211
10. ŞİKAYƏT
“Uf” da demə!” (əl-İsra, 23)
Şikayət, dilimizin izahlı lüğətində “Öz halından və ya
başına gələn bir dərd və acıdan ah-zar etmə; məm nuniy-
yət sizliyini izhar etmə; giley” kimi anladılır. Dinimizdə,
təbii ki, qəza-qədəri də içinə almaqla daha geniş mənaları
ifadə edir.
Bu mənəvi mərəzə tutulmayan, demək olar ki, yoxdur.
Çünki cəmiyyət onu ciddi bir nöqsan yaxud ayıb saymır
və istər ictimai, istər qeyri-ictimai yerdə asanlıqla biruzə
verilə bilir. Halbuki düşünənlər üçün düşünüldüyündən
qat-qat ciddi çatışmazlıqdır. Təkcə onu demək kifayətdir
ki, şikayətçi, adətən, özünü daha məzlum, yazıq, üstəlik
də haqlı göstərmək üçün durumunu, başına gələni, habelə
gətirəni təsvir edərkən şişirtmələrsiz keçinməyi, tam səmi-
mi və adil olmağı bacarmır yaxud istəmir. Bu isə yalan,
qeybət, böhtan, qərəz kimi bir çox qəlb xəstəliklərinə mün-
bit şərait yaradır.
Şikayət hamının etdiyi bir şey olsa da, hər kəsin etməli
olduğu bir şey deyil. Bəzən üzrlü sayılsa da, gözəl hesab
edilməz. Gözəl olan, şikayət etməməkdir.
HƏDİS Həbbab ibn Ərət (radiyallahu ənh) rəvayət et-
mişdir: “Rəsulullah (salləllahu əleyhi və səlləm) Kəbənin köl-
gəsində oturarkən, gəlib (müşriklərin müsəlmanlara etdik-
lərindən) şikayətdə bulunduq: “Bizə yardım etmir sənmi,
bizə dua etmirsənmi?” dedik.
Bu cavabı verdi: “Sizdən öncə elələri vardı ki, biri yaxa-
lanır, onun üçün hazırlanan çuxura qoyulur, sonra gətirilən
bir mişar ilə başının ortasından ikiyə bölünürdü. Bəzisi
vardı, dəmir daraqlarla daranır, vücudunda ancaq ət və
sümük qalırdı. Bu işgəncələr onları dinindən döndərə bil-
mirdi. Allaha and olsun ki, Allah bu Dini tamamlayacaq-
212
dır. Belə ki, bir yolçu dəvəsinə minib Sənadan Hədramauta
qədər gedəcək, Allahdan başqa heç bir şeydən qorxmaya-
caq, qoyunu üçün də yalnız qurddan ehtiyat edəcək. Ancaq
siz tələsirsiniz.”
Nəfsini bilsə kişi, yaddan şikayət eləməz
Rəbbini bilsə kişi, ayrı hekayət eləməz.
Allahın bildiyi var, bilmədiyi yoxdu, könül
Bilənə bilinəni arif rəvayət eləməz.
Xalqa qarşı gələn öz qarşısında Haqqı görər
Haqqa qarşı gələni Rəbbi hidayət eləməz.
Zəngin o quldu o dünyada nəfsi, nəsibi var
Çünki bu dünya ona əsla kifayət eləməz.
Cahilin cahili o kimsədi bilməz, eləyər
Alimin cahilisə bilər, riayət eləməz.
Rizqinə razı düşən hər iki dünyada udar
Hər şeyə qane olub şükrə qənaət eləməz.
Qədərin vermədiyi bir şeyi, ey qul, diləmə
Qulluğa qəbul olan böylə cinayət eləməz.
Şikayətin iki hədəfi, iki də ünvanı vardır. Hədəflər kim-
disə, ünvanlar da odur. Yəni ya Alahdan və insandan şika-
yət edilər, ya da Allaha və insana şikayət olunar. Adəm
oğlu başına gələnlərdən xoşlanmayıb sızlanırsa qədərindən
gileylənmiş olur. Qədərdən şikayət isə, təqdir edəndən,
yəni Allahdan şikayətdir. Başqasının belə bir səlahiyyət və
qabiliyyəti yoxdur.
“Yer üzündə baş verən və sizin başınıza gələn elə bir
müsibət yoxdur ki, Biz onu yaratmazdan öncə bir Kitab-
213
da yazılmış olmasın. Şübhəsiz ki, bu Allaha görə asan-
dır! Bu, əlinizdən çıxana üzülməməyiniz və sizə verilənə
fərəhlənib qürrələnməməyiniz üçündür” (əl-Hədis, 22-23).
İnsanın mənəvi dərəcələri artdıqca şikayətləri azalır.
Əks təqdirdə, dərəcələr artmaz. Bu baxımdan bəzi şikayət
növlərini bu cür sıralamaq olar: 1) Allahdan (qədərdən)
Allaha şikayət; 2) Allahdan (qədərdən) insana şikayət; 3)
İnsandan Allaha şikayət; 4) İnsandan insana şikayət; 5)
Sadəcə və gizlicə Allaha şikayət; 6) Özü-özünə deyinmək.
Bunlardan ən məqbul sayılanı beşinci, yəni heç kimdən
və heç nədən şikayətçi olmayıb sadəcə və gizlicə Allaha
olandır və yalnız ariflərə məxsusdur. Başqaları buna tab
gətirməz. Çünki Hz.Yəqub (əleyhissalam) oğlu Hz.Yusifin
(əleyhissalam) uzanan ayrılığı ilə bağlı övladlarına buyurdu:
“Mən kədərimi, hüznümü yalnız Allaha şikayət edirəm
və Allahdan sizin bilmədiyiniz şeyləri bilirəm” (Yusuf, 86).
Səbir mücəssəməsi Hz.Əyyub da (əleyhissalam) ona üz
verən xəstəliyin son nöqtəsinə çatanda Rəbbinə belə niyaz
etdi:
“Mənə zərər toxundu. Sən isə mərhəmətlilərin ən
mərhəmətlisisən.” Biz də duasını qəbul edib ona toxunan
zərəri götürdük” (əl-Ənbiya, 83-84).
Sadəcə, Allahın Özünə şikayət gizli edilmirsə, aşkarda,
insanların eşidəcəyi şəkildə olursa bu, Allahdan insan lara
şikayət kimidir. Zatən Haqq Təala Hz.Əyyubun (əleyhis-
salam) duasını Öz Kitabında bildirməsəydi, Qiya mətə qədər
gizli qalacaqdı. Qula bir müsibət üz verdiyi zaman aşkar-
da, elə gizlində də onun edə biləcəyi ən yaxşı iş Qurana və
sünnəyə uymaqdır. Bir Hədisi-qüdsidə buyuruldu:
“Bir müsibət üz verdikdə “İnna lillahi və inna iləyhi
raciun (Həqiqətən, Allaha məxsusuq və Ona dönəcəyik)”
ayətini oxu.”
214
Bəlalar Allahın izniylə baş verdiyi üçün aradan qaldırıl-
ması da vaxtı yetişəndə Onun izniylə olur. Şikayətlərlə o
vaxt qabağa çəkilməz. Tələsənlər, səbirsizlik göstərənlər,
sadəcə, özlərini əcirdən, ilahi mükafatdan məhrum edə
bilərlər.
“Əgər Allah sənə bir zərər toxundursa, Özündən başqa
heç kəs onu səndən sovuşdura bilməz...” (Yunus, 107)
İBRƏT Ariflərdən Ömər Öngüt həzrətləri rəvayət edir:
“Bir dəfə Mədineyi-Münəvvərədə bulunurduq. Üzəri miz də
böyük bir ibtila (bəlayla imtahan) vardı. Bu sıxıntı əs na sında
böyük bir ehsanla da mükafatlandırıldıq. Qeyri-ixtiyari: “Bu
ibtila götürülsəydi” dedik. “O zaman verdiyimiz mükafatı
da geri alaq” nidası gəldi. “Yox, o qalsın” dedik. “Eləysə, o
da qalsın” buyuruldu.
Biz də sükut etdik. O mükafatın getməməsi üçün o anda
ən şiddətli ibtilaya razı olduq.”
Səndə, ey dil, görürəm şikayətə ehtiras var
Halbuki hər gileydə Allaha bir etiraz var.
Təqdirə təslim olan tədbirini təmin edib
Əks təqdirdə qula nə mükafat, nə miras var.
Hər iş Allah qatında baxt ilə yox, vaxt ilədir
Vəd tamam olmayınca nə nəzir var, nə niyaz var.
Qul əgər bilsə idi feyzini səbrin, şükürün
Görərdin hər qəm üçün neçə xahiş, iltimas var.
Din müsibətdədir əslində, mükafatda deyil
Bu gün dərdə dözənə sabah nə iş, nə iflas var.
Bir qara xaldı günah, qəlbdən onu bəla silər
Hər bəla bir təqdirdi, hər qədərdə bir xilas var.
Dostları ilə paylaş: |