Altay cəMİl V ciLD



Yüklə 1,07 Mb.
Pdf görüntüsü
səhifə62/77
tarix01.09.2018
ölçüsü1,07 Mb.
#66107
1   ...   58   59   60   61   62   63   64   65   ...   77

242
Ey qul, ad-sanlını, ad-sansızı Rəbbin tanıyır
Fani dünyada çalış, namsız ol da, bədnam olma.
Səhlənkarlığın əsas xüsusiyyətlərindən biri zamanı qiy-
mət ləndirməmək,  “sonra  edərəm”  düşüncəsiylə  vacib  və 
ya gözəl bir işi təxirə salmaq, asudə vaxtı boş, mənasız ya-
xud  daha  az  önəmli  məşğuliyyətlərə  sərf  etməkdir.  Şüb-
həsiz  ki,  bu,  şeytanın  əsas  hiylələrindən  biridir.  İnsana 
“tələsmə,  o  iş  qaçmır”  deyə  vəsvəsə  edərək  əhəmiyyətli 
olanı əhəmiyyətsiz, əhəmiyyətsiz olanı isə əhəmiyyətli gös-
tərər. Hədisdə buyuruldu:
“Sabah edərəm, sabah edərəm” deyənlər aldandı.”
Sabaha sağ çıxıb-çıxmayacağını, başına nə iş gələcəyini 
Adəm oğlu bilməz. Sağ çıxmasa yaxud başına bir iş gəlsə, 
deməli, fürsəti əldən vermişdir. Əgər salamatlıq olarsa, yenə 
də qazancdan deyil. Çünki insan səhlənkardısa, vəzifəsinə 
yüngül yanaşırsa bu gün görmədiyi işi sabah görəcəyi də 
az ehtimallıdır. Digər tərəfdən isə sabahın öz işləri vardır. 
Əgər bu işlər Dinlə bağlıdırsa, ən gözəli tələsməkdi. Allah 
Təala buyurdu:
“Və heç bir şey barəsində: “Mən onu sabah edəcəyəm!” 
demə!” (əl-Kəhf, 23)
İBRƏT Bir gecə Bəyazid Bistami həzrətləri qüslə möhtac 
hala gəlib paklanmaq istədi. Amma hava çox soyuq oldu-
ğundan bu işi səhərə saxlamağı düşündü. Nəfsinin bu dav-
ranışını görüncə dərhal qalxaraq yaxınlıqdakı donmuş su-
yun buzunu qırdı və nəfsini cəzalandırmaq üçün əynindəki 
xirqəsi ilə birgə qüsl etdi. Qüsldən sonra da xirqəsini so-
yunmayıb  nəfsinə  bu  xitabda  bulundu:  “Səhlənkarlığının 
cəzası budur.”
Günümüz keçsə də xoş, əsla sərməst olammırıq
Günümüz keçsə də boş, əsla sərbəst olammırıq.


243
Bu günün tədbiri çox, çünki çoxu dünənkidir
Sabahın tədbirini amma bu gün qılammırıq?
Bir könül rahatlığı könlümüzün istəyidir
Nəfsə uyduqca könül, əsla dinclik bulammırıq.
Dünya ləzzətləri hər lövhədə təqdim olunur
O dadı, o zövqü biz zərrə qədər alammırıq.
Dünya əyləncə, oyun olduğu haqq bir yazıdır
Ruh artıq anlayıbdır, nəfsi başa salammırıq.
Bir gerçəkdir ki, adam öz evində rahət olur
Üç günlük bir qonağıq, bu dünyada qalammırıq.
İslamda  fərzlər,  yəni  vacib  sayılan  vəzifələr  Quran  və 
sünnə ilə təyin olunsa da, hər bir müsəlman nafilələrlə bağ-
lı bəzi virdlər (gündəlik ibadət vərdişləri) müəyyən edərək 
özünə  vacib  qıla  bilər  və  qılması  da  məqsədəuyğundur. 
Çünki, əvvəla, Din böyüklərimizin hamısı bu yolu tutub-
lar və onları virdlərsiz təsəvvür etmək, ümumiyyətlə, qey-
ri-mümkündür. Digər tərəfdən, gündəlik vərdişlər günün 
saatlarını düzgün bölməyə, asudə vaxtı səmərəli yaşamağa 
hərtərəfli kömək edir. Məsələn, qul əgər hər gün Qurandan 
bir  cüz  (20  səhifə)  oxumağı,  Rəsulullaha  (salləllahu  əleyhi 
və  səlləm)  200  dəfə  salam  göndərməyi  özünə  vird  edibsə, 
könlünü və nəfsini buna alışdırıbsa, təbii ki, onları vaxtlı-
vaxtında yerinə yetirməməkdən həzər və ya həya edəcək, 
üzürlü səbəbdən yerinə yetirə bilmədikdə isə fərz ibadətlər 
kimi bunların qəzasını edəcəkdir. İtirdiyi bir şey yox, ud-
duğu isə elmlə yanaşı saniyələr və savablardır.
İBRƏT Hər gün Qurandan bir cüz oxumaq Əbu Bəkir 
həzrətlərinin  adəti  idi.  Hz.Xızırı  (əleyhissalam)  görməyi 
çox  arzulayırdı.  Bir  gün  bir  nurani  qoca  gələrək  onunla 


244
həmsöhbət olmaq istədi. Razılaşdı. Xeyli ünsiyyətdə oldu-
lar. Ayrılanda qoca dedi:
“Ya Əbu Bəkir! Bu gün səni Quran oxumaqdan ayırdım. 
Mən həmin arzuladığın Xızıram. Bir saat Allah ilə söhbət 
(Allah kəlamını oxumaq) min il Xızırla ünsiyyətdən üstün-
dür.”
Nə məkan istə, könül, nə dövrə, dövranə sarıl
Nə qərbə, şərqə, nə İranə, nə Turanə sarıl
Yayda nə yaylağa get, qışda nə aranə sarıl
Dünya bir ayrılıqdı, nəbadə hicranə sarıl
Ölçmə ömrü il ilə, ay ilə, hər anə sarıl
Allahın haqq ipinə, yəni ki, Quranə sarıl.
Hidayət umsan əgər, Hadi üçün cəhddə bulun
“Qul Hu Vəllahu Əhəd” de, Əhədə əhddə bulun.
Dünyanı ver umana, qəbrə qədər zöhddə bulun
Haramlar, ey qul, Onun hədləridir, həddə bulun.
Fərmansız Şahmı olur, Şahə və fərmanə sarıl
Ancaq Allaha güvən, sadəcə, Quranə sarıl.
Sənə cüt gəlsə əgər yalan ilə doğru, könül
Sənə yad gəlsə əgər Batı və ya Doğu, könül.
Sənə üz tutsa əgər ölüm və ya yuxu, könül
Allahın haqq Kitabı, haqq sözü var, oxu, könül.
Ən-Nisa, əl-Bəqərə və Ali-İmranə sarıl
Nə nəzmə, nə nəsrə uy, haqq olan Quranə sarıl.
Uğurlar gülsə sənə, sorma səfa mənbəyini
Aləmlər uysa sənə, sorma vəfa mənbəyini.
Sitəmlər gəlsə sənə, sorma cəfa mənbəyini
Ağrılar cumsa sənə, sorma şəfa mənbəyini.
Nə həkim, loğman ara, nə dəva-dərmanə sarıl
Başqa məlhəmmi olur, birbaşa Quranə sarıl.


245
Bir Kitabdır ki, nə məxluq, nə də Xaliq dedilər
Onu nazil Edənin şəninə layiq dedilər.
Ona üsyan edənin isminə fasiq dedilər
Xoş qulun halına ki, Qurana sadiq dedilər.
Namərdin Dini olmur, İslama mərdanə sarıl
Zamana, zalimə qalib gələn Quranə sarıl.
Sevən o kimsədi ki, sevgini haqq xislət edə
Başqa bir kimsəyə yox, sevdiyinə xidmət edə.
Başqa bir şey üçün yox, vəslə görə xiffət edə
Elə sevdadı bu, kaş Xaliqə hər xilqət edə.
Nə nəfsə, şeytana uy, nə nəzrə, qurbanə sarıl
Allaha, Rəsuluna, sünnəyə, Quranə sarıl.
Möminlərdən biri röyasında Rəsulullahı (salləllahu əleyhi 
və  səlləm)  görüb  ona  yaxınlaşır.  Lakin  Həzrət  (salləllahu 
əleyhi və səlləm) üzünü çevirir.
“Ya Rəsulallah, məni tanımadınmı? Mən Sənin ümmə-
tin dənəm”  desə  də  Rəsulullah  (salləllahu  əleyhi  və  səlləm)
“Tanımadım” buyurur.
Adam təəccüblə soruşur: “Bəs bizə bildirmişdilər ki, sən 
öz ümmətini bir insan qara atlar arasında öz ağ atını tanıdı-
ğı kimi tanıyacaqsan.”
Rəsulullah (salləllahu əleyhi və səlləm) buyurur: “Doğru-
dur. Amma sən mənə salam göndərmirdin. Mən ancaq mənə 
salam göndərənləri tanıyıram.”
Zikr elmin çoxu, digər qalanı salavatdır
Bu elmin xaricində hamı cahil, bisavaddır.
Mövla və məlakələr Muhəmmədə salam eylər
Şahidim Allah Özü, bütün əhli-səmavatdır.
Ərzin dindar kəsimi nədən ümmət olmaz ona
Halbuki öyən onu həm İncildir, həm Tövratdır.


Yüklə 1,07 Mb.

Dostları ilə paylaş:
1   ...   58   59   60   61   62   63   64   65   ...   77




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə