Altay cəMİl V ciLD



Yüklə 1,07 Mb.
Pdf görüntüsü
səhifə55/77
tarix01.09.2018
ölçüsü1,07 Mb.
#66107
1   ...   51   52   53   54   55   56   57   58   ...   77

215
Adəm  oğlu  başına  gələn  bəlalarla  bağlı Allaha  suallar 
yağdırırsa bu, Allahdan şikayət, daha dəqiq desək, Allaha 
qarşı ittiham olur. Çünki:
“O etdiklərinə görə sual olunmaz. Onlardan isə soru-
şulacaqdır” (əl-Ənbiya, 23).
Dövrümüzdə, elə bütün dövrlərdə “Neyləmişəm ki, bu 
ehsanlara qovuşdum?” deyənlər “Neyləmişəm ki, başıma 
bu bəlalar gəldi?” deyənlərdən qat-qat azdı. İmam Əlinin 
(əleyhissalam) belə söylədiyi rəvayət olunur: “Kim riza sər-
gisi üzərində oturursa (qədərindən davamlı razı haldadır-
sa) ona Allahdan bir sıxıntı yetişməz. Kim də davamlı ola-
raq “nədən, niyə?” şəklində ilahi hökm və təcəllilərə dair 
sual soruşma xəstəliyinə düşmüşsə, o heç bir halda Allahdan 
razı olmaz.”
Əslində, təqdirə təslim olanlar üçün üzləşdikləri bəlalar 
birbaşa cavabın özüdür. Allah Təala buyurdu:
“Başınıza gələn müsibətlər əllərinizlə qazandıqlarını-
za görədir. Çoxunu da Allah əfv edər” (əş-Şura, 30).
“İnsanların, əlləriylə etdiklərinin üzündən quruda və 
suda  fəsadlar  əmələ  gələr. Allah  onlara  əməllərinin  bir 
qismini beləcə daddırar ki, bəlkə dönələr” (ər-Rum, 41).
Bu o deməkdir ki, Adəm oğlu başına gələnlərə görə itti-
ham dolu sualları yaxud sual dolu ittihamları Rəbbinə de-
yil, nəfsinə ünvanlamalı, özünü sorğuya çəkməli, günahla-
rına tövbə edib Haqqın yolunu tutmalıdır.
Allah seçdiyi qullarına dünyanı verməz. Dünyanı seçən-
lərin isə görəcəyi hələ qabaqdadır.
İBRƏT Peyğəmbərlərdən biri iyirmi il sıxıntılara mübtəla 
oldu. Bunların birindən Rəbbinə şikayətdə bulununca vəhy 
gəldi:


216
“Məndənmi şikayət edirsən? Məndən həya etməzmisən? 
Mənə  görə  sənin  xeyirin  bundadır  ki,  sənə  təqdir  etdim. 
Elə  isə  nədən  sənə  təqdir  edilmiş  qəzama  qarşı  gəlirsən? 
Yoxsa  istəyirsən  ki,  sənə  görə  dünyanı  dəyişdirim  və  ya 
nəfsinin  istəyinə  görə  davranım?  Mənim  sevdiyim  şey 
yox, sənin sevdiyin şey olsun? İzzətimə and olsun ki, əgər 
bu pozuq düşüncələr bir daha könlündə dolaşarsa, adını 
peyğəmbərlər dəftərindən silərəm.”
Sorma Allah nə üçün hüzn verir, qüssə verir
Sormursan heç nə üçün hüsn verir, cüssə verir?
Yerdə və göydə Onun vermədiyi izahmı var
Düşün, hər şəxsə şüur, hər şeyə bir xassə verir.
Yalnız korlar ilə karlardı verən güc dilinə
Kitabda, kainatda gör nə qədər qissə verir.
Kim şükür etsə əgər, Tam Olana tam qovuşar
Kim şikayət eləsə, hissədən bir hissə verir.
Mənbəyi müsibətin mülkə-mala məhəbbətdir
Qula Öz sevgisini qul maldan qəlb kəssə verir.
Mömin  qul  başına  gələnlərə  şükür  və  ya  səbir  edərsə 
imanı  və  qulluğu  tamdır.  Çünki  Allah  Rəsulu  (salləllahu 
əleyhi və səlləm) buyurdu:
“İman iki qisimdir: Yarısı şükür, yarısı səbirdir.”
Qul başına gələnlərdən şikayətlənərsə başına gətirəndən 
şikayət etmiş olur. Əgər bəlanın baiskarı insandısa ondan, 
insanın suçu yoxdusa Allahdan şikayətçidir. Məsələn, malı-
nı oğurlayıblarsa oğruları, hökuməti ağ yuyb qara sərəcək. 
Malını  sata  bilməyib  ziyana  düşübsə  zəmanədən,  kasıb-
lıqdan,  dolayısı  ilə Allahdan  gileylənəcək.  Çünki  zamanı 
idarə Edən, artıran, azaldan Odur.


217
Bu cür zərərdidələr dünyasına dəyən ziyana Dinini də 
ortaq etdiyi üçün Dinin deyil, dünyanın adamı sayılar. Hal-
buki səbir göstərməklə, şikayətçi olmamaqla ziyanı xeyirə 
çevirə bilərdi. Zatən dünya müsibətləri günahlardan azal-
dıb  Axirət  mükafatlarını  artırır.  Təbii  ki,  bu,  Allah  üçün 
səbir edənlərə aiddir.
İBRƏT  Muhəmməd  əl-Əsfənci  həzrətləri  alaca  xəstə li-
yinə tutulmuşdu. Ziyarətinə gələnlərdən biri ona dedi: “Ey 
Əfəndim!  Sanki  Allah  bəla  üçün  düşmənlərində  bir  yer 
bula bilməmiş və onu sizin üzərinizə endirmişdir. Halbuki 
siz Onun övliyasından və xalis qullarındansınız.»
Həzrət bu cavabı verdi: “Sus, elə danışma. Çünki O bizə 
ehsan xəzinələrini göstərdiyi zaman, Allah qatında bəladan 
daha şərəfli və daha yaxın olan bir şey bulmadıq.”
Allah Öz sevdiyinə o dünyanı dar eləməz
Qul bu dünyanı seçərsə o qulu yar eləməz.
Cahan bir güldü, gülüstanları Cənnətdə ara
Qul gülə uymadıqca Rəbbi onu xar eləməz.
Ən dözülməz həzərat Haqqa dözə bilməyəndi
Qul ziyan istəmirsə, zərər elər, zar eləməz.
Şükür Haqqın işığı, səbir onun sədasıdı
Rəbbi sadiq qulunu kor eləməz, kar eləməz.
Çölü münbit olanın dünyası məhsuldar olur
İçi səhra olanın Axirəti bar eləməz.
O qul ar əhlidi ki, fağırlıq fəxrimdi deyir
Arsız o kimsədi ki, sərvətindən ar eləməz.
Hər şey ibrətlə dolu, hətta ibrət almayan da
Rəbbim yoxdan var edər, amma boş şey var eləməz.


218
Yaşından, cinsindən, maddi durumundan asılı olmaya-
raq əksər insanların ən az qoruyub ən çox gileyləndiyi şey 
məhz səhhətləridir desək, güman ki, çox yanılmarıq. Dərdi 
həkimlərə  demək,  əlbəttə,  təbiidir.  Fəqət  bunu  hər  tanış-
bilişlə paylaşmaq, üstəlik həkimlərdən, dərmanlardan, qi-
dalardan  şikayətlənmək,  artıq  təbii  olmur.  Bu,  müalicəsi 
daha  vacib  olan  mənəvi  mərəzdir.  Qul,  hətta,  həkimə  də 
öz  ağrılarını  şikayət  şəklində  yox,  ehtiyac,  zərurət  kimi 
təqdim etməlidir. Çünki heç bir bəla, sıxıntı, o cümlədən, 
xəstəlik Allahın izni olmadan gəlməz. Əgər gəlibsə, deməli, 
hikmətləri, faydaları vardır. Hikmətli, faydalı olan şeydən 
şikayət isə təbiblərə ünvanlansa da şəfa Sahibinə qarşı olur.
İBRƏT  Əhnaf  ibn  Qays  həzrətlərinin  qardaşı  oğlu 
əmisinə dişinin ağrısından şikayət etdi. Əhnaf ibn Qays da 
ona: “Mənim qırx ildir gözüm getdi, ondan kimsəyə şikayət 
etmədim” buyurdu.
* * *
Biri  Yunus  ibn  Ubeyd  həzrətlərinə  qarın  ağrısından 
şikayətləndi. O da:
“Ey Allahın qulu, bu ev (dünya) sənə uyğun gəlmir, sən 
özünə uyğun bir ev (Axirət) axtar” buyurdu.
* * *
Bir  sufini  yaxınları  müayinə  üçün  həkimə  apardılar. 
Həkim  ondan  şikayətini  soruşdu.  Sufi  diksinərək  dərhal: 
“Mənim heç bir şikayətim yoxdur” dedi.
Həkim  təəccüblə  onu  gətirənlərə  baxdı.  Yaxınları  bu 
izahda  bulundular:  “Həkim,  bu  sufidir.  Heç  vaxt  şikayət 
etməz. Siz ondan ağrıyan yerini soruşun.”
Nədən dünyaya gələn gülən olmur, giryan olur
Ölən xaric, doğulan, həm dirilən üryan olur?


Yüklə 1,07 Mb.

Dostları ilə paylaş:
1   ...   51   52   53   54   55   56   57   58   ...   77




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə