31
İkinci təbəqəyə, yəni bəzi fəzilət əhlinə həsəd etmənin
mümkünlüyünə gəldikdə isə, burada həsəddən, paxıllıq-
dan daha çox qibtədən söhbət gedir və Allah yolunda elmi-
ni yayan alimlə malını yayan zəngin nəzərdə tutulur. Çün-
ki Allah Rəsulu (salləllahu əleyhi və səlləm) buyurdu:
“Bu iki kimsə istisna olmaqla, heç kimsəyə həsəd etmək
caiz deyildir: Biri, Allahın verdiyi hikmətlə hökm edən və
bunu başqasına da öyrədən hikmət sahibi. Digəri isə, Allahın
verdiyi malı haqq yolda xərcləyən zəngin kimsə.”
Hədisdə vurğulanan həsəd sözü qibtə mənasındadır.
Fərq ləri niyyətlərlə bağlıdır. Maddi və ya mənəvi sər vət-
lərini Allah yolunda sərf edən birini görəndə həsədçi o
kimsənin bu sərvətə layiq olmadığını, qibtəçi isə o sərvət
özündə olsaydı eyni cür hərəkət edəcəyini düşünür. Birinci
niyyətin sahibi günahla, ikinci isə savabla iç-içədir. Çünki
Allah ixlaslı qullarının gerçəkləşə bilməyən niyyətlərini də
mükafatlandırandır.
İBRƏT Tabiindən Haris ibn Nufeyr əshabdan Abdullah
ibn Məsuda (radiyallahu ənh) xitabən dedi: “Ey Muhəmmədin
(salləllahu əleyhi və səlləm) yoldaşı! Biz, sizin kimi olanlara
qibtə edirik. Siz, Peyğəmbəri görməklə və onun söhbətində
bulunmaqla bizdən üstün oldunuz.”
Abdullah ibn Məsud bu cür qarşılıq verdi: “Əslində, biz
sizin imanınıza qibtə edirik. Çünki siz, Hz.Muhəmmədi
(salləllahu əleyhi və səlləm) görmədiyiniz halda ona iman et-
diniz. Şübhəsiz ki, ən üstün iman qeybə iman etməkdir.”
Ardınca bu ayəni oxudu:
“Onlar qeybə iman edərlər” (əl-Bəqərə, 3).
Məhəbbət sirdi, könül, sirri Muhəmməddə ara
Muhəmməd sirdi, könül, sirri məhəbbətdə ara.
At içindən qərəzi, paxıllığı, ədavəti
Atmasan, aqibəti ancaq məşəqqətdə ara.
32
Dünyadan dönən-sadiq, Dindən dönən-xain olur
İblisi, şeytanı mürtəddə, müxənnətdə ara.
Həyatın hikməti hikmətli həyat sürmədədi
Arasan, ilk öncə insafda, mürüvvətdə ara.
Necədir ətrafımız, eyləcədir əxlaqımız
Şahın mahiyyətini, ey qul, məiyyətdə ara.
Elm və hikmət əhlinə qibtə etmək çox xoş və xeyirlidir.
Çünki onlardan öyrənmək, onlara uymaq həvəsi yaxud
tələbatı doğurur. Lakin comərd sərvət sahiblərinə qibtə
etmək xoş görünsə də xeyirli olacağı bir qədər mübahisəlidir.
Çünki hikmət qəlbləri düşündürür, yumşaldır, təmizləyir,
hidayətə hazırlayır. Sərvət isə belə deyil. Əldə olmayan-
da onu Allah yolunda bölmək asan, bölən çox bulunsa da,
ələ gələndə paylamaq çətin, paylayan az olur. Bir ibadət
əhlindən: “Əlində ancaq 20 qəpiyin olsa yarısını bir möhtaca
verərdinmi?” deyə soruşdum, “Bəli” dedi. “Bəs 20 min ma-
natın olsa necə, yarısnı ehtiyacı olana bağışlardınmı?” deyə
xəbər aldım. Fikrə getdi. Sonra: “Yox, verə bilməzdim” deyə
cavab verdi.
Görünən budur ki, elm-hikmət əhlinə qibtə, mal-dövlət
əhlinə qibtədən daha xeyirli, daha xətasızdır. Hətta, bir
hədisdə buyuruldu:
“Nemət sahiblərindən ehtiyaclarınızı gizli istəyin. Çün-
ki nemət sahiblərinə həsəd edilir.”
Digər tərəfdən, zənginlər deyil, alimlər peyğəmbər
varisləri sayılır. Hər halda söhbət həqiqi varislərdən gedir.
Qibtə də ancaq onlara olur. Böyüklərimizdən Əhməd ibn
Asim əl-Antaki həzrətləri buyurdu: “Mən ancaq Mövlasını
tanıyan birinə qibtə edərəm və istərəm ki, Onu təsdiq edən
kimi deyil, sevən ariflər kimi tanıyım.”
Abdullah ibn Mehdi həzrətləri isə buyurdu: “Yalnız
qəbrində mömin olaraq yatana qibtə edirəm. Özüm də o
cür olmaq istərəm.”
33
HƏDİS İki xislət var ki, bunlar kimdə bulunursa, Allah
onu şükür edici və şəbir edici yazar: “Kim dünya işlərində
durumu özünkündən aşağı olana baxarsa, özündə olan üs-
tünlüyü səbəbiylə Allaha həmd edər. Kim dini məsələlərdə
özündən üstün olanlara baxarsa ona uyar. Kim də dünya
işlərində özündən üstün olanlara baxarsa, əlində olmayan-
lar üçün təəssüf edər, üzülər və beləcə şükür edən və səbir
edən olaraq yazılmaz.”
Mal-dövlət əhlinə qibtə həsədə, paxıllığa çevrilə bilir.
Elm-hikmət əhlinə qibtə edənlər üçün bu cür təhlükənin
ehtimalı daha azdır.
İBRƏT Bir adam Süfyan Sevri həzrətlərinin yanına gələrək
bir məsələni soruşdu. Aralarında belə bir söhbət keçdi:
– Sən haralısan?
– Doğudan.
– Doğunun ən böyük elm adamı sizin yanınızda deyilmi?
– Ey Abdullahın atası, kimdir o?
– Abdullah ibn Mübarək.
– O Doğunun ən böyük alimidirmi?
– Bəli, həm də Batının ən böyük alimi.
İndi Din aliminə az bulunur qibtə edən
Çünki yox qismindədir öz nəfsinə diqtə edən.
Ərzdə, Adəm balası, yaxşılıqdan yaxşı nə var?
Çəkilib ərşə bu gün, ehsanları müftə edən.
Çoxmu xalqın yükünü indi alan öhdəsinə
Çıxır öz millətinin çiyninə çin, rütbə edən.
İndi, hətta, nəsihət vaxt və təmənna ilədir
Ya mükafat, ya da muzd ummadadır xütbə edən.
Bir yazıymış yaşamaq, son nöqtəni düşün, yaşa
Biz nə yazsaq da, qələm, biz deyilik nöqtə edən.
34
Düşünmək üçün suallar
1. Həsəd edənlərdənsən, yoxsa həsəd edilənlərdən?
Nəfsinə hansı xoş gəlir?
2. Hansına daha çox sevinirsən: öz uğuruna, yoxsa
özgə müsibətinə? Hansına daha çox üzülürsən: özgə uğu-
runa, yoxsa öz müsibətinə?
3. Mal və xilqət baxımından özündən aşağıdakılara ba-
xıb həmd, yoxsa yuxarıdakılara baxıb həsəd edirsən? Yəni
şükrünmü çox, şikayətinmi çoxdu?
4. İmkanlı birini görəndə hansı arzu sənə güc gəlir:
Sənin də onun kimi imkanlı olman yoxsa onun da sənin
kimi imkansız olması?
5. Möminlərin qibtə, münafiqlərin isə həsəd etdiyi rəva-
yət olunmuşdur: Qibtə edənlərdənsən yoxsa həsəd edən-
lərdən?
6. İmanının zəiflədiyini hiss edəndə səbəbini kimlərəsə
həsədinin şiddətlənməsində axtardığın olurmu?
7. Sənə həsəd edənlərə qarşı mübarizə aparırsanmı? Yəni
şərlərdən Allahamı sığınır yoxsa digər vasitələr axtarırsan?
8. Həsəd etdiyin kimsəyə qarşı hərəkətə keçirsənmi?
Əgər keçirsənsə bu özünü nədə göstərir: Qeybət, bəd dua,
cadu və ya başqa şeylər?
9. Kimə daha çox paxıllıq edirsən: Din əhlinə ya dün-
ya əhlinə? Elm yoxsa hökm əhlinə? Zəngin, imkanlı yoxsa
sağlam, yaraşıqlı insanlara?
10. Həsəd xəstəliyindən qurtulmaq üçün cəhd edir sənmi?
Dostları ilə paylaş: |