289
özünüzə qalana da qane olun. Bu zaman ilahi mərhəməti
görərsiniz. Bir sözlə, ibadət qula vacib olmaqla yanaşı, işə
əngəl yox, dəstək olan, qazanca bərəkət verən amildir.
Çox qəribədir ki, insan, əsası olmaya-olmaya işdən, vəzi-
fə dən qovulmaqdan qorxur, amma əsası ola-ola bən də lik-
dən, qulluqdan qovulmaqdan qorxmur. İşdən çıxarılan
Allahın köməyilə başqa rəhbərin yanında işə düzələ bilir.
Bəs bəndəlikdən məhrum edilən Kimin yanında və kimin
köməyilə qulluğa götürüləcək? Bir hədisi-qüdsidə buyu-
ruldu:
“Ey Adəm oğlu! Mənə ibadət və itaət et, ruzi işinə önəm
vermə. Çünki ruzinə Mən məsulam. Mənim məsul olduğum
bir şeyin dərdini çəkmə.”
İBRƏT Hərm ibn Həyyan nəsihət və duasını almaq üçün
Uveys Qarani həzrətlərini axtarıb buldu. Görüşün sonunda
ondan: “Harada yerləşməyim məsləhətdir?” deyə soruşdu.
Həzrət ona: “Şamda” deyə cavab verdi.
Hərm: “Görəsən Şamda dolanışıq necədir?” dedikdə
Uveys Qarani: “Ruzilərindən şübhə edən qəlblərin vay ha-
lına! Bunlara nəsihət fayda verməz” buyurdu.
Dində dünyadan ucuz, dünyada Dindən baha yox
Qiyamət qopsa, bu Din var yenə, dünya daha yox.
Dünyanı Dini üçün tərk eləyən tək-tək olur
Tənhalıq budursa, Din əhli kimi bir tənha yox.
Dünyadan qaçmaq üçün hər cür imkan bu Dində var
Dindən gizlənmək üçün bu dünyada bir kaha yox.
Dünyada fəthə layiq bir zirvə, bir dağ qalmayıb
Min belə dünya ola, bir Sidrətül-Müntəha yox.
Əhli-Din Mövlamızın camalını ummadadır
Dünya əhlində bu cür bir istək yox, iştaha yox.
290
Dünya bir ərzə sığan dahilərlə öyünməsin
On səkkiz min aləmdə Muhəmməd tək bir düha yox.
Bəhanəçilik, öncədən bildirdiyimiz kimi, bu və ya digər
şəkildə, demək olar, hər kəsdə vardır. Yaxşılar düşünmədən
yaxud çarəsiz durumda olduqlarını düşünərək, pislər isə
pisliklərinə don geyindirmək üçün bəhanələrə əl atırlar.
Sonuncuların durumu bir təmsildəki kimidir. Belə ki, tül-
kü xoruzu tutub: “Sənin səhərlər banlamağından məqsəd
camaatı oyadıb məni tutdurmaq deyildimi?” bəhanəsiylə
yeyirmiş.
Bəhanələr çeşidlidir. Düşünülən və düşünülməyən, vər-
diş dən və əlacsızlıqdan, uydurulan və uydurma olmayan,
qorxudan irəli gələn və qorxutmamaq üçün olan bəhanələr
vardır. Bəziləri yalan kimi açıq, bəziləri də riya kimi gizlidir.
Şübhəsiz ki, mömin təhlükəli-təhlükəsiz hər cür bəhanədən
həmişə qaçmalıdır. Lakin həmişə qaça bilməyənlər də var-
dır. Zatən, uzun illərin mübarizəsi, mücadiləsi olmadan
bundan qaçmaq da mümkün deyildir.
HƏDİS Hz.Aişədən (radiyallahu ənhə) rəvayət edilmiş-
dir: “Rəsulullah (salləllahu əleyhi və səlləm) rahatsızlaşdığı,
ağırlaşdığı zaman: “Əbu Bəkirə söyləyin, xalqa nama-
zı qıldırsın” buyurdu. Mən də: “Ey Allahın Rəsulu, Əbu
Bəkir yuxa ürəkli bir kimsədir. Quran oxuduğu zaman göz
yaşlarına hakim ola bilmir. Bəlkə namaz qıldırmaq üçün
atamdan başqasına əmr edəydin?” dedim.
Allaha and olsun ki, Rəsulullahın (salləllahu əleyhi və səlləm)
yerinə keçəcək olan ilk kimsəni xalqın uğursuz görəcəkləri
əndişəsindən başqa məndə bir düşüncə yoxdu. Bu üzdən iki
və ya üç dəfə ona müraciət etdim. O da: “Əbu Bəkir xalqa
namaz qıldırsın. Sizlər Yusuf dövründəki qadınlar kimisiniz
(içinizdəkini açığa vurmursunuz)” buyurdu.
Digər bir rəvayətdə isə belədir: “Bu məsələdə Rəsulullaha
(salləllahu əleyhi və səlləm) çox müraciət etdim. Məni buna
sövq edən səbəb, ondan sonra davamlı onun yerinə keçən
291
birisini insanların sevə biləcəyinə dair qəlbimdə bir his-
sin yaranmaması və onun yerinə keçən birisinin insanlar
tərəfindən uğursuz sayılacağını düşünməmdi. Bu səbəblə
Rəsulullahın (salləllahu əleyhi və səlləm) Əbu Bəkirdən vaz
keçməsini istəmişdim.”
Şübhəsiz ki, hər bəhanə insanı bəhanəçi etməz. Bəhanə-
çilik xəstəliyi bəhanəyə alışqanlığın, onu kərih görməmənin
bəhrəsidir. Ona qarşı tədbir görülmədikdə, daxili mübarizə
aparılmadıqda yalançılığa oxşamağa başlayır.
HİKMƏT İmam Cəfər Sadiqdən (əleyhissalam) soruş-
dular: “Bəzi hallarda yalan danışanlara kəzzab (yalançı)
demək olarmı?”
Həzrət buyurdu: “Xeyr. Hamı bəzi hallarda yalan danı-
şır. Kəzzab, yalanı vərdişə çevirən kimsədir.”
Kamal, ey Adəm oğlu, mülkdə deyil, malda deyil
Camal, ey Adəm qızı, xətdə deyil, xalda deyil.
Cəmil O, kamil Odur, bizlər Onun qullarıyıq
Fəzilət o Mövlaya qulluqdadır, qulda deyil.
Vəhyi Rəbbindən alan arıda sən qeyrətə bax
Şəfa o vəhydədir, neştərdə ya balda deyil.
Odur hər cinsi mübarək və mübariz yaradan
Ağıl başlarda olur, papaqda ya şalda deyil.
Bəhrəsi az bulunur bəhanəsi bol olanın
Hətta o az dəxi əsla yeyəsi halda deyil.
Gerçəklər aşkar olar yalanlara yox deyənə
Dilini qoruyanın Dini dəxi qalda deyil.
Ey həqiqət yolçusu, həyat haqq bir yolçuluqdur
Yol səni yorsa bəla yolçudadır, yolda deyil.
292
Düşünmək üçün suallar
1. Sizə elə gəlmirmi ki, bəzən səbəblə bəhanəni qarışdı-
rırsınız?
2. Əsil niyyətinizi tez-tezmi gizlədirsiniz? Gizlətmək
istəyəndə yalanlara çox əl atırsınız yoxsa gerçəklərə?
3. İbadət etmirsinizsə üzrünüz nədir? Gətirdiyiniz bü-
tün dəlillərin bir bəhanə olduğunun fərqindəsinizmi?
4. Vicdanınızı bəhanələrlə sakitləşdirirsiniz yoxsa eti-
raflarla?
5. Susmamaq üçün bəhanədən yaxud bəhanə gətir mə-
mək üçün sükutdan istifadə edirsinizmi?
6. Söz verib yerinə yetirməyəndə olanı deyirsiniz yoxsa
olmayanı?
7. Rəsmi bəhanələriniz çoxdur yoxsa qeyri-rəsmi?
8. İnsanlardan gizlətdiyiniz şeyin Allaha gizli olmadığı-
nın fərqindəsinizmi? Yəni həya edirsinizmi?
9. Həmsöhbətinizin sizin bəhanəçi olduğunuzu bilməsi
sizi rahatsız edirmi?
10. Hansı halda daha çox bəhanə gətirirsiniz: İnsanlara
ehtiyac duyanda yoxsa insanlar sizə ehtiyac duyanda?
Dostları ilə paylaş: |