Altay cəMİl V ciLD



Yüklə 1,07 Mb.
Pdf görüntüsü
səhifə60/77
tarix01.09.2018
ölçüsü1,07 Mb.
#66107
1   ...   56   57   58   59   60   61   62   63   ...   77

235
günü çıxmışdı. Mən də bu qəzvəyə çıxmağa çox istəkli idim. 
Rəsulullah  (salləllahu  əleyhi  və  səlləm)  və  onunla  birlikdə 
müsəlmanlar hazırlandılar. Mən də hazırlıq görmək üçün 
səhər evdən çıxır, amma heç bir şey etmədən geri dönür-
düm. Öz-özümə: “Hazırlığı sonra da edə bilərəm” deyir-
dim. Bu durum beləcə davam etdi... Sonunda ordu getdi, 
nəticədə bu qəzvə əlimdən çıxdı.
Rəsulullahın (salləllahu əleyhi və səlləm) Təbukdan qayıt-
dığı xəbərini eşidəndə mənə üzüntü gəldi. Yalan söyləməyi 
düşünməyə,  sabah  onun  qəzəbindən  nə  cür  qurtula 
biləcəyimi  götür-qoy  etməyə  başladım.  Sonda  həqiqəti 
(səhlənkarlıq  üzündən  yürüşə  çıxmadığımı)  söyləməyə 
qərar verdim.
Savaşa qatılmayanlar ona yaxınlaşdı və and içib savaş-
dan geri qalmalarının üzrünü anlatmağa başladılar. Bunlar 
səksəndən artıq idilər... Nəhayət mən də yaxınlaşıb salam 
verdim. Qızğın bir əda ilə gülümsədi, sonra: “Səni qəzvəyə 
qatılmağa qoymayan şey nədir? Miniyini almamışdınmı?” 
buyurdu.
Mən: “Allaha and olsun ki, heç bir üzrüm yoxdu. Allaha 
and olsun ki, səninlə getmədiyim zamankı halımdan daha 
güclü və zəngin əsla olmamışdım” dedim. Bunun üzərinə 
Rəsulullah  (salləllahu  əleyhi  və  səlləm):  “Baxın,  bu  doğru 
söylədi, Allah sənin haqqında hökm verənə qədər qalx, get” 
buyurdu.
Qalxıb  getdim,  Sələmə  oğullarından  bəzi  kimsələr  ar-
xamca gəldilər... Onlardan: “Bu durumla qarşılaşan mənim 
kimi  başqa  birisi  varmıdır?”  deyə  soruşdum.  Onlar  da: 
“Bəli, iki nəfər də sənin söylədiyin kimi söylədi, onlara da 
sənə söylənənlər söyləndi” dedilər... Bunlar örnək alınacaq 
fəzilətləri olan saleh kimsələrdi.
Rəsulullah (salləllahu əleyhi və səlləm) savaşa qatılmayan-
lar arasından bu üç nəfərlə danışmağı yasaqladı. Bununla 
əlaqədar xalq bizdən qaçdı, bizə qarşı davranışları dəyişdi. 
Bu  şəkildə  əlli  gün  qaldıq.  Bu  müddətdə  o  iki  yoldaşım 


236
olanlara boyun əyib evlərində ağlayaraq oturdular. Amma 
mən onların ən gənci və dözümlüsü idim. Dışarı çıxır, na-
maza qatılır, bazarlarda dolaşırdım. Heç kim mənimlə da-
nışmazdı...  Nəticədə  insanların  məndən  əlaqəni  kəsməsi 
uzun müddət davam edincə gedib Əbu Katadənin bağçası-
nın divarına dırmaşıb aşdım. Əbu Katadə əmim oğlu olub 
ən sevdiyim kimsə idi. Salam verdim, vallahi salamımı al-
madı...  gözlərimdən  yaşlar  boşaldı.  Geri  dönüb  divardan 
aşıb çıxdım...
Rəsulullahın (salləllahu əleyhi və səlləm) elçisi yanıma gəldi 
və: “Rəsulullah xanımından ayrılmağını əmr edir” söylədi. 
Mən: “Onu boşayımmı, yoxsa nə edim?” deyə soruşdum. 
O da: “Xeyr, boşama. Fəqət ondan ayrı dur, ona yaxınlaş-
ma” buyurdu. İki yoldaşıma da eyni xəbəri göndərdi. Xanı-
mıma: “Ailənin yanına get və Allah bu məsələdə hökmünü 
verənə qədər onların yanında qal” dedim...
Nəhayət, Rəsulullahın (salləllahu əleyhi və səlləm) bizimlə 
danışmağı yasaqlamasından bu yana əlli gecə tamam oldu. 
Əllinci  gecənin  sabah  namazını  evlərimizdən  birinin  da-
mında  qıldım.  Allahın  (Tövbə  surəsinin  118-ci  ayəsində) 
buyurduğu kimi yer üzü bütün genişliyinə rəğmən mənə 
dar  gəlmiş,  ruhum  daralmış  bir  halda  otururdum.  Bu  sı-
rada Səl dağına çıxmış bir kimsənin var gücüylə: “Ey Kəb 
ibn Malik, sevin, müjdə!” deyə bağırdığını eşitdim. Dərhal 
səcdəyə qapandım.
Uca  Allah,  Rəsuluna  “Geri  qalmış  o  üç  nəfərin  də 
tövbələrini  qəbul  etdi...  (Tövbə,  118)  ayəsini  endirmiş-
di.  Vallahi,  Allah  məni  İslama  qovuşdurduqdan  sonra 
Rəsulullaha  (salləllahu  əleyhi  və  səlləm)  qarşı  doğru  söz-
lü  olma  nemətindən  daha  böyük  bir  nemət  mənə  ehsan 
etməmişdir.  Ona  yalan  söyləyib  həlak  olma  durumuna 
düşməmək neməti ən böyük nemətdir.”
Səni ilk mənbəyə dartmırsa sonun, tövbə elə
O nə məxluqdu, nə Xaliq, Quranı mənbə elə.


237
Tövbə təkrar doğuşun, təvəllüdün tarixidi
Tövbəsiz illərinin üstündə bir türbə elə.
Səni tənhalığa çəkmirsə həyat, üzrə tələs
Dərd xətib etsə səni, nəfsinə sən xütbə elə.
Təpədən dırnağa hər üzvünü tam təftişə tut
Qurşaqdan həm aşağı, həm yuxarı zərbə elə.
Şeytanın xidmətində hamı komandan kimidi
Rəhmanın qulluğunda qul adını rütbə elə.
Xalqa uymaq ya uyuşmaq yaxını eylər uzaq
Harda Xaliq iləsən, sən o yeri Kəbə elə.
Dinin abidləri, alimləri, arifləri var
Mərifət əhli azdı, arxasında növbə elə.
Allah yolunda cihad vəzifəsi biri kiçik, digəri böyük sa-
yılmaqla ikidir: 1) Allahın düşməninə qarşı; 2) nəfsə qarşı. 
İkincinin  böyüklüyü  ən  azı  ondan  anlaşılır  ki,  düşmənlə 
cihad hərdən baş verdiyi və yalnız sağlam kişilərə aid ol-
duğu halda, nəfslə cihad səhhətindən, yaşından, cinsindən 
asılı  olmayaraq  hər  bir  müsəlmanın  qəbrə  qədər  davam 
edən  öhdəliyidir. Allah  Rəsulu  (salləllahu  əleyhi  və  səlləm) 
buyurdu:
“Həqiqi mücahid Allah üçün nəfsiylə cihad edən şəxsdir.”
Qeyd edək ki, ikincilər birincilərdən, yəni nəfsiylə sava-
şanlar düşmənlə savaşanlardan qat-qat az olur. Çünki nəfsə 
qarşı cihad edənlər istənilən düşmənlə cihada ən azı mənən 
həmişə  hazırdırlar.  Kafirlərlə  savaşanların  isə  hamısı  haq-
qında  eyni  şeyi  söyləmək  çətindir.  Döyüş  meydanlarında 
böyük şücaətlər göstərən nə qədər mücahidlər var ki, nəfsani 
istəklərin qarşısında səhlənkar, aciz və məğlub görünürlər. 
Böyük  cihadı  kiçikdən  daha  az  cazibəli  edən  bir  səbəb  də 
birincidə müxtəlif hərbi qənimətlərin olmamasıdır.


Yüklə 1,07 Mb.

Dostları ilə paylaş:
1   ...   56   57   58   59   60   61   62   63   ...   77




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə