Altay cəMİl V ciLD



Yüklə 1,07 Mb.
Pdf görüntüsü
səhifə53/77
tarix01.09.2018
ölçüsü1,07 Mb.
#66107
1   ...   49   50   51   52   53   54   55   56   ...   77

207
səlləm) bir müddət sonra özünə gələrək ətrafındakılardan 
nə etdiklərini soruşdu. Onlar da: “Həbəşistanda zatülcənb 
xəstəliyindən  əziyyət  çəkənlərə  bu  dərmanın  verildiyini 
görmüşdük” dedilər.
Rəsulullah (salləllahu əleyhi və səlləm) qəzəblənərək: “Allah 
mənə bu (şeytani) xəstəliyi əsla verməyəcək” buyurdu. Sonra 
həmin dərmanın eyni şəkildə otaqdakılardan, əmisi istisna 
olmaqla, hər birinə verilməsini əmr etdi. Həmin gün oruclu 
olan xanımları da daxil olmaqla hər kəs bu əmrə itaət etdi.
* * *
Rəsulullah  (salləllahu  əleyhi  və  səlləm)  ömrünün  son 
günlərində xəstə halıyla Məscidə gəldi və əshabı qarşısın-
da son xütbəsini oxudu. Hz.Fadl ibn Abbas (radiyallahu ənh) 
xütbənin bir yerini belə rəvayət etmişdir:
“Ey  insanlar!  Bəlkə  məndən  şikayətiniz  ola  bilər.  Əgər 
kiminsə kürəyinə vurmuşamsa, buyurun kürəyim, gəlib qi-
sasını alsın! Kimi təhqir edib şərəfinə toxunmuşamsa, budur 
şərəfim, gəlib qisasını alsın! Kimin malını əlindən almışam-
sa, budur malım, gəlib istədiyi qədər alsın, etiraz edəcəyimi 
düşünməsin. Çünki etiraz etmək mənim sünnəm deyil. Mənə 
görə  sizin  ən  dəyərliniz  haqqını  arayan  və  ya  ondan  vaz 
keçəndir. Bu yolla Allahın hüzuruna üzüağ çıxa bilərəm.”
Bu  məsələdə  çox  təkid  etdiyindən  camaatın  arasından 
biri qalxdı və Rəsulullahın (salləllahu əleyhi və səlləm) əmri 
ilə bir möhtaca pul (bəzi mənbələrə görə 3 dirhəm) verdiyi-
ni söylədi. Onun tələb etdiyi miqdar dərhal ödəndi.
Kim sizə yaxşıdısa ondan daha yaxşı olun
Kim də pissə, pisə yox, pisliyə siz qarşı olun.
Bir işi yaxşı bilən başqa işə güc eləməz
Əfvdə mahir isəniz qisasda siz naşı olun.
Hz.Əbu Bəkr (radiyallahu ənh) xəlifəliyi dövründə əmrini 
dinləmək  istəməyən  birinə  şillə  vurur.  Sonra  onu  yanı-


208
na çağırıb “Sən də məni vur” deyir. Hz.Ömər (radiyallahu 
ənh) belə şeyləri ənənə halına gətirməməyi məsləhət görür. 
Xəlifə:  “Sabah  Qiyamət  Günü  bunun  hesabını  soruşanda 
kim məni qurtara bilər?” deyərək istəyində israr edir.
* * *
Bir  misirli  Hz  Ömərin  (radiyallahu  ənh)  yanına  gələrək 
şikayətdə  bulundu:  “Ey  Möminlərin  Əmiri!  Misir  valisi 
Əmr ibn Asın oğluyla yarışdıq. Mən onu keçdim. Yarışdan 
sonra  “Mən  şərəflinin  oğluyam”  deyərək  qamçıyla  məni 
döydü.
Xəlifə  dərhal  Əmr  ibn Asa  məktub  yazaraq  özünü  də, 
oğlunu da yanına çağırtdırdı. Onlar Mədinəyə gələndə isə 
misirlini tapdırdı, qamçını əlinə verərək: “Al, şərəflinin oğ-
luna vur” dedi. O da icra etdi. Sonra xəlifə: “İndi də Əmrin 
başına vur” dedi.
Misirli:  “Məni  vuran  o  deyil,  oğluydu”  deyərək  valini 
vurmadı.
Əmr ibn As da: “Ey Möminlərin Əmiri! Mənim hadisə-
dən xəbərim yox idi” söyləyərək üzr istədi.
* * *
Hz.Ömər  (radiyallahu  ənh)  bir  adamı  xətasından  dola-
yı döydü. Adam Hz.Ömərə: “Ey Möminlərin Əmiri, mən 
bilməyərək xəta edən və xətası özünə öyrədilən və yaxud 
xəta edən və əfv olunan iki şəxsdən biri olmalı deyilmiy-
dim?” dedi.
Hz.Ömər: “Doğru söylədin. O cür etməli idim. Qalx, sən 
də məndən haqqını al” dedi.
Adam haqqını bağışladı. Hz.Ömər də onu əfv etdi.
* * *
Hz.Osman  (radiyallahu  ənh)  xəlifəliyi  dövründə  bir 
yeniyetmənin  qulağını  çəkmişdi.  Gənc:  “Ey  Möminlərin 
Əmiri! Hər kəsin bir-birindən haqqını umacağı o müdhiş 
günü düşünün” deyir.


209
Xəlifə  bundan  çox  üzülərək  öz  qulağını  ona  çəkdirir, 
hətta cəsarətləndirərək: “Bir az da ürəklə çək” söyləyir.
Gənc  etdiyi  ilə  kifayətlənib  deyir:  “Bundan  artıq  çəkə 
bilmərəm. Siz Qiyamətin şiddətini düşündünüz və mənim 
kimi  bir  gəncə  qulağınızı  çəkdirdiniz.  Bəs  o  Günün 
şiddətindən mən qorxmarammı?”
* * *
Hz.Əli (əleyhissalam) bir döyüşdə rəqibinə qalib gələrək 
öldürməzdən  öncə  onu  İslama  dəvət  etdi.  Lakin  ka-
fir  ölümdən  və  əbədi  Cəhənnəm  əzabından  qurtulmaq 
əvəzinə Hz.Əlinin mübarək üzünə tüpürdü. Bu hərəkətiylə 
ölümünü tezləşdirmək istəyirdi. Həzrət onu öldürməkdən 
vaz keçərək geri döndü. Kafir heç bir şey anlamayıb onu 
öldürməməsinin səbəbini soruşdu. Hz.Əli dedi:
“Səni  Allah  üçün  öldürəcəkdim.  Ancaq  mənə  tüpür-
dün,  qəzəbləndim.  Nəfsim  bu  işə  qarışdığı  üçün  ixlasım 
zədələndi. Ona görə də öldürmədim.”
* * *
Qənbər  Hz.Əlinin  (əleyhissalam)  əmri  ilə  br  nəfərə 
hədd  cəzası  tətbiq  edərkən  səhvən  üç  şallaq  artıq  vurur. 
Möminlərin Əmiri oradaca Qənbərə üç şallaq vurulmasını 
əmr edir.
Kimdə görsən aşırı nəfsani bir intiqam var
Sanma onda azacıq ruhani bir intizam var.
Baxma zabit kimi zahirdə səfərbərdi bütün
Qəlbi çoxdan dağılıb, nə iman var, nə İslam var.
Düşsə fürsət əlinə, milləti düşmən eləyər
Haqqa qarşı iddia, xalqa qarşı ittiham var.
Qıysa öz qəlbinə qul, zalim olur, məzlum olmur
Zülmə nə yerdə, nə göylərdə hörmət, ehtiram var.


210
Ey qul, azlarla otur, azdır indi əhli şükür
Girmə dünya evinə, görmürsənmi izdiham var?
Nəfsinə kölə olan kölələrin ən pisidir
Ya qul ol, ya da kölə, məgər başqa cür adam var?
Düşünmək üçün suallar
1.  Hansından daha çox ehtiyat edirsiniz: 1) Zalimin zül-
mündən;  2)  Məzlumun  qiyamından;  3)  Allahın  ədalə tin-
dən?
2.  İnsanlardan bir sədəmə toxunanda bunu zülm sayır-
sınız yoxsa qədərin ədaləti?
3.  Sizdən  güclünün  haqsızlığı  ilə  üzləşəndə  eyni  şeyi 
sizdən zəifə özünüzün də etdiyinizi xatırlayırsınızmı?
4.  Özünüzdən zəifə qüdrətinizi tətbiq edəndə özü nüz-
dən Güclünün qüdrətini düşünürsünüzmü?
5.  Boynunuzda  qul  haqqı  varmı?  Varsa  kimliyindən 
asılı olmayaraq yaxınlaşıb halallıq istəyirsinizmi?
6.  İncitdiyiniz və halallıq almadığınız adamlar arasında 
dünyasını dəyişənlər varmı? Varsa nə düşünürsünüz?
7.  Qiyamətdə  qisas  alacağınız  barədə  çox  düşünürsü-
nüz yoxsa qisas olunacağınız barədə?
8.  Allah əfvin qisasdan xeyirli olduğunu buyurdu. Kön-
lünüz hansına yatışır: Qisasa yoxsa əfvə?
9.  Heyvanlara  işgəncə  verirsinizmi?  Onların  Qiyamət 
Günü qisas üçün dirildiləcəyini düşünürsünüzmü?
10. Özünüzə qarşı qisas tətbiq və ya tələb edirsinizmi?
11. Kimdənsə qisas aldığınız olurmu? Olursa zülmə və 
ya əfvə yol verirsinizmi, yəni sizə ediləni eynilə edirisiniz 
yoxsa artırıb-azaldırsınız?
12. Boynunuzdakı qul haqqından çox qorxursunuz yox-
sa Allahın haqqından?


Yüklə 1,07 Mb.

Dostları ilə paylaş:
1   ...   49   50   51   52   53   54   55   56   ...   77




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə