238
Məsələn, mal hərisi yaxud qadın düşkünü olan biri ka-
firlərlə savaşa asanlıqla qatıla bilər, lakin bu ondan hə ris-
liyi, düşkünlüyü əsla götürməz, bunun üçün nəfsə qarşı
mücadilə gərəkdir.
Məsələnin əslinə baxanda cihadın iki deyil, bir oldu-
ğunu görməkdəyik. Yəni düşmənlə savaş nəfslə savaşın
tərkib hissəsidir. Çünki Uca Rəbbimiz Öz yolunda qulları-
nın təkcə canlarından deyil, həm də mallarından keçməsini
istəmişdir. Cihadla bağlı çoxsaylı ayələrdə mal fədakarlığı
ilə can fədakarlığı, demək olar ki, həmişə yanaşı işlənir.
“Yalnız onlar möminlərdir ki, Allaha və Rəsuluna iman
gətirər, sonra şəkkə düşməz və Allah yolunda canları və
malları ilə cihad edərlər” (əl-Hucurat, 15).
“Ey iman edənlər! Sizə elə bir ticarət göstərimmi ki,
acı əzabdan sizi xilas etsin? Allaha və Rəsuluna iman
edin, Allah yolunda mallarınız və canlarınız ilə cihad
edin” (əs-Səff, 10-11).
“Möminlərdən üzrsüz evdə oturanlar və Allah yolun-
da canlarıyla, mallarıyla cihad edənlər eyni deyildir”
(ən-Nisa, 95).
İBRƏT İbn İshaq rəvayət etmişdir: “Əbu Heysəmə (ra-
diyallahu ənh) Allah Rəsulunun (salləllahu əleyhi və səlləm)
rəhbərliyi altında döyüşə (Təbuk qəzvəsinə) getdi. Lakin
bir neçə gün sonra ordudan ayrılıb geri qayıtdı. İsti bir
gündə evinə gəldi. İki xanımını xurma bağlarındakı çar-
daqlar altında gördü. Çardağa su səpib sərinlətmiş, onun
üçün soyuq su və yemək hazırlamışdılar.
Əbu Heysəmə içəri girincə çardağın qapısında dayan-
dı, xanımlarına və onun üçün hazırlanmış dəm-dəstgaha
nəzər saldıqdan sonra: “Allah Rəsulu qızmar günəş altında
və qum fırtınaları içində qalsın, Əbu Heysəmə isə sərin bir
kölgəlikdə hazırlanmış təamlar və gözəl xanımlar arasında
mal-mülkünün başında olsun! Bunu vicdan qəbul etməz.
239
Vallah, heç birinizin çardağına girməyəcək və qayıdıb
Rəsulullaha qoşulacağam! Tez yol azuqəmi hazırlayın!”
dedi.
Xanımları dediyini etdilər. Sonra dəvəsini gətirib yükü-
nü yüklədi, Allah Rəsuluna (salləllahu əleyhi və səlləm) qo-
şulmaq üçün yola çıxdı... Orduya yaxınlaşınca səhabələr:
“Baxın, baxın, qarşıdan bir süvari gəlir” dedilər. Rəsulullah
(salləllahu əleyhi və səlləm): “İnşaallah, Əbu Heysəmədir”
buyurdu.
Səhabələr: “Bəli, ya Rəsulallah, odur. Vallahi, Əbu Hey-
sə mədir!” dedilər.
Əbu Heysəmə dəvəsini çökdürdü, gəlib Peyğəmbərimizə
salam verdi. Allah Rəsulu: “Əbu Heysəmə, az qala həlak
olacaqdın (Axirətini əldən verəcəkdin)” buyurdu. Əbu
Heysəmə də başına gələnləri bir-bir danışdı.
Rəsulullah (salləllahu əleyhi və səlləm) onu təqdir edərək
duada bulundu.”
Elə Mövladı ki, O, ayrılmaq imkansız olur
Ayıran kafir olur, ayrılan imansız olur.
Kafir o kimsədi ki, vəslə ümid saxlamayır
Rəhmətdən ayrı düşür, yəni ki, Rəhmansız olur.
Hər şeyin hicrinə bulmaqdadı bir çarə zaman
Hər şeyin Rəbbi ilə amma bu, dərmansız olur.
Eşq könül söhbətidi, nəfsani bir mövzu deyil
Qıl fəda nəfsi, vüsal, sanma ki, qurbansız olur.
Ey qul, qul Sahibindən zər diləmə, zərrədi bu
Damlaya aşiq olan, axırda ümmansız olur.
Cihad vəzifəsinə səhlənkar, qeyri-ciddi yanaşanlar öz-
lə rini gerçək və ciddi təhlükəyə atanlardır. Bu elə bir
240
təh lükədir ki, elə bir şey qazandırmasa da hər şeydən
həmişəlik məhrum edər. Halbuki cihad tam əksidir, yəni
fani nemətləri əbədi səadətə fəda etməkdir.
“Ey iman edənlər! Allah yolunda öldürülər və ya
ölərsinizsə, Allahın məğfirət və rəhməti onların bütün
topladıqlarından xeyirlidir” (Ali-İmran, 157).
“De: “Əgər atalarınız, oğullarınız, qardaşlarınız, zöv
cələriniz, qohumlarınız, qazandığınız mallar, kasad ol-
masından qorxduğunuz ticarət, xoşladığınız evlər Allah-
dan, Rəsulundan və Onun yolunda cihaddan sevimlidirsə
Allahın əmri gələnədək gözləyin. Allah fasiq qövmü
hidayət etməz” (ət-Tövbə, 14).
Nəfslə mübarizə və müharibə bütövlükdə cihadın ma-
hiy yətini ortaya qoyur, həqiqi düşmənin və düş mən çiliyin
kim və nə olduğunu anladır. Bu mücadiləni verənlər heç
vaxt Din düşmənlərinə uyub Din qardaşlarına güllə atmaz.
Onlar əsil təhlükənin mənbəyini görərlər. Hədisi-qüdsidə
buyuruldu:
“Ey insan! Nəfsini düşmənin bil. Çünki o, Mənə düş mən dir.”
İBRƏT Əbu İmrandan rəvayət edilir: “Konstantiniyyə
(İstambul) yürüşündə idik. Şəhərdən qarşımıza böyük bir
Rum ləşkəri çıxdı. Biz də onlara qarşı səf tutduq. Bizdən
birisi onlara doğru hücum edərək içlərinə qədər girdi və
təkrar dönərək yanımıza qayıtdı. Müsəlmanlar: “Subhanallah,
adam özünü təhlükəyə atır” dedilər.
Bunun üzərinə Əbu Eyyub əl-Ənsari (radiyallahu ənh) qal-
xıb dedi: “Ey insanlar, siz “Özünüzü təhlükəyə atmayın...”
ayəsini yanlış anlayırsınız. Ayə biz Ənsar haqqında nazil
olmuşdur. Allah Öz dinini qüvvətləndirdiyi və İslamın
öndərləri çoxaldığı zaman, biz öz aramızda Rəsulullahdan
(salləllahu əleyhi və səlləm) xəbərsiz olaraq: “Artıq bizə eh-
tiyac qalmadı. Barı bundan sonra malımıza-mülkümüzə
241
sahib olalım, əldən gedən bağ və bağçalarımızı sahmana
salalım” dedik. Bununla əlaqədar Allah yanlış düşündüyü-
müzü xatırlatmaq üçün:
“Allah yolunda mallarınızı xərcləyin və özünüzü təh
lükəyə atmayın...” (əl-Bəqərə, 195) ayəsini endirərək ciha-
dı tərk edib mallarımızla məşğul olmanın bizi təhlükəyə
sürükləyən bir davranış olduğunu bizə bildirdi.”
HAŞİYƏ Əbu Eyyub əl-Ənsari (radiyallahu ənh) Rəsulul lah
(salləllahu əleyhi və səlləm) Məkkədən Mədinəyə hicrət
edərkən onu altı ay öz evində qonaq edən və bu səbəbdən
Mehmandari-Rəsulullah kimi anılan böyük səhabədir. Əsil
adı Xalid ibn Zeyddir. Əbu Eyyub künyəsidir. Həmişə
“Yüngül də olsanız, ağır da olsanız, cihada çıxın” (ət-Tövbə,
41) ayəsini xatırladar, “Mən bu iki vəsfin dışında deyiləm”
deyərək bütün savaşlara qatılardı. 80 yaşlarında ikən (Mila-
di 669-cu il) İstambul yürüşündə iştirak etmək üçün ordu-
ya qoşuldu. İstambulun mühasirəsi zamanı xəstələndi və
bu vəsiyyətdə bulundu:
“Öldüyüm zaman məni bir ata mindirin və düşmən tor-
pağında gedə bildiyiniz yerə qədər məni aparın və orada
dəfn edib dönün.”
Vəsiyyətinə uyğun olaraq mübarək nəşi İstambul divar-
larına yaxın olan indiki yerinə dəfn edildi (Allah razı olsun).
Cihadı ciddiyə al, qeyri-ciddi adam olma
Nəfsi yenməkdi cihad, yenməyincə aram olma.
Alim ol söyləmirəm, arif ol da söyləmirəm
Deyirəm nəfsini bil, cahil olma, avam olma.
Cahan qəm oylağıdır, burda qəmin xətası yox
Cənnət kam yaylağıdır, kim olsan da nakam olma.
Xəlq ya Rəbbinin qulu ya nəfsinin köləsidir
Qullara iqtida et, kölələrə imam olma.
Dostları ilə paylaş: |