Altay cəMİl V ciLD



Yüklə 1,07 Mb.
Pdf görüntüsü
səhifə51/77
tarix01.09.2018
ölçüsü1,07 Mb.
#66107
1   ...   47   48   49   50   51   52   53   54   ...   77

200
İBRƏT Allah Rəsulu (salləllahu əleyhi və səlləm) Abdullah 
ibn Cəhşin (radiyallahu ənh) Nəhlədə əsir edib gətirdiyi iki 
müşriklə  görüşüb  onların  müsəlman  olması  üçün  xeyli 
söhbət aparır. Bəzi səhabələr bu səylərin nəticəsiz olacağını 
söyləyib əsirləri öldürməyi təklif edirlər. Lakin çox keçmir 
ki,  əsirlərdən  Hakəm  ibn  Keysan  şəhadət  kəlməsini  dilə 
gətirərək müsəlman olur.
Rəsulullah  (salləllahu  əleyhi  və  səlləm)  bu  duruma  çox 
sevinərək əshabına buyurur: “Əgər bir az əvvəl sizə qulaq 
asıb onu öldürmüş olsaydım, cəhənnəmə gedəcəkdi.”
HAŞİYƏ  Hakəm  ibn  Keysan  (radiyallahu  ənh)  İslamı 
qəbul etdikdən sonra saleh bir mömin kimi yaşamış və Biri-
Maunə hadisəsində müşriklər tərəfindən şəhid edilmişdi.
Müşrikə dahi və ya möminə divanə demə
Nur əhli başqadı, od əhlinə pərvanə demə.
Həyat bir axtarışdı, haqq arasan, İslama uy
Dünya öz işindi, amma Dinə əfsanə demə.
Dünya bir qəm evidir, “Son qəmin olsun” deyirəm
Meyə qəmlər dağıdan, dünyaya meyxanə demə.
Nəfsini abad edib əvvəlinə, ey sevinən
Könlünü bərbad edib, axıra viranə demə.
Dini tərk eyləyənə hər nə desən yerindədi
Tərki-dünya olana sən, hətta, biganə demə.
Ey qul, cənnətdə deyərsən “bizim əyyamdı bu gün”
Dünya qulluq yeridir, “Bizimdir zəmanə” demə.
Pisliyə qarşı daha çox pislik zülm, yaxşılığa qarşı daha 
çox yaxşılıq ədəbdir. Sənə ziyanı keçməyən birinə zərər və 
ya sənə xeyiri dəyməyən birinə xeyir vermək də o cürdür.


201
HƏDİS Səhabələrdən biri: “Ya Rəsulallah! Rastlaşdığım 
zaman məni qonaq edib ikramda bulunmayan bir kimsə, 
mənə rast gəldiyi zaman mən də ona qarşı eynilə davrana 
bilərəmmi?” deyə soruşdu.
Rəsulullah (salləllahu əleyhi və səlləm)“Xeyr! Sən ona ik-
ramda bulun” buyurdu.
Bir insana edilən yaxşılıq və ya yamanlığın ən böyüyü 
onun  dünyasına  deyil,  Din  və  axirətinə  yönələndir.  Əgər 
bir kimsə bunu belə anlamırsa, yəni başqasının yaxşılığın-
dan yalnız dünyası üçün faydalanırsa, itkisi qazancından 
çoxdur.  Lakin  yaxşılıq  edən,  məsələn,  zalimi  cəzalandıra 
biləcəyi halda bağışlayan tərəf qarşı tərəfin davranışına uy-
mamalı, öz niyyətini Allah üçün etməlidir. Bu zaman ba-
ğışlayan  bağışlananın  itirdiyi  qədər  qazanmış  olur.  Bunu 
isə həqiqi elm və ədəb əhli anlar.
İBRƏT  Rəvayət  edirlər  ki,  məşhur  Azərbaycan  ali-
mi  Xacə  Nəsirəddin  Tusi  (rahmətullahi  əleyhi)  “Əhli-beyt” 
haqqında bir kitab yazır və Bağdada gələrək onu xəlifəyə 
təqdim  edir.  Xəlifə  bu  zaman  öz  vəziri  ibn  Hacib  ilə  çay 
gəzintisinə çıxıbmış. Kitabı baxmaq üçün ona verir. Vəzir 
kitabı bəyənməyib Dəclə çayına atır və Tusidən haralı oldu-
ğunu soruşur. Tusdan gəldiyini eşidəndə istehza ilə deyir: 
“Tusun öküzlərindənsən ya eşşəklərindən?”
Tusi: “Tusun öküzlərindən” deyə cavab verəndə vəzir: 
“Bəs buynuzların haradadır?” deyə soruşur.
Tusi: “Tusda qoymuşam, gedib gətirərəm” deyir.
Aradan illər ötür. Monqol ordusu Bağdadı işğal, xəlifəni 
isə  edam  edir.  Nəsirəddin  Tusi  Monqol  hökmdarı  Hula-
ku xanın istəyi ilə onun yaxın çevrəsində yer alır. İbn Ha-
cib  bunu  bilib  gizlənir.  Lakin  onu  tapıb  Tusinin  yanına 
gətirirlər. Tusi vəzirə deyir: “Buynuzumu gətirmişəm.”
Xacənin yaxın adamları İbn Hacibə kitabın aqibətini ya-
şatmağı, yəni onu Dəclə çayına atmağı məsləhət görürlər. 
Lakin Tusi razı olmur və ibn Hacibə ehtiram göstərib onu 
əzizləyir.


202
Vaxtilə Xacə Nəsirəddin Tusini sevməyən, hər məclisdə 
onu  aşağılamağa  çalışan  şəxslərdən  biri  də  tanınmış  ast-
ronom və filosof Hacib Nəhv idi. O da Bağdadın işğalın-
dan sonra Nəsirəddin Tusinin intiqamından qorxaraq qa-
çıb  gizlənir.  Paytaxtda  vəziyyət  sabitləşəndən  sonra  Tusi 
Hacib  Nəhvin  yerini  müəyyənləşdirir,  özü  onun  yanına 
gedərək səmimi iltifatlarda bulunur, müsəlmanların rifahı 
üçün birgə fəaliyyətə çağırır, böyük hörmətlə onu Hulaku 
xana təqdim edir.
Olmasa Rəbbimizə vəslə qədər xidmətimiz
Əbədi ayrılıqdır haqq və halal qismətimiz?
Təkcə zəhmətlə, könül, qovuşmaz öz Rəbbinə qul
Nəfsi şeytandan ayır, zay olmasın zəhmətimiz.
Kamil əxlaq deyilən, Muhəmmədin əxlaqıdır
Ona uyduqca kamal üzrə olur ümmətimiz.
Hər könül bir kainat, nəzərgahi-ilahidir
O nəzər olmasa, yox zərrə qədər qiymətimiz.
Elə oddur ki, qəzəb, qəlbə ondan düşməz işıq
Atəş artdıqca azalmaz ki, artar zülmətimiz.
Qula təqva zirehi, tövbə tülü qalxan olur
Yoxsa getmişdi tamam əldən abır-ismətimiz.
Alaha xatir olan hər şey nə qədər gözəl buluna bilirsə, 
Allaha xatir olmayan hər şey də bir o qədər çirkin hal ala 
bilir. Bu durum Allah üçün intiqamla nəfs üçün intiqamın 
müqayisəsində daha qabarıq görünür. Bunun nümunələri 
Hz.Peyğəmbərin (salləllahu əleyhi və səlləm) sağlığında şirk 
ordusu ilə iman ordusu arasında baş verən müharibələrdə 
kifayət qədərdir. Onlardan bir neçəsini misal göstərək:


203
İBRƏT  Bədr  savaşı  ərəfəsində  şirk  ordusunun  başçısı 
Əbu Cəhl İslam ordusuyla döyüşü gerçəkləşdirmək və qı-
zışdırmaq üçün, qardaşı müsəlmanlar tərəfindən Nəhlədə 
öldürülmüş Amir ibn Hadramini təhrik edir, o da yaxası-
nı  yırtıb  başına-gözünə  vurmağa  başlayır  və  “Vay  yazıq 
qardaşımın halına” deyə-deyə, hətta, qohum-əqrəbaları ilə 
savaşa tərəddüd edən bəzi müşriklərdə də intiqam hissi-
ni  coşdurur.  Halbuki  Məkkənin  fəthi  zamanı  Rəsulullah 
(salləllahu əleyhi və səlləm) İslam ordusunun bayraqdarların-
dan biri olan Səd ibn Ubadəni (radiyallahu ənh) komandan-
lıqdan çıxarıb yerinə onun oğlu Qeys ibn Sədi (radiyallahu 
ənh) təyin edir. Çünki Səd ibn Ubadə fəthdən əvvəl: “Bu 
gün qisas günüdür! Bu gün müqəddəs Hərəmdə savaş ha-
lal olacaq və Qureyş zəlil düşəcəkdir” söyləyərək sülhü de-
yil, müharibəni təbliğ etmişdi.
Rəci  hadisəsində  əsir  götürülən  Hubeyb  ibn  Ədiyy 
həzrətlərini (radiyallahu ənh) Qureyş dar ağacından asır və 
Bədir savaşında öldürülmüş müşriklərin uşaqlarının əlinə 
mizraq  verərək  intiqam  adıyla  onun  mübarək  bədənini 
dəlik-deşik  etdirirlər.  Halbuki  Rəsulullah  (salləllahu  əleyhi 
və səlləm) Bədrdə əsir edilən müşrikləri öldürməmiş, hətta 
savadlılarından  fidyə  də  almayıb  əvəzində  müsəlman 
uşaqlarına yazıb-oxumaq öyrətməyi şərt qoşmuşdu.
Bədr məğlubiyyətindən sonra Əbu Süfyan Əbu Cəhlin 
yerinə başçı seçilir və Bədrdə öldürülən qohumlarının inti-
qamını alana qədər yuyunmayacağına və xanımı ilə yaxın-
lıq etməyəcəyinə and içir. Arvadı Hind isə ərindən də irəli 
gedərək atasını cəhənnəmə yuvarlamış Hz.Həmzənin (ra-
diyalahu ənh) ciyərini çıxartdırıb yeyəcəyini əhd edir. Uhud 
savaşında Hind əhdini gerçəkləşdirir, üstəlik Hz.Həmzənin 
qulaqlarını,  burnunu  ipə  keçirib  boynuna  taxır.  Halbu-
ki  Məkkənin  fəthindən  sonra  Hz.Peyğəmbərin  (salləllahu 
əleyhi və səlləm) xanımı Hz.Meymunə (radiyallahu ənhə): “Ya 
Rəsulallah!  Əgər Allah  sənə  Məkkənin  fəthini  nəsib  etsə, 
Beytul-Məqdisdə (Qüdsdə) namaz qılmağı nəzir demişəm” 
söyləyərək getməyə izn istəyir. Rəsulullah (salləllahu əleyhi 


Yüklə 1,07 Mb.

Dostları ilə paylaş:
1   ...   47   48   49   50   51   52   53   54   ...   77




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə