Altay cəMİl V ciLD



Yüklə 1,07 Mb.
Pdf görüntüsü
səhifə56/77
tarix01.09.2018
ölçüsü1,07 Mb.
#66107
1   ...   52   53   54   55   56   57   58   59   ...   77

219
Bir həqiqətdi qula cismi, canı Rəbbi verir
Bəs niyə özgəsinə ya özünə heyran olur?
Sənə üz versə bəla, ey könül, ah-vay eləmə
“Ah” edərsən, bu giley, “vay” edərsən üsyan olur.
Bom-boz səhradı cahan, baxsan onun iç üzünə
Cənnət etsən də onu, əhli, ilan-çiyan olur.
Baxıram ins və cinin halinə, heyrət edirəm
Çünki şeytan adam olmur da, adam şeytan olur.
Din böyüklərimiz hər hallarında ədəb üzrə idilər. Hətta, 
başqa  xəstələrə  sağalmaları  üçün  dua  etsələr  də,  özləri 
xəstələndikləri zaman Allahdan şəfa diləməz, bunu ədəbə 
uyğun saymazdılar. Çünki xəstələndirənin Kim olduğunu 
yaxşı bilirdilər. Bir Hədisi-qüdsidə buyuruldu:
“Mömin qulumu imtahan etdiyim zaman, onu ziyarətə 
gələnlərə, qulum Məndən şikayət etməzsə, Mən o quluma 
afiyət verərəm. Onun ətini daha xeyirli bir ətə və qanını da 
daha xeyirli bir qana çevirərəm.”
İBRƏT  Rəvayət  olunur  ki,  Cüneyd  həzrətlərini  ölüm 
xəs təliyi zamanında insanlar daha çox ziyarət edir və hüzu-
rundan ayrılarkən onun üçün Allahdan şəfa diləyirlərmiş. 
Rəbbinə  qovuşmağı  arzu  edən  Cüneyd  həzrətləri  şəfa 
diləklərini eşidərək buyurdu:
“Mən sizə belə bir şeymi əmr etdim? Allah ilə bərabər 
olmaq istəyənə bu ədəb əskikliyi nədəndir?”
Bu dünya qəbrə qədər, ey qul, sınaq dünyasıdır
O dünya ya mükafat, ya da qınaq dünyasıdır.
Rəbbinə tələsməyən şeytanına yoldaş olur
Tələsən yaxşı bilir, zirək, qıvraq dünyasıdır.


220
Kefindən qalmayana o dünyası qaynar ocaq
Zikrindən qalmayana isti qucaq dünyasıdır.
Sınaqdan anlamayan axur sanar yer üzünü
Sınaqdan anlayana iftar, imsaq dünyasıdır.
Qəbrə hər qul gedəcək, sadəcə, yol fərqləri var
Getmə dünya yolunu, quldur-qaçaq dünyasıdı.
Maddi  durumu  ürəkaçan  olmayan  yaxud  umduğu  şə-
raiti qura bilməyən kimsələrin əsas gileyi, şübhəsiz ki, gün-
güzərandandır. Nə sağlamlıqları buna mane ola bilir, nə də 
xəstəlikləri.
İBRƏT Yunus ibn Ubeyd həzrətlərinin yanına bir adam 
gələrək halının darlığından, dolanışıq sıxıntılarından şika-
yət etdi və üzüldüyünü, usandığını açıqladı.
Həzrətlə onun arasında belə bir söhbət keçdi:
– Sənə hər şeyi göstərən gözünü verib əvəzinə yüz min 
dirhəm almağa razı olarsanmı?
– Xeyr!
– Bütün səsləri sənə eşitdirən qulağının əvəzinə yüz min 
dirhəmə razı olarsanmı?
– Xeyr!
– Hər şeyi onunla düşündüyün ağlının əvəzinə yüz min 
dirhəmə razı olarsanmı?
– Xeyr!
– İki əlinin əvəzinə yüz min dirhəmə razı olarsanmı?
– Xeyr!
Yunus  ibn  Ubeyd  digər  ilahi  nemətləri  də  xatırladıb 
“Xeyr” cavabını aldıqda o adama buyurdu: “Səndə yüz min-
lərin olduğunu görürəm, sən isə ehtiyacdan bəhs edirsən.”
Malını artıranlar itkisindən xəbərdarmı?
İtki və qazancını səhv salanlar xiridarmı?


221
Nəfsinə müti deyil, müxalif və mucahid ol
Müxalif olmayanlar, şah da olsa, iqtidarmı?
Tərki-dünya bulunan mülkünü Cənnətdə qurar
Əhli dünya olana ərzi versən, mülkədarmı?
İynə üstə, qılınc altda oturan kimsədi şah
Taxtdamı taxt hərisi, tac düşkünü tacidarmı?
Çox xətalar yaşadıq, xəyanətdən xəbisi yox
Xaliqə xain olan, ey qul, xalqa vəfadarmı?
Ehtiyacdan  artığını  paylayana  zənginlik  yoxsulluqdan, 
ehtiyacdan  artığını  toplayana  yoxsulluq  zənginlikdən 
daha xeyirlidir. Fağırlar arasında bunu düşünənlər düşü-
nül düyündən  də  azdır.  Lakin Allah  bu  dünyada  hamıya 
mərhəmətlidir. Öz qullarının hallarına acıyaraq, xeyirlərini 
özlərindən  çox  istəyərək  hər  kəslə  qəlb  durumuna  görə 
rəftar  edir.  Buna  görə  də  ruzi  bölgüsünü,  yəni  qisməti 
bəndələrin ixtiyarına verməmişdir. Bölgüdən narazı olan-
lar  böləni,  qismət  Sahibini  unudanlar  yaxud  xatırlamaq 
istəməyənlərdir. Hədisi-qüdsidə buyuruldu:
“Ey Adəm oğlu! Nə zamana qədər Məndən şikayət edərək 
qəza və qədərinə qəzəblənib duracaqsan? Halbuki qədərində 
yazılan şeylər sənin üçün daha xeyirlidir.”
“Ey  Adəm  oğlu!  Ruzin  Allahdan  olduğu  halda  sənin 
üzüntü  çəkməyin  yersizdir.  Fəqirlərə  verdiyin  şeylərin 
əvəzində Allah daha çoxunu verdiyi halda nədən xəsislik 
edirsən? Hər şey Mənim qəza və qədərimlə olduğuna görə 
nədən fəryad edib durursan?”
“Ey Adəm oğlu! Vəd etdiyim şeylərə inanman gərəkdir. 
Çünki Mən sənin ruzini başqasına yedirmərəm. Mən səndən 
üz çevirmədən öncə, sən dünyadan üz çevir.”
“Ey  Adəm  oğlu!  Qədərinin  sənə  vermədiyi  bir  şeyi 
Məndən istəyərək özünü yorma. Qədərin sənə qismət etdiyi 
şeylər isə səni arayıb tapar. Sən də ona qovuşarsan.”


222
“Mənim  böldüyüm  ruziyə  razı  olan  kimsələrin  ruzisi-
ni bərəkətli edərəm. O, dünyanı istəməsə belə, dünya onun 
ayaqları altına sərilər.”
İBRƏT  Bəyazid  Bistami  həzrətlərinə  dedilər:  “Sənin 
ruzi üçün çalışdığını görmürük. Başqalarından da bir şey 
götürmürsən. Məişətin haradan təmin olunur?”
Həzrət buyurdu: “Mənim Mövlam donuzun da, köpəyin 
də ruzisini verir. Bəyazidi ac buraxacağınımı sanırsan?”
* * *
Bir gün Şibli həzrətləri yolda bir qoz üstə dalaşan uşaq-
lar  gördü.  Qozu  əlinə  alıb:  “Səbir  edin,  bu  qozu  sizə  bö-
lüm” dedi. Qozu sındıranda içi boş çıxdı. Gizli bir səs eşitdi: 
“Əgər təqsim edən (bölən) və qismət paylaşdıran birisənsə, 
buyur, bunu da böl.”
O zaman Şibli boyurdu: “Sən demə bütün dava içi boş 
bir qoz üçünmüş. Təqsim etmək də bir heç üçünmüş.”
* * *
Bayram  gəlmiş,  Əbdussaməd  ibn  Ömər  həzrətlərinin 
evində isə yeməyə bir şey yoxdu. Bir adam bir neçə dirhəm 
gətirərək “bunları al” dedi.
Həzrət buyurdu: “Ey kimsə, bu gün məni burax, qoy fa-
ğırlığın dadını çıxarım, zənginlər zənginliyin dadını çıxar-
dığı kimi. Fağırlığın əzabında ayrı bir ləzzət vardır.”
Söylə, Adəm balası, şəkkə düşən sapar, sapmaz?
Ruzin Allahdan isə, sahibini tapar, tapmaz?
Kimsənin qismətini kimsə yeməz, Bölən Odur
Bəşər olsaydı bölən, haqq Qiyamət qopar, qopmaz?
“Əl-fəqrü fəxri” deyən qul nəbinin ümmətiyik
Sünnəyə sadiq olan, fəxri işi yapar, yapmaz?
Şükür et, Adəm oğlu, şəkk və şikayət eləmə
Şeytan baş şikarını-naşükürü qapar, qapmaz?


Yüklə 1,07 Mb.

Dostları ilə paylaş:
1   ...   52   53   54   55   56   57   58   59   ...   77




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə