Ali Akbar Amneziya (2010)



Yüklə 492,29 Kb.
Pdf görüntüsü
səhifə19/84
tarix21.03.2018
ölçüsü492,29 Kb.
#32857
1   ...   15   16   17   18   19   20   21   22   ...   84

 
40
işdən keçib. Onun gerçəkdən hansı hissləri keçirdiyini bilə bilmərəm, ancaq məndən söhbət gedirsə - qəlbimin məhrəm 
guşəsində Sevili hələ də yaşadaraq sevirəm Rənanı.  
Rənada ən çox bəyəndiyim keyfiyyətlərdən biri də, siyasi mövzulara maraq duymasıdır. Bu, bizim qızlara xas olmayan 
cəhətdir. Mən danışanda diqqətlə qulaq asmaq bir yana, öz sözünü deməyi, təhlil yürütməyi də bacarır. Çoxsaylı 
stomatoloq həmkarlarımla yalnız işdə görüşsəm və demək olar ki, Toğrul istisna olmaqla, onların heç biri ilə yaxın 
dostluq münasibətim olmasa da, çevrəmdə bir qayda olaraq Rənanın da çox sevdiyi, hörmət bəslədiyi müxalif fikirli 
yazıçı, jurnalistlər olur. Köhnə  həyat yoldaşım Sevildən fərqli olaraq, Rəna onların bütün söhbətlərinə diqqətlə qulaq 
asmağı bacarır, kitablarını, yazılarını müntəzəm oxuyur. Sanki illərdən bəri axtardığı, yaxın olmaq istədiyi mühiti nəhayət 
tapdığı üçün mənə dəfələrlə minnətdarlıq etməsinə cavab olaraq, “Onda mən də Toğrula təşəkkür borcluyam, çünki səni, 
onun sayəsində əldə etmişəm” deyirəm.  
Uşaqlar isə hər fürsətdə Rənaya giley edirlər: 
“Murada nə qədər deyirik sən də yaz, yazmır. İstəsə roman da yazar.”  
“Yüz faiz yazar!” 
Mən də təvazökarlığıma salıb, başımı bulayıram: “Məndən nə yazıçı? Diş qurdalamaqdan başqa əlimdən heç nə gəlmir. 
Heç onu da fərli bacarmıram.” 
Rəna onları tez-tez heyrətləndirir. Dağüstü parkda yığışdığımız  ənənəvi çay məclislərindən birində, Rənanın ölkənin 
tanınmış publisistlərindən, Liberal qəzetinin  əməkdaşı  Sənan Qurbanovla mübahisəyə girişməsi, mənim üçün 
gözlənilməz olmuşdu. Söhbət xalqın laqeydliyindən düşəndə:  
- Ağız-ağıza verib xalqı söyürsünüz neçə ildir – demişdi. - Xalqın tənəzzülündə hakimiyyətin oynadığı rolu görməyəcək, 
danacaq qədər gözləriniz kordur? Xalqın bütün bəlalarının baiskarı onlardır. Alçaldılmış, zəlil günə qoyulmuş insandan 
nə gözləmək olar? 
Evli olduğum dövrdə tez-tez evimizə toplaşan reaksionist dostlarımın söhbətlərinə Sevilin sadəcə qulaq asmaqla 
kifayətlənməsinə, heç bir reaksiya bildirməməsinə Sənan da, Cavid də, Araz da öyrəşmişdilər. Sevil üçün evimizdə ən 
sevimli qonaq, məclislərdə isə ən əziz masa yoldaşı siyasətdən uzaq Toğrul və bizim amorf həkim həmkarlarımız idi. İndi 
isə yanımda oturan qadın, cəmiyyət üçün “təhlükəli”, “qorxulu” mövzulara toxunur, üstəlik mübahisə də edirdi. 
Sözü yarımçıq qalan Sənan  əvvəl gözlərini bərəldib Rənaya baxmış, sonra da özünə  gələrək,  ən sevdiyi idman növü 
olan mübahisəyə girişmişdi.  
- Əşi xalq bəs niyə qalxmır ayağa? Niyə qorxur? Neftdən gələn milyonlarla pulu mənasız bayramlara, kütləvi tədbirlərə, 
camaatı sürü kimi meydanlara toplayıb onları  ən axmaq, ən zövqsüz aktyorlarla əyləndirməyə  sərf edirlər. Günün 
günorta çağı ölkədə insanlar qətlə yetirilir, qatilləri heç vaxt tapılmayacaq cinayətlər işlənilir. Rüşvət baş alıb gedir. 
Təhsil, səhiyyə çöküb. Bəs xalq niyə susur? 
Başqa vaxt olsaydı Sənanla razılaşardım, amma bu gün Rənamı müdafiə etməliydim. 
- Məncə  də xalqı bu qədər təhqir etmək düzgün deyil. Başa düşün – sizin bu xalqa qoyun, axmaq, bivec deməyiniz 
hakimiyyətə  də  sərf edir. O gün də televizorda biri çıxıb danışırdı ki, azadlığı hakimiyyət yox, Azərbaycan xalqının 
mədəniyyəti, dünyagörüşü məhdudlaşdırır. Xalqın mədəniyyətinə və mentalitetinə qarşı çox həssas olan Qənirə Milli isə, 
xalqın sifarişi ilə onun azadlığını çərçivəyə salır. Yəni demək istəyir ki, bu xalqa azadlıq lazım deyil. Belə adamlar sizin 
kimilərin yazılarından ruhlanır da! Siz xalqı söydükcə, bütün bəlalarımızın səbəblərini xalqın özündə gördükcə, onu 
qabiliyyətsiz, fərasətsiz adlandırdıqca həm xalqı ruhdan salırsınız, həm də bu cinayətkar hakimiyyətə  bəraət 
qazandırırsınız. Özünüz də fərqində olmadan. 
Sənana nəyisə sübut etmək mümkün deyil. Həmişəki kimi, öz dəmir arqumentlərini işə salır: 
- Xalq apriori pis olduğuna görə yox, sadəcə olaraq öz zəlil vəziyyəti ilə razılaşıb, barışıb dizləri üstə çökdüyünə görə 
layiqdir nifrətə. Biz buna görə söyürük xalqı. 
Başını çiynimə yaslayıb Sənanı dinləyən Rəna etiraz etmişdi:  
- Qırx il Musa, öz xalqının içindəki köləni boğmaqdan ötrü yəhudiləri çöllərdə süründürmüşdü. Bununla belə, böyük uğur 
əldə edə bilməmişdi. Amma bizdə tam tərsi olub, özü də ikiqat - yetmiş il bu xalqa köləlik aşılanıb. Yetmiş il bəlkə də tarix 
üçün  əhəmiyyətsizdir, amma fərdin, millətin həyatında çox ciddi rəqəmdir. Hələ  mən 37-də repressiyaya uğramış 
ziyalılarımızı demirəm. 
Sevgilimlə fəxr edirdim. Gülümsəyib profilinə baxdım. Cəsur, sözünü çəkinmədən deyə bilən bir qadınım var. Xoşbəxtlik 
üçün bundan artıq nə lazımdır kişiyə? Fürsət tapanda pasientlərimlə demokratiyadan, insan haqlarından, azadlıqdan 
danışanda hər dəfə sözlərim beton divara çırpılır: “Onsuzda heç nə düzələn deyil, başını sal aşağı, işini gör”. Toğruldan 
da bunu eşidirəm. Sevildən də bunu eşidirdim. Düzdür, əzizdir mənə  hər ikisi də, amma bütün fikirlərimi mənimlə 
bölüşən, hər məsələdə mənimlə həmrəy olan bir qadınla tanış olmağım, mənim üçün əlahiddə bir hadisədir. 
Toğrulun ad günündə, Toğruldan tamam fərqli dünya duyumuna mənsub bir qızla tanış olmaq ehtimalı nə qədər zəif olsa 
da, o gün bu tanışlıq baş verdi. Deməli dünyamız möcüzələrdən xali deyil. Bir yetmiş boyunda, şabalıdı saçları, gözəl, 
dümdüz burnu, kiçicik qulaqları, iri alnı və badam gözləri olan gözəl bir qadınla rəqsə qalxanda, münasibətlərimizin vur-
tut beş-altı cümləlik keçmişi vardı. Hardan biləydim ki, qısa müddət ərzində ürəyimi fəth edəcək bir insanla ilk rəqsimi 
edirəm? 
Yağış artıq kəsmişdi. Qüruba hazırlaşan göy üzündə yer-yer, səliqəsiz ləkələrə bənzər maviliklər görünürdü. Bir az sonra 
onlar da itəcək və bircə ulduzu olmayan səma, daha da bozaracaq. Əlində kulyoklarla marketdən çıxan ana, bir əlindən 


Yüklə 492,29 Kb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   84




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə