Alatoran xancan kərimov varlıq və Yoxluq Arasında



Yüklə 2,83 Kb.
Pdf görüntüsü
səhifə11/123
tarix14.06.2018
ölçüsü2,83 Kb.
#48846
1   ...   7   8   9   10   11   12   13   14   ...   123

39
öpdü yavaşca. Lara da onun dodağından öpdü və öpüşməyə 
başladılar. Bir-birini çox şiddətli formada öpürdülər, sanki hər 
ikisinin yer üzündəki son öpüşləriymiş kimi. 
Sonra o birdən dayandı. Kənara çəkildi. Sanki qorxurdu. 
Sanki vurulmaqdan və ayrıla bilməməkdən qorxurdu. O sanki 
yaşamaq  üçün  yaranacaq  istənilən  bəhanədən  qaçırdı.  Fikri-
ninin  dəyişməsini  istəmirdi.  Hətta  Laraya  baxmağa  belə  cə-
sarət etmirdi sanki. Sanki baxdıqca vurulurdu ona. Gözlərinə, 
gözlərinin  içində  gördüyü  o  insana,  saçlarına,  bədəninə,  hər 
şeyinə. Sanki həyatın onu son anda sınamaq üçün göndərdiyi 
ehtiras  tanrısıydı  və  onun  qarşısında  özünü  həyata  uduzmuş 
hiss edirdi.
“Mən getməliyəm. Görüləsi bəzi kiçik işlərim var. Axşama 
qayıdaram. Burda olacaqsan? Sənə əlavə açarı buraxa bilərəm. 
Al, bax burdadı,” açarı masanın üstünə buraxdı. Lara heç nə 
demədi. O yataq otağına keçdi. Dolabdan bir şeylər götürüb 
cibinə qoydu. Sonra yan otağa keçib üzünə soyuq su vurdu. 
Başını qaldırıb sınıq güzgüyə baxdı. Bir də su vurdu. Sanki 
nədənsə ayılmağa çalışırdı, amma ayılmaq istədiyi sərxoşlu-
ğun içdiyi içkininmi yoxsa yan otaqdakı qadınınmı sərxoşluğu 
olduğundan əmin deyildi. Üzünü köynəyi ilə quruladı. Salona 
keçdi. Laraya yaxınlaşdı və onu son dəfə qucaqladı. “kaş ki 
heç tanışmasaydıq” dedi. 
Qapını açıb çölə çıxdı və getdi.
* * *


40
4
SAUDADE
- Heyvanların göz yaşı tökmədən  
ağladıqlarını bilirdinizmi?
Yaxınlıqdakı sahilə doğru yeriməyə başladı. Laraya yalan 
demişdi. Edəcək çox da vacib bir işi yox idi. Nə evdə otur-
maq istəyirdi, nə də yanında kiminsə olmasını. Depressiv hiss 
edirdi və üzündəki heç bir əzələni tərpətməyə taqəti yox idi. 
İçkinin köməyi dəyməmişdi. Belə əhvalla oyandığı sabahla-
ra nifrət edirdi. Neqativ fikirlər sarırdı bütün beynini və içinə 
getmə istəyi dolurdu. Keçmişdən xoş xatirələr yaddaşını ələ 
keçirir və onu boğurdular.
Keçmişdə bu qədər ilişib qalmış olmasının səbəbi onun 
yaşam formasıydı. Həmişə bir yerlərdən qaçmışdı. Özünü ta-
nıyandan qaçırdı. Davamlı olaraq bir şəhərdən başqa şəhərə, 
başqa  ölkəyə,  başqa  qitəyə  köçmüşdü.  Bəziləri  planlı,  bə-
ziləri plansız olmuşdu. İndi olduğu nöqtədən geriyə dönüb 
baxanda, bu qədər vaxta o qədər şeyi necə sığdırdığına bəzən 
çaşıb qalırdı. Normal bir insanın həyatında tanıyacağı insan 
sayısından bəlkə də qat-qat artıq insan tanımış, hər cür in-
san tipi görmüşdü və bu onu həmişə valeh etmişdi. Nə qədər 
fərqli insanın var olmuş olması. Milyardlarla nəfərlik dünya-


41
da, milyardlarla hekayə var idi. Hər insanın bir hekayəsi var 
idi və o hekayələri sevirdi. 
Yeni şəhərlər, yeni insanlar və yeni kitablar onun bəlkə də 
həyatdakı tək devizi olmuşdu bir vaxtlar. Heç vaxt doğulduğu 
yerdə  ölən  insanlardan  olmaq  istəməmişdi.  Sıxıcı  gəlirdi  bu 
düşüncə və yaşam tərzi ona. Vətəndə xan olmaqdansa, qürbət 
eldə dilənməyi üstün tutmuşdu həmişə. Dilənə-dilənə də ya-
şamışdı elə başqa ölkələrdə. Hər şəhərdə, hər ölkədə sıfırdan 
başlamışdı hər şeyə. Heç vaxt peşman olmamışdı. Olacağını 
da sanmırdı. Onu həyatda tutan tək istəyin bu olduğunu bilirdi. 
Getmək. Amma hara qədər? 
Eyni şəhərdə belə olsa, canı sıxıldığı zaman evini və işini 
dəyişməliydi. Bir yerdə ilişib qalmaq onu boğurdu. İçində bit-
mək tükənmək bilməyən bir maraq hissi var idi həmişə. Öy-
rənmə hissi. Başqa dünyaları, başqa insanları, başqa mədəniy-
yətləri görmə, bilmə və öyrənmə.
Köçəri  həyat  yaşamışdı.  Və  bunu  sevmişdi.  Həyatının 
heç  bir  dövründə  bəhrəsini  sonra  görəcəyi  şeylər  etməmiş-
di. Planlı yaşamamışdı. Çəkinmişdi bu şeylərdən. Heç vaxt 
bitirməyəcəyinə  əmin  olduğu  Universitetlərdə  oxumuşdu 
məsələn. Əvvəlcə bir müddət psixologiya, sonra fransız dili 
və ədəbiyyatı, sonraysa fəlsəfə oxumuş və hamısını da yarım 
buraxmışdı.  Ona  görə  yox  ki  nə  istədiyindən  əmin  deyildi, 
ona görə ki hər şeyi istəyirdi. Həm də məsələ nəticə deyildi, 
əsas prosses idi onun üçün. Nəticə heç vaxt ona maraqlı de-
yildi. Əsas gedişat idi. Əsas bir çayın suyu kimi axmaq idi, 
o çayın gedib harasa tökülməsi yox. Gələcəyini heç vaxt dü-
şünməmişdi. Ya da o qədər xoşbəxt olmuşdu ki anın içindən 
ayılıb gələcək təlaşıyla yaşamaq istəməmişdi. İnsanın keçmi-
şində ilişib qalması kimi, gələcək təlaşıyla yaşamasını da qə-
bul edə bilmirdi. Çünki insan içində yaşadığı anı yaşamamış 
olurdu elə olan halda. Sırf daha sonra pul qazanmaq xətrinə 
sevmədiyi bir şeyləri öyrənmək üçün vaxtını sərf etməmiş-
di heç vaxt. İstəməmişdi bunu. Bəlkə də bütün həyatı boyu 
sevmədiyi işlərdə işləmişdisə də, bəhrəsini ən azından paralel 


42
olaraq eyni anda görmüşdü. Ya da ən azından, özünün dediyi 
kimi, başqa şəhərlərdə başqa ölkələrdə olmuşdu həmin sıxıcı, 
yorucu bəzənsə macəra dolu işlər. 
Hər an öləcəkmiş kimi yaşamışdı. Ölümü həmişə sağ ci-
bində  gəzdirmişdi. Və  bu  onu  rahatlatmışdı  həmişə.  Hər  an 
öləcəkmiş kimi yaşadığı üçün də daim tələsmişdi, başqa şəhər-
lərə, başqa ölkələrə, sanki hər an bir maşın qəzasına qurban 
gedə  bilərmiş  kimi  hiss  etmiş  və  ona  görə  hərəkət  etmişdi. 
Sanki ölümün həmişə onun iki addım gerisində olduğunu hiss 
etmişdi. Ona görə də bu kiçik həyatına bir çox şeyi sığdırmış 
və indi onların əksikliyində qıvrılırdı.
Əgər bir gün sahib olduğun xoşbəxtliyi itirsəm ya da gələ-
cəyi planlamadan yaşadığım üçün gələcəyim bir tıxaca girsə 
çıxış yolum sağ cibimdəki ölümdür demişdi.
Sağ cibində həmişə ölümü gəzdirməyi bacara bilmənin də 
şərtləri var idi amma. Bağlanmaq olmazdı, ailə olmazdı, uşaq 
olmazdı. Səni tərəddüdə salacaq heçnə olmazdı. Bəlkə də buna 
görə o həmişə qaçmış, yer dəyişdirmişdi. Bir vaxtlar həyatında 
məna kəsb edən insanların heç biri ətrafında deyildi indi. Ailə-
sindən və uşaqlıq dostlarından okeanlarca uzaqdaydı. Harda 
necə olduqlarını belə bilmirdi, bilmək də istəmirdi.
Anasının və xəstə bacısının ölümündən sonra daha yaxşı 
anlamışdı, bağlanmaq, bir insanı çox sevmək olmazdı. Yoxlu-
ğu da bir o qədər ağrı verəcəkdi çünki. Hər an hər kəsi və hər 
şeyi itirməyə hazır olmalısan. Elə o günlərdə qərar vermişdi: 
heç vaxt uşaq sahibi olmayacaqdı. Bağlanmaq olmazdı. Bəlkə 
də anasının və bacısının ölümü idi onu bu qədər uzaqlara apa-
ran. Mümkün qədər uzağa qaçmağa çalışmışdı ağrını unutmaq 
üçün. Diqqətini dağıtmağa çalışmışdı. Ölümün və həyatın ab-
surdluğu ilə ilk dəfə onda üz-üzə qalmışdı, hər gün birlikdə 
olduğun insan durduq yerdə birdən birə ölə bilər. İlk başda qə-
bullanmaqda çətinlik çəkirsən, başa düşmürsən, sonra qəbul-
lanırsan. Əsl ağrı ilə baş-başa və yalnız qalırsan, birini anidən 
itirməyin və onun yoxluğunun ağrısı. Və içində heç vaxt yoxa 
çıxmayacaq bir yara peyda olur. Ömrünün sonuna qədər sinən-


Yüklə 2,83 Kb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   123




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə