Ali Akbar Amneziya (2010)



Yüklə 492,29 Kb.
Pdf görüntüsü
səhifə18/84
tarix21.03.2018
ölçüsü492,29 Kb.
#32857
1   ...   14   15   16   17   18   19   20   21   ...   84

 
38
- Yox, burdadı. Mətbəxdə qurdalanır – Rəna bir də əsnədi. – Sənin planın nədi? İstəyirsən gəl bir yerdə nahar edək.  
- Yox əşi, sağ ol. Sizə nuş olsun.  
Rəna səsimdəki qətiyyətsizliyi sezdi. 
- Naz eləmə - dedi ağzını əyə-əyə. – Gəlirsən gəl də.  
Bu dəfə daha qəti idim: 
- Yox, yox zarafatsız. İstəmirəm. Sizə nuş olsun. Ləmana da salam deyərsən. Şəhərə çıxası olsan xəbər ver, görüşək. 
- Çətin ki, bu gün vaxtım olsun. Kalan görüşüm var. 
- Bazar günü nə görüş? – təəccüblə soruşdum. 
Rəna neft və inşaat  şirkətləri üçün avadanlıq satan firmada satış müdiri işləyir. Gündə bir neçə müştəri ilə görüşmək, 
onlara yeni kataloqları göstərmək, təkliflər vermək onun vəzifəsidir. Məndən 3 qat artıq pul qazanır və bu fakt nə onu, nə 
də  məni hələlik narahat etmir. Əslində edə  də bilməz, çünki biz heç vətəndaş nikahında da deyilik və bir-birimizin 
qarşısında öhdəlik götürməmişik.  
- İş görüşü deyil. Xalam qızı məni sevdiyi oğlanla tanış eləmək istəyir. Kafeyə gedəcəyik. Sonra da işdəki bir qızın ad 
günüdür, ora baş çəkməliyəm. İstəsən sən də gələ bilərsən. 
Tanımadığım bir qızın ad günü mərasiminə getmək həvəsində deyildim. Ümumiyyətlə səs-küylü məclisə düşmək, halımı 
daha da pisləşdirə bilərdi. 
- Yox, çox sağ ol. Amma ad günündən tez çıxsan, zəng elə görüşək. Şəhərdə olacam. Yağır. İsti geyinərsən.  
- Yaxşı canım, oldu. Ləman da çağırır, mən gedim. Öpürəm səni. Özünə yaxşı bax. 
- Mən də səni.  
Telefonu söndürmədən öncə, gözlənilməz suallar vermək adətidir. 
- Səsin nəsə birtəhər gəlir. Yaxşısan? – Rənanın səsində doğrudan da səmimiyyət notlarını sezdim. Bu məni sevindirdi. 
- Narahat olma. Bir az başım ağrıyır.  
- Yaxşı, oldu – dedi. Səsində şübhə qırıntıları vardı. 
- Görüşərik canım, sağ ol. 
Bax belə. Boşanmış kişinin göylərdən göndərilmiş  təsəllisi - Rəna. Nə zaman ehtiyac duysam, hər an tələbatlarımı 
ödəməyə hazır, öz gələcəyinin konturları mənimkilər qədər bulanıq və qeyri-müəyyən olan fədakar sevgilim.  
Yenə də məndən fərqli olaraq ailə qurmamış, dünyaya övlad gətirməmiş gənc qadın.  
 


 
39
Rəna 
 
 
 
Rəna Toğrulun 29-cu ad gününə onun bacısı ilə gəlmişdi və gələn kimi yanımdakı boş stula əyləşmişdi. Əvvəl başı ilə 
salam vermişdi, mən də salamını almışdım. On dəqiqə sonra isə artıq əlli illik dostlar kimi nəyəsə qəşş edib gülürdük. Bu 
qəribə idi - azərbaycanlı qızlara xas olmayan rahatlığı, sakitliyi məni çaşdırmışdı. Özünü sıxmırdı, ən əsası isə vulqar və 
sırtıq deyildi. Mən dayanmadan içdiyimə görə, o gün nə danışdığımızı xatırlamıram. Rəna məndən az içsə  də, öz 
dediyinə görə onun da yadında heç nə qalmayıb. Görünür heç birimizin məqsədi danışmaq deyildi o gün - biz bir-birimizi 
tanımaqla məşğulduq. 
Toğrul, sevgilisi Zümrüdü rəqsə dəvət edəndə, başı ilə mənim də Rənanı rəqsə qaldırmağıma işarə vurmuşdu. Deyəsən 
buna ehtiyac da yox idi. Böyük həvəslə, cəld ayağa sıçrayıb, Şarl Aznavurun lirik mahnısı fonunda rəqs etmişdik. 
Bir-birimizə baxıb gülümsəyirdik. Üzündəki cizgilərə, gülümsəyən gözlərinə baxır,  ətirli saçlarını qoxulayırdım. Ürəyim 
tez-tez döyünür, içim qızırdı. Qəlbimin hərarəti nəfəsimi kəsirdi. Qollarımda bir qadın vardı və mənə başqa heç kim lazım 
deyildi. Bu nə idi belə? Məhəbbət? Yenə  məhəbbət? Ürəyim qəfildən sancdı. Biruzə vermədim. Bu qorxu əlaməti idi. 
Məhəbbətin nə olduğunu yaxşı bilirəm mən. Ağrı, ancaq ağrı. Bəlkə  də bilməmişəm, dadmamışam mən  əsl sevgini? 
Bəlkə mənimki yalnız ötəri həvəs olub, ya da asılılıq. 
Yerimizə oturub növbəti araq qədəhlərini boşaldandan sonra, masanın altında yumşaq əlini tutmuşdum nəvazişlə. Toğrul 
siyasətdən danışmadığıma görə xoşbəxt görünürdü. Təkcə Toğrul yox, bu məclisdə oturan hər kəs yenə ənənəvi söhbəti 
açacağımdan qorxurdular elə bil. “Onsuzda dediklərini bilirik də, daha qanımızı niyə qaraldırsan? Hə, bu hakimiyyət 
pisdir, biz əminliklə diktaturaya doğru addımlayırıq. Ölkə uçuruma gedir. Amma imkan ver bu gün rahat oturaq, bunları 
fikirləşməyək.” 
İllərdir hamı  məndən “bunu” düşünməməyi tələb edir. “Heç olmasa bir gün” danışmamağı, susmağı. “Onsuzda 
danışmağın xeyri yoxdur. Başını sal aşağı, işini gör” - eşitdiyim yalnız bunlardır.  
Yəni, o axşam Toğrula da sərf edirdi Rənaya maraq göstərməyim – həm susub, “boş-boş” danışmadığıma, həm də ki, 
qadınsızlıq dövrümə son qoyacaq bir yaxınlaşmanın ilk addımları atıldığına görə. Düşünürdü ki, bu yaxınlaşma baş 
verərsə, onun yaxın dostu depressiyadan çıxacaq və “bu zəmində” yaşanan mübahisələrimizə, daimi narahatçılığıma 
son qoyulacaqdı. Toğrul belə hesab edirdi. Mən isə bir yandan bağlandıqca bağlanır, bir yandan da dalğa-dalğa üstümə 
gələn bu gizildədici duyğudan dəhşətə qapılırdım.  
Sonrakı günlər qorxularımı daha da artırdı. Doğrudan da bu dərdsiz-qəmsiz, daim gülümsər qıza mübtəla olurdum.  
Tək yaşadığı iki otaqlı  mənzilinin qonağı olurdum və o, heç soruşmurdu nə üçün onu öz tənha, qadınsız və  səliqəsiz 
evimə  dəvət etmirəm.  Əslində bu sualın cavabını, sualın özündə axtarmalıydı. Dəvət etmirdim, çünki evim tənha, 
qadınsız və səliqəsiz idi. Sevil çıxıb getdiyi gündən bu yana, heç nəyə toxunulmamışdı o evdə. Heç nəyə. 
Rənanın yataq otağından sonra, mənzilində ən sevdiyimiz məkan mətbəx idi. Sevişəndən sonra o mənə türk üsulu kofe 
dəmləyir, mən isə soyuducuya hücum çəkib, əlimə keçən pendir, kolbasa, badımcan kürüsündən eklektik buterbrodlar 
hazırlayırdım. Dizlərinə  qədər uzanan mavi gecəliyində  Rəna olduğundan daha qısa boylu görünürdü və bu görkəmi 
adam kimi kofe içməyimə, buterbrod yeməyimə mane olurdu. Tez-tez onu möhkəmcə qucaqlayıb boynundan öpür, incə, 
vanilli yanaqlarından kiçik dişləmlər alırdım. Sonra da dözə bilməyib döşlərinə sürüşdürəndə dilimi: “İmkan ver çörəyimizi 
yeyək də” deyib qəşş edirdi.  
 
*** 
 
- O gün səni görəndə, başa düşdüm ki, vurulmuşam. Qəribədir. 
Rəna başını sinəmdən qaldırıb: 
- Niyə? - soruşdu. 
Azacıq əyilib alnından öpdüm.  
- Belə tez vurulan adam deyiləm. 
Gülümsündü. Təzədən başını sinəmə qoydu. Mən onun ipək, şabalıdı saçlarını sığallayırdım. Çarpayının bəyaz örtüyü 
yarıyacan yerə süzülmüşdü. 
- O qədər tənha görünürdün ki, o axşam. – dedi. - Özümdən asılı olmadan sənə sığınmaq istədim. Açığı mən özüm də 
vurulmaqdan qorxuram. Çox təhlükəlidir. Həyat hər şeyə, hətta duyğularıma da nəzarəti öyrədib mənə. Amma hərdən 
özümü dalğalara təslim etmək istəyirəm.  İstəyirəm üzərimə  gələn sevgi selinə qapılım, heç nə düşünməyim. Deyəsən 
belə də etmişəm. 
Daha Rənaya demirəm ki, Sevildən sonra bu hissləri yenidən yaşamaq, bu əzabı təzədən dadmaq qorxusu var içimdə. 
Özümdən arxayın deyiləm. Öz çılğınlıqlarımdan, ehtirasımdan qorxuram. Halbuki hər ikimiz də gecikdiyimizi bilirik – iş 


Yüklə 492,29 Kb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   84




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə