Altay cəMİl V ciLD



Yüklə 1,07 Mb.
Pdf görüntüsü
səhifə67/77
tarix01.09.2018
ölçüsü1,07 Mb.
#66107
1   ...   63   64   65   66   67   68   69   70   ...   77

262
Sabah həm qorxu, ümid, həm də güman, zəndi, könül
Fərlinin bol ümidi, fərsizin boş gümanı var.
Taxt Onun qatındadır, kürsi Onun, ərş Onundur
Vaxt Onun əmrindədir, başqa kimin fərmanı var?
Dünya Dost-düşməni seçmək və ayırmaq yeridir
Düz seçim eyləyənin sanma sonda peşmanı var.
Ən müdhiş tənbəllik, şübhəsiz ki, Dinə münasibətdə olur. 
Buna könül tənbəlliyi də demək olar. Çünki Din könüllüdür, 
dünya kimi zər və zor üzərində qurulmaz. Dinə para deyil, 
könül yatırılar. Tənbəllik də zatən könülsüzlükdür.
İbadətdə tənbəllik edənlərin dünyalıq məsələlərdə çalış-
qanlığı bir fayda verməz. Ən gözəli, orta yolu tutmaq, yəni 
haqq ibadətlə halal işi birləşdirməkdir. Bu zaman zəhmət 
özü qulluqdan sayılır. Çünki dua ibadətdir. Duanın qəbulu 
isə, ilk növbədə, halal qazanca bağlıdır.
HƏDİS  Səd  ibn  Vaqqas  (radiyallahu  ənh)  Rəsulullaha 
(salləllahu əleyhi və səlləm) dedi: “Ya Rəsulallah! Allaha dua 
et, məni duası qəbul olunanlardan qılsın.”
O Həzrət (salləllahu əleyhi və səlləm) buyurdu: “Halal qa-
zan, duan qəbul edilir.”
Baş əgər yatmayıbsa könül dəxi oyaq olur
Əks təqdirdə qulun batini baş-ayaq olur.
Baş əgər boş durursa çiyin üstə yükdü ağır
Baş əgər boş deyilsə bədən ona dayaq olur.
İşlətsə öz başını, qeyriyə qul əyməz onu
Baş əgər işləmirsə, müsibəti bayaq olur.
Başdır əqlin yeri, vardırsa o baş yerindədir
Yerini bilməyənin kül başına ləyaq olur.


263
Ey qul, başdan-ayağa Rəbbinlə ol, qulluq budur
Dünya püskürsə də od, aqibətin yaylaq olur.
Əvvəl O, Axir Odur, kimsə bilməz son gününü
Bayraq var bir gün əsgi, əsgi də var bayraq olur.
Fani dünyada, könül, qəbri düşün, həşri düşün
Kim nə cür ölsə onun həşri həmin sayaq olur.
Dövrümüzdə halal və haram, sünnə və bidət bir-birinə 
çox  qarışdığından,  halal  ruzi  qazanmaq  asan  deyildir. 
Zəhmətlə müşkül olan bir şey zəhmətsiz mümkün olurmu? 
Odur ki, mömin süst olmamalı, əqli yaxud fiziki imkanları-
nı səfərbər edərək işini də ibadətə çevirmək üçün çalışma-
lıdır.
Məscid  və  mədrəsələrin  azlığı  və,  demək  olar,  boşlu-
ğu  Din  tənbəlliyinin  dünya  tənbəlliyindən  çox  olduğunu 
göstərməkdədir. Hər halda, ibadət yeri axtaran iş yeri ax-
tarandan  qat-qat  azdır.  Yurdda  durum  budursa,  güman 
ki,  cahanda  da  belədir.  Səhərdən  axşamadək  dəzgah  ya-
xud piştaxta arxasında durmağa ərinməyənlər gündə beş 
dəfə namaza qalxmağa can çəkirlər. Halbuki iş, yəni ruzi 
və ibadət bir-birinə bağlı məsələlərdir. Ruzi dalınca əldən-
ayaqdan düşənlər ruzi Verənə üz tutmaq istəmirlər.
“Əgər qəryələrin əhalisi iman gətirsəydilər və təqvalı 
olsaydılar  göyün  və  yerin  bərəkətlərini  onların  üzünə 
açardıq” (əl-Əraf, 96).
İbadətlər içində namaz tənbəlləri daha çoxdur. Məsələn, 
namaz  qılanlar  oruc  tutanlardan  azdır.  Gündə  beş  dəfə 
səcdəyə  gedənlər,  üzrlü  səbəb  bulunmadıqca,  ildə  bir 
ay  oruc  tutsalar  da,  oruc  əhli  arasında  namaza  ərinənlər 
kifayət qədərdir. Oruc hərəkətsizlik, namaz hərəkətdir. İn-
san hərəkətsizliyə daha meyillidir.


264
“...Namaza qalxdıqları zaman tənbəl­tənbəl qalxarlar” 
(ən-Nisa, 142).
İBRƏT Zabid ibn Haris həzrətləri gecəni, üçdə biri özünə, 
üçdə biri oğluna, digər üçdə biri də ikinci oğluna olmaqla, 
üç yerə bölmüşdü. Gecənin üçdə birində namaza qalxardı. 
Sonra ayağı ilə bir oğluna toxunardı. Tənbəlliyini görürsə: 
“Uyu, övladım, sənin yerinə mən qılaram” deyərdi. Sonra 
o biri oğluna yaxınlaşar, onu da ayağı ilə tərpədərdi. Əgər 
onda  da  tənbəllik  görürsə,  “Yat,  övladım,  sənin  əvəzinə 
mən qılaram” deyər, sabaha qədər namaz qılardı.
Varmı, Adəm balası, fərq qızmısan, oğulmusan?
Gör səni Kim yoğurub, gör bir nədən yoğrulmusan.
Yaşasan Rəbbin üçün, yaşamağa dəyər dünya
Yaşasan nəfsin üçün, bil ki, ölü doğulmusan.
Nəfsin əydiklərinin əyriliyi əbədidir
Rəbbinə əyildikcə görərsən ki, doğrulmusan.
Heyvan ömrü sürənə ət və ələf eyni olur
Fərqi nə, heyvan isən, canavarmı, toğlumusan?
Din və dünya, biləsən, dərya və bardaq kimidi
Qorx ki, dəryada deyil, boş bardaqda boğulmusan.
İbadəti  sevərək,  anlayaraq,  çəkinərək,  istənilən  halda, 
tənbəl davranmayaraq etmək lazımdır. Sevgi hər dəfə ol-
maya bilər, fəqət təqva və anlayış həmişə olmalıdır. 
İbadət  ömürlük  vəzifədir.  Bəndə  üçün  və  bəndə  tərə-
findən  deyil,  Allah  üçün  və  Allah  tərəfindəndir.  Bu  fərq 
ciddi  anlaşılsa,  mənimsənilsə  bəndə  öz  vəzifəsini  yerinə 
yetirməməkdən,  ən  azı,  çəkinər,  qorxar.  Təqva  artdıqca 
tənbəllik azalar, çəkilər və nəticədə sevgi də, şirinlik də ha-


265
sil olar, inşaallah. Hamı zövq aldığı, ləzzət duyduğu işdə 
çalışmır ki. Amma işləyir, çalışır. Halbuki bəşəridir, ibadət 
isə  ilahi  əmrdir.  Allah  öz  qullarına  onu  tövsiyə  ya  təklif 
yox, əmr edir. “Sevin, zövq alın” buyuruğu yoxdur, “na-
maz qılın, zəkat verin” buyuruğu var. Yaradanın əmrini, 
buyuruğunu icra etməmək heç ağıla da gəlməməlidir. Et, 
vəssalam! Mükafatını isə gözlə, um. Çünki Allahın əmri ol-
duğu kimi vədi də vardır. O, həm bu, həm o biri dünyada 
mükafatlandıran, ehsan edəndir.
“Onlardan  nəfəqələrin  (yardımların)  qəbul  olunma-
masına səbəb, əslində Allahı və Rəsulunu inkar etmələri, 
namaza  tənbəl­tənbəl  gəlmələri  və  istəməyə­istəməyə 
xərc ləmələridir” (ət-Tövbə, 54).
İBRƏT Mədinədə Saləbə adlı yoxsul bir müsəlman var-
dı. Bütün namazlarını məsciddə qıldığından ona “məscid 
quşu” deyirdilər. Bir gün yoxsulluğundan bezərək zəngin 
olması üçün Rəsulullahdan (salləllahu əleyhi və səlləm) dua 
istədi.
O  Həzrət  (salləllahu  əleyhi  və  səlləm):  “Şükür  etdiyin  az 
mal,  şükür  etmədiyin  çox  maldan  xeyirlidir”  buyuraraq 
ona səbri tövsiyə etdi.
Lakin Saləbə bir müddət sonra yenə gəldi, “Səni haqq 
Peyğəmbər  olaraq  Göndərənə  and  olsun  ki,  Allah  məni 
zəngin eləsə fəqir-füqəranı qoruyacaq, hər haqq sahibinin 
haqqını verəcəyəm” deyərək eyni istəkdə və israrda bulun-
du. Çox keçmədən Rəsulullahın (salləllahu əleyhi və səlləm) 
duasının  bərəkətiylə  böyük  qoyun  sürülərinə  sahib  olub 
varlandı.
İşi çoxaldığından məscidə az-az gəlməyə başladı. Daha 
sonra ancaq cümələrdə göründü. Nəhayət sürüləri o dərə-
cədə artdı ki, onları Mədinədən kənarda otararaq cümə na-
mazını  da  tərk  etdi.  Rəsulullah  (salləllahu  əleyhi  və  səlləm) 
bunu eşidib üç dəfə : “Vay Saləbənin halına” buyurdu.


Yüklə 1,07 Mb.

Dostları ilə paylaş:
1   ...   63   64   65   66   67   68   69   70   ...   77




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə