Alatoran xancan kərimov varlıq və Yoxluq Arasında



Yüklə 2,83 Kb.
Pdf görüntüsü
səhifə12/123
tarix14.06.2018
ölçüsü2,83 Kb.
#48846
1   ...   8   9   10   11   12   13   14   15   ...   123

43
də özünlə gəzdirəcəyin bir göynərti. Həmişə göynəyəcək, göy-
nəyəcək  və  göynəyəcək.  Həmişə  içində  qalacaq  bir  əksiklik 
hissi, saudade, həmişə hər nə olursa olsun, bir şeylər natamam 
və əksik olacaqdı. Heç vaxt gəlməyəcək birini pəncərə qarşı-
sında illərcə gözləmək kimi. İçindəki göynərti heç vaxt yoxa 
çıxmayacaq, sadəcə bəxtin gətirsə bəzən diqqətin dağılacaq və 
unudacaqdın. O, son illərdə diqqətini dağıtmaqla məşğul idi. 
Bəlkə də qadınlara olan hərisliyinin səbəbi də bu idi, diqqə-
tini dağıdırdı. Dilini belə bilmədiyi ölkələrə getmiş, dilini belə 
bilmədiyi qadınlara vurulmuş və sevişmişdi. Sonra onları tərk 
etmişdi. Bağlanmaq olmazdı. Tək qayda bu idi. Sanki onu otu-
raq həyata vadar edəcək hər detaldan şüuraltı olaraq qaçmış, 
çəkinmişdi. Yanında gəzdirdiyi tək sevgilisi var idi, sağ cibin-
dəki ölüm.
Bəlkə də uşaqlığında həsrətlə izlədiyi o hər payızda uçub 
gedən qaranquşlardan keçmişdi ona bu getmə alışqanlığı. İçin-
də həmişə bir şeylər əksilmişdi onların gedişini hər gördüyün-
də. Və baharı gözləmişdi bütün qış. Bəlkə də ona görə qışları 
sevmirdi. Anasına hər dəfə “hara gedir qaranquşlar hər payız-
da?” demiş, “isti ölkələrə” cavabını almış və təkrar soruşmuş-
du: bəs biz niyə getmirik?
Onları gözləmişdi bütün qış və baharın ilk günlərində onla-
rı axtarmışdı gözləri. Gəzib gəldikləri yerlər haqqında suallar 
vermişdi onlara, kaş ki o da onlarla gedə bilsəydi demişdi. Kaş 
ki sizin kimi qanadlarım olsaydı mənim də demişdi onlara. 
Bir gün uçub gedəcəkdi o da. Qaranquşlardan fərqli olaraq 
o geri dönməyəcəkdi. Hər qış başqa bir yerə uçacaqdı, ta ki 
yorulanadək. Ta ki o qışların birində ilişib qalıb, bir daha bahar 
görməyəcəyi o qışa qədər.
Kimliyini unudanadək uçacaqdı, hər ölkədə yeni bir adla 
başlayacaqdı həyata. Hər ölkədə yeni bir şəxsiyyətə bürünə-
cəkdi.  Uşaqlıqda  həsrətlə  oturub  izlədiyi  o  göylə  yerin  bir-
ləşdiyi, dünyanın sonu sandığı yerlərə gedəcəkdi. Evin pən-
cərəsindən oturub izləmişdi o səma ilə yerin birləşdiyi uzaqda 
görülən həmin düz xətti. Daha da hündürə çıxmışdı daha da 


44
uzağı görə bilmək üçün. Hər dəfə daha hündür ağaclara çıxmış 
və baxmışdı. Dünyanın sonunu görə biləcəyini sanmışdı. İlk 
dəfə dənizi gördüyü həmin gün daha da əmin olmuşdu. Bir gün 
gedəcəkdi. Əslində çox yaxın amma çox uzaq görünən o səma 
ilə dənizin kəsişdiyi düz xəttin oyatdığı maraq hissinin iziy-
lə gedəcəkdi. Heç vaxt unuda bilməyəcəyi insanlar tanıyacaq, 
hadisələrə şahid olacaqdı. Bu möhtəşəm həyəcanlar onu daha 
da uzaqlara aparacaqdı. Eyni şəhərdə qocalmaqdansa Konqo 
cəngəlliklərində itib  ya And dağlarında saçını küləyə vermə-
yi istəyirdi. Yazmağı yeni öyrəndiyi vaxtlarda kiçik bir dəftər 
tutmuşdu özünə, yarı rəngli televizorlarında hər gün izlədiyi 
heyvanlar haqqındakı filmlərdən qeydlər yazdırdı. Tam olaraq 
niyə yazırdı bilmirdi. Kenquru balasının uzunluğu: 3sm, Avst-
raliya çölləri, tundralar, iynəyarpaqlılar, adalar və yarımadalar. 
Nəyin harda olduğunu qeyd edirdi bir-bir. Bir gün gedəcək və 
öz gözüylə görəcəkdi. Rəngli və canlı olaraq.
Hekayələri sevirdi.  Bir  həyatın  gözəl  keçmiş  olması  ona 
görə həm də sahib olduğu, yaşamış olduğu  hekayələr idi. Ka-
sıb ya zəngin olması əsas deyil. Əsas yaşanmışlıqlardır. He-
kayələrindir.  Səni  sən  edən  hekayələrin.  Hekayələr  həmişə 
onu cəzb etmişdi. Hekayələri olan adamlar. Həmişə hekayələ-
rin içinə soxurdu özünü və həyatını. Əgər qarşısına bir seçim 
çıxırdısa, maraqlı hekayəsi olan yolu seçirdi. Hekayələr yaşa-
mış olduğunu göstərirdi, oturub tamaşa etmədiyini. Kimisi ta-
maşa etməyi sevirdi, kimisi hekayənin içində olmağı, o içində 
olmağı  sevən  tərəf  idi.  Magellanı  sevmişdi  o,  səyyahları  və 
onların həyatlarını, hekayələrini. Bir yelkənli gəminin gövdə-
sinə dırmaşıb heç gedilməmiş torpaqlar kəşf etmək istəmişdi 
həmişə. Kaş ki bir yelkənli gəmisi olsaydı diləmişdi həmişə. 
Bir çox insan dünyanı gəzmək ya olduqları yerdən qaçmaq 
istəyərdi ancaq onlar qalmağın təhlükəsiz və rahat zonası ilə 
getməyin təhlükəli və narahat edici tərəfləri arasında seçim et-
məli idilər. O seçimini etmişdi. Ona görə sadəcə iki variant var 
idi: Maraqlı və maraqsız.
Bir çox insan əlbətdəki dünyani gəzmək ya olduqları yer-


45
dən qaçmaq istəyərdi, ancaq onlar təhlükəsiz və rahat zona ilə 
olası təhlükəli və narahat şeylər arasında seçim etməli idi. O 
seçimini etmişdi.
Tanımadığı küçələrdə özünü azdırmaq kimi adəti var idi 
onun ta uşaqlıqdan, indi tanımadığı ölkələrdə özünü azdırdığı 
kimi. Oliver Tvist, Kiçik Şahzadə, Dəfinələr adası nağılları ilə 
böyüdəcəkdi özünü. Və onlar kimi getmək istəyəcəkdi, uzaqla-
ra. O da bir başqa macərapərəst olacaqdı.  Böyüdüyü o balaca 
şəhərdə, gedə bildiyi qədər uzaqlara getmişdi balaca ayaqları 
ilə. Hər dəfə yeni küçələr, tərk edilmiş yerlər kəşf etmişdi o 
balaca şəhərində. Geri dönüb həyəcanla danışmışdı dostlarına, 
o gün tapdığı tanrının belə unutmuş olduğu yerlərdən.
Bəlkə  də  buna  görə  o  qədər  çox  sevinmişdi    ilk  velosi-
pedinə sahib olarkən. Daha da uzaqlara aparmışdı deyə onu. 
Səkkiz velosipedi olan bir uşaqdan, təkərləri deşik ilk və son 
velosipedini almışdı. Heç vaxt o qədər sevinməmişdi, baxma-
yaraq ki velosipedi balaca idi, boyuna uyğun deyildi və gülünc 
görüntü yaradırdı. O qədər kiçik idi ki pedalı hər çevirişində 
dizləri sükana çarpmışdı. Bu onu saxlamamış, hər səhər dizlə-
ri sükanı döyə-döyə başqa bir küçəyə getmişdi. Bir nöqtədən 
sonra getdiyi hər küçə bildiyi bir küçəyə çıxmış və məyus ol-
muşdu. O balaca şəhər artıq ona bəs etmirdi. Maraq hissi do-
yumsuzlaşır və daha artıq dozaya ehtiyac duyurdu.
Bildiyi tək şey var idi, yetəri qədər böyüdükdən sonra, bir 
daha geri dönməmək üzrə gedəcəkdi oralardan. Hər küçəsini 
əzbərləmiş olduğu o balaca və darıxdırıcı şəhərdən çox uzaq-
lara gedəcəkdi.
Bilmədiyi tək şey var idi, bağlanmaqdan nə qədər qaçsa 
da, xatirələr onun yaxasını heç vaxt rahat buraxmayacaqdı. Bir 
nöqtədən  sonra  sahib  olduğu  xatirələrin  sancıları  incitməyə 
başlayacaqdı onu və parçalara bölünəcəkdi ürəyi. Darmadağın 
bir ürəyi gəzdirəcəkdi özüylə hara getsə. Və hara qayıtsa, heç 
vaxt xoşbəxt olmayacaqdı, zira  qayıdılası birdən çox yer ola-
caqdı. Günahkar, qaranquşlarmıydı?
Sağ cibində ölümü gəzdirərkən, sol cibi ağzına qədər xa-


Yüklə 2,83 Kb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   123




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə