Altay cəMİl V ciLD



Yüklə 1,07 Mb.
Pdf görüntüsü
səhifə70/77
tarix01.09.2018
ölçüsü1,07 Mb.
#66107
1   ...   66   67   68   69   70   71   72   73   ...   77

274
Şahlıq ən ali əgər qulluq deyil, başqa nədir
Şahlığa layiq olur, qulluğa diqqət eləsə.
Təkcə cahillərin yox, alimlərin şahı olar
Elminin mənbəyini Quran və sünnət eləsə.
Şah odur Behiştdə padşah kimi dövran eləyə
Amma mümkünmü bu, dünyasını cənnət eləsə?
Bəzi bəhanələr nəinki yersiz, hətta gülünc olur. Bu du-
rum Rəbbinə deyil, nəfsinə uyanlarda baş verir. Rəbbiylə 
olanlar həqiqətdən qeyri şey söyləməzlər. Çünki danışdı-
ran Odur, Ondan uzaq düşənlər, xoşlamadıqları vəziyyətlə 
qarşılaşarkən  təbii  üzrlər  köməyə  yetməyəndə  onları  uy-
durmağa  başlayırlar.  Heç  biri  həqiqəti  əks  etdirməsə  də, 
saxta,  qondarma  bəhanələr  təbii  bəhanələr  kimi  deyildir. 
Mömin  qul  Dinini  qorumaq  üçün  bəzən  öz  istəyinə  uy-
ğun  şəkildə  cərəyan  edən  hadisələrdən  yararlansa  da, 
saxta üzrlər uydurmaz. Çünki kimə qarşı uydurduğunun 
fərqindədir. Fərqində olmayanlar Allahın qəlbləri bildiyini 
bilməyənlər yaxud unudanlardır.
İBRƏT  Allah  Rəsulu  (salləllahu  əleyhi  və  səlləm)  müsəl-
manları Bizanslılara qarşı Təbuk savaşına hazırlayarkən bu 
uzaq (780 km), məşəqqətli yürüşdən müxtəlif bəhanələrlə 
yayınmaq istəyənlər də olmuşdu. Bunlar, şübhəsiz ki, üzdə 
özlərini  müsəlman  göstərən  münafiqlərdi.  Təxminən,  80 
nəfərə qədərdilər. Allah onların haqqında buyurdu:
“Əgər o asan əldə edilən mənfəət və orta bir səfər ol-
saydı, onlar mütləq sənin ardınca gedərdilər. Lakin yoru-
cu məsafə onlara uzaq gəldi. Bununla belə onlar: “Əgər 
gücümüz çatsaydı, biz də sizinlə yürüşə çıxardıq” deyə 
Allaha and içəcək, özlərini həlaka sürükləyəcəklər. Allah 
isə onların yalançı olduqlarını bilir” (ət-Tövbə, 42).


275
Rəvayətə  görə  Cidd  ibn  Qays  adlı  bir  münafiq  Təbuk 
savaşına qatılmamaq üçün belə bir gülünc üzrdə bulunur: 
“Ya Rəsulallah! Qövmüm mənim qadınlara olan düşkün-
lüyümü bilir. Mən sarışın Rum qadınları görüncə səbir edə 
bilməyəcəyimdən qorxuram. Getməməyə izn ver, məni fit-
nəyə düşürmə.”
Rəsulullah (salləllahu əleyhi və səlləm) ondan üzünü çevir-
miş  və  bu  ayə  nazil  olmuşdur:  “Onlardan  bəziləri  Pey­
ğəm bərə: “Mənə izn ver, məni fitnəyə düşürmə” deyirdi. 
Bilin ki, onlar zatən fitnə içinə düşmüşlər. Şübhəsiz ki, 
Cəhənnəm kafirləri bürüyəcəkdir” (ət-Tövbə, 49).
Haqqa zidd hər bir üzür bəhanədir, səbəb deyil
Hətta zidd olmasa da, haqq deyilsə, ədəb deyil.
Yerli xalq sayılsaq da böyük köçə çox qalmayıb
Uy səma adətinə, orda üzr heç dəb deyil.
Yalnız yer əhlidi, ey qul, bölünən tayfalara
Kim səma əhlidisə əcəm deyil, ərəb deyil.
Nəfsi kim yer kimi tapdarsa səma sakinidir
Ucaldan çünki qulu təqvadı, soy-nəsəb deyil.
Hər məxluq öz adına uyğun həyat tərzi yaşar
Ey insan, isminə uy, ilan deyil, əqrəb deyil.
Öyrən, ey qul, özünü, eylədikcə ömür vəfa
Ali təhsildi həyat, ibtidai məktəb deyil.
Hər cür bəhanə özündə bu və ya digər şəkildə yalan ele-
menti  daşıdığından  Rəsulullah  (salləllahu  əleyhi  və  səlləm) 
istər hərbdə, istər sülhdə heç vaxt onu dilinə gətirməmişdir. 
Hətta, ən adi ailə, məişət məsələlərində belə yalnız haqqı 
söyləmiş  ya  da  susmuşdur.  Məsələn,  o  Həzrət  (salləllahu 


276
əleyhi  və  səlləm)  hər  hansı  xörəyə  qarşı  iştahsız  olardısa, 
heç nə demədən süfrədən çəkilərdi. Yaxud ondan bir şey 
istəyənə yanında varsa mütləq verər, yoxdusa sadəcə susar, 
“yox” söyləməzdi. Günümüzdə bu sünnəyə uyanlar azdı. 
Bir  çoxları  imkanlı  ola-ola  möhtacları  aramaz,  möhtaclar 
on ları arayanda iş öz ehtiyaclarından, tələbatlarından gen-
bol  danışaraq,  müxtəlif  bəhanələr  gətirərək  gələni  əliboş 
geri çevirərlər. Halbuki yardım verə bilməsələr də xoş söz-
lər lə təsəlli verə bilərlər. O da yardımdır.
Bəhanəçilik  insanlar,  o  cümlədən  ibadət  əhli  arasında 
ən çox yayılmış qəlb xəstəliklərindəndir. Hərdən yanımı-
za gələn bir gənc vardı. Bir dəfə yenə gələrək məscidə da-
xil oldu. Məni məşğul gördü və oturub gözlədi. Qurtarıb 
görüşdüm.  Məscidin  ədəbini  gözləməməsinin,  yəni  otur-
mazdan əvvəl iki rükət namaz qılmamasının səbəbini so-
ruşdum. Tutuldu və “Fikirliydim” deyə ağlına gələn ilk ca-
vabı verdi. “O nə fikirdir ki, sənə zikri unutdurub? Məscidə 
girdiyinin fərqində deyildinmi?” deyə xəbər aldım. Sözü-
nü dəyişərək: “Əvvəlcə sizlə görüşmək istədim” dedi. Ona: 
“Məscid Allah evidir. Əvvəlcə evin Sahibi ilə görüşərlər. O 
da əyləşməzdən əvvəl iki rükət namazdır. Keçən dəfə bu 
barədə söhbətimiz olmuşdu axı” söyləyəndə bu dəfə başqa 
bir üzrdə bulundu:
“Dəstəmazsız idim.” “Dəstəmazsız da Allah evinə girib 
otu rarlarmı?”  deyəndə  “Gedim  dəstəmaz  alımmı?”  deyə 
soruşdu. “Belə şeylər soruşulmaz” dedim. Dəstəmaz almaq 
üçün durub çıxdı. Əslində, dəstəmazsızlığını söyləməsi də 
bəhanəydi, səbəb deyildi.
İBRƏT Böyüklərimizdən biri rəvayət etmişdir: “Bir dağ-
da bir gənc gördüm. Bənizi sapsarı idi, gözləri çökmüşdü. 
Əzaları titrəyirdi. Bir yerdə qərar tuta bilmirdi. Sanki onu 
mizraqlarla vururdular. Gözündən yaşlar boşalırdı.
Ondan: “Sən kimsən?” deyə soruşdum.
O da: “Ağasından qaçmış bir kölə” deyə cavab verdi.


277
– Dönüb üzr diləsənə.
– Üzr dəlil gətirməyə möhtacdır, qüsuru olan nə cür üzr 
diləyər?
– Şəfaət edəcək bu vasitəçi taparsan.
– Bütün şəfaətçilər Ondan qorxar.
– Kimdir O?
– Mövlamdır. Mən kiçik ikən böyütdü, mən isə böyük 
ikən Ona üsyan etdim...
Ey könül, tövbə elə, üzr-filan bəhanədir
Rəhmətə bəslə ümid, yerdə qalan bəhanədir.
Boş ver hər bəraəti, Vəkil Odur, Hakim Odur
Varsa bir iynə ucu boyda yalan, bəhanədir.
Gördünmü öz dibinə işıq tutan bir şamı sən?
Niyyətə kölgə salan hər bir elan bəhanədir.
Eyləməz eşşəyi at altun yəhər, altun palan
Döyürsən nəfsini döy, yəhər, palan bəhanədir.
Tərbiyən varsa, kişi, övladına tərbiyə ver
Günahı hamı edir, qız ya oğlan bəhanədir.
Həşrə, ey qul, hazır ol, Cəhənnəm haqq, Cənnət haqdır
Amma bil, qayə Odur, huri-qılman bəhanədir.
Adəm oğlu bəhanəçidir. Bəhanəsi əlindən alınsa, ondan 
işgüzar məxluq, bəlkə də, olmaz. Hər iş, adətən, nəticəylə 
ölçülür.  İnsan  öz  əməyinin  bəhrəsini,  yəni  gerçək  nəticə 
istəyirsə, bəhanəyə deyil, səbəbə sarılmalıdır. Zatən səbəb 
də Allahdır, nəticə də. O, qullarına heç bir bəhanə yeri qoy-
mayıb. Bəhanəçilər qulluğun mahiyyətini anlamayanlardır.
Məmləkətimizdə qulluqdan yayınanlar yayınmayanlar-
dan, ibadət etməyənlər edənlərdən qat-qat çoxdur. Belə lə-


Yüklə 1,07 Mb.

Dostları ilə paylaş:
1   ...   66   67   68   69   70   71   72   73   ...   77




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə