Altay cəMİl V ciLD



Yüklə 1,07 Mb.
Pdf görüntüsü
səhifə65/77
tarix01.09.2018
ölçüsü1,07 Mb.
#66107
1   ...   61   62   63   64   65   66   67   68   ...   77

254
* * *
Bir gün Amir ibn Rabiyə (radiyallahu ənh) adlı səhabə Allah 
Rəsulu (salləllahu əleyhi və səlləm) ilə birlikdə məscidə gedir. 
Yolda Rəsulullahın (salləllahu əleyhi və səlləm) çarığının ipi 
açılır. Amir ibn Rabiyə bağlamaq istəyir, ancaq Rəsulullah 
(salləllahu əleyhi və səlləm) ayağını geri çəkərək: “Bu hərəkətin 
başqasına  qulluq  göstərmək  deməkdir.  Mən  başqasına  iş 
gördürməyi sevmirəm” buyurur.
* * *
Bir gün Möminlərin Əmiri Hz.Əli (əleyhissalam) Kufə ba-
zarında alış-veriş edərək aldığı mallarla evinə qayıdarkən 
biri yaxınlaşıb dedi: “Ey Möminlərin Əmiri, əlinizdəkiləri 
mənə verin, evinizə gətirim. Bununla da əhli-beytə xidmət 
etmiş olaram.”
Həzrət  buyurdu:  “Ailə  başçısı  bunları  daşımağa  hər 
kəsdən daha layiqdir.”
Adam israr edərək dedi: “Ey Möminlərin Əmiri! Siz Allah 
Rəsulunun  xəlifəsisiniz.  Bunu  sizə  və  məqamınıza  yaraş-
dırmadığımdan əşyalarınızı daşımaq istədim.”
Hz.Əli (əleyhissalam) buyurdu: “Öz ailəsinə aid əşyaları 
daşımaq kişiyə əskiklik gətirməz.”
Dünya zəhmətkeşləri o zəhmətə layiq deyil
Din üçün çalışmasa, qul rəhmətə layiq deyil.
İşə, ey qul, yaramaq Yaradanın ənamıdı
Əməyə xor baxanlar o nemətə layiq deyil.
İman və saleh əməl məxluqu insan eləyər
Əməlsiz, əqidəsiz o qismətə layiq deyil.
Tənbəlin, tüfeylinin işləri Allaha qalıb
Çünki tərif o yana, heç töhmətə layiq deyil.


255
Nəfsinə rəhbər olan, Rəbbinə ancaq qul olur
Nəfsinə hambal olan, o xidmətə layiq deyil.
Hikmətə etmə sitəm, əhlindən o əsirgənməz
Nadana vermə öyüd, o, hikmətə layiq deyil.
Tənbəl o kimsədi ki, üzrü, üzü yoxdu sabah
Üzsüzlər, üzürsüzlər bu ümmətə layiq deyil.
Səltənət  sahibləri  həm  də  sərvət  sahibləri  olduğundan 
tənbəlləşmə  onlarda  daha  sürətlə  baş  versə  də,  səltənət 
sahibi  olmayan  sərvət  sahibləri  də  bu  mərəzdən  aman-
da  deyillər.  Əslində,  sərvətin  özü  də  insanlar  üzərində 
müəyyən  hakimiyyət  yaradır.  Pul,  hətta,  yalnız  hökmün, 
səlahiyyətin işlədiyi yerlərə də yol tapa bilir. İstənilən hal-
da, hər iki amil, yəni sərvət də, səltənət də öz sahiblərinə 
bu  fani  dünyada  rahatlıq,  maddi  təminat  yaratdığından 
belələri tez passivləşir, hərəkətə, idmana az meyilli olurlar. 
Aydın məsələdir ki, işə bir, istirahətə başqa, səfərə tam ayrı 
rahat  miniklərlə  gedib-gələnlərə  piyada  yerimək,  yaxud 
ictimai  nəqliyyatdan  faydalanmaq  artıq  uzaq  və  dönməz 
bir keçmiş kimi görünür. Həyatın digər sahələri də onlar 
üçün eynidir. Nəfsləri rahatlığa alışdığından təkcə gerçək 
həyatdan deyil, sərvət və səltənətin həqiqi Sahibindən də 
nə qədər uzaqlaşdıqlarının fərqinə varmırlar. Halbuki Ona 
hamıdan artıq möhtacdırlar.
İBRƏT  Bədr  savaşında  müsəlmanların  70  dəvəsi,  2  atı 
var dı. Ona görə də hər dəvəyə 3 nəfər minirdi. Rəsulullahla 
(salləllahu  əleyhi  və  səlləm)  eyni  dəvəyə  minən  digər  iki  şəxs 
Hz.Əli (radiyallahu ənh) və Hz.Əbu Lübabə (radiyallahu ənh) idi.
Dəvəyə əvvəlcə Allah Rəsulu (salləllahu əleyhi və səlləm) 
minmişdi. Növbə, yoldaşlarına çatanda onlar Rəsulullahın 
(salləllahu əleyhi və səlləm) piyada yeriməsini rəva bilməyib: 
“Ya  Rəsulallah,  siz  düşməyin,  biz  piyada  gedə  bilərik” 
dedilər.


256
Rəsulullah  (salləllahu  əleyhi  və  səlləm)  buyurdu:  “Siz 
məndən dözümlü deyilsiniz. Mən də savaba sizdən az möh-
tac deyiləm.”
Dünyanı fani bulan baqisini zay eləməz
Nəfsini bəndə qılan şeytana həmtay eləməz.
Sərvətin, səltənətin korladığı kimsələri
Külli-aləm gələ, əsla o cür rüsvay eləməz.
İşi Allaha düşən başqasına açmaz ağız
İşi Allaha qalan kimsə kimi vay eləməz.
Qövmün milyonçuları əsla Onu tanımadı
Elə Vahiddi ki, O, bilən başqa say eləməz.
Bir beşik bil cahanı, yatmaq üçün gəlməmişik
Uyma şeytanə ki, bir başqası laylay eləməz.
Adətən,  tənbəllik  dedikdə,  ilk  növbədə,  fiziki  əməyə 
qarşı  sevimsizlik  yada  düşür.  Əslində,  tənbəlliyin  yekəsi, 
bəlkə də zehni fəaliyyəti sevməməkdir. Çünki o, uşaqlıq-
dan  özünü  biruzə  verir.  Sirr  deyil  ki,  ibtidai  yaxud  orta 
məktəbə  gedənləri  işləmədiklərinə  görə  yox,  oxumadıq-
larına  görə  tənbəl  adlandırırlar.  Hər  halda,  dövrümüzdə 
valideynlər  övladlarına  peşədən  çox,  təhsil  vermək  üçün 
dəridən-qabıqdan  çıxırlar.  Bunun  doğru  və  ya  səhv  ol-
duğunu, şübhəsiz ki, zaman göstərir. Çünki qabiliyyətlər 
eyni  deyil  və  hər  kəsə  fərdi  yanaşılmalıdır.  Dəbə  uy-
maq  heç  də  həmişə  uğur  gətirməz.  Nə  qədər  zor  və  zər 
gücünə oxutdurulan gənclər vardır ki, istedadları düzgün 
müəyyənləşmədiyindən  son  nəticədə  cəmiyyət  üçün  də, 
özləri üçün də itirilmiş insan olurlar. Lakin istənilən halda 
zehni də bədən qədər və bəlkə daha çox zəhmətə alışdır-
maq  gərəkdir.  Gerçəklik  də  budur  ki,  özünü  ancaq  elmə 
təslim edənlər yalnız əməyə həsr edənlərdən xeyirlidir.


257
İBRƏT  Rəsulullahın  (salləllahu  əleyhi  və  səlləm)  zama-
nında iki qardaş vardı. Biri sənətlə məşğul olur, digəri isə 
Allah  Rəsulunun  (salləllahu  əleyhi  və  səlləm)  yanından  heç 
ayrılmayıb, ondan elm öyrənirdi.
Sənətlə  məşğul  olan  qardaş  elmə  davam  edən  qarda-
şından Rəsulullaha (salləllahu əleyhi və səlləm) şikayətləndi. 
Həzrət (salləllahu əleyhi və səlləm) ona buyurdu:
“Bəlkə də sən onun sayəsində Allah tərəfindən ruzilənir-
sən.”
Alim o kimsədi ki, daim haqqın yanındadır
Zalimə haqqı demək zatən onun qanındadır.
Sandıq elmində xəta bəlkə də yox, bəs xeyir var?
Elm bir qılıncdır ki, cahil hər vaxt qınındadır.
Ərzin qanunlarını, ey insan, insan düşünüb
Elm-hikmət diləsən o, səmavi qanundadır.
Girmə hər zülmətə, şirk orda iman tək görünür
Uyma hər nura da, şər çox vaxt xeyir donundadır.
Dünya qəmxanədi, döz, baqi deyil, anidi, döz
Döz ki, səbrin kamalı zərbənin ilk anındadır.
Cahili div elə zənn, nəfsi şüşə, dünyanı can
Ey könül, qır şüşəni, iş o divin canındadır.
Yeri gəlmişkən, yuxarıdakı hədis incə bir məsələyə gur işıq 
tutmaqdadır. Aydın olur ki, faydalı elmlə ciddi məşğul olan-
lara faydalı əməklə ciddi məşğul olanların maddi və mənəvi 
dəstəyi çox önəmli və bəyəniləndir. Allah Təala hərəyə bir 
istedad və qabiliyyət verir. Mal qazanmağı bacaranlar elm 
qazana bilənləri malın qazancına şərik etməklə özləri də on-
ların qazancına, yəni elmin savabına ortaq sayılır. Xeyir qar-


Yüklə 1,07 Mb.

Dostları ilə paylaş:
1   ...   61   62   63   64   65   66   67   68   ...   77




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə