Altay cəMİl V ciLD



Yüklə 1,07 Mb.
Pdf görüntüsü
səhifə74/77
tarix01.09.2018
ölçüsü1,07 Mb.
#66107
1   ...   69   70   71   72   73   74   75   76   77

289
özünüzə qalana da qane olun. Bu zaman ilahi mərhəməti 
görərsiniz. Bir sözlə, ibadət qula vacib olmaqla yanaşı, işə 
əngəl yox, dəstək olan, qazanca bərəkət verən amildir.
Çox qəribədir ki, insan, əsası olmaya-olmaya işdən, vəzi-
fə dən qovulmaqdan qorxur, amma əsası ola-ola bən də lik-
dən,  qulluqdan  qovulmaqdan  qorxmur.  İşdən  çıxarılan 
Allahın köməyilə başqa rəhbərin yanında işə düzələ bilir. 
Bəs bəndəlikdən məhrum edilən Kimin yanında və kimin 
köməyilə  qulluğa  götürüləcək?  Bir  hədisi-qüdsidə  buyu-
ruldu:
“Ey Adəm oğlu! Mənə ibadət və itaət et, ruzi işinə önəm 
vermə. Çünki ruzinə Mən məsulam. Mənim məsul olduğum 
bir şeyin dərdini çəkmə.”
İBRƏT Hərm ibn Həyyan nəsihət və duasını almaq üçün 
Uveys Qarani həzrətlərini axtarıb buldu. Görüşün sonunda 
ondan: “Harada yerləşməyim məsləhətdir?” deyə soruşdu. 
Həzrət ona: “Şamda” deyə cavab verdi.
Hərm:  “Görəsən  Şamda  dolanışıq  necədir?”  dedikdə 
Uveys Qarani: “Ruzilərindən şübhə edən qəlblərin vay ha-
lına! Bunlara nəsihət fayda verməz” buyurdu.
Dində dünyadan ucuz, dünyada Dindən baha yox
Qiyamət qopsa, bu Din var yenə, dünya daha yox.
Dünyanı Dini üçün tərk eləyən tək-tək olur
Tənhalıq budursa, Din əhli kimi bir tənha yox.
Dünyadan qaçmaq üçün hər cür imkan bu Dində var
Dindən gizlənmək üçün bu dünyada bir kaha yox.
Dünyada fəthə layiq bir zirvə, bir dağ qalmayıb
Min belə dünya ola, bir Sidrətül-Müntəha yox.
Əhli-Din Mövlamızın camalını ummadadır
Dünya əhlində bu cür bir istək yox, iştaha yox.


290
Dünya bir ərzə sığan dahilərlə öyünməsin
On səkkiz min aləmdə Muhəmməd tək bir düha yox.
Bəhanəçilik, öncədən bildirdiyimiz kimi, bu və ya digər 
şəkildə, demək olar, hər kəsdə vardır. Yaxşılar düşünmədən 
yaxud  çarəsiz  durumda  olduqlarını  düşünərək,  pislər  isə 
pisliklərinə  don  geyindirmək  üçün  bəhanələrə  əl  atırlar. 
Sonuncuların durumu bir təmsildəki kimidir. Belə ki, tül-
kü xoruzu tutub: “Sənin səhərlər banlamağından məqsəd 
camaatı  oyadıb  məni  tutdurmaq  deyildimi?”  bəhanəsiylə 
yeyirmiş.
Bəhanələr çeşidlidir. Düşünülən və düşünülməyən, vər-
diş dən və əlacsızlıqdan, uydurulan və uydurma olmayan, 
qorxudan irəli gələn və qorxutmamaq üçün olan bəhanələr 
vardır. Bəziləri yalan kimi açıq, bəziləri də riya kimi gizlidir. 
Şübhəsiz ki, mömin təhlükəli-təhlükəsiz hər cür bəhanədən 
həmişə qaçmalıdır. Lakin həmişə qaça bilməyənlər də var-
dır.  Zatən,  uzun  illərin  mübarizəsi,  mücadiləsi  olmadan 
bundan qaçmaq da mümkün deyildir.
HƏDİS  Hz.Aişədən  (radiyallahu  ənhə)  rəvayət  edilmiş-
dir: “Rəsulullah (salləllahu əleyhi və səlləm) rahatsızlaşdığı, 
ağırlaşdığı  zaman:  “Əbu  Bəkirə  söyləyin,  xalqa  nama-
zı  qıldırsın”  buyurdu.  Mən  də:  “Ey Allahın  Rəsulu,  Əbu 
Bəkir yuxa ürəkli bir kimsədir. Quran oxuduğu zaman göz 
yaşlarına  hakim  ola  bilmir.  Bəlkə  namaz  qıldırmaq  üçün 
atamdan başqasına əmr edəydin?” dedim.
Allaha and olsun ki, Rəsulullahın (salləllahu əleyhi və səlləm) 
yerinə keçəcək olan ilk kimsəni xalqın uğursuz görəcəkləri 
əndişəsindən başqa məndə bir düşüncə yoxdu. Bu üzdən iki 
və ya üç dəfə ona müraciət etdim. O da: “Əbu Bəkir xalqa 
namaz qıldırsın. Sizlər Yusuf dövründəki qadınlar kimisiniz 
(içinizdəkini açığa vurmursunuz)” buyurdu.
Digər bir rəvayətdə isə belədir: “Bu məsələdə Rəsulullaha 
(salləllahu əleyhi və səlləm) çox müraciət etdim. Məni buna 
sövq edən səbəb, ondan sonra davamlı onun yerinə keçən 


