir şey yemək istəyib istəmədiyini soruşdu. “İştahım 
yoxdu” dedi Lara, “mənim də” dedi o da.


37
Bir qədər sonra Lara səssizliyi pozaraq dilləndi “Nə olur 
olsun, məncə bu kamplar, tamamilə axmaqlıqdır, bunun üçün 
peşman olacaqlar bir gün və yəqin ki bağlayacaqlar.” Sanki 
yaxın birini kamplarda itirmiş kimi qəmgin və bikef danışır-
dı. “Bir gün onlar küçələrin boşaldığını hiss edəcəklər. Evlərin 
boşaldığını. Küçələrdə kimsəsiz uşaqların artdığını. Mən hələ 
də bütün bu olanlara inana bilmirəm. Bəzən hətta az qala ina-
nasım gəlir ki bu dövlətlərin artmaqda olan əhali sayını azalt-
ma  üsuludur.  Həm  də  çox  ağıllı  formada  zəifləri  öldürürlər. 
Adını da seçim azadlığı qoyublar. Liberalizimmiş, Demokra-
tiya imiş. İnsanların əllərinə belə qərarları buraxmaq olmaz. 
Demokratiya və  liberalizmin də bir sərhəddi olmalıdır” 
“Bilmirəm. Bəlkə də haqlı ola bilərsən. Kamplar cəsarətsiz 
insanları cəsarətləndirir bəlkə də. Bilmirəm. Tək bildiyim situ-
asiyanın mənim xeyrimə olmasıdır. Başqa heçnə vecimə deyil. 
Nə kimlərinsə ölməsi ya bütün insanlığın nəslinin kəsilməsi 
ya da situasiyanın doğurduğu əxlaqi normlar vecimədi. Mən 
sadəcə yorulmuşam. Taqətsizəm. Heçnə etmək istəmirəm.”
“Son vaxtlar yaşadığın depressiyalar və yalnızlıq səbəbilə 
normal düşünə bilmirsən artıq məncə. Öz pessimist fikirlərini 
təsdiqlədikcə təsdiqləyir və daha da dərinə batırsan”
“Məndən normal davranmağımı gözləyə bilməzsən, sahib 
olduğum bütün bu yaralarla birlikdə.”
“Bilirəm, dünən danışdığımız hər şey yadımdadı. Mənə bir 
vaxtlar oxuduğum Donjuançılıq essesini xatırladırsan. Qadın-
lara düşkün və mümkün qədər fərqli qadınlarla birlikdə olmaq 
istəyən kişi. Hiperseksuallıq var səndə. Gözəl səslənir, amma 
esseni  oxuyanda  da  fikirləşmişdim  ki  belə  bir  adamı  qadın-
larından  uzaq  saxlasan  nə  olar?  Məhv  olar.  Qarşımda  daya-
nıb indi o qəfəsə salınmış Don Juan. Məncə sən qadınların-
dan uzaq qalmısan. Dünən mənə ehtiras tanrısı deyirdin amma 
sənə həqiqi ehtiras tanrısı belə bəs etməz. Ona belə xəyanət 
edərsən.  Yanlış  anlama,  qınamıram  səni,  bəziləri  yaşamaq 
üçün yaradılıb, bəziləri sevmək üçün. Sən, sevməlisən. Bir yo-
lunu tap ya geri dön əvvəl yaşadığın yerlərə, bu lənət ölkədən 


38
ya bu soyuq şəhərdən çıx get ya da nəsə başqa bir şey, yoxsa 
az qala özünü öldürəcəksən”
“Məsələ sadəcə qadınlar deyil. O işin asan tərəfidi. Məsələ 
çox qarışıqdı. Bütün nostalgia xəstəliyini filan bir kənara qoy-
saq da, işləmək də istəmirəm artıq. Uzandığım yerdə özümü 
günahkar hiss etmək istəmirəm. Vaxtımın getdiyi üçün özü-
mü  günahkar  hiss  etmək  istəmirəm.  Heçnə  etmədiyin  üçün 
günahkar  hiss  etmək  ya  da  özünü  nəsə  etməyə  məcbur  hiss 
etmək. Yerində boş-boş otura bilməzsən, çünki ay sonu kira 
ödəməlisən. Bir maşında yaşasam məsələn istədiyim vaxt oya-
nıb istədiyim vaxt yatsam. Kiməsə kira vermə dərdim olsun 
istəmirəm. Ancaq bu ölkədə bu çətindi. Başqa ölkəyə gedəcək 
həvəsim də qalmayıb. Yaşamağı çox çətinləşdiriblər. Heyvan-
lar bizdən şanslıdı. Bu lənət olası ölkəyə nifrət edirəm amma 
həm  də  dəlicəsinə  sevirəm.  Özümü  bu  torpaqlara  aid  hiss 
edirəm. Sanki onsuz da burda doğulmuşam kimiyəm. Ya da 
sanki  orda  doğulmuşam  kimi  hiss  etdiyim  dörd  beş  yer  var 
və  hamısı  üçün  darıxıram.  Bəlkə  də Avropada  qalmalıydım. 
Bəlkə də durduq yerdə özümə xəstəlik yaradıram. Bildiyim tək 
şey var, Sinəmdəki lənət yara hər gün böyüyərək sonsuz bir 
irinə çevrilir.
Lara ayağa durdu. Onun yanına gəldi və onu qucaqladı. İki 
yenicə tanışmış yad insan sanki illərdir tanış imişlər kimi qu-
caqlayırdılar bir-birini. Sanki illərdir axtardıqları insanı tapmış 
kimi bir gecədə bir-birlərinə vurulmuşdular. Hər ikisi bu anın 
heç bitməməsini diləyirdi eyni anda. Sonsuza qədər bir-birlə-
rini  qucaqlayıb  buraxmamaq.  Oradaca,  ayaqdaca  durub,  qu-
caqlayıb, ölənə qədər ağlamaq istəyirdilər, xoşbəxtlikdən ya 
bədbəxtlikdən. Dünən bütün gecəni də bir-birini qucaqlayaraq 
yatmışdılar. Baxmayaraq ki ikisi də qucaqlaşıb yatmağı xoşla-
mırdılar amma bu son günlərində sanki ikisi də sevgiyə möh-
tac idilər. Lara onun çiynindən başını qaldırıb üzünə baxdı və 
“kaş ki səni çox daha əvvəl tanısaydım” dedi. O Laranın yana-
ğından aşağı süzülüb gedən tək göz yaşı damlasını izlədi. Son-
ra damlanın gedib durduğu yeri, dodaqlarının birləşdiyi kənarı 


Yüklə 2,83 Kb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   123




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə