27
Kişi eşsiz də qalar, evsiz-eşiksiz də qalar
Məhrum o kimsədi ki, məhəbbətin dışındadır.
Qulun, ey qul, nəsəbi mülkə-mala bağlı deyil
“Soyum, nəslim” deyənlər nəcabətin dışındadır.
Qəlbi içdən gəmirən qapqara bir qurddu həsəd
Bu qurddan qurtulanlar qəbahətin dışındadır.
Qəbrini nur elə ki, orda daha çoxdu gecən
Sanma dünya sarayı xərabətin dışındadır.
Əvvəli, axırı torpaq olana çaş qalıram
Bədbəxt o canlıdı ki, təbiətin dışındadır.
Həsədçilərin həsəd etdikləri kimsələrə qarşı fəaliyyətləri
çoxşaxəlidir. Məqsədə çatmaq üçün hər vasitəyə əl atır,
zordan, zərdən yararlandıqları kimi sehrdən, cadudan da
gen-bol istifadə edirlər. Malı-mülkü əldən çıxartdırmaq,
vəzifədən götürtdürmək, yaxud vəzifəyə gəlişi əngəlləmək,
arvad boşatdırmaq naminə falçılara müraciət edilməsi gü-
nün adi hadisələrindəndir. Allah belələrinin şərindən qo-
rusun. Bəd nəzər, yəni göz dəyməsi də bir gerçklikdir və
adətən, həsəddən, qısqanclıqdan doğur. Allaha sığınanlara
bunlar, inşaallah, zərər verməz.
“Düyünlərə üfürən qadınların şərindən Sübhün
Rəbbinə sığınıram” de” (əl-Fələq, 4).
Paxıl paxıllıq etdiyi kimsəyə qarşı hər hansı hərəkətdə
bulunmazsa günahkar hesab edilməz. Çünki həsəd bu və ya
digər şəkildə hamıda vardır. Uşaq uşaqlığıynan, görürsən
ki, başqasının oyuncağını götürür və vermək istəmir. Lakin
böyüklər kiçiklər kimi deyil, qanırlar. Nəfslərini cilovlama-
ğa borcludurlar. Hədisdə buyuruldu:
28
“İnsan üç şeydən qurtula bilməz: Tayərə (uğursuzluğa,
nəhsliyə inanmaq), sui-zənn (bir kimsə haqqında pis fikirdə
olmaq), həsəd. Bir şeyi uğursuz saydığınız zaman Allaha
təvəkkül edin (xoşlandığınız işi nəhs əlamətdir deyib da-
yandırmayın); sui-zənn etdikdə araşdırmağa başlamayın;
həsəd etdiyiniz kimsəni əsla incitməyin (ona qarşı hərəkətə
keçməyin).”
RƏVAYƏT Deyilənə görə Allah Təala Hz.Süleymana
(əleyhissalam) vəhy etdi: “Sənə yeddi şey tövsiyə edirəm:
Saleh qullarımın qeybətinə qalxma; qullarımdan heç birinə
həsəd etmə...”
Bunları eşidən Hz.Süleyman (əleyhissalam): “Ya Rəbb,
bunlar mənə yetər” dedi.
Bir zəngin görsən, ey qul, baxma həsəd, həsrət ilə
Bir fağır görsən, görüş, sanki əlahəzrət ilə.
Rəbbim heç bir şeyi batil, boşuna yaratmayıb
Dünyamız olsa da fani, doludur ibrət ilə.
Xalqı kim sevməz isə Xaliqi də sevməyir o
Çünki xəlq eyləyib o sevda dolu fitrət ilə.
Bil, səbəblər yaradan səbəblərsiz yaratmazmı?
Yəni həm hikmət ilə xəlq elər, həm qüdrət ilə.
İki yer var ki, könül, əsla girəmməzsən ora:
Eşq ilə Cəhənnəmə və Cənnətə nifrət ilə.
Həsəd, paxıllıq hər nə qədər pislənilsə də onun pis-
lənilməyən, bəzən, hətta, bəyənilən iki incə tərəfi də qeyd
edilməkdədir. Biri rəzalət əhli ilə əlaqədardısa, digəri fəzilət
əhli ilə bağlıdır. Hər iki halı bir qədər incələməyə çalışaq:
Birinci halda hesab olunur ki, zalımlara, haqqa qarşı
gələnlərə bəd duada bulunmaq, onların mal və mülkünün
29
əllərindən çıxmasını istəmək caizdir, hətta lazımdır. Qurani-
Kərimdə bunun nümunələri də mövcuddur. Məsələn,
Hz.Nuh (əleyhissalam) ilə Hz.Musanın (əleyhissalam) bəzi
duaları belədir:
“Nuh dedi: “Ey Rəbbim! Yer üzündə bir nəfər belə ka-
fir qoyma! Çünki sən onları (sağ) buraxsan, onlar Sənin
bəndələrini yoldan çıxaracaq, ancaq pozğun və kafir
doğubtörədəcəklər... Zalımların ancaq həlakını artır”
(Huh, 26-28).
“Musa dedi: “Ey Rəbbimiz! Onların (Firon və camaa-
tının) maldövlətini məhv et və qəlbinə şiddət ver ki, acı
əzabı görməyincə iman gətirməzlər” (Yunus, 88).
Göründüyü kimi, zalımların özlərinin və mallarının
zavalını arzulamaq caizdir və Allahın Kitabında Peyğəm-
bərlərin dili ilə də təsdiqlənir. Amma bu var ki, biz
Hz.Nuhun (əleyhissalam) yaxud Hz.Musanın (əleyhissalam)
deyil, aləmlərə rəhmət olaraq göndərilən Hz.Muhəmmədin
(salləllahu əleyhi və səlləm) ümmətiyik və bizə buyurulan ona
uymaqdır:
“Peyğəmbər (Hz.Muhəmməd) sizə nə verirsə onu alın,
nədən çəkindirirsə ondan çəkinin” (əl-Həşr, 7).
Digər tərəfdən isə Allah son ümmət üçün Dinini tamam-
lamış və İslamı seçmişdir. Yəni son və kamil olan, Axırza-
man nəbisinə (salləllahu əleyhi və səlləm) nazil edilənlərdir.
“Bu gün dininizi sizin üçün kamil etdim, sizə olan
nemətimi tamamladım və bir Din olaraq sizin üçün İsla-
mı bəyənib seçdim” (əl-Maidə, 3).
Allah Rəsulu (salləllahu əleyhi və səlləm) da peyğəmbərlərin
sonuncusu olaraq buyurdu:
“Mən bütün gözəl əxlaqları tamamlamaq üçün göndə-
rildim.”
30
Sadalananlar göstərir ki, bizlər üçün ən xətasızı və xe-
yirlisi Hz.Muhəmmədin (salləllahu əleyhi və səlləm) əxla-
qına uyub sünnətinə sarılmaq, dua və tövsiyələrindən
bəhrələnməkdir.
İBRƏT Allah Rəsulunun (salləllahu əleyhi və səlləm) müş-
riklərdən gördüyü işgəncə və həqarətlər son həddə çatdıq-
da, mübarək vücudu Taifdə daşa tutulub qanına bələndikdə
ilahi təklif endi. Vəhy mələyi Cəbrail (əleyhissalam)
görünərək vəhyi çatdırdı: “Ya Rəsulallah, dilərsən dağlar
mələyinə əmr ver, Taif və Məkkə dağlarını bir-birinə qo-
vuşdursun və içində bir canlı da qalmasın!”
Rəsulullah (salləllahu əleyhi və səlləm) mübarək qanını
təmizləyə-təmizləyə buyurdu: “Xeyr, belə bir şeyi istəmirəm.
İstəyirəm ki, Allah bu müşriklərin belindən Allaha heç bir şey
ortaq qoşmadan ibadət edəcək bir nəsil dünyaya gətirsin!”
Allah Rəsulunun (salləllahu əleyhi və səlləm) duasından:
“Ya Rəbb! Məni sevənlərə xeyirli mal ver. Mənə ədavət
edənlərə çox mal, çox övlad ver.”
Bizi, ya Rəbbi, bağışla Quranın hörmətinə
Quransız dəqiqənin ya dövranın hörməti nə?
Oxuyan yaxşı bilir “Nəml”, “Nəhl” surəsini
Əfv et o qarışqanın, o arının hörmətinə.
Kərbəla hikmətini anlayan hər il azalır
Əhli hikmət bizi qıl Aşuranın hörmətinə.
Bir ömürdür ən azı, ya Rəbb, Sənin ayrılığın
Sonsuz et vəslimizi o hicranın hörmətinə.
Sənin dost seçdiklərin fəqirliyi seçdi, ya Rəbb
Bağışla zənginləri füqaranın hörmətinə.
Dostları ilə paylaş: |