291
birisini  insanların  sevə  biləcəyinə  dair  qəlbimdə  bir  his-
sin  yaranmaması  və  onun  yerinə  keçən  birisinin  insanlar 
tərəfindən uğursuz sayılacağını düşünməmdi. Bu səbəblə 
Rəsulullahın (salləllahu əleyhi və səlləm) Əbu Bəkirdən vaz 
keçməsini istəmişdim.”
Şübhəsiz ki, hər bəhanə insanı bəhanəçi etməz. Bəhanə-
çilik xəstəliyi bəhanəyə alışqanlığın, onu kərih görməmənin 
bəhrəsidir. Ona qarşı tədbir görülmədikdə, daxili mübarizə 
aparılmadıqda yalançılığa oxşamağa başlayır.
HİKMƏT  İmam  Cəfər  Sadiqdən  (əleyhissalam)  soruş-
dular:  “Bəzi  hallarda  yalan  danışanlara  kəzzab  (yalançı) 
demək olarmı?”
Həzrət buyurdu: “Xeyr. Hamı bəzi hallarda yalan danı-
şır. Kəzzab, yalanı vərdişə çevirən kimsədir.”
Kamal, ey Adəm oğlu, mülkdə deyil, malda deyil
Camal, ey Adəm qızı, xətdə deyil, xalda deyil.
Cəmil O, kamil Odur, bizlər Onun qullarıyıq
Fəzilət o Mövlaya qulluqdadır, qulda deyil.
Vəhyi Rəbbindən alan arıda sən qeyrətə bax
Şəfa o vəhydədir, neştərdə ya balda deyil.
Odur hər cinsi mübarək və mübariz yaradan
Ağıl başlarda olur, papaqda ya şalda deyil.
Bəhrəsi az bulunur bəhanəsi bol olanın
Hətta o az dəxi əsla yeyəsi halda deyil.
Gerçəklər aşkar olar yalanlara yox deyənə
Dilini qoruyanın Dini dəxi qalda deyil.
Ey həqiqət yolçusu, həyat haqq bir yolçuluqdur
Yol səni yorsa bəla yolçudadır, yolda deyil.


292
Düşünmək üçün suallar
1.  Sizə elə gəlmirmi ki, bəzən səbəblə bəhanəni qarışdı-
rırsınız?
2.  Əsil  niyyətinizi  tez-tezmi  gizlədirsiniz?  Gizlətmək 
istəyəndə yalanlara çox əl atırsınız yoxsa gerçəklərə?
3.  İbadət etmirsinizsə üzrünüz nədir? Gətirdiyiniz bü-
tün dəlillərin bir bəhanə olduğunun fərqindəsinizmi?
4.  Vicdanınızı  bəhanələrlə  sakitləşdirirsiniz  yoxsa  eti-
raflarla?
5.  Susmamaq üçün bəhanədən yaxud bəhanə gətir mə-
mək üçün sükutdan istifadə edirsinizmi?
6.  Söz verib yerinə yetirməyəndə olanı deyirsiniz yoxsa 
olmayanı?
7.  Rəsmi bəhanələriniz çoxdur yoxsa qeyri-rəsmi?
8.  İnsanlardan gizlətdiyiniz şeyin Allaha gizli olmadığı-
nın fərqindəsinizmi? Yəni həya edirsinizmi?
9.  Həmsöhbətinizin sizin bəhanəçi olduğunuzu bilməsi 
sizi rahatsız edirmi?
10. Hansı halda daha çox bəhanə gətirirsiniz: İnsanlara 
ehtiyac duyanda yoxsa insanlar sizə ehtiyac duyanda?


Yüklə 1,07 Mb.

Dostları ilə paylaş:
1   ...   69   70   71   72   73   74   75   76   77




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə