227
Düşünmək üçün suallar
1. Şükrünüz azdır yoxsa şikayətiniz?
2. Narazılığınız başınıza gələnlərə qarşıdır yoxsa başı-
nıza gətirənə, yəni Allaha qarşı?
3. Özünüzü üzləşdiyiniz sıxıntılara layiq görürsünüz-
mü?
4. Özünüzdən Allaha şikayət edib islahınızı diləyir si-
nizmi?
5. Sizdən şikayət ediləndə özünüzə qarşı tədbir görür-
sünüz yoxsa şikayətçiyə qarşı?
6. Taleyinizdən, qədərinizdən, yəni Allahdan şikayət
edirsinizmi?
7. Başqalarından sizə şikayət edilməsini xoşlayırsınız-
mı?
8. Dərdlərinizdən Allaha çox şikayət edirsiniz yoxsa in-
sanlara?
9. Şikayət sizə nə verir? Qəlbinizi boşaltmaqmı? Boş
qəlb nəyinizə lazımdır?
10. Dərdinizi çox bölüşdürürsünüz yoxsa sevincinizi?
11. Başqasının dərdini dinləyirsinizmi yoxsa özünüzü
dinləyən kimi göstərirsiniz?
12. Sıxıntısını sizinlə bölüşənə təsəllidən başqa bir şey
verirsinizmi?
13. Şikayətinizə qeybət qatırsınızmı?
14. Nəfsinizdən şikayət edirsinizmi?
228
11. SƏHLƏNKARLIQ
“Məni zikr etməkdə zəiflik göstərməyin!” (Ta ha, 42)
Səhlənkarlıq məsuliyyətli məsələlərə məsuliyyətsiz mü-
na sibət, ciddi işlərdə qeyri-ciddi davranışdır. Dilimizin
izahlı lüğətində işə, tapşırığa, vəzifəyə soyuq baxma, laqeyd
yanaşma, yüngül münasibət bəsləmə; diqqətsizlik, başdan-
sovduluq kimi şərh edilir.
Göründüyü kimi bu mərəz vacib vəzifələrin icrası ilə
bağlı olaraq yaranır. İnsan ona tapşırılmayan işlərdə zəif-
lik, könülsüzlük, etinasızlıq göstərsə səhlənkar sayılmaz.
Adəm oğlunun isə hüquqları çox olduğu kimi vəzifə və
öhdəlikləri də az deyil. Bunlar nə qədər çox olsalar da, üç
qrupda təsnifləşdirmək mümkündür:
1) Dini vəzifələr;
2) Dünyəvi vəzifələr;
3) Dini-dünyəvi vəzifələr.
Vəzifə, öhdəlik sayılan hər bir iş özünə görə önəm daşısa
da, biz daha çox Din ilə bağlı olanların üzərində dayanaca-
ğıq. Çünki Allah Rəsulu (salləllahu əleyhi və səlləm) buyurdu:
“Dünyan üçün elə çalış ki, sanki əbədi yaşayacaqsan.
Axirətin üçün elə çalış ki, sanki sabah öləcəksən.”
“Dünya üçün dünyada qalacağın qədər çalış! Axirət üçün
orada qalacağın qədər çalış!”
İBRƏT Rəvayət olunur ki, bir tacir səfərinin necə olacağı-
nı öyrənmək üçün İmam Cəfər Sadiqin (əleyhissalam) yanına
gəlir. İmam xeyirli olmayacağını bildirsə də tacir səfərindən
qalmır və getdiyi bölgədə mallarını yaxşı qiymətə sataraq
çoxlu qazanc götürür. Qayıdan kimi Hz.İmamın xidmətinə
gedərək səfərinin xoş və bərəkətli olduğunu xəbər verir.
İmam Sadiq (əleyhissalam) ondan soruşur: “Yadındadır-
mı, filan evdə yorğun halda günün son namazlarını qılan-
dan sonra təam edib yatdın. Səhər isə durub gördün ki,
sübh namazını qəzaya vermisən?”
229
Tacir deyiləni təsdiqləyir. Həzrət buyurur: “Doğrudur,
Allah sənin dünyanı xoş edərək sənə mal-dövlət yetirib.
Amma onlar bu mənəvi ziyanı ödəməz.”
Kainat köhnə kitab, insan yeni səhifədir
Əmri Ərşdən verilən, ərzə məsul xəlifədir.
Bəşər öz haqlarını bilməsə alçaldılar o
Ucaldan amma qulu hüquq deyil, vəzifədir.
Axirət baqi olur, fani dünya üçcə gündü
Hər gecən olsun Qədir, hər gündüzün Ərəfədir.
Din əmr-yasaqlardı, ilahi bir mənşəyi var
Ərşin qanunları haqq, ərzdəkilər fəlsəfədi.
Hökmü şeytandan alan, həşirdə atəşlik olur
Ərzə çox boylanar o, sanarsan ki, zürafədi.
Ömür haqdan biçilən dondu, ey qul, ölçüyə uy
Sən yüz ölçsən də bu dünya həyatı bir dəfədi.
Din, ilk növbədə əmr və yasaqlardır. Əmrlərin başında zikr,
yasaqların başında qəflət gəlir. Biri əmr, digəri yasaq edil mək-
lə biri digərinin ziddidir. Çünki Allah Təala buyurdu:
“Səhər, axşam içində yalvararaq, qorxaraq, səsini qaldır-
madan Rəbbini zikr et və qafillərdən olma! (əl-Əraf, 205).
Dində səhlənkarlıq zikr və qəflət arasında var-gəl et-
mək, bütövlükdə isə zikrdən çox qəflətə yaxın olmaq-
dır. Səhlənkarlığın dərəcəsi, ciddiyə alınmayan vəzifənin
ciddiliyi ilə ölçülür. Tapşırılan iş nə qədər məsuldursa,
məsuliyyətsizlik bir o qədər miqyaslı olur. Zikrin ən vacib
vəzifə olduğu isə ayə ilə sabitdir.
230
“Allahı zikr etmək, əlbəttə ki, ən böyükdür” (əl-Ənkəbut, 45).
Zikr o qədər zəruri ibadətdir ki, Haqq Təala Allahdan
qəflət edənlərin ən qafili olan Fironun yanına Hz.Musa (əley-
his salam) ilə Hz.Harunun (əleyhissalam) timsalında iki qardaş
peyğəmbəri təbliğ üçün göndərərkən onlara buyurdu:
“İkiniz də Məni zikr etməkdə zəiflik göstərməyin!”
(Ta ha, 42)
Zikrdə, namazda səhlənkarlıq riya əlamətlərindəndir.
Zatən namaz özü nə gözəl zikrdir. Çünki qəlbin, dilin,
bədənin vəhdəti var. Bu ibadətlərə yüngül yanaşanlar riya-
karlara yaxınlaşırlar.
“Vay olsun namaz qılanlara. O kəslərə ki, namazların-
da səhlənkardırlar. Onlar riya edərlər” (əl-Maun, 4-6).
İBRƏT Rəvayət edirlər ki, İmam Cəfər Sadiq (əleyhissalam)
vəfatından öncə mübarək gözlərini açaraq: “Mənim qohum
və yaxınlarımın hamısını yanıma toplayın” dedi.
Ravi söyləyir ki, biz də bütün qohum və yaxın adamla-
rını yanına dəvət edib heç kəsi yaddan çıxarmadıq. Sonra o
Həzrət onlar tərəfə nəzər salıb buyurdu:
“Bilin ki, namaza yüngül yanaşana şəfaətimiz yetişmə-
yəcək.”
Oxu, ilk ayədi bu, gerçək savad zikrdədi
Ömrü böl saatlara, ən xoş saat zikrdədir.
Nəfsə ən zor gələn iş əmrlər və yasaqlardı
Səbirsiz keçməz bu iş, əzm, səbat zikrdədi.
Zina haqq vəslə könül verməyənin zillətidir
Haqq zifaf umsan əgər, toy və büsat zikrdədi.
Dostları ilə paylaş: |