Altay cəMİl V ciLD



Yüklə 1,07 Mb.
Pdf görüntüsü
səhifə64/77
tarix01.09.2018
ölçüsü1,07 Mb.
#66107
1   ...   60   61   62   63   64   65   66   67   ...   77

250
3.  Rəbbinizin əmrlərinə üstünlük verirsiniz yoxsa rəis-
lərinizin?
4.  Səhlənkarlığınız varmı, bəs yalançılığınız necə? Səh-
lənkarlığınızmı  yalançılığınızdan  doğur  ya  yalançılığınız-
mı səhlənkarlığınızdan?
5.  İşdən qorxursunuz yoxsa məsuliyyətdən?
6.  Mələklər  dürüst,  şeytanlar  isə  nadürüst  əməllərdə 
əsla səhlənkarlığa yol verməzlər. Siz hansı əməllərdə cid-
disiniz?
7.  Kimə qarşı daha tələbkarsınız: Özünüzə yoxsa özgə-
lərə?
8.  Məsul vəzifə deyəndə nəyi nəzərdə tutursunuz: Döv-
lət qulluğunu yoxsa Din qulluğunu?
9.  Səhlənkarlığa  görə  məsuliyyətə  cəlb  olunmusunuz-
mu?
10. Çevrənizdə “ciddi adam” kimi tanınmağınız sizə xoş 
gəlirmi? Bəs “səhlənkar adam” kimi tanınmağınız sizə to-
xunurmu?
11. Dünyadakı məsuliyyətinizi çox düşünürsünüz yoxsa 
Axirətdəki?
12. Səhlənkarlıq ucbatından ibadətlərinizin qəbul olun-
madığını Məhşərdə bildikdə halınızı təsəvvür edirsinizmi?


251
12. TƏNBƏLLİK
“(Bir işdən) sərbəst oldun, (digəriylə) yorul” (əl-İnşirah, 7).
Tənbəllik  zəhməti  sevməmək,  işdən  qaçmaq,  əziyyətə 
qat lanmağı xoşlamamaq, habelə işdə ağır, ləng tərpənmək, 
həvəssiz,  könülsüz  çalışmaq  anlamlarına  gəlir.  Bu  xəs tə-
liyin, daha dəqiq desək, xəstələrin, yəni tənbəllərin müxtəlif 
çeşidləri vardır. Bəziləri zehni, bəziləri isə fiziki əməyi xoş-
lamaz. Bəziləri haram-halalına baxmadan istənilən qazanclı 
işdə çevik, işgüzar, qazancsız işdə isə ləng, fəaliyyətsizdir. 
Bəziləri  Din  məsələlərində  fəal,  dünya  məsələlərində  isə 
süstdür və yaxud əksinə. Elələri də var ki, ümumiyyətlə, 
əlini ağdan qaraya vurmaq istəməz. Ən şiddətliləri də bun-
lardır. Lakin bu o demək deyildir ki, digər tənbəllərə haqq 
qazandırmaq olar. Çünki tənbəlliyin bəyənilən tərəfi, cəhəti 
yoxdur. 
İşləməmək,  başqalarına  yük  olmaq  İslamda  əsla  sevil-
məz. Mömin çalışaraq, haramlardan çəkinərək Din və dün-
yasını təmin etməyə borcludur. Hədisdə buyuruldu:
“Bir kimsə öz əlinin əməyi ilə qazandığından daha xe-
yirli bir tikə əsla yeməmişdir.”
İBRƏT  Mədinədə  Peyğəmbər  məscidi  inşa  edilərkən 
Rəsulullah (salləllahu əleyhi və səlləm) ilk təməl daşını özü 
qoyur  və  axıradək  bir  fəhlə  kimi  çalışır.  Bir  gün  kərpic 
daşıyarkən bir səhabə: “Ya Rəsulallah! Ver mənə, mən daşı-
yım” deyir. Həzrət (salləllahu əleyhi və səlləm) razı olmayıb: 
“Sən də ayrı daş götür və daşı. Sən Allaha məndən daha çox 
möhtac deyilsən” buyurur.
* * *
Hz.Peyğəmbər (salləllahu əleyhi və səlləm) bir dəfə Səd ibn 
Muaz (radiyallahu ənh) ilə görüşərkən onun əllərinin qabar 
bağladığının fərqinə vardı və bu durumun səbəbini soruş-


252
du.  Səd  ibn  Muaz  əhli-əyalının  dolanışığını  təmin  etmək 
üçün qazma işləriylə məşğul olduğunu dedi.
Rəsulullah (salləllahu əleyhi və səlləm) ənsardan olan bu 
məşhur səhabəsinin əlini öpdü və “Allahın sevdiyi əllər” 
iltifatında bulundu.
Qula, ey qul, yaraşan Allah üçün çalışmadır
İşin tək zor tərəfi zorluqlara alışmadır.
Mömin hər gün irəli getməsə İslamda deyil
Hər şeyin afəti var, Dində bu, boş dolaşmadır.
Cahanda tər tökməyən Cəhənnəmdə ət tökəcək
Zəhmətin bəhrəsi cənnətdə böyük buluşmadır.
Sülh uman haqq savaşa, hərbə hazır olsun gərək
Ruhi sakitliyə şərt nəfs ilə dalaşmadır.
Nəfsiylə uğraşan qul tənbəllikdən qurtulmuşdur
Sonu bu xəstəliyin qurtarmayan ağlaşmadır.
Yalnız qulluq qulu öz umduğuna ulaşdırar
Qulun tək umduğu şey Mövlasına ulaşmadır.
Tənbəllik  səhlənkarlığa  yaxud  səhlənkarlıq  tənbəlliyə 
bən zəsə də fərqli mərəzlərdir. Səhlənkar ona tapşırılan is-
tə nilən  işə  yüngül,  qeyri-ciddi  yanaşar,  tənbəl  isə  ona  iş 
tapşırılmasını, ümumiyyətlə, istəməz. Biri məsuliyyətdən, 
digəri  zəhmətdən  qaçar.  Biri  sonda  öhdəliklərinə  sadiq 
qalmasa da, özünə fəaliyyət sahələri axtarar, hətta tapdığı 
işə həvəslə də girişər. Digərində o axtarış, həvəs yoxdur. 
Səhlənkarlıq xəstəliyi ancaq vacib vəzifənin, öhdəliyin ic-
rası ilə bağlıdır. Tənbəllik isə vacib buyurulmayan, öhdəlik 
götürülməyən məsələlərdə də özünü biruzə verir. Tənbəldə 
səhlənkarlıq da var, səhlənkarda tənbəllik olmaya da bilər.


253
Tənbəllik  mərəzinin,  öncədən  bildirdiyimiz  kimi,  özü-
nün  növləri,  dərəcələri  vardır.  Bunların  bəzilərini  bu  cür 
sıralamaq mümkündür:
1. Sərvət və ya səltənət tənbəlliyi;
2. Din və ya dünya tənbəlliyi;
3. Zehni və ya fiziki tənbəllik;
4. Universal tənbəllik.
Sərvət  və  səltənət  sahiblərinin,  xüsusən  də  rəhbər 
kimsələrin tənbəlliyi, adətən, sonradan yaranan mərəzdir. 
Çünki əvvəlcədən olsaydı, o səviyyəni əldə etmələri müş-
kül olardı. Hər halda fəaliyyətsizlər deyil, fəallar daha çox 
qabağa çəkilir. Lakin buyuruq qulundan buyuruq sahibinə 
çevrilmək  hər  kəs  üçün  izsiz  keçmir.  Necə  deyərlər,  hər 
tənbəl rəhbər ola bilməsə də, hər rəhbər tənbəl ola bilir. Bir 
çoxları  başqalarını  idarə  etməyə  başlayanda  əvvəlki  zəh-
mətsevərliyi,  çalışqanlığı  azaldır  yaxud  itirir  və  özlərinin 
görə  biləcəyi,  görməli  olduğu  işləri  də  başqalarına,  yəni 
idarə  etdiklərinə  gördürməyə  meyillənir  və  buna  alışır-
lar.  Mərəzə  alışqanlıq  isə,  bir  qayda  olaraq,  müalicəni 
çətinləşdirir. Rəhbərlər sayca az olsalar da, üzdə bulunduq-
larından pis bir nümunə kimi təkcə özləri üçün deyil, idarə 
etdikləri kimsələrə də təhlükə yaradırlar. Çünki yarınmaq 
istəyənlər bəzən yarımaq və ya yarıtmaq istəyənlərdən çox 
olur. Allaha həmd olsun ki, O Öz qullarını daha nümunəvi 
rəhbərlərdən xali etməmişdir.
İBRƏT  Bir  səfərdə  səhabələr  aclıqlarını  rəf  etmək  üçün 
kabab çəkmək istədilər. Biri qoyunu kəsməyi, digəri dəri sini 
soymağı, bir başqası bişirməyi öhdəsinə götürdü. Rəsu lul lah 
(salləllahu əleyhi və səlləm) “Odunu da mən yığaram” buyurdu.
Əshab:  “Ya  Rəsulallah,  siz  istirahət  edin,  biz  yığarıq” 
desələr  də  Həzrət  (salləllahu  əleyhi  və  səlləm)  razı  olmadı. 
“Sizin hər şeyi edəcəyinizi bilirəm. Ancaq hər kəs işlərkən 
otura bilmərəm. Allah Təala yoldaşından ayrılıb oturanı 
sevməz” buyuraraq odun yığmağa getdi.


Yüklə 1,07 Mb.

Dostları ilə paylaş:
1   ...   60   61   62   63   64   65   66   67   ...   77




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə