Altay cəMİl V ciLD



Yüklə 1,07 Mb.
Pdf görüntüsü
səhifə63/77
tarix01.09.2018
ölçüsü1,07 Mb.
#66107
1   ...   59   60   61   62   63   64   65   66   ...   77

246
İslamdan qeyri Din yox, Muhəmməddən sonra nəbi
Anlayan tayfaya bu, kafi gələn təşviqatdır.
Hər şeyin haqqı bu dünyada gərək tam verilə
Haqq ölüm bir şəhadət, haqq həyat bir qəzavatdır.
Rəbbimə həmdü-səna, rəsuluna salam olsun
Bizdən eylərsə qəbul, bu nə gözəl bir sovqatdır.
Səhlənkarlıq xəstəliyi bəzi digər mənəvi mərəzlərlə sıx 
bağlı olur ki, onların da başında yalançılıq gəlir. Səhlənkar 
insan  başqalarını  aldatmağa  çox  meyillidir,  sözündə  və 
əməlində bütöv deyil. Məsələn, aylarla uzadacağı bir işi bir 
həftədə yerinə yetirəcəyinə asanlıqla söz verə bilər. Özünü 
peşəkar kimi təqdim etməyi xoşlasa da gördüyü iş, demək 
olar ki, həmişə ala-yarımçıq, nöqsanlı olar. Zatən sözü bü-
töv  olmayanın  əməlinin  tam  olacağı  düşünülməz.  Beləsi 
ibadət əhlidirsə, ibadəti də işinə oxşayar. Dini dünyasından 
çox fərqlənməz. 
HƏDİS Rəsulullah (salləllahu əleyhi və səlləm) buyurdu: 
“İnsanların ən oğrusu namazından oğurlayandır.”
Soruşdular: “Namazından necə oğurlayar, ya Rəsulal lah?”
Buyurdu ki: “Rüku və səcdəsini başa çatdırmaz, qiraətini 
tam oxumaz.”
Kim girib Din içinə qarət etsə, doğru olur
Amma dünyası üçün qeyrət etsə, oğru olur.
Din və dünyanı calaq eyləyənin cırdır barı
Şeytanın qurduğu bir hiylə olur, qurğu olur.
Elm azdırsa cavab suallardan çox olacaq
Elm artdıqca cavabdan daha çox sorğu olur.


247
Cəhalət cavanlığın, cəsarətin cəmi imiş
Yol azaldıqca artan, qocalıq və qorxu olur.
Ey qələm, hər sətirin üstündə sən əs demirəm
Deyirəm hər hərifin üzərində vurğu olur.
Dünya işində ciddi davranmayanlar Din məsələlərində 
də qeyri-ciddi rəftar etdikləri kimi, cahil vaxtı məsuliyyətli 
olanlar İslamda da məsuliyyətsiz olmurlar. Yetər ki, Din-
imandan nəsibi olsun. Hədisdə buyuruldu:
“Cahiliyyədə  xeyirli  olanlar,  Dini  yaxşıca  öyrəndik-
lərində, İslamda da xeyirli olurlar.”
İBRƏT  Abdulvahid  ibn  Zeyddən  rəvayət  edilmişdir: 
“Bir gəmiyə mindik, ruzgar bizi bir adaya atdı. Orada bütə 
sitayiş edən birini gördük... Ona Qurandan bir surə oxu-
duq. Biz oxuduqca o ağladı, nəhayət surəni bitirdik.
“Bu kəlamın Sahibinə üsyan edilməz” dedi. Sonra mü-
səl man  oldu.  Biz  də  onu  gəmiyə  götürdük.  Ona  İslam 
şəriətini və Qurandan surələr öyrətdik. Gecə işa namazını 
qılıb yataqlarımıza çəkilincə bizdən soruşdu:
“Mənə  tanıtdığınız  bu Allah  gecə  olduğu  zaman  uyu-
yurmu?”
Biz də: “Xeyr, ey Allahın qulu, O ayaqdadır, uyumaz” 
dedik.
O da: “Sizlər nə pis qullarsınız, siz uyuyursunuz, Mövla-
nız isə uyumur” deyərək bizi şaşırtdı.
Abadan  şəhərinə  çatınca,  ona  yeni  müsəlman  olma-
sından  dolayı  yardımda  bulunmaq  istəyib  pul  topladıq. 
Təqdim edəndə: “La ilahə illallah, mənə göstərdiyiniz yolu 
özünüz getmirsiniz. Mən bir adada idim, bütə tapınırdım. 
Yenə də O məni ac buraxmadı. İndi onu tanıdığım halda 
məni acmı buraxacaq” dedi.
Aradan bir müddət keçdi. Onun ölmək üzrə olduğunu 
eşidib  yanına  getdim.  “Bir  ehtiyacın  varmı?”  deyə  soruş-


248
dum. “Sizi adaya gətirən bütün ehtiyaclarımı ödədi” deyə 
cavab verdi.
Onun  yanındaykən  məni  yuxu  basdı.  Röyada Abadan 
məzarlığını bir bağça olaraq gördüm, içində bir türbə var-
dı. Türbənin içində bir cariyə otururdu ki, ondan gözəlini 
görmədim. “Allah üçün onu mənə tez gətirin, artıq dayana 
bilmirəm” dedi. Oyandım, baxdım ki, xəstə ruhunu tapşı-
rıb. Onu yudum, kəfənləyib dəfn etdim.
Gecə  olunca  uyudum,  onu  türbənin  içində  cariyə  ilə 
bərabər gördüm. “Mələklər hər qapıdan yanlarına girərlər: 
“Səbir etdiyinizə görə salam olsun sizə! Axirət yurdunuz 
nə gözəldir” (ər-Rəd, 23-24) ayələrini oxuyurdu.”
* * *
Bəyazid Bistami dövründə bir sufi bir kafirə: “Müsəlman 
ol ki, cəhənnəm əzabından qurtulasan” deyir.
Kafir  bu  cavabda  bulunur:  “Yaxşı  deyirsən,  amma 
Bəyazid kimi müsəlman olmaq əlimdən gəlməz, doğrusu, 
sənin kimi müsəlman da olmaq istəmirəm. Sizin imanınıza 
baxanda adamın imana qarşı sevgisi azalır.”
* * *
Ustad  Nəcib  Fazil  bir  dəfə  Abidin  Dinodan  soruşur: 
“Nəyə görə Allaha inanmırsan?”
Abidin  Dino  deyir:  “Qorxuram,  bir  kərə  inansam,  bir 
daha başımı səcdədən qaldıra bilməyim.”
Kişi uymaz bəzəyə, zinət qadın əşyasıdır
Kişiyə ilk yaraşıq Rəbbi üçün əhyasıdır.
Zatən Adəm qızı da fitri boya ilə gözəl
Gəlinə hüsnü verən hənası yox, həyasıdır.
Yox elə bir qərib ki, yurd həsrəti yaşamasın
Sadəcə, az adama Vətən digər dünyasıdır.


249
Fani dünyanı qula xalis iman dar eləyər
Baqi dünyada sıxan, amma, onun riyasıdır.
Yam-yaşıl bir çəmənə bənzəməsi var cahanın
Halbuki qığılcıma bənd quru ot tayasıdır.
Mövzunun sonu olaraq onu da qeyd edək ki, səhlənkarlıq 
şüurlu hərəkətdir. Yəni adam ciddi bir işə qeyri-ciddi yana-
şırsa, xətasının fərqindədir. Əgər xəta qeyri-şüuri, ixtiyar-
sız olaraq baş verirsə, səhlənkarlıq sayılmaz. Olsa-olsa bu, 
bir ehtiyatsızlıqdır.
HƏDİS  Bir  səfər  zamanı  səhabələr  bütün  gecəni  yol 
getdiklərindən  dincəlməyi  təklif  edirlər.  Rəsulullah 
(salləllahu əleyhi və səlləm)“Yatıb namazı qaçırmağınızdan 
ehtiyat  edirəm” buyurur. Hz.Bilal  (radiyallahu ənh): “Mən 
sizi oyadaram” deyərək növbətçiliyi öz öhdəsinə götürür. 
Bundan sonra fasiləyə qərar verilir.
Lakin sübhə yaxın Hz.Bilalı da yuxu aparır. Rəsulullah 
(salləllahu  əleyhi  və  səlləm)  oyananda  günəşin  doğduğunu 
görür. Hz.Bilalı oyadaraq azan verdirir. Əshabına sübh na-
mazının qəzasını qıldırır və birlikdə səfərə davam edirlər. 
Yolda səhabələr öz aralarında: “Namazımızda səhlənkarlıq 
etdik”  deyərək  üzüntülərini  biruzə  verirlər.  Rəsulullah 
(salləllahu əleyhi və səlləm) bunun fərqinə vararaq buyurur:
“Yuxuda  olarkən  baş  verən,  səhlənkarlıq  sayılmaz. 
Səhlənkarlıq oyaq olanda olur. Hansınız qəflətə düşüb bir 
namazı qaçırarsa, xatırlayan kimi qılsın.”
Düşünmək üçün suallar
1.  Sözdə və işdə məsuliyyətsizliyin məsuliyyətini, yəni 
sorğu-suala məruz qalacağınızı anlayır və ya düşünürsü-
nüzmü?
2.  Hansına daha həssassınız: hüquqlarınıza, yoxsa və-
zi fələrinizə?


Yüklə 1,07 Mb.

Dostları ilə paylaş:
1   ...   59   60   61   62   63   64   65   66   ...   77




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə