Altay cəMİl V ciLD



Yüklə 1,07 Mb.
Pdf görüntüsü
səhifə5/77
tarix01.09.2018
ölçüsü1,07 Mb.
#66107
1   2   3   4   5   6   7   8   9   ...   77

19
Ey vücud, varsan əgər, haqq olanı heçdən ayır
Varlığın ruhudu Din, yoxluğun ruhiyyəsi yox.
Həsəd  xəstəliyi  kin,  qəzəb,  riya,  nifaq,  hərislik,  qeybət 
kimi bir çox mənəvi mərəzlərlə sıx bağlıdır. Bəzilərindən do-
ğulur, bəzilərini doğurur. Yəni paxıl, adətən, o mərəzlərin 
də daşıyıcısıdır. Beləsinin imanı da, yaxşı halda, şikəst olar. 
Allah Rəsulu (salləllahu əleyhi və səlləm) buyurdu: 
“Sirkə balı pozduğu kimi həsəd də imanı pozar.”
Bəllidir  ki,  əksər  ərzaqlardan  fərqli  olaraq  bal  uzunö-
mürlüdür və hər şeydən korlanıb xarab olmaz. Hətta, bu 
keyfiyyətinə görə ondan cənazələrin çürüməsinin qarşısı-
nı almaq üçün istifadə edirlər. Lakin nə qədər möhkəm və 
mötəbər nemət olsa da bal sirkəyə qarşı acizdir. Hədisdə 
imanın  bala,  həsədin  isə  sirkəyə  bənzədilməsi  paxıllığın 
möminlər  üçün  təhlükəsini  ən  uğurlu  şəkildə  ifadə  edir. 
Başqa sözlə, bir müsəlmanın imanı nə qədər sabit, oturuş-
muş olsa da, həsədin təsiri ilə sarsıla bilər.
İBRƏT Əməvi xəlifəsi Müaviyənin belə söylədiyi rəvayət 
olunur: “Pis əxlaqlar içində həsəd kimi adil olanı yoxdur. 
O,  həsəd  ediləndən  öncə,  həsəd  edəni  öldürür.  Hər  kəsi 
məmnun etməyə gücüm yetər. Fəqət həsəd edəni əsla razı 
sala bilmərəm. Çünki o, ancaq əldəki nemətin getməsindən 
məmnun olur.”
Fəqirlik halimizə, ey nas, həsəd eyləməyin
Qeyri bir əhvalı da, amma məqsəd eyləməyin.
Fəqirlik hal deyil, əslində məqam, mərtəbədir
Bu yolda nəfsləri tikanlı sədd eyləməyin.
İnsan, əlbəttə, mələklər kimi ruhani deyil
Amma şeytan kimi də ruhsuz cəsəd eyləməyin.
Münafiq gizli müşrik, müşrik açıq münafiqdi
Nifaqa adət edib, şirki xislət eyləməyin.


20
Hər günah daşdı qara, daş şələsi ağır olur
Hər könül bir şüşədi, vurub şikəst eyləməyin.
Zaman qəflət zamanı, dünya qafil dünyasıdı
Qəlbi sərvaxt tutaraq nəfsi sərməst eyləməyin.
Hər günü Bədr bilib, hər gecəni Qədir sayın
Öndə Həsrət Günü var, O gün həsrət eyləməyin.
İbrahim əl-Həvvas həzrətləri buyurdu: “Dostlar! Hikmət 
göydən endiyi zaman, içində bu dörd vəsfdən biri bulunan 
qəlbə girməz:
1) Dünyaya aşiq olmaq;
2) Uzun xəyallara qapılmaq;
3) Boş və əyləndirici şeyləri sevmək;
4) Qardaşına həsəd etmək.
Dostlar! Bunu yaxşı bilməlisiniz! Dünya bir qula ağlama-
mışsa, Axirət ona gülməyəcəkdir.”
İBRƏT  Bir  könül  əhlinin  dərs  verdiyi  dərgahın  qapısı 
önündə bir sərxoş yıxılıb qalır. O mübarək zat onu içəri alıb 
hər cür şəraitlə təmin edir. Sərxoş səhər oyananda ona xü-
susi ikramda bulunur, üstəlik gözəl bir at və xərclik verib 
hörmətlə yola salır.
Bu halı seyr edən və o zatın xidmətində bulunanlardan 
biri öz içində: “Biz illərdən bəri xidmət edirik, heç bir gün 
də belə bir ikrama nail ola bilmədik” deyərək ustadı haq-
qında sui-zənnə uymaqdan özünü saxlaya bilmir. Zamanla 
bu düşüncə ona iztirab verməyə başlayır. O mübarək şəxs 
müridinin qəlbindən keçənləri kəşf yolu ilə anlayaraq onu 
yanına çağırır və deyir: “Nədən o sərxoşa ikramımdan do-
layı qəlbində daima mənə etirazda bulunursan? O zavallı 
öz  qüsurunu  mənə  çox  ucuz  satdı.  İllərdən  bəri  bəlasına 
çevrilmiş sərxoşluğu bir heyvan və bir neçə qızıla dəyişdi. 
İndi  ona  kainatı  bağışlasan,  məstedici  şeyin  bir  qətrəsini 


21
də  ağzına  almaz.  Zatən  həyatda  yeganə  qüsuru  da  o  idi. 
Çünki ondan başqa bütün halı bir vəlinin halı kimidir. Sənə 
gəlincə: sənin mən hansı halını islah edim? Səksən nöqsa-
nın var. Birini düzəltsək digəri çıxar, digərini islah etsək, 
daha bir başqası çıxar.”
Mürid  bu  sözlər  qarşısında  tövbə-istiğfarda  bulunaraq 
halını islah edir və çox keçmədən könül rahatlığına qovuşur.
Elə bir dərddi salar dərdsizi min dərdə həsəd
Mərdi namərd eləyər, eyləsə mərd mərdə həsəd.
Hər könül Kəbə olar, əhli könül olsa bəşər
Ərz dönər Ərşə, əgər olmasaydı yerdə həsəd.
İnsanıq, nəfsimiz var, ruhdan ibarət deyilik
Xəta hər qəlbdə olur, dönməsin qoy virdə həsəd.
Dində hər şəkli, növü pislənilib paxıllığın
Etməsin qövmə qovm, həmçinin fərd fərdə həsəd.
Zənn et zülmət meşədə ac şir ilə üz-üzəsən
Çıxacaq qarşına aslan kimi Məhşərdə həsəd.
Yaxşı işlərdə yalnız qibtəyə var Dində cəvaz
Yoxsa başdan-başa şərdir xeyirdə, şərdə həsəd.
Həsəd xəstəliyinə ən çox məruz qalan təbəqə əmr, elm 
və sənət adamlarıdır. Çünki onlarda şöhrət, nüfuz, imkan 
kimi paxıllıq doğuran amillər daha qabarıqdır. Bu təbəqənin 
təmsilçiləri  arasında  çəkişmələr  Dinin  və  dövlətin  duru-
muna  ciddi  təsir  göstərdiyindən  daha  təhlükəlidir. Allah 
Rəsulu (salləllahu əleyhi və səlləm) vida xütbəsində buyurdu:
“Bir-birinizə həsəd etməyin, bir-birinizə qəzəb etməyin, 
bir-birinizə arxa çevirməyin, bir-birinizin satışını pozma-


22
yın. Ey Allahın qulları, qardaş olun!.. Bir insanın pis sa-
yılması üçün müsəlman qardaşını təhqir edib xor baxması 
yetərlidir. Bir müsəlmanın qanı, malı və namusu digər bir 
müsəlmana haramdır.”
Həsəd nəinki Dini yaxınlığı, hətta təbii, yəni doğma qar-
daşlığı  da  düşmənçiliyə  çevirər.  Birinci  şəxs,  yaxud  ona 
daha  yaxın  olmaq  istəyənlərin  mübarizəsi  amansız  olur. 
Çox zaman unudulur ki, həsəd təkcə Axirətdə deyil, dün-
yada da həsədçinin öz əleyhinə işləyə bilir.
TƏMSİL Bir gün meşənin şahı aslan xəstələnir. Tülküdən 
başqa bütün heyvanlar onu ziyarətə gəlir. Canavar tülkü-
nün aslanın yanındakı etibarını çəkə bilmədiyindən onun 
əleyhinə danışır.
Tülkü gələndə aslan ondan soruşur: “Bizdən uzaq qal-
mağının səbəbi nədir? Nə üçün ziyarətimə gəlmədin?
Tülkü deyir: “Səni müalicə edə biləcək əlac axtarmaqla 
məşğul idim.”
– Nə kimi əlac buldun?
– Xəstəliyin əlacı canavarın baldırında bulunan bir qoz-
dur.
Aslan bunu eşidən kimi dərhal canavarın baldırını par-
çalayır. Tülkü oradan çıxıb gedir. Bir müddət sonra cana-
var baldırından qan axa-axa tülkünün yanına gəlir. Tülkü 
ona deyir:
“Ey qırmızı ayaqlı, bundan sonra şahların yanında otur-
duğun zaman, ağzından çıxan şeyə diqqət et.”
Bu ibrətamiz hadisə bir təmsil olsa da cəmiyyətdə onun 
nümunələri  kifayət  qədərdir.  Ən  acınacaqlısı  isə  odur  ki, 
paxıllıq məsələsində alimlər, ziyalı adlananlar amirlərdən 
nəinki geri qalır, hətta onları üstələyirlər. Halbuki elmləri 
vardır.  Böyüklərimizdən  Sibqatullah  Arvası  həzrətləri 
buyurdu  ki:  “Həsəddən  zərərli  qəlb  xəstəliyi  yoxdur. 
Alimlərin afəti də ondandır.”


Yüklə 1,07 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   77




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə