Altay cəMİl V ciLD



Yüklə 1,07 Mb.
Pdf görüntüsü
səhifə59/77
tarix01.09.2018
ölçüsü1,07 Mb.
#66107
1   ...   55   56   57   58   59   60   61   62   ...   77

231
“Lə ilah” hikmətinə “illa Allah” xətmi gərək
Var cavab hər suala, dəlil, isbat zikrdədir.
Ey dil, haqq söyləmədikcə nə çörək, nə kəlmə kəs
Rəbbin Haqqın Özüdür, haqqa isnad zikrdədir.
Uca Rəbbimizin Öz qullarından zikrdə zəiflik göstərmə-
məyi istəməsi qulun təyinatından, qulluğun mahiyyətindən 
doğur. İnsan yalnız yeganə Allahın qulu olmaq, qulluğun-
da durmaq, başqa sözlə, ancaq Onu tanımaq üçün yaradıl-
mışdır.
“Mən gizli bir xəzinə idim, tanınmaq istədim, buna görə 
də məxluqatı yaratdım” (Hədisi-qüdsi).
Allahı  tanıma  mərifətdir,  ariflərdən  olmaq,  qafillərdən 
olmamaqdır. Zikrdə səhlənkarlıq edən mərifət əhli ola bil-
məz. Ariflər  sultanı  kimi  bilinən  Bəyazid  Bistami  həz rət-
lə rindən  “Arifin  əlaməti  nədir?”  deyə  soruşdular.  “Onun 
zikrində  zəiflik  göstərməmək,  Onun  haqqından  usanma-
maq və Ondan başqasıyla ünsiyyət etməməkdir” deyə ca-
vab verdi.
Allah gerçək ağıl sahiblərinə zikrsiz keçirə biləcəkləri bir 
zaman tanımadı. Hər cür durumda anılmasını istədi.
“Onlar (ulul­əlbab) ayaqdaykən, oturarkən və uzanarkən 
Allahı anarlar...” (Ali-İmran, 191)
Nəfsini bilən, özünü tanıyan kimsə daim Allahın nəzə-
rin də  olmaq  istər.  Çünki  Rəbbi  kimdən  nəzərini  götürsə, 
o qul nəfsi və şeytanıyla baş-başa buraxılmış olar. Belə bir 
təhlükə isə zikrdən yayınanların başı üzərindədir.
“Kim Rəhmanın zikrindən yayınarsa, ona şeytanı mü­
səllət edərik və ona yaxın olar. Onlar (şeytanlar) da bunla-


232
rı azdırar. Bunlar isə düz yolda olduqlarını zənn edərlər” 
(əz-Zuxruf, 36-37).
Allahın rəhmət nəzərindən bir an da olsa məhrum qal-
maq  istəməyən  qul  bu  nəzarəti  bir  an  belə  unutmamalı, 
daim  Rəbbinin  ona  baxdığını  düşünərək  davranmalıdır. 
Allah Rəsulunun (salləllahu əleyhi və səlləm) çox etdiyi dua-
larından biri beləydi:
“Allahım, göz açıb qırpıncaya qədər də olsa, məni nəf si-
mlə baş-başa buraxma.”
Allahı  unudanı  Allah  da  unudar.  O,  zikr  əhlini,  Onu 
yaddan çıxarmayanları Özündən başqasına həvalə etməz.
“Məni anın ki, Mən də sizi anım!...” (əl-Bəqərə, 152)
Öncədən qeyd etdiyimiz kimi “Məni zikr etməkdə zə ifl  ik 
göstərməyin”  ayəsi  Hz.Musa  (əleyhissalam)  ilə  Hz.Ha ru nun 
(əleyhissalam)  Fironun  yanına  göndərilməsi  ilə  əlaqə dardır. 
Bundan sonrası Quranda belə təsvir olunur: 
“Onlar: “Ey Rəbbimiz! Fironun bizə şiddətli cəza ver­
məsindən  və  ya  azğınlaşıb  həddini  aşmasından  qorxu­
ruq”  dedilər.  (Allah)  buyurdu:  “Qorxmayın,  Mən  də 
sizin lə yəm. Eşidirəm və görürəm” (Ta ha, 45-46).
İBRƏT  Hatəm  əl  Əsam  həzrətləri  rəvayət  etmişdir: 
“Düşmənlə qarşılaşdıq. Aramızda qaçdı-qovdu oldu.  Biri 
mənə kəmənd atıb məni atdan düşürdü, miniyindən enib 
sinəmə  oturdu  və  bu  gur  saqqalımdan  tutaraq  boğazımı 
kəsmək üçün cibindən bir bıçaq çıxartdı. Rəbbim Allah haq-
qı üçün qəlbimə heç bir şey gəlmədi, hətta bıçağı boğazıma 
dayadığı zaman da sakitdim. Ağlım ancaq Rəbbimdəydi, 
mənə nə təqdir etdiyinə baxırdım. “İlahi, məni boğazlama-
sını təqdir etmisənsə, başım, gözüm üstə, mən Sənə aidəm 
və Sənin mülkünəm” dedim.
Rəbbimə belə səslənirkən, bir müsəlman bu rəqibimə bir 
ox atdı, ox boğazına saplandı. Üzərimdən düşdü, mən də 


233
qalxıb onun üzərinə çıxdım. Bıçağı əlindən alıb onu boğaz-
ladım.  Odur  ki,  qəlbləriniz  daim  Rəbbinizlə  olmalıdır  ki, 
ataların və anaların görmədiyi əcaibləri görəsiniz.”
Anlamaq aləmləri, Allahı anmaqla olur
Allahdan başqa nə varsa, onu danmaqla olur.
Haqq Günün gündüz çağı insan işıq istəyəcək
Zikr nurdur, zulumat nurdan yayınmaqla olur.
Bilsə vaxt qədrini qul, quşlar kimi ruzilənər
Quşdan bu, gec yatıb ondan tez oyanmaqla olur.
Quş daha uçmayırsa, tamamlanıb rizqi demək
Həyatı uçanların hər zilə qonmaqla olur.
Önə və ənginlərə - yoxdu qulun başqa yolu
Din geri qalmamaqdı, ölüm dayanmaqla olur.
qədər bilsə də qul, etməz elm əqli əvəz
Elm öyrənmək ilə, mərifət qanmaqla olur.
Könül, Haqdan savayı hər düşüncə cənabətdir
Bir könül qüslü ver, bu, sanma yuyunmaqla olur.
İslamın müsəlmanlar qarşısında qoyduğu digər mühüm 
bir vəzifə Allah yolunda cihaddır. Haqq Təala bu vəzifənin 
xüsusi önəmini, qəzavat və şəhadətin nə qədər xeyirli oldu-
ğunu ayrı-ayrı ayələrdə dönə-dönə vurğulamış, bu yolda 
möminlərin əsla zəiflik göstərməməsini istəmişdir.
“Kafir  qövmü  təqib  etmədə  zəiflik  göstərməyin”  (ən-
Nisa, 104).
“İstər  yüngül,  istər  ağır  olaraq  hamınız  savaşa  çıxın, 
mallarınızla  və  canlarınızla  Allah  yolunda  cihad  edin. 
Bilsəniz, bu sizin üçün nə qədər xeyirlidir” (ət-Tövbə, 41).


234
“Allah malları və canlarıyla cihad edənlərin dərəcələrini 
evdə oturanlardan üstün etmişdir” (ən-Nisa, 95).
Səhlənkarlıq  hər  sahədə  pisdir,  təhlükədən  xali  deyil. 
Lakin  hərbdə  bu  təhlükə  qat-qat  artır.  Uhud  savaşında 
düşmənin  arxadan  hücumunu  önləmək  üçün  qoyulmuş 
oxçular Rəsulullahın (salləllahu əleyhi və səlləm) əmrini poza-
raq döyüş mövqelərini tərk etdiklərinə görə müsəlmanların 
qələbəsiylə  başlayan  savaş  onların  nisbi  məğlubiyyətilə 
nəticələndi.  Ona  görə  nisbi  deyirik  ki,  70  şəhid  bahasına 
başa gəlsə də, bu məğlubiyyətdə böyük mənəvi qələbə, yəni 
ibrətlər, dərslər vardı. Elə dərslər ki, onları başqa şəraitdə 
almaq mümkün olmazdı.
“İnsanlar imtahan edilmədən, sadəcə, “iman gətirdik” 
de məklə sərbəst buraxılacaqlarınımı sandılar?” (əl-Ənkə-
but, 2)
Cihad əmrilə bağlı ən ibrətamiz imtahanlardan biri Tə-
buk  savaşına  getməyib  evdə  qalan  üç  möminin  haqqın-
dadır.  Bunlar  Kəb  ibn  Malik,  Rəbi  əl-Amri  və  Hilal  ibn 
Umeyyədir. Allah hər üçündən razı olsun.
“Həmçinin  (Təbuk  savaşından)  geri  qalmış  üç  nəfərin 
də. Belə ki, dünya onlara dar olmuş, ürəkləri təngə gəlib 
sıxılmışdı.  Onlar  Allahdan  yalnız  Onun  Özünə  sığın-
mağın  mümkün  olduğunu  başa  düşdülər.  Allah  tövbə 
etmələri üçün onlara tövbə nəsib etdi. Şübhəsiz ki, Allah 
Təvvabdır, Rəhimdir” (ət-Töbə, 118).
İslamda səhlənkarlığa münasibətin nə qədər düşündürü-
cü olduğunu xatırlatmaq üçün Kəb ibn Malikin rəvayətini, 
uzun olsa da, ixtisarla burda verməyi münasib saydıq.
İBRƏT “Rəsulullah (salləllahu əleyhi və səlləm) bu döyüşə 
meyvələrin yetişdiyi və kölgələrin xoş olduğu isti bir payız 


Yüklə 1,07 Mb.

Dostları ilə paylaş:
1   ...   55   56   57   58   59   60   61   62   ...   77




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə