Altay məMMƏdov kəNGƏRLƏR



Yüklə 0,96 Mb.
Pdf görüntüsü
səhifə44/45
tarix15.03.2018
ölçüsü0,96 Mb.
#32577
1   ...   37   38   39   40   41   42   43   44   45

91 

 

müəyyənləĢdirir. 2500 il bundan əvvəl. Peçeneqlərin yazısı «gümüĢ cam» əlifbasının 



əsasındadır. 

Ümumiyyətlə isə peçeneqlərin Qərbi Türk xaqanlığı tərkibindəki fəaliyyətləri 

demək  olar  ki,  öyrənilməmiĢdir.  Görkəmli  oğuzĢünas  Faruq  Sümər  peçeneqlərin 

bilavasitə kəngərlərlə əlaqədar olduğunu söyləsə də onların tarixlərinin Kanq dövləti 

mərhələsini  araĢdırmamıĢdır.  Buna  görədir ki,  o, peçeneqləri üzvi  Ģəkildə  on  oxlara 

bağlayır:  «On  oxlara  mənsub  boyların  baĢında  peçeneqləri  saymaq  mümkündür. 

Peçeneqlərin üç boyunun (ərtim, çur və yula) müĢtərək adı olan kanqar kitabələrdə 

və  Qərbi  Göytürk  ölkəsindəki  hadisələr  əsnasında  rast  gələn  və  bütün  hallarda  bir 

icmanı  ifadə  edən  kəngərək  ilə  birləĢdirilmiĢdir.  Lakin  peçeneqlərin  on  oxların  bir 

boyunu  deyil,  bəlkə  də  bir  neçə  qoluna  mənsub  təĢəkkülləri  əhatə  edən  icma 

olduğuna  Ģübhə  yoxdur.  Lakin  onlar  on  oxların  iki  qolundan  birinin  mühüm  bir 

qismindən meydana gəlmiĢlər. (28, 35-36) 

L.  N.  Qumilyovdan  gətirdiyimiz  parça  Qərbi  Türk  imperiyasındakı  tayfa  və 

tayfa ittifaqlarının vəziyyəti haqqında baĢqa cür təsəvvür yaradır: 635-ci ildə dulu və 

nuĢibi  tayfaları  özünüidarə  hüququ  qazandılar.  BeĢ  dulu  və  beĢ  nuĢibi  tayfasının 

rəisləri AĢina sülaləsindən deyil, çox güman ki, yerli zadəganlardan təyin olunurdu... 

Onların hər birinə hakimiyyət rəmzi kimi ox təqdim edildi, «on ox türkləri» adı da 

buradan yaranmıĢdır» (10, 25&). 

Təbiidir  ki,  eradan  əvvəl  dövlət  qurmuĢ  bir  xalqın  «on  oxların  iki  qolundan 

birinin mühüm bir qismindən meydana» gəlməsi ağlabatan deyil. Hadisələrin sonrakı 

gediĢindən  tam  aydın  olur  ki,  kəngər  peçeneqlər  XI  əsrə  tədər  öz  əsil  qədim 

varlıqlarını  hifz  edə  bilmiĢlər.  On  oxlara  bütöv  bir  tayfa  ittifaqı  kimi  (deyək  ki, 

uyğurlar,  yaxud  oğuzlar  kimi)  baxmaq  düzgün  deyil.  Bunlar  iki  bir-birilə  daim 

çəkiĢən dulu və nuĢibilər idilər. On ox adı da təbii yolla deyil, yuxarıdan süni yolla 

meydana  gətirilmiĢdi.  Hakimiyyət  simvolu  kimi  tayfa  baĢçısına  ox  verilməsi isə ən 

qədim oğuz ənənələri ilə bağlı idi (Oğuzun öz oğullarına ox paylaması). 

«Türkün  qızıl  kitabı»nda  deyilir:  «Bu  gün  Balkanlarda,  Ukraynada  olduğu 

kimi Anadolu və Qafqazda bir çox yer adı onlardan qalmıĢdır. Peçeneqlərin adları bu 

bölgələrdəki əfsanələrdə də yaĢayır» (25, 165). 

Faruq  Sümər  «Oğuzlar»  kitabında  Anqara  sancağında  peçeneq  adda  dörd 

kənd,  Əlbistan  qəzasında  peçeneqlərə  aid  iki,  Aksaray  qəzasında  bir,  Ġsparta 

bölgəsində  iki  yer  adı  qeydə  almıĢdır.  Sivasda  bir,  Afyonda  bir  kənd,  Tarcusda, 

AkĢəhrin  Turqud  qəzasında  peçeneqlə  bağlı  yer  və  yaĢayıĢ  məskənləri  qeydə 

alınmıĢdır. Bununla belə kitabda «kəngər» etnonimi ilə bağlı axtarıĢlar barədə bir söz 

deyilmir: 

Bizim  cəfakeĢ  alimimiz  Qiyasəddin  Qeybullayev  özünün  düzgün  istiqamətli 

«Azərbaycanlıların  etnogenezinə  dair»  (Bakı,  1992)  adlı  samballı  kitabında  kəngər 

və  peçeneq  etnonimlərini  ayrı-ayrı  baĢlıqlar  altında  müfəssəl  və  təfərrüatlı  Ģəkildə 

araĢdırmıĢdır.  O,  hər  iki  terminin  Azərbaycanla  XI-XII  əsrlərdən  deyil,  daha 



92 

 

əvvəllərdən bağlı olduğu fikrini müəyyən mənbələr, toponimlər, oronimlər əsasında 



irəli sürmüĢdür. Bu, türkologiya elmi üçün bir yenilikdir. 

Q.  Qeybullayev  kəngərlərin  Zaqafqaziyada  iki  regionda  -  Albaniyanın 

qərbində,  Gürcüstan,  Ermənistanla  sərhəd  rayonlarında  və  Naxçıvanda  yaĢamıĢ 

olduqlarını,  həmin  tayfa  ittifaqının  Zaqafqaziyada  məskunlaĢmasına  dair  ilk 

məlumatların V əsr qədim erməni mənbələrində yada salındığını göstərir. Alim yazır 

ki,  kəngərlər  Kəngər  dağlarında  (Bu  dağlar  indi  Ermənistan  adlanan  ərazinin 

Qukasyal  rayonundadır)  və  Albaniyanın  «Kəngər  ölkəsi»ndə  Ġberiya  ilə  sərhəddə, 

hardasa  indiki  Qazax-Ağstafa  zonasında  məskun  olmuĢlar  «Suriya  mənbələrində 

Xosrov  ƏnuĢirəzanın  (531-579)  ġimala  yürüĢündən  «erməni-gürcü»  (sərhəddi 

zonasında onun «Kəngər xalqı» ilə mübarizəsindən söhbət gedir (7, 102). 

Alim  qeyd  edir  ki,  erməni,  gürcü  mənbələrində  «Kəngər  torpağı»,  Kanqark, 

Kəngər yer və xalq adlarına çox təsadüf edilir. Kəngərlər Qazax- Ağstafa zonasında 

ən son əsrlərə qədər kəngər adını «Kəngərli» Ģəklində hifz etmiĢlər. XIX əsrin birinci 

yarısına  aid  ədəbiyyatda  deyilir  ki,  qazaxlıların  bir  bölümü  33-cü  nəsildən 

kəngərlilərdir.  Kəngərlərin  müəyyən  qismi  albanlarla  birgə  xristianlığı  qəbul 

edibmiĢ. Ağdamda «Kəngər dağı» oronimi, Kəngərli kənd adı Naxçıvanda «Kəngər 

düzü» və s. toponimlər vardır. Daha sonra alim yazır: 

Gördüyümüz  kimi  türk  soyundan  olan  kəngərlər  Zaqafqaziyada  xüsusən 

Albaniyada  bizim  eranın  əsrindən  məlumdur.  Lakin  kəngərlərin  Zaqafqaziyaya  ilk 

gəliĢi  məlum  deyil.  Belə  bir  mülahizə  var  ki,  onlar  bu  yerlərə  bizim  eranın  ilk 

əsrlərində hunlarla bərabər gəlmiĢlər (7, 103). 

Q.  Qeybullayevin  peçeneqlər  haqqındakı  məlumatları  da  maraqlıdır.  O 

göstərir  ki,  Musa  Kalankatuylu  Albaniyada  Pantskanak  dairəsinin  mövcudluğu 

barədə məlumat  verir.  VII  əsr mənbələrində  də  Paptskanak  toponiminin adı  çəkilir. 

Vaxtilə  Arazın  sol  sahili,  Araza  tökülən  Quruçay,  və  Hadrutçay  arasındakı  ərazi 

Pazknak adlanırmıĢ. 

Beləliklə,  Q.  Qeybullayev  baĢqa  alimlərdən  fərqli  «peçeneq»  adını 

Zaqafqaziya  və  Azərbaycanla  bağlayaraq  bu  adın  ta  qədimlərdən,  VIII  əsrdən  çox-

çox əvvəllərdən mövcud olduğunu, bir sıra hallarda onların kəngərlərlə (eyni ərazidə 

məskunlaĢdıqlarını söyləyir. O, «kəngər» və «peçeneq» terminlərindən ayrı-ayrı bəhs 

etsə  də,  onların  arasına  sədd  qoymur,  çox  hallarda  «kəngər-peçeneq»  Ģəklində 

təqdim  edir.  Eyni  xalqın  müəyyən  dövrlərdə  gah  kəngər,  gah  peçeneq  adı  altında 

çıxıĢ etməsi təəssüb doğurmamalıdır. 

Əgər  biz  «Dədə  Qorqud»dakı  bir  kəlamı  və  N.  A.  Baskakovun  türk  tayfa 

ittifaqları haqqında dəyərli bir fikrini xatırlasaq hər Ģey qanunauyğun görünəcək. 

«Qorqud ata ayıtdı: 

-  Axır  zamanda  xanlıq  geri  Qayıya  dəgə,  kimsənə  əllərindən  almaya,  axır 

zaman olub qiyamət qopunca». H. Araslı «geri Qayıya dəgə»ni - Axırda hakimiyyət 

Qayı tayfasına çata» Ģəklində Ģərh etmiĢdir. 



Yüklə 0,96 Mb.

Dostları ilə paylaş:
1   ...   37   38   39   40   41   42   43   44   45




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə