Altay məMMƏdov kəNGƏRLƏR



Yüklə 0,96 Mb.
Pdf görüntüsü
səhifə36/45
tarix15.03.2018
ölçüsü0,96 Mb.
#32577
1   ...   32   33   34   35   36   37   38   39   ...   45

75 

 

Çjaou  (yenə  Səmərqənddə,  Buxarada  iĢlənən  həmin  titul)  ġiaqye...  Səmərqənd 



çarından  asılı  vəziyyətə  düĢür.  Səmərqənd  Soğdunun  hakimi  bundan  neçə  müddət 

əvvəl  bütün  hakimlərin  baĢçısı  olmuĢ,  görünür,  KeĢi  Səmərqəndin  baĢçılığını 

tanımağa məcbur etmək üçün müəyyən vaxt lazım olmuĢdur, Belə güman etmək olar 

ki,  bu  beĢ  il  ərzində  Səmərqənd  və  KeĢ  arasında  mübarizə  getmiĢ,  nəticədə  ġiĢpir 

hakimlikdən kənar edilmiĢ, onun yerini ġiaqye (ġeaxo) tutmuĢdur (6, 250). 

Soğd  ĠĢxidi  titulunu  Səmərqənd  hakim  sülaləsinin  nümayəndəsi  daĢımağa 

baĢladı:  xaricilər  (yadellilər)  onu  Fuxuman  adlandırırdılar.  Böyük  qrup  Soğd 

sikkələri  mövcuddur.  Bunlardakı  yazıları  O.  Ġ.  Smirnova  «ĠĢxid  Varxuman»  kimi 

oxuyur  (O,  belə  hesab  edir  ki,  bu  Soğdiya  çarı  Varxumanın,  daha  dəqiq 

Avarxumanın  yad  dildə  deyimidir).  Bu  çarın  adı  Əfrasiyabdakı  böyük  yazıda  öz 

əksini tapmıĢdır. Ümumi Soğd çarları ilə yanaĢı yerli çarlar da qalmaqda idi. Artıq 

Səmərqənd hakim  evinə tabe  olan  KeĢ hakiminin  özünün ixrid  adlanan titulu  vardı. 

(6, 250). 

Buradan belə bir nəticə çıxarmaq mümkündür ki, Soğdlulara kəngərlər tam 

muxtariyyət vermiĢlər. Səmərqənd dövlətinin daxili və xarici siyasətində fəal iĢtirak 

etmək  imkanı  qazanmıĢ  soğdluların  hakim  dairələri  müəyyən  məqamda  nəinki  tam 

suverenlik  əldə  etmək,  hətat  konfederasiyanın  baĢçısı  olmaq  iddiasına  düĢmüĢlər. 

KeĢ  Ģəhəri  də  əvvəlcədən  planlı  gələcək  qurumun  paytaxtı  kimi  salınmıĢdı. 

Səmərqənd  dövlətinin  Soğd  soylu  əhalisi  olduqca  varlı  idi,  onların  güclü  maliyyə 

imkanları vardı. BeĢ il müddətində Səmərqəndlə KeĢ arasında hegemonluq 

uğrunda mübarizə  getməsi  tamamilə  ağlauyardır.  Lakin  az qala  minillik  dövlətçilik 

təcrübəsi,  konfederasiyaya  daxil  olan  Ģəhər-dövlətlərin  baĢçılarının  Səmərqənd  çarı 

ilə  qohum  olmaları,  eyni  soy  kökünə  mənsubluq, görünür, bizə  tam  aydın  olmayan 

baĢqa  səbəblər  dövlət  çevriliĢinə  bənzər  bir  hərəkətin  qarĢısını  almıĢdır,  KeĢdə 

hakimiyyət baĢına Səmərqənd hakim evinə mənsub bir Ģəxs gətirilmiĢdir. 

Yuxarıda deyilənlərdən aydın olur ki, eradan əvvəl III əsrdən Orta Asiyada 

«Soğd» adlı dövlət qurumu olmamıĢdır. Eradan əvvəl dövlət və ya knyazlığa bərabər 

qurum olmuĢsa da o Kanq (Səmərqənd) dövlətinin tərkibinə daxil edildikdən sonra 

öz müstəqilliyini itirmiĢ, həmin dövlətin üzvi hissəsinə çevrilmiĢdir. Mənbələrdə rast 

gəlinən  Soğd  anlayıĢı  dövlət  yox,  ərazi  anlayıĢı  mənasını  verir,  yaxud  da  səhvən 

Səmərqənd (Kan) dövlətinə bir sinonim kimi iĢlədilir. 

Nə  «Buxara  Soğdu»,  nə  də  «Səmərqənd  Soğdu»  ayrı-ayrılıqda  bir  siyasi 

qurum,  bir  dövlət  anlamı  vermir.  Halbuki,  Buxara  da,  Səmərqənd də  ayrı-ayrılıqda 

özlərinə  məxsus  dövlət  qurumlarıdır.  Yalnız  B.  .Q.  Qafurovun  xüsusi  izahından 

sonra «Səmərqənd Soğdu»-nun Kan olduğu qəbul edilir. 

Soğdun  hansı  coğrafi  hüdudları  vardır?  VII  əsr  səyyahı  Syun  Tsyanın 

təsəvvüründə Soğd Ģimal-Ģərqdə Çu çayı ilə cənub-qərbdə Baysun keçidi arasındakı 

ölkədir. «Görmək çətin deyil ki, burada söhbət Soğdun coğrafi-siyasi sərhədlərindən 

yox, Soğdluların yaĢadıqları ərazidən gedir» (6,247). 



76 

 

Soğdluların  coğrafi  sərhədləri  ola  bilməzdi,  çünki  onlar  siyasi-coğrafi 



sərhədlərə  malik  Kanq  dövlətinə  qatılmıĢ  ərazidə  yaĢayırdılar  və  deməli,  həmin 

dövlətin  təbəələri  idilər.  «Soğd»  adının  belə  tez-tez  hallandırılması  türk  ellərini 

irandillilər  saymaq  məqsədini  güdür,  Bu  məsələdə  hələ  aydınlıq  olmadığına 

baxmayaraq  «Soğd»  yazısı  ilə  bağlı  müxtəlif  manipulyasiya  fəndləri  də  iĢlədilir. 

«Özbəkistan SSR tarixi»ndə yazılır: «Menandr... bizə belə bir məlumat saxlamıĢdır 

ki,  Soğd  elçisi  Maniax  Ġstəmi  xanın  «skif  hərfləri»  ilə  yazılmıĢ  məktubunu 

Konstantinopola çatdırmıĢdır. Bunun o dövrdə geniĢ yayılmıĢ Soğd yazısı və yaxud 

runik  (türk)  yazısı  olduğunu  demək  hələ  ki,  çətindir»  (17,  126).  Göründüyü  kimi, 

burada qəti söz söylənmir, lakin hər hansı bir yozum üçün imkan yaradılır, qapı açıq 

saxlanılır. Bu məlumatın baĢqa yozumu da var: «Elçilər Bizansa çatıb bizanslıların 

«skif yazısı» hesab etdikləri (daha çox Soğd yazısı) məktubu imperatora yetirdilər» 

(6,220)... Burada mötərizədə verilən «daha çox Soğd yazısı» əlavəsi B. Q. Qafurova 

məxsusdur. 

Daha bir nümunə gətirəndən sonra Ģərhə keçək. «Menandr eramızın 568-ci 

ilində Türk xanına elçiliyə gəlmiĢ Zemarxla bağlı bir hadisə söyləyir. Zemarxı xanın 

yanına buraxmazdan əvvəl alovla əfsunlu «təmizləmə» əməliyyatından keçirirlər və 

bu prosesdə «skif dilində nə isə barbar sözləri pıçıldayırlar» (10,85-86). 

Əvvəlcə  yuxarıda  verdiyimiz  iki  eyni  məzmunlu  parçanın  mahiyyətinə 

diqqət  yetirək.  Söhbət  Qərbi  Türk  xaqanlığı  ilə  Bizans  arasında  ipək  ticarətinə  aid 

diplomatik  danıĢıqlardan  gedir.  Xaqanlığın  nominal  asılılığında  olan  Kan  (q) 

dövlətinə  tam  səlahiyyət  verilmiĢdir  ki,  Bizans  ilə  Xaqanlıq  adından  danıĢıqlar 

aparsın.  Kan  (Səmərqənd)  çarı  bu  missiyanı  ticarət  iĢlərindən  baĢı  çıxan  təbəəsi 

Soğdlu Maniaxa tapĢırmıĢdır. Sual olunur ki, nə üçün Bizans imperatoruna məktub 

heç  bir  dövlət  statusuna  malik  olmayan  Kan  (Səmərqənd)  dövləti  tərkibində  icma 

halında yaĢayan Soğdluların dilində yazılmalı imiĢ? Axı həmin dövrdə xaqanlığın öz 

əlifbası  və  beynəlxalq  münasibətlər  sahəsində  zəngin  təcrübəsi  vardı.  Ġkincisi, 

danıĢıqları  aparmaq  səlahiyyəti  Kan  (Səmərqənd)  dövlətinə  verilmiĢdi  və  həmin 

dövlətin  də  özünün  eradan  əvvəlki  əlifbası  və  həmin  əlifba  ilə  yazılmıĢ  qanunlar 

məcəlləsi vardı. 

L.  N.  Qumilyovun  kitabından  gətirilən  parçanın  mahiyyətcə  əvvəlkilərə 

dəxli  yoxdur.  Lakin  burada  da  «skifdili»  ifadəsi  var.  Əgər  yuxarıda  adları  çəkilən 

kitabların  müəlliflərinin məntiqi ilə  yanaĢılsa,  yəni  skif  dili  Soğd  dili hesab  edilsə, 

belə  çıxır  ki,  Türk  xaqanlığının  əhalisi  Soğdlular  və  dilləri  də  Soğd  dili  imiĢ.  Axı 

saxta müddəa özünün saxtalığını hardasa hökmən büruzə vermədidir. 

Yunanlar  adətən  əksər  hallarda  köçərilərə  «skif»  deyirdilər.  Həmin 

kitabların  müəllifləri  Soğdluların  köçəri  olmalarını  qəbul  edirlərmi?  Qətiyyən  yox. 

Ancaq iranpərəstlik prinsiplərini hərdən bir pozmaq da olarmıĢ (bu prinsipləri dolayı 

yolla  «təsdiq  etmək»  naminə).  Türküstanı  Tacikistanda  tapılmıĢ  Muq  yazılarının 

tüstüsünə qərq etmək naminə hər Ģeyə getmək olarmıĢ. 



Yüklə 0,96 Mb.

Dostları ilə paylaş:
1   ...   32   33   34   35   36   37   38   39   ...   45




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə