Altay cəMİl V ciLD


“Sən buna güc yetirə bilməzsən. Beytul-Məqdisin



Yüklə 1,07 Mb.
Pdf görüntüsü
səhifə52/77
tarix01.09.2018
ölçüsü1,07 Mb.
#66107
1   ...   48   49   50   51   52   53   54   55   ...   77

204
və səlləm)“Sən buna güc yetirə bilməzsən. Beytul-Məqdisin 
şamları  üçün  yağ  göndər.  Oraya  getmiş  kimi  olarsan” 
buyurur. Hz.Meymunə də bu məqsədlə hər il Qüdsə pul 
göndərərdi.
Nəfs üçün intiqamdan möminləri ən çox çəkindirən Allah 
Təala Özüdür. İfk hadisəsində Hz.Aişəyə (radiyallahu-ənhə) 
atılan iftiranı yayanlardan biri də öz qohumu Mistah idi. 
İmkansız  olduğundan  Hz.Əbu  Bəkr  (radiyallahu  ənh)  ona 
yardım edərdi. Bu suçundan dolayı: “Qızım Aişəyə yapı-
lan bu iftiranı yaydıqdan sonra, vallahi, Mistaha daha heç 
bir  şey  verməyəcəyəm”  deyib  and  içdi.  Fəqət  “ən-Nur” 
surəsinin 22-ci ayəsi enərək Hz.Əbu Bəkrə və onun timsa-
lında bütün möminlərə buyuruldu:
“Aranızda fəzilət və sərvət sahibi olanlar qohumlarına, 
fağırlara və Allah yolunda hicrət edənlərə yardımda bu-
lunmayacaqlarına and içməsinlər. Əfv edib vaz keçsinlər! 
Allahın sizi bağışlamasını istəmirsinizmi? Allah çox ba-
ğışlayandır, rəhm edəndir” (ən-Nur, 22).
Rəsulullah (salləllahu əleyhi və səlləm) bu ayəni oxuyanda 
Hz.Əbu  Bəkr:  “Vallahi,  mən Allahın  məni  bağışlamasını, 
əlbəttə, istəyirəm. And içirəm ki, artıq ona etdiyim yardı-
mı heç bir zaman kəsməyəcəyəm” deyərək öncəki andının 
kəffarəsini ödədi.
Ey insan, nəfsini bil, gerçəkmisən, kölgəmisən?
Əslini, əksini bil, könülmüsən, gövdəmisən?
Səltənət hər sifətə, siyasətə meyil salar
Hər nəfs bir dövlətdir, qamçımısan, kökəmisən?
Nəfsinə kölə olan Rəbbinə qul olurmu heç?
Haqla ya xalqlamısan, qulmusan ya köləmisən?
Hamı məsum doğulub günah yığır qəbrə qədər
Saçın ağ, saqqalın ağ, ahılmısan, körpəmisən?


205
Ey könül, mömin isən, nəfsini imana gətir
Əski adət bu idi, tazəmisən, köhnəmisən?
Allah zalimi, zorbanı zəif, aciz düşürüb zəifə, məzluma 
güc və qüdrət verəndir. Lakin bu, təkcə ədaləti deyil, həm 
də və daha çox haqqı bərpa və bərqərar etmək üçündür. 
Çünki Haqq yalnız ədalətdən ibarət deyil. O, ilk növbədə 
qeybə  dair  həqiqətlərdir.  Adəm  oğlu  görmədiklərinə 
gördüklərindən, Allahın vəd etdiklərinə özünün sahib ol-
duqlarından daha çox inanarsa, yer üzündə bir çox zülmlər 
baş verməz yaxud təkrarlanmaz. Məzlumlar qüdrət sahibi 
olandan sonra zalimlərin səhvlərini yeniləyirlərsə, demək, 
haqq  üzrə  deyillər.  Böyük  Gündən,  o  Günün  Sahibindən 
qəflətdədirlər.
İlahi  intiqam  kimi  bəşəri  intiqam  da  həm  dünyada, 
həm  Axirətdə  olur.  Burada  qul  haqqına  girənlərin,  yəni 
incitdikləri  insanların  halallığını  almayanların  Məhşərdə 
qisas olunacağı bir gerçəkdir. Ona görə də ağıllı adam qisa-
sı Qiyamətə saxlamaz. Çünki Axirət ölçüləri tam başqadır.
İBRƏT  Bədr  savaşında  əsir  alınan  müşriklər  arasında 
məşhur  natiq  Suheyl  ibn  Əmr  də  vardı.  Hz.Peyğəmbərin 
(salləllahu əleyhi və səlləm) əleyhinə alovlu nitqlər söylərdi. 
Hz.Ömər  (radiyallahu  ənh)  gələcəkdə  onun  şərindən  qo-
runmaq üçün ön dişlərinin sökülməsini təklif edir. Lakin 
Rəsulullah (salləllahu əleyhi və səlləm) razı olmayıb buyurur:
“Mən bir adama işgəncə versəm, Allah məni, peyğəmbər 
olsam belə, eyni şeyə düçar edər. Ondan əl çək, ya Ömər. 
Umuram ki, gün gələr, sənin razı olduğun bir iş görər.”
HAŞİYƏ Hz.Peyğəmbər (salləllahu əleyhi və səlləm) vəfat 
edərkən  Məkkədə  fitnələr  baş  qaldırır,  iğtişaşlar  elə  bir 
həddə çatır ki, hətta, şəhərin əmiri gizlənməli olur. Bu za-
man artıq İslamı qəbul etmiş Suheyl ibn Əmr qabağa çıxaraq 
bəlağətli nitqiylə camatı sakitləşdirə bilir və Məkkədə asayiş 
bərpa olunur. Hz.Ömər (radiyallahu ənh) bu barədə eşidəndə 


206
Rəsulullahın (salləllahu əleyhi və səlləm) sözlərini xatırlayır və: 
“Şahidlik edirəm ki, sən Allahın Rəsulusan” deyir.
* * *
Rəsulullah  (salləllahu  əleyhi  və  səlləm)  Bədrdə  savaşdan 
əvvəl əlindəki oxla İslam ordusunun səflərini düzəldərkən 
Səvad  ibn  Qəziyyənin  (radiyallahu  ənh)  qabağa  çıxdığını 
gördü.  Oxla  onun  qarnına  toxunaraq  səfə  keçməsini  bu-
yurdu. Səvad: “Ya Rəsulallah, canımı ağrıtdın. Şübhəsiz ki, 
Allah səni haqq ilə göndərdi. Elə isə qias almağıma icazə 
ver” dedi.
Rəsulullah (salləllahu əleyhi və səlləm) qarnını açaraq ona 
icazə verdi. Səvad dərhal onun qarnını qucaqlayıb öpdü və 
hərəkətini də belə açıqladı: “Ya Rəsulallah! Sağ qalacağım-
dan əmin deyiləm. Sənə son təmasımın dərimi sənin dərinə 
toxundurmaq olmasını istədim.”
* * *
Taif  mühasirəsindən  qayıdarkən  Rəsulullah  (salləllahu 
əleyhi  və  səlləm)  mindiyi  dəvəni  hərdən  qamçılayır  və  bu 
zaman zərbə tərkindəki Əbu Zürə əl-Cühəniyə (radiyallahu 
ənh) dəyirdi. Bir ara durumun fərqinə vararaq dönüb baxdı 
və: “Yoxsa qamçı sənə dəyir?” – deyə soruşdu.
Əbu Zürə “Bəli” söyləyərək əhəmiyyətsiz olduğunu bil-
dirdi. Lakin Rəsulullah (salləllahu əleyhi və səlləm) mənzil ba-
şına çatan kimi ona bəxşişdə bulundu.
* * *
Rəsulullah (salləllahu əleyhi və səlləm) mübarək ömrünün 
son günlərində xəstəlikdən çox iztirab çəkir, bəzən nəinki 
danışmaq, hətta yemək-içmək üçün də ağzını aça bilmirdi. 
Ailə üzvlərindən bəziləri ağzının kənarından ona dərman 
içirtmək istədilər. Ancaq o, işarələrlə buna mane oldu.
Lakin  onlar  onun  bezginliyini  bildirmək  istədiyini 
düşünərək dərmanı içirtdilər. Rəsulullah (salləllahu əleyhi və 


Yüklə 1,07 Mb.

Dostları ilə paylaş:
1   ...   48   49   50   51   52   53   54   55   ...   77




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə