Altay cəMİl V ciLD



Yüklə 1,07 Mb.
Pdf görüntüsü
səhifə71/77
tarix01.09.2018
ölçüsü1,07 Mb.
#66107
1   ...   67   68   69   70   71   72   73   74   ...   77

278
ri  öz  mövqelərinə,  yəni  ibadətsizliklərinə  haqq  və  ya  bə-
ra ət  qazandırmaq  üçün  müxtəlif  bəhanələr  gətirirlər.  Bu 
bəhanələrin ən məşhurlarını burada sıralayaq:
1)  Əsas qəlb təmizliyidir, ibadət etməsən də olar;
2)  Hələ hazır deyiləm, ibadət içdən gəlməlidir;
3)  İbadət  edənləri,  hətta,  həcdən  gələnləri  görürük  də. 
Hər oyundan çıxırlar;
4)  Allah nə üçün sərvəti, səltənəti pislərə verib yaxşıları 
möhtac və asılı edir?
5)  Bizim işimizdə ibadət alınmır. İşdən də çıxsaq, ailəni 
nəylə dolandıraq?
Göründüyü kimi ilk iki bəhanə müdafiə və bəraət, so-
nuncular isə hücum və ittiham üzərində qurulub. Bunların 
hər birini ayrıca işıqlandırmağa çalışaq.
Birinci bəhanənin tərəfdarları ibadətsizliklərini əsas lan-
dırmaq  üçün  öz  qəlblərinin  təmiz  olduğunu  iddia  edən-
lərdir. Təmizlik meyarları da budur ki, heç kəsə pislikləri 
dəymir, əksinə hamıya yaxşılıq eləməyə çalışırlar. Aydındır 
ki, ibadətsizin qəlb təmizliyinə iddiası bir cahilin, bir qafilin, 
yəni elm və mərifətdən uzaq düşənin, nə dediyini anlama-
yanın, Təmizin Kim, təmizliyin nə olduğunu bilməyənin, 
yumşaq desək, həyasızlığından başqa bir şey deyildir. Çün-
ki heç bütün ömrünü İslama, nəfsiylə mücadiləyə həsr et-
miş Din böyüklərimiz belə o iddiada deyillər. Bir neçəsinin 
etirafını xatırlayaq:
“Əgər  nəfsim  haqqında  bildiklərimi  bilsəydiniz  başıma 
tor paq sovurardınız” (Abdullah ibn Məsud-radiyallahu ənh).
“Kaş  ki,  qəlbim  də  geydiyim  əlbisə  qədər  təmiz  olaydı” 
(Adurrəhman Darani – bu sözü deyərkən paltarı orta hallı idi).
“Nəcasət  (pislik)  bir  başqasını  təmizləyə  bilməz” 
(Nurəddin Nursafi – bu sözü yanına gəlib təriqətə alınması-
nı, mənən təmizlənməsini istəyən birinə demişdi).
“Nəfsini  tanıyan  Rəbbini  tanıyar”  hədisinin  hikmətinə 
qovuşan,  nəfsini  küçədə  gördüyü  köpəkdən  aşağı  bilir” 
(Abdullah ibn Mübarək).


279
“Şəxsən mən onu geymək istəmirəm. Çünki layiq deyi-
ləm. Onu geymək üçün bir saflıq və iç təmizliyi gərəkdir” 
(Malik  ibn  Dinar  –  sufilərin  geydiyi  yun  əlbisədən  sual 
edilərkən bu sözü demişdi).
“Özümü  heyz  görmüş  övrət  sanıram.  Rəbbimin  evinə 
girməyə layiq deyiləm, ona görə ağlayıram” (Bəyazid Bis-
tami – məscidə gələndə qapıda dayanıb xeyli ağlamasının 
səbəbini izah edərkən demişdi).
“Zahiri batininə uymayan birini görmək istəsəniz mənə 
baxın! Çünki mən yüzə qədər yaxşı xasiyyət sayıram, amma 
heç birini özümdə görə bilmirəm. Pis xasiyyətləri sayıram, 
hamısının özümdə olduğunu görürəm” (Yunus ibn Ubeyd).
Kimin öz nəfsinə heyranlığı, vurğunluğu var
Bax onun bətninə, heyvanlığı, quzğunluğu var.
Bir həqiqətdi bu ki, hamı müsəlman doğulur
Ona qırx yaşda da bax, çoxmu Din uyğunluğu var.
Qafillik və cahillik qonşu və ya cur kimidir
Qəflətin cəhalətdən, sadəcə, solğunluğu var.
Cahil o kimsədi ki, beyni onun dilindədir
Qafil o kimsədi ki, qəlbində pozğunluğu var.
Qızmadıqca qədərə qədri qulun yüksək olur
Haqqa darğın olanın əqlində durğunluğu var.
Tövbə, təqva və təvazödü könül yolçuluğu
Artıq-əskik dediksə, demək yol yorğunluğu var.
İbadətsiz bir insan Subhan (Pak və müqəddəs) Allahın 
önündə iç təmizliyi ilə öyünmək üçün Rəbbindən nə qədər 
qəflətdə  olmalıdır.  Həqiqətən,  bəni-Adəm  özünü  tanıma-
dıqca Mövlasını tanımayacaqdır. Ayələrdə buyuruldu:


280
“Özlərini  təmiz  sayanları  görmürsənmi?  Xeyr,  Allah 
dilədiyini təmiz edər və onlara bir tel qədər zülm olun-
maz” (ən-Nisa, 49).
“Allah sizi torpaqdan inşa etdiyi zaman və siz anala-
rınızın bətnində döl halındaykən sizi tanıyırdı. Özünü-
zü təmiz qələmə verməyin. O bilir, kim təqva sahibidir” 
(ən-Nəcm, 32).
“Şeytan fəhşi (çirkinliyi) və münkəri (pisliyi) əmr edər. 
Allahın sizə fəzli və rəhməti olmasaydı, sizdən biriniz də 
pak olmazdı. Lakin, Allah dilədiyini pak edər” (ən-Nur, 21).
“Həqiqətən,  Allah  tövbə  edənləri  və  təmizlənənləri 
sevər” (əl-Bəqərə, 222).
Allahın  ayələrindən  uzaq  düşənlər  çirkabın,  pisliyin 
içindədirlər. Lakin bu, faciə olsa da, böyüyü deyil. Ən bö-
yük faciə odur ki, belələri nəfsə və şeytana uyduqları hal-
da özlərini təmiz sayır, aydan arı, sudan duru zənn edir, 
tövbəni ağıllarına belə gətirmirlər.
Tərbiyə  almayan  nəfs,  tövbə  görməyən  qəlb  illərlə  su 
dəyməyən bədəndən qat-qat napakdır. Könül kiri ilə bədən 
çirki isə müqayisəyə belə gəlməz. Nəfslərini qınamayanlar 
günahlara önəm verməyənlərdir. Onlar namaz, oruc, zəkat 
kimi ilahi əmrlərə asanlıqla arxa çevirdikləri halda, sələm, 
rüşvət kimi ilahi yasaqlara çətinlik çəkmədən üz tutar və 
eyni zamanda qəlblərinin təmiz olduqlarını iddia və bəhanə 
edib  özlərinə  bəraət  qazandırarlar.  Belələri Allahdan  çox 
şeytana,  Dindən,  imandan  çox  şirkə,  nifaqa  yaxındırlar, 
amma bundan qəflətdədirlər. Allah Rəsulu (salləllahu əleyhi 
və səlləm) buyurdu:
“Mömin günahını başı üzərində bir dağ kimi görüb, üs-
tü nə  düşməsindən  qorxar.  Münafiq  isə  onu  burnuna  qon-
muş və uçacaq bir ağcaqanad şəklində görür.”
Günahını böyük və ağır görərək peşmanlıq içində ağla-
yanın xoş halına! Çünki tövbədən nəsibsiz kimi görünmür. 
Ən tərbiyəsiz adam nəfsini qınamayan, ən natəmiz insan 
isə tövbə etməyəndir. Belələri özlərinə zülm edən, amma 
məzlum sayılmayan zalimlərdir.


Yüklə 1,07 Mb.

Dostları ilə paylaş:
1   ...   67   68   69   70   71   72   73   74   ...   77




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